Гуранда шаирляр щаггында айя


RÖYALARDA ÇƏMƏNLİKDƏ GƏZİRDİN



Yüklə 3,16 Mb.
səhifə18/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

RÖYALARDA ÇƏMƏNLİKDƏ GƏZİRDİN

Röyalarda çəmənlikdə gəzirdin,

Çiçəklərdən dəstə-dəstə üzürdün,

Gizli-gizli məni hərdən süzürdün,

Belə gördüm yenə səni yuxumda,

Ovsunladı gecə məni yuxum da.


Çay aşağı marallar da keçirdi,

Ceyranlar da oradan su içirdi,

Şər qarışıb, göz-gözü pis seçirdi,

Zorla duydum baxışını yuxumda,

Baxışının naxışını yuxumda.
Sonra birdən gurşad yağış yağırdı,

Sellər çayın boğazından boğurdu,

Ay da, hənuz buludlardan doğurdu,

İslanmışdı üst-başımız yuxumda,

Üz-gözümüz, göz-qaşımız yuxumda.
Xəfif-xəfif əsən gecə küləyi,

O göylərin şıltaq, nazlı mələyi,

Oynadırdı sinəmizdə ürəyi,

Yox olmuşdu ədamız da yuxumda,

Öpüşürdü sevdamız da yuxumda.
Ayılanda gördüm yasdıq yaş olub,

Ağırlaşan ürək dönüb daş olub,

Röyalarım, sanki sənə faş olub,

Sevgiləri adlamısan yuxumda,

Məni yaman odlamısan yuxumda.
Nə edim ki, sən də, gülüm, beləsən,

Şadimanı əfsunladın elə sən,

Deyirəm ki, bunu yaxşı biləsən,

Ürəyimi almayasan yuxumda,

Məni eşqə salmayasan yuxumda.
22.09.1998

SƏN YADIMA DÜŞÜRSƏN

Sönür könül işığı,

Pozulur yaraşığı,

Qəm olub qəlb aşığı…

Sən yadıma düşürsən.
Ürək boynun bükəndə,

Qəlbə duman çökəndə,

Gözlərim yaş tökəndə,

Sən yadıma düşürsən.


Yanır ağızda dilim,

Doğranır dilim-dilim,

İtir can ilim-ilim,

Sən yadıma düşürsən.


Sönür eşqin çırağı,

Yanır tale varağı,

Artır sinəm fərağı,

Sən yadıma düşürsən.

23.11.1998

AÇILSIN MƏHƏBBƏT BAĞINDA GÜLLƏR


Açılsın məhəbbət bağında güllər,

Bizə qanad versin sevdalı illər,

Bir-birinə həsrət qalmasın dillər,

Fələk ağlatmasın gözü, sevgilim,

Heç vaxt ayırmasın bizi, sevgilim.
Ömrümüzdən bahar getməsin hələ,

Hicran bəxtimizi almasın ələ,

Taleyin yolunda verək əl-ələ,

Fələk ağlatmasın gözü, sevgilim,

Heç vaxt ayırmasın bizi, sevgilim.
Aləmə nur versin könül atəşi,

Səmada odlasın doğan günəşi,

Düşsün ayağına həsrətin nəşi,

Fələk ağlatmasın gözü, sevgilim,

Heç vaxt ayırmasın bizi, sevgilim.
Ürəklər hicrandan, eyvah, dolmaya,

Vəfasız adına layiq olmaya,

Könül qəm əlindən saçın yolmaya,

Fələk ağlatmasın gözü, sevgilim,

Heç vaxt ayırmasın bizi, sevgilim.
09.10.1998
QO­VA BİL­Mİ­RƏM
Sə­nin o ila­hi mə­həb­bə­ti­ni

Bo­ran­dan, tu­fan­dan, qar­dan qo­ru­dum.

Bük­düm ürə­yi­mə sə­adə­ti­ni,

Qə­fəs­dən, zin­dan­dan, dar­dan qo­ru­dum.


Gü­nə­şə tuş ol­muş qar də­nə­si ­tək,

Əri­dim ah ilə ba­xış­la­rın­da,

Ağ­la­yan, üşü­yən yar si­nə­si ­tək,

İs­lan­dım həs­rə­tin ya­ğış­la­rın­da.


Mən can­da ax­tar­dım hey sev­da­mı­zı,

Onu duy­ğu­lar­da ta­pa bil­mə­dim.

Di­lək­lər öl­dü­rən bu əda­mı­zı

Bi­sü­tun da­ğı tək ça­pa bil­mə­dim.


Hic­ran ota­ğın­da vü­sa­lı­mız kül,

Əs­dir­di ba­xış­da qə­dər kü­lə­yi.

Xə­zan bağ­ça­sın­da açı­lan bir gül,

San­ki pa­yız­la­rın sol­ğun mə­lə­yi.


Xə­ya­lın gö­züm­də əsir olan­dan,

Evi­min ən əziz qo­na­ğı olub,

Eş­qin ürə­yim­də bir sirr olan­dan,

Kön­lü­mün, qəl­bi­min qı­na­ğı olub.

Gö­züm­dən bağ­rı­ma axır göz ya­şı,

Sev­gi­lim, duy­ğu­nu yu­va bil­mi­rəm.

Dərddən sı­zıl­la­yır qəl­bi­min ba­şı,

Sə­ni ürə­yim­dən qo­va bil­mə­rəm.

26.XI.1999

NƏ DƏ HƏ­YAT VAR


Əv­vəl­ki il­lə­rə qa­yı­day­dım kaş,

Mən sə­ni se­vəy­dim, əziz­lə­yəy­dim.

Atıb vü­sa­lı­nın bu­la­ğı­na daş

Çağ­la­yıb çeş­mə­ tək, də­niz­lə­yəy­dim.

Pə­ri­şan tel­lə­ri tö­küb çiy­ni­mə,

Ba­xıb qı­za­ray­dım sə­ni gö­rən­də,

Ge­yəy­dim tə­zə bir do­nu əy­ni­mə,

Sən gə­zən çə­mən­dən çi­çək də­rən­də.


Yo­lu­nun üs­tü­nə çı­xa­raq hər gün,

Gu­ya tə­sa­dü­fü qar­şı­la­şay­dım,

Sa­lıb bəx­ti­mi­zə ye­nə sə­da, ün,

Sə­nin xə­ya­lın­la pı­çıl­da­şay­dım.


Üzü­nə ta­mar­zı qa­lay­dım ye­nə,

Yu­xu­ma gə­ləy­din ge­cə­lər giz­li,

Sə­nin atə­şin­lə alı­şan si­nə,

Aşi­qin olay­dı, ey ay­bə­niz­li.

On­da­kı il­lə­rə qa­yıt­say­dım mən,

Tək sə­ni se­vər­dim ye­ni­dən, ey yar.

Mə­nim hə­ya­tım­da ol­ma­san ki, sən

On­da nə Şa­di­man, nə də hə­yat var.

5.02.2000 / Pi­ral­la­hı
OL­DUM
Ey mə­nim kön­lü­mü ov­la­yan ov­çu-

Vur­dun ürə­yi­mə ya­ra­lı ol­dum.

Bu dərddən Tan­rı­ya mən ki, du­açı,

At­dı­ğın ni­şa­nın ma­ra­lı ol­dum.


Düş­düm hic­ran­la­rın qəm ya­ta­ğı­na,

Bir gə­lən ol­ma­dı heç ota­ğı­na,

Qar düş­dü kön­lü­mün sev­da ta­ğı­na,

Sa­zaq­dan, şax­ta­dan sa­ra­lı ol­dum.


Ürək hə de­yən­də, yox de­di di­lim,

Doğ­ra­dı ba­ğı­rı qəm di­lim-di­lim,

Özüm də bil­mə­dim nə­dən, sev­gi­lim,

Ni­yə bu sev­gi­dən ara­lı ol­dum?


Sən­də­di kön­lü­mün, qəl­bi­min ca­nı,

Fə­lə­yin bəx­şi­şin, əzi­zim ta­nı,

Kim po­za bil­di ki, fə­lək ya­za­nı?

Mən ki, bəxt sa­rı­dan qa­ra­lı ol­dum.


Et­mə Şa­di­ma­nı dər­din­dən xəs­tə,

Sağ ikən sən mən­dən kön­lü­mü is­tə,

Yo­lu­nu sa­lan­da mə­za­rım üs­tə,

Son­ra­dan de­mə ki, ha­ra­lı ol­dum?!

10.12.1999

NƏ LA­ZIM?


Sal­mı­san kön­lü­mü dər­man­sız dər­də,

Da­ha oğ­run-oğ­run ba­xış nə la­zım?

Gö­züm­də sel tə­ki yaş olan yer­də,

Bu­lud­dan tö­kü­lən ya­ğış nə la­zım?


Söy­lə, sev­gi ol­du bu­nun ha­ra­sı?

İt­di yol­la­rın­da gö­zün qa­ra­sı,

Vur­mu­san qəl­bi­mə sev­da ya­ra­sı.

Xa­lı ­tək min yer­dən na­xış nə la­zım?


On­suz da üşü­yür ürək, kö­nül, can,

Do­nub da­mar­lar­da döv­ran edən qan,

Mə­nim ­tək çov­ğun­da, bo­ran­da­dı an,

Da­ha tə­bi­ətə bu qış nə la­zım?


Dün­ya­nın özü də ha­ra­ya dö­nə,

On­suz da ha­ra­yım yet­mə­yir sə­nə.

Ürək olan yer­də ba­şa sal mə­nə,

Si­nə­nin için­də o daş nə la­zım?

27.08.2001
ÜMİD VER MƏ­NƏ
İy­nə ucu boy­da ümid ver mə­nə,

Bu ümid ovut­sun qoy ürə­yi­mi.

Sən­siz iş­gən­cə­dir bu göy-yer mə­nə,

Uçurtma si­nəm­dən eşq di­rə­yi­mi.


İy­nə ucu boy­da ümi­din özü,

Qa­ran­lıq göz­lə­rə işıq­dır axı,

Sən­sən ka­ina­tım, di­li­min sö­zü,

Sə­nə bu ürə­yin aşiq­dir axı.


Sən­dən doy­maq ol­mur xə­yal­lar­da da,

Gö­zü­mün önün­dən ge­dən de­yil­sən.

Həs­rət ka­bu­su var vü­sal­lar­da da,

Əgər ay­rı­lı­ğa sa­rı əyil­sən.

Da­ğıt­ma kön­lü­mün xa­nə­ma­nı­nı,

Hic­ra­nın bo­yu­nu gös­tər­mə mə­nə.

Uçurd bu qəl­bi­min ah-ama­nı­nı,

Hər qəm­li göz ya­şı bir züm­rüd də­nə.


İy­nə ucu boy­da ümi­din olum,

Gəl ke­çird kön­lü­nün ta­le sa­pın­dan.

Dü­şüb­dü bəx­ti­nə bu hə­yat yo­lum,

Qov­la­ma sev­da­nı be­lə qa­pın­dan.

11.07.2001

O GÜN
O gün bir kü­çə­də gəl­dik üz-üzə,

Ürək­dən xə­bər­siz alış­dı can­lar.

Za­man xa­tır­la­dı o eş­qi bi­zə,

Löv­bər­siz gə­mi­yə bən­zə­di an­lar.
Do­nub iki­miz də qal­dıq, o yer­də,

Nə dil­lər da­nış­dı, nə qəlblər din­di.

Bir an­lıq səc­də­yə dön­dü o yer də,

Yu­xu­lu xə­yal­lar özü dik­sin­di.


Sə­nin bə­bək­lə­rin şim­şə­yə dön­dü,

Alış­dı bağ­rı­mın asi­ma­nın­da.

Elə bil kö­nül­lər eşqlə dö­yün­dü...

Qov­rul­du za­ma­nın dar gu­ma­nın­da.


Ötən xa­ti­rə­lər ba­har­da qar ­tək,

Əri­di an­la­rın yo­xuş­la­rın­da.

Qal­dı ara­lıq­da o sev­gi­miz tək,

Dön­dü bir xə­ya­la ba­xış­la­rın­da.


Də­qi­qə ötüş­dü, san­ki bir il­ğım,

Bu­daq­dan yar­paq ­tək ay­rıl­dı yol­lar...

Bi­zim sev­gi­mi­zin həs­rə­ti la­ğım,

Udar mə­həb­bə­ti, mə­za­ra yol­lar.

4.12.1999

NE­CƏ KE­ÇİM?


Alıb ürə­yi­mi atə­şə sal­dı,

Alı­şır ba­ğı­rım, alı­şır içim.

Hic­ra­nın yo­lu­nu Gü­nə­şə sal­dı,

Be­lə mə­həb­bət­dən mən ne­cə ke­çim?


De­yir­lər se­və­ni Al­lah da se­vər,

Dün­ya­ya nur ve­rən sa­bah da se­vər,

Sev­gi gü­nah­dır­sa, gü­nah da se­vər,

Be­lə mə­həb­bət­dən mən ne­cə ke­çim?


Ucal­dıb­dı ər­şə eşq sa­ra­yı­mı

Nəş­ə­nin əliy­lə bo­ğub va­yı­mı,

Du­yur bir ba­xış­la hay-ha­ra­yı­mı

Be­lə mə­həb­bət­dən mən ne­cə ke­çim?


Bu sev­da kön­lü­mə pə­ri­şan de­məz,

Qəl­bi­mi hic­ra­na heç ni­şan de­məz,

Bağ­rı­mı bu eş­qə ne­cə şan de­məz?

Be­lə mə­həb­bət­dən mən ne­cə ke­çim?


Şöv­qüy­lə si­nə­mə sə­adət dam­lar,

Tu­tub ay­rı­lı­ğı həbs edər, dam­lar,

Dün­ya­da saf eş­qə həs­rət adam­lar,

Be­lə mə­həb­bət­dən mən ne­cə ke­çim?

17.03.2001

YA­DIN­DA­MI?


Ya­dın­da­mı o il­lər?

Eşqlə yan­ğı­lı dil­lər,

Alı­şar­dı, ya­nar­dı,

Za­ma­nım da­ya­nar­dı.

Sən­siz dün­yam kü­sər­di,

Ümi­di­mi kə­sər­di,

Xə­yal­la­rım uçar­dı,

Tez ya­nı­na qa­çar­dı,

Kü­sü­şüb ba­rı­şar­dıq,

Od olub alı­şar­dıq.


Ya­dın­da­mı bir sə­hər?

Al­dı kön­lü­mü qə­hər,

Sən­siz hə­yat da­ral­dı,

Gö­züm­də gün qa­ral­dı.

Kü­lək­lər sa­yaq, əs­dim,

Gö­rü­şü­nə tə­ləs­dim,

Qıv­rıl­dım ilan tə­ki,

Gö­züm gör­mə­di sə­ki,

Eş­qin çap­dı ba­şım­da,

Sə­ni gör­düm qar­şım­da.


Ya­dın­da­mı sə­adət?

Can ­tək sev­gi­li hə­yat,

Kön­lü­mü­zə yar idi,

Həs­rət, vü­sal var idi.

Sel­lər tə­ki co­şar­dıq,

Çeş­mə­lər ­tək da­şar­dıq.

Bi­zə dün­ya­da əziz,

Həm duy­ğu­lu, həm tə­miz,

Saf mə­həb­bət nə­sib­miş,

Üs­tü­müz­də əsib­miş.


Ya­dın­da­mı o vaxtlar?

Ay­rı ya­nar­dı baxtlar,

Alı­şar­dım odu­na,

Heç düş­məz­dim ya­dı­na.

Öz içim­də ya­nar­dım,

Sə­ni dün­yam sa­nar­dım.

Sən­sə çə­kib özü­nü,

Yan tu­tar­dın üzü­nü.

Mə­ni oda atar­dın,

Yu­xu­la­rı qa­tar­dın.


Ya­dın­da­mı kü­lək­lər?

O göy at­lı mə­lək­lər,

Da­ra­yar­dı te­li­mi,

Qu­caq­lar­dı be­li­mi,

Do­da­ğım­da gü­lüş­lər,

O xə­ya­li gö­rüş­lər...

Yu­xu­mu­za gə­lər­di,

Həs­rət dərddən ölər­di.

Sə­ni mə­nə yar edən,

Bağ­rı­mın ba­şın di­dən,

Yu­xu­mu qıs­qa­nar­dım,

Giz­li-giz­li ya­nar­dım...


Ya­dın­da­mı, sev­gi­lim?

Sən­siz ağ­lardı ilim.

Dərd ba­şım­dan aşar­dı,

İçim­də do­la­şar­dı,

Hə­yat adi­lə­şər­di,

Can gö­züm­dən dü­şər­di.

Kön­lüm sə­ni arar­dı,

Qəl­bi­mi dərd sa­rar­dı.

Ağ­lar­dım için-için,

Sə­nin o sev­gin üçün,

De­mə ki, bu eş­qi­miz,

Qoy­ma­yıb qəl­bim­də iz,

Kö­kü ge­dib də­ri­nə,

Ürə­yi­min ye­ri­nə,

Sə­nin sev­gin yer­lə­şib,

Əbə­di se­hir­lə­şib.

15.02.2000

BİR SƏN OL


Bir sən ol, mən olum, bir uçuq ka­ha,

Heç nə is­tə­mi­rəm Tan­rı­dan da­ha!

Sə­hər yel­lə­ri ­tək, bəxt cil­və­lən­sin,

Ey yar, öm­rü­mü­zə şad­lıq ələn­sin.

Nə sər­vət, nə döv­lət, nə pul, nə pa­ra,

Heç za­man tay ol­maz əh­də, il­qa­ra.

Tə­miz­li­yə bağ­lı saf mə­nə­viy­yat,

Onun sa­yə­sin­də bər­qə­rar hə­yat.

Var, döv­lət isi­də bil­məz ürə­yi,

Sev­gi­dir qəlblə­rin ür­kək mə­lə­yi.

Bir sən ol, mən olum, bir uçuq ka­ha,

Dü­şüb var dər­di­nə bat­ma­yaq aha.

Yan­sın, şö­lə­lən­sin kö­nül şa­mı­mız,

Qal­ma­sın ürək­də hə­yat ka­mı­mız.

Ömür yol­la­rın­da sev­gi bə­ləd­çi,

Ona yu­va ol­sun kön­lü­mün içi.


Bir sən ol, mən olum, bir uçuq ka­ha,

Bu hə­qi­qi sev­gi yet­sin Al­la­ha!...

19.02.2000. Gə­mi­də

AMAN YA­RIM


Dün­ya gö­zəl, sev­gi şi­rin, ömür az,

Sən ol­mu­san hə­ya­tı­ma ba­har, yaz,

Se­vən­lə­rə çox ya­ra­şır iş­və, naz,

Kə­dər nə­dir, bil­mə­yə­sən, gül, ya­rım,

Aman ya­rım, gö­zəl ya­rım, gül ya­rım.
Heç sev­da­dan do­yan var­mı dün­ya­da?

Eş­qi­mi­zə hey­ran olub dün­ya da.

Ax­tar­ma­yım gül üzü­nü rö­ya­da,

Kön­lü­mə gəl hər dər­di­mi bil, ya­rım,

Aman ya­rım, gö­zəl ya­rım, gül ya­rım.
Saf ürək­dir mə­həb­bə­tin ada­sı,

Tə­miz eşqdir ya­şa­ma­ğın fay­da­sı,

Xif­fət çək­mək se­vən­lə­rin qay­da­sı,

Eşq nəğ­mə­sin sə­nə söy­lər dil, ya­rım,

Aman ya­rım, gö­zəl ya­rım, gül ya­rım.
Can­dan əziz san­dım sə­ni ca­nı­ma,

Mə­lək­si­ma, nur ve­rir­sən anı­ma,

Dur­ma gen­də bir gəl mə­nim ya­nı­ma,

Cil­və­lə­nir ürə­yim­də tel, ya­rım,

Aman ya­rım, gö­zəl ya­rım, gül ya­rım.
Şa­di­man­dan üz çe­vir­mə, aman­dı,

Ay­rı­lıq ki, ölüm­dən də ya­man­dı,

Heç unut­ma di­lin­də­ki o an­dı,

Alış­dı­rıb qəl­bi et­mə kül ya­rım,

Aman ya­rım, gö­zəl ya­rım, gül ya­rım.

18.03.2001

VAR EŞ­Qİ­DƏ
Sən ey eş­qə edən cə­fa,

Nə hey­rət­lər var eş­qi­də?

Əgər qıl­san ona və­fa,

Sə­adət­lər var eş­qi­də.


Hic­rə bul­ma rə­va ca­nı,

Onun ki, heç yox ün­va­nı,

Baş­lar kön­lə qəm di­va­nı,

Mü­si­bət­lər var eş­qi­də.


Ömür elə ötür yel ­tək,

Ge­dən ge­dər tut­ma el­ tək,

Qəlbdən qəl­bə yol sal tel­ tək,

He­ka­yət­lər var eş­qi­də.


Ötür­mə heç za­ma­nı ki,

Sev bir mə­lək si­ma­nı ki,

Unut­ma din-ima­nı ki,

İba­dət­lər var eş­qi­də.


Uyan sev­gi dər­ga­hı­na,

Şü­kür ey­lər Al­la­hı­na,

Sə­bəb ol­ma qəlb ahı­na,

İta­ət­lər var eş­qi­də.


Sev­da çağ­lar bə­hər­lər­dən,

Ge­cə ağ­lar qə­hər­lər­dən,

Həs­rət gü­lər sə­hər­lər­dən,

Əziy­yət­lər var eş­qi­də.


Qəlbdə ah­lar zə­ban olar,

Qəm aya­ğa da­ban olar,

Ürək elə sər­ban olar...

Nə zil­lət­lər var eş­qi­də?!


Ey Şa­di­man, bu nə sev­da?

Ca­nı ona ey­lə fə­da,

Tən gəl­mə­yir eşqlə əda,

Mə­həb­bət­lər var eş­qi­də.

10.11.2001

İLK MƏ­HƏB­BƏT


Sa­lır­san qəlblə­ri dər­man­sız dər­də,

Də­va­sın nə loğ­man, nə hə­kim ta­pır.

qar­şın­da diz çö­kür igid də, ər də,

Dər­di­nin dər­ma­nın söy­lə kim ta­pır?


Bir za­man Qey­si Məc­nun ey­lə­din,

Ley­li­ni dil­lər­dən dil­lə­rə sal­dın.

Əs­li­ni, Kə­rə­mi de bir ney­lə­din?

On­la­rı kül edib, gu­ya kam al­dın!


Bir vaxtlar Fər­ha­da Şi­rin eş­qiy­lə,

Bi­su­tun da­ğı­nı par­ça­lat­mı­san.

Söy­lə, ilk mə­həb­bət nə əsas ilə,

Qəlblə­ri bu ağır dər­də at­mı­san?!


Çox kö­nül­lər ol­du sən­dən ya­ra­lı,

Qoy­dun si­nə­lə­ri dərd, qəm için­də.

To­ru­na dü­şən­dən qəl­bim sa­ra­lı,

Qoy­mu­san gö­zü­mü yaş, nəm için­də.

1973 / TA­ĞAY
EY YAR
Sə­nin qə­rib düş­müş mə­həb­bə­ti­nə

Min kə­rə ürək­dən can de­dim, ey yar,

Şü­kür edib tan­rı­nın sə­adə­ti­nə

Sən də mə­nim tə­ki yan de­dim, ey yar.

Həs­rə­tə dü­şən­də vü­sal xoş olar,

Göz­lər­dən ya­na­ğa dü­şən yaş olar,

Mə­həb­bət ol­ma­yan ürək daş olar,

Sən bu ger­çək­li­yi an de­dim, ey yar.


Ya­man­dır hic­ra­na qəl­bin döz­mə­yi,

Möh­nət dər­ya­sın­da kön­lün üz­mə­yi,

Kim­dən öy­rən­mi­sən bağ­rı üz­mə­yi?

Qə­min­dən ürə­yim qan de­dim, ey yar.


Əh­di-pey­ma­nı­mız bir söy­lə ha­nı?

Ba­sıb­dır fə­ğa­nın ye­nə hər ya­nı,

Ni­yə qı­na­yır­san bu Şa­di­ma­nı?

Yo­lun­da qur­ban­lıq can de­dim, ey yar.

10.12.1999

NƏDƏN ÜZ ÇEVİRİB GEDİRSƏN BELƏ?


Nədən üz çevirib gedirsən belə?

Ağlayan könlümün dərmanı sənsən.

Vermə ümidimi, sevdalım, yelə,

Bəxtimin hökümü, fərmanı sənsən.


Əsən küləyimsən, doğan günəşim,

Odundan nurlanır ocaq atəşim,

Ulu məhəbbətə səcdədi işim,

Eşqimin həyatda imanı sənsən.


Getmə, sevdiciyim, dünya fanidir,

Zamanın gözündə ömür anidir,

Canı təndən alan ölüm anidir,

Qəlbimin həyatda səhmanı sənsən.


Sevda göylərində, tərlanım, uç gəl,

Ayrılıq İlahi yanında suç gəl,

Ürəyim yollarda qalıbdı quc gəl,

Bu dünyamın ən xoş zamanı sənsən.


Etmə həyatımı hicranlara tuş,

Vaxtımız fələyin süfrəsində nuş,

Saniyə saatın əqrəbində quş,

Gələn hər məqamın amanı sənsən.

18. 04. 2003


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə