Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   2   3   4   5   6   7   8   9   10   ...   19

məruzəsinin tezisləri məcmuədə özbək, ingilis və rus dillərində  dərc edilmişdir. 

Z.Məmmədov Azərbaycan Elmlər Akademiyasının 7 may 1999-cu ildə kecirdiyi Osmanlı 

imperiyasının 700 illiyinə  həsr edilmiş elmi sessiyada "Osmanlı imperiyası dövründə 

Türkiyədə yaşamış Azərbaycan filosof və mütəfəkkirləri" adlı məruzə ilə çıxış etmişdir. 

Aytək Məmmədova Azərbaycan EA Aspirantlarının Elmi Konfransının ümumi iclasında 

"Mənbələrdə Nəsirəddin Tusiyə münasibət" mövzusunda məruzə etmişdir /17 may 1999-cu 

il/. Onun 25-27 iyun 1999-cu ildə Azərbaycan EA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika 

Rəsədxanasında "Tusi-800" məclisinin IV konfransına təqdim etdiyi "Elmi fəlsəfənin qüdrətli 

müdafiəcisi" adlı məruzəsinin tezisləri "Elm" qəzetində dərc olunmuşdur /14 iyul 1999-cu il/. 

Z.Məmmədov "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyinin 1997-ci ildə çap 

etdirdiyi "Fəlsəfə ensiklopedik lüğəti" kitabının müəlliflərindən və redaksiya şurasının 

üzvlərindən biridir. O, "Fəlsəfə" /"Azərbaycan" nəşriyyatı,  1997/ və "Fəlsəfə tarixi üzrə 

Proqram" /Bakı Dövlət Universiteti nəşriyyatı,  1997/ kitablarının, eləcə  də 7 cildlik 

"Azərbaycan tarixi"nin 2-ci cildinin tərtibçilərindən və müəlliflərindəndir. 

Şöbədə hazırlanmış  və  1999-cu ildə BDU-nun nəşriyyatında çap olunmuş  "Şərq fəlsəfəsi 

/IX-XII əsrlər/" kitabında  Ərəb ölkələri, Azərbaycan,  İran, Mərkəzi Asiya, Hindistan və Çin 

filosoflarının, mütəfəkkirlərinin  əsərləri toplanmışdır. Topluda həm elmi, həm də dini 

aspektlər işıqlandırılmışdır. Kitab yalnız əlahiddə, müstəqil fəlsəfi əsərlər antologiyası deyil, 

həm də məzmun və mündəricə etibarı ilə dövrün müxtəlif təlimlərinin üzvi vəhdətini təşkil 

edən qiymətli, orijinal traktatlar toplusudur. 

Mətnlərin tərcüməçiləri Zakir Məmmədov, Tariyel Həsənov, Zakir Qasımov və Novruz 

İmanovdur. Tərtibci, müqəddimə, qeydlər və  şərhlərin müəllifi Zakir Məmmədovdur. 

Filosoflar və mütəfəkkirlər haqqında məlumatları Aytək Məmmədova hazırlamışdır. Kitabın 

redaktoru fəlsəfə elmləri doktoru, professor Əli Abasov, rəyçi filologiya elmləri doktoru, 

professor Vasim Məmmədəliyevdir. 

Bütün bunlarla yanaşı, şöbə əməkdaşları fəlsəfi biliklərin, xüsusilə Şərq fəlsəfəsinin tədrisi 

və təbliği ilə fəal məşğul olurlar. 

 

 



HƏSƏN QULİYEV 

İDRAK NƏZƏRİYYƏSİ VƏ ELMİN METODOLOGİYASI ŞÖBƏSİ 

 

Şöbə  1974-cü ildə  təbiətşünaslığın fəlsəfi problemlərinə, onun metodologiyasına böyük 



maraq göstərən Fəlsəfə və Hüquq İnstitutunun o zamankı direktoru, akademik F.Q.Köçərli 

və Azərbaycan. Elmlər Akademiyasının sabiq prezidenti mərhum akademik 

H.B.Abdullayevin təşəbbüsü ilə yaradılmışdır. 

Vaxtilə SSRİ Elmlər Akademiyasının Fəlsəfə  İnstitutunda elmi stajirovka və aspirant 

hazırlığı keçmiş gənc elmlər namizədləri şöbəyə cəlb olundular. Sonrakı illərdə də şöbənin 

elmi potensialı  əsasən həmin institutda elmi hazırlıq keçmiş  gənc alimlərin hesabına 

genişləndirildi. 

İlk şöbə müdiri vəzifəsinə fəlsəfə elmləri doktoru Həsən Quliyev seçilmişdir. Sonrakı illərdə 

şöbəyə  fəlsəfə elmləri doktorları C.T.Əhmədli, N.M.Məmmədov,  Ə.S.Abasov rəhbərlik 

etmişlər. 

Ə.S.Abasovun direktor müavini vəzifəsinə keçməsi ilə əlaqədar olaraq 1994-cü ildən indiyə 

kimi şöbə müdiri yenə də professor Həsən Quliyevdir. 

Yarandığı ilk gündən  şöbəni metodoloji tədqiqatları  əlaqələndirən bir mərkəzə çevirmək 

sahəsindəki missiya bu günədək müvəffəqiyyətlə yerinə yetirilir. 

Fəaliyyət göstərdiyi illər  ərzində  şöbə  əməkdaşları elmi-texniki inqilabın, təbiət elmlərinin 

fəlsəfi problemlərinə, eyni zamanda dialektik idrak nəzəriyyəsi, elmin metodologiyası 




problemlərinin analizinə  həsr olunmuş onlarca dissertasiya işi, monoqrafiya və kollektiv 

toplular, yüzlərlə elmi məqalə dərc etdirmişlər. 

Akademiyanın, eləcə  də respublikanın elmi müəssisələri və ali məktəbləri üçün fəlsəfə 

elmləri üzrə mütəxəssislər hazırlamaq sahəsində  şöbədə xeyli işlər görülmüşdür.  Şöbə 

əməkdaşlarının elmi rəhbər və  məsləhətçi statusu ilə yaxından köməkliyi sayəsində  10 

nəfər əməkdaş elmlər doktoru, təxminən bir o qədəri də elmlər namizədi alimlik dərəçəsini 

almış və hazırda institutumuzda və respublikanın müxtəlif ali məktəblərində çalışırlar. 

Başqa elmi müəssisələrlə birgə  əsərlərin çap etdirilməsi, metodoloji seminarların, 

konfransların keçirilməsi işində alimlərimiz fəal iştirak etmişlər.  Şöbə  əməkdaşlarının, 

həmcinin beynəlxalq simpoziumlarda, regional elmi konfranslarda da məzmunlu çıxışları 

olmuşdur. 

Keçmiş SSRİ məkanında son onillikdə baş verən hadisələr cəmiyyətimizin fəlsəfə tarixinin, 

müasir idrak nəzəriyyəsinin, elmi yeniliklərin təhlilinə yeni nöqtəyi-nəzərdən yanaşmağı irəli 

sürür. Yeni metodologiyanın axtarışı yolunda müasir fəlsəfənin  əsas istiqamətlərinin 

hərtərəfli şərhi lazım gəlir. Bu yolda keyfiyyətcə yeni problemlər ortaya çıxır. 

Məlumdur ki, ideya və yaradıcılıq baxımından sistemin dəyişilməsi mürəkkəb və  ağrılı 

prosesdir. Bu şəraitdə şöbə öz diqqətini cəmiyyətin bir çox aktual problemlərinin həlli üçün 

zəruri olan yeni metodoloji konsepsiyaların axtarışı problemlərinə  və müasir idrak 

nəzəriyyələrinin tədqiqinə yönəltmişdir. Vəziyyət obyektiv olaraq onunla mürəkkəbləşir ki, 

köhnə "elmi infrastrukturlar, dəyərlərə meyl və  təcrübə" öz tutarsızlıqlarını  aşkar etmişdir, 

yeni elmi iqlimin formalaşması isə  hələ  də davam edən sosial-iqtisadi böhranla əlaqədar 

ləngiyir. Bütün bu amillər elmin ümumi vəziyyətinə, o cümlədən şöbənin işinə də öz təsirini 

göstərməkdədir. Obyektiv əngəllərə baxmayaraq şöbə  uğurla öz elmi fəaliyyətini davam 

etdirir. Bu baxımdan qoyulan vəzifələrin həlli kontekstində  şöbə  tərəfindən "Müasir idrak 

nəzəriyyələri: metodoloji təhlil" mövzusunun prioritet iş kimi götürülməsi məqsədəuyğun 

hesab edilə bilər. Hazırda Azərbaycan total marksist ideologiyası və müvəqqəti informasiya 

böhranından açıq plyüralist cəmiyyətə keçid kimi mürəkkəb bir dövrü yaşayır. Bu şəraitdə 

açıq (Qərb) cəmiyyətin ideya, fəlsəfi və metodoloji irsinin , o cümlədən müasir idrak 

nəzəriyyələrinin və metodoloji yanaşmaların öyrənilməsi  əsl elmi iqlimin formalaşmasında 

mühüm rol oynaya bilər. 

Bu deyilənləri nəzərə alaraq son illərdə şöbə əməkdaşları əsas diqqəti daha nüfuzlu fəlsəfi 

cərəyanların əsasını təşkil edən idrak nəzəriyyəsinin tədqiqinə yönəltmişlər. 

Sovet  İttifaqının dağılması ilə  əlaqədar bütün postsovet regionunda qarşısılınmaz 

dezinteqrasiya prosesləri getmişdi. Bu isə öz növbəsində  fəlsəfi /o cümlədən metodoloji/ 

tədqiqatların vəziyyətinə müəyyən mənada mənfi təsir göstərmişdir. Hazırda isə bu 

dəyişikliklərlə yanaşı, yeni metodologiyanın formalaşması kontekstində ictimai elmlərin 

dezinteqrativ böhrandan tədricən çıxması prosesi gedir. Bunları  nəzərə alaraq şöbənin 

əvvəlki "Dialektik materializm və elmin metodologiyası" adı indiki "İdrak nəzəriyyəsi və 

elmin metodologiyası" adı ilə  əvəz edilmişdir. Bu isə  şöbənin ideya və metodoloji 

orientasiyasındakı  əsaslı  dəyişiklikləri  əks etdirir. Belə ki, əvvəlki dialektik /marksist/ 

ideologiya və metodologiya dünya fəlsəfi problemlərini /müasir idrak nəzəriyyələrini/ və 

elmin metodologiyasını  qərəzsiz, obyetiv elmi və yaradıcı  tədqiqini məhdudlaşdırırdı. 

Əslində,  şöbə  əməkdaşlarının müasir fəlsəfədən faydalanmaq imkanı yox idi və "Qərb 

metodolgiyası"na yaradıcı maraq rəsmi qadağalarla məhdudlaşdırılırdı. 

Azərbaycan müstəqillik qazanandan sonra şöbədə perspektiv tematik tədqiqatların 

seçilməsində köklü dəyişiklik  əmələ  gəldi. Keçmiş  təcrübəyə yenidən baxılmaq və dünya 

fəlsəfəsi elmi metodologiyası nailiyyətlərindən yaradıcı surətdə istifadə etmək məsələsi 

başlandı. 90-cı illərin  əvvəllərində  şöbənin  əməkdaşlarının elmi fəaliyyəti daha çox elmin 

inkişafının sosioloji kontekstinin daha geniş öyrənilməsinə, həmçinin müxtəlif mədəni 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə