Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

təfəkkür tipinin üstünlüyünü nümayiş etdirmək, xüsusən də  cəmiyyətin təşkili və idarə 

olunmasında, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruçuluğunda bu təfəkkür tipinin yerini 

və rolunu açıqlamaq. 

Son 5 ildə sosial idaraetmənin fəlsəfi problemlərinin öyrənilməsinə xüsusi fikir verilmişdir. 

İlk növbədə yeni idarəetmə metodologiyasının işlənilməsinə diqqət yönəlmişdir ki, nəticədə 

əhəmiyyətli elmi məhsul əldə edilmişdir. Şöbənin nəşr etdiyi məqalələr toplularında (artıq 3 

buraxılışı çap edilib) və "Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə" 

(Ə.F.Abbasov) kitabında bu nəticələr ictimaiyyətə təqdim olunub. Bir çox elmi məqalələrdə 

də problem müxtəlif aspektlərdən işıqlandırılıb. 

Aparılmış tədqiqatların nəticəsi olaraq, cəmiyyətin idarə olunmasında yeni metodologiyanın 

mahiyyəti, yeri və rolu haqqında oxuculara yığcam məlumat verməyi vacib hesab edirik. 

Yaşadığımız mürəkkəb, ziddiyyətli keçid dövrünün, cəmiyyətimizin ümumi inkişaf 

mənzərəsinin acı təəssüf doğuran başlıca qəribəliklərindən biri də ondan ibarətdir ki, yeni 

cəmiyyət quruculuğundan və yeni iqtisadi münasibətlərə keçiddən çox danışılıb yazılsa da, 

yeni cəmiyyətin və yeni iqtisadiyyatın təminatçısı olan müasir idarəetmə metodologiyasının 

qərarlaşması üçün nəzəri və  əməli iş qaneedici surətdə  və ümumdövləti səviyyədə 

aparılmır. 

Bəs yeni idarəetmə metodologiyasının mahiyyəti nədən ibarətdir və onun zəruriliyi nə ilə 

diqtə olunur? 

Əvvəla, onu qeyd edək ki, əsl idarəçilik həmişə öz dövrü üçün müasir olur. Onun 

səmərəliliyi məhz zamana, tarixi dövrə uyğun olub-olmaması ilə bağlıdır. Müəyyən tarixi 

dövrlərdə az-çox gözə çarpan, inkişaf əldə etmiş ölkələrdə məhz belə olub. Tarixi tələblərə 

cavab verən idarəetmə metodologiyası, digər amillərlə yanaşı, bu cəmiyyətlərin sosial-

iqtisadi dayanaqlığını, iqtisadi inkişafını  təmin edib. Sosial-siyasi prosesləri, iqtisadiyyatı, 

dövlətin özünü dövrünü yaşamış köhnə üsullarla, təfəkkür üslubu ilə tənzimləmək və idarə 

etmək heç vaxt fayda verməyib. Köhnə idarəçilik düşüncəsi ilə cəmiyyəti 

ağır vəziyyətdən çıxartmaq, onun mövcudluğunu və  gələcək inkişafını  təmin etmək 

qətiyyən mümkün deyil. Cəmiyyəti yüksək, kamil struktur-funksional səviyyəyə  çıxartmaq 

üçün müasir idarəçilik dunyagörüşünə, özünu doğruldan idarəetmə metodologiyasına 

əsaslanmaq gərəkdir. 

Qərbdə  və  Şərqdə, bütün inkişaf etmiş ölkələrdə vüsət tapmış müasir idarəetmə 

dünyagörüşünün  əsasında özünütəşkilatlandırma və sinergizm fəlsəfəsi dayanır. Onun 

mahiyyətini qeyri-xəttilik, ünsürlərin  əvvəlcədən bir "nöqtədə" təsbit olunmaması, sistemin 

və altsistemlərin müəyyənləşmiş meyarlar daxilində açıqlığı, təfəkkürdə  və praktikada 

müxtəlifliyin (alternativliyin) mümkünlüyü, qeyri-dizyunktivlik, özünütəşkilatlandırma və 

özünütənzimləmə təşkil edir. Burada başlıca ideya isə özünutəşkilatlandırma və sinergizm 

ideyalarıdır ki, onlar da pozitiv liberal demokratizmin və eyni zamanda müasir funksional 

elmi paradiqmanın məğzini ifadə edirlər. Bəzən yeni idarəetmə  fəlsəfəsinə "sinergizm 

fəlsəfəsi" də deyirlər. Qeyd etmək vacibdir ki, mürəkkəb sistemlərin təşkilindən, 

inkişafından və idarə olunmasından bəhs edən sinergetikanın kökləri  Şərq fəlsəfəsinə 

gedib çıxır, xüsusən də, Uzaq Şərq fəlsəfəsinə. 

Özünütəşkil və sinergizm fəlsəfəsində Təbiət-İnsan - Cəmiyyət üçlüyü ən optimal qarşılıqlı 

əlaqəsini tapır; hissə ilə tam, fərdlə çəmiyyət münasibətlərində, qapalıqla açıqlıq, azadlıqla 

zəruri məhdudiyyətlər arasında dinamik, çevik dayanıqlığa malik harmoniya və təbii nizam 

durur. Bu fəlsəfi metodologiyaya söykənən idarəetmə bürokratizmlə demokratizmin yaxşı 

mənada sintezi, qarşılıqlı fayda verən sinergizmi deməkdir. Fəaliyyəti, idarəetmə 

mexanizmləri, strukturları, üsul və formaları özünütəşkilatlanırma fəlsəfəsinə  əsaslanan 

sosial-mənəvi, iqtisadi-siyasi sistemlər  ətraf mühitlə  əlverişli informasiya və enerji 

mübadiləsinə, az "əmək" sərf etməklə yüksək güc toplamaq xüsusiyyətlərinə malikdirlər. 



Belə sistemlərdə ünsürlərin və parametrlərin fəaliyyəti sərt determinasiya, amirlik-inzibati 

formalar çərçivəsində yox, sosial özünütəşkilatlandırma və özünütənzimləmə proseslərinin 

sərbəst həyata keçməsində,  şəxsi təşəbbüslərin, maraqların və zövqlərin, bütün 

rəngarənkliyinə baxmayaraq, fərdi fəallıqların ahəngdarlığında, üfüqi əlaqələrin 

optimallaşmasında həyata keçir. Nizam və dayanıqlıq üçün bütün cəmiyyət üzərində total 

nəzarətə artıq ehtiyac olmur. Bütövlükdə  cəmiyyətin bir sistem kimi, onun ayrı-ayrı 

altsistemlərinin idarə olunması  əlavə enerjinin, resursların, maliyyənin, insani ehtiyatların 

xərclənməsini, sərf olunmasını  tələb etmir, israfçılığa yer qalmır, yəni sistemin fəaliyyəti 

"qlobal optimum" deyilən məfhuma uyğun reallaşır. Parametrlərin, təşkiledici elementlərin 

sinergetik fəaliyyəti daxili ehtiyatların optimal tərzdə  səfərbər olunmasına, sistemin ətraf 

muhitlə, onu əhatə edən digər sistemlərlə qarşılıqlı fayda verən mübadilə  əlaqələrinə 

girməsinə imkan yaradır. Və sistemin belə  səmərəli açıqlığı  nəticəsində  əlavə inkişaf və 

qida mənbələri formalaşır, staqnasiya və durğunluq təhlükəsi aradan qalxır, sistemin özünü 

ifadə etmək qabiliyyəti yüksəlir. 

Başlıca cəhətlərdən biri odur ki, cəmiyyətin bir sistem kimi idarəolunma ağırlığı yalnız 

subordinasiya (şaquli) əlaqələrinin üzərinə düşmür, ağırlığın müəyyən miqdarı koordinasiya 

(üfüqi)  əlaqələrinin üzərinə düşür. Bu "miqdar" nə  qədər çox olarsa, bir o qədər ictimai 

sistemin "vətəndaş  cəmiyyəti" kimi fəaliyyət göstərib özünü ifadə etmək imkanı artar. 

Vətəndaş  cəmiyyətinin də  məğzi, məhz, üfüqi əlaqələrin cəmiyyətin idarə olunmasında 

üstünlük (prioritet) təşkil etməsindədir. Daha dəqiq desək, cəmiyyətin fəaliyyət göstərib 

inkişaf etməsi  şaquli və üfüqi əlaqələrin optimal nisbətindədir, yəni müəyyən konkret 

şərtlərə cavab verən ölçünün saxlanmasındadır. Bu ölçü total surətdə  şaquli  əlaqələrin 

xeyrinə pozulursa cəmiyyət totalitarizmə yuvarlanır, üfüqi əlaqələrin xeyrinə pozulursa 

cəmiyyət özbaşınalığa, anarxiyaya yuvarlanır. Ona görə  də arzu olunan demokratik 

cəmiyyət forması yalnız və yalnız müvafiq ölçü nisbətlərinin ödənilməsi daxilində 

mümkündür ki, bu da zəruri qadağa (məhdudiyyət) prinsiplərinin gözlənilməsini tələb edir. 

Bu prinsipləri cəmiyyətin "saxlanma qanunları" da adlandırmaq olar. Saxlanma qayda-

qanunları müəyyən dərəcədə  əxlaqi-irsi, milli-tarixi ənənələrə, vərdişlərə arxalansa da, 

əsasən hüquqi normalar və qanunverici aktlar sisteminin özünü müəyyənləşdirən "hüquqi 

dövlət" konsepsiyasına əsaslanmalıdır. 

Özünütəşkil və sinergizm fəlsəfəsinə arxalanan idarəetmə metodologiyasının digər başlıca 

tərəflərindən biri odur ki, enerji və güc mənbəyi kimi maddi olan yox, ideal olan (ruh, şüur, 

təfəkkür) götürülür və bu mənbə cəmiyyətin əsas məhsuldar qüvvəsi hesab edilir. Beləliklə, 

maddi nemətlərin azlığından və yaxud tükənməsindən irəli gələn məhdudiyyətlər dəf edilir, 

insan təfəkkürü qarşısında onlar sanki öz hökmranlığından əl çəkib təslim olurlar. Məhz bu 

baxımdan müasir dövrün görkəmli alimləri indiki və  gələcək iqtisadiyyatı "təfəkkür 

iqtisadiyyatı" adlandırırlar. 

Müasir idarəetmənin  əsasında dayanan yeni metodologiyanı, yeni təfəkkür üslubunu 

mənimsəmədən ictimai həyatımızda hər an müşahidə olunan illyuziyaçılıqdan, formal-

məntiqi təsəvvürlərdən xilas olmaq, zəruri islahatlar həyata keçirib azad iqtisadi sistem 

yaratmaq, totalitar vərdiş və ənənələrdən yaxa qurtarıb demokratik dövlət qurmaq mümkün 

deyil. Elə ona görə  də bu məsələdə müxtəlif alim və mütəxəssislərin kompleks səylərinin 

artırılmasına böyük ehtiyac var. 

Son illər şöbənin elmi fəaliyyətində yeni bir istiqamət- qender problematikası da xususi yer 

tutmuşdur. Bildiyimiz kimi, bu sahə müasir dünya elmində çox aktual sahələrdəndir. 

Qender- cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərinin və ifadə formalarının sosial, siyasi, 

etik, psixoloji, mədəni və s. sahələrdə xüsusiyyətlərini öyrənən bir nəzəriyyədir. Qender 

problematikası  Qərb elmində artıq 30 ilə yaxın bir muddətdir ki, tədqiq və  təbliğ olunur. 

Azərbaycan Respublikasında isə bu problematika son beş ildə diqqət dairəsinə daxil edilib. 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə