Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə11/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

MAVİ YUXULARIM

Gecələr qara örtüklü fələklər,

Mavi donlu mələklər,

Mavi tüllər çəkir gözlərimə,

Alovdan don biçir sözlərimə…

Alır ağuşuna könlümü diləklər,

Sanki bəmbəyaz küləklər,

Mavi yuxular,

bağrımı didən qorxular,

Atır məni kainatın izlərinə,

Batıram fikir dənizlərinə,

Göydə durnalar təki,

Vücudum ən yüngül çəki,

Pənbə buludların üzəriylə uçuram,

Gah röyadan və yalandan qaçıram.

Gah da əlçatmaz, ünyetməz,

Bu sehirin sonu bitməz

ulduzları qucuram,

O qapqara buludlara acıram,

Sanki ayrı bir dünyanın,

Gözəlliklə dolu röyanın,

Qapılarını açır,

Günəş təki nur saçır

Mavi donlu mələklər üzümə,


Bütün məmləkətlər mavi şəkildə

görünür gözümə.

İçimdə acılarla dolu yasım,

Əynimdə mavi donlu libasım,

Nalə çəkən könül sazım,

Üzümə gülən alın yazım.

Qansız, savaşsız, ölümsüz,

Divansız, sərhədsiz, bölümsüz,

Bir səyyarədə dolaşıram,

Bu dünyadan çəkdiklərimi,

Vərəqlərə tökdüklərimi…

Mavi donlu mələklərə danışıram,

Bu atəşlə alışıram.

Ayrılmaq istəmirəm,

Heç kəsə demirəm,

Mavi yuxuların şirinliyindən,

Vücudumu bir heyrət bürüyür,

Və bu heyrət buzları əriyir,-

Bu sehrin dərinliyindən.

Gecələr mavi paltarımda,

İçimdə ilham adlı yatarım da.

Mavi donlu mələklərlə,

Məni ovsunlayan fələklərlə

Tanrıya üz tuturam,

Haqqın dərgahına çatıram!..

Zaman naləsiz, ahsız,

Ruhlar günahsız,

Ruhlar günahkar,

Etdiklərini edə bilmir inkar,

Küskün-küskün ətrafımda dolaşır,

Mənimlə pıçıldaşır.

Ömrün dönüklüyündən,

Cəzaların böyüklüyündən,

Dünyanın faniliyindən söz açırlar…

Önümdə o yan, bu yana qaçırlar!

Məndə mavi yuxularımla,

İçimi didən qorxularımla,

Dərdləşirəm onlarla,

Min bir dərdli canlarla!

Beləcə səhər açılır,

Nur saçılır,

Otağıma al günəş dolur.

Mavi donlu mələklər,

İçimə sığınmış diləklər-

Harasa tələsən qaranlıqda solur-

Mavi yuxularımla,

Ölümdən ağır qorxularımla,

Bir göz qırpımında yox olur…

Əzab verən min bir xülya,

Qanla dolu dünya,

Sinəmə ox olur…

05.12.1992



ADIN GƏZƏR BU ELLƏRDƏ, RÜBABƏ



( Mərhum şərqi ustası Rübabə xanım

Muradovaya)
Bu nə atəş, bu nə yanğı, bu nə od,

Bu nə niskil, bu nə nalə, bu nə dad,

Od qaladı bağrıma o ah, fəryad,

Səsindəki o inilti, Rübabə,

Qəlbə doldu bir gizilti, Rübabə.
Zəngulədən könlümə od hopubdu,

Hər şərqindən min yol qəlbim qopubdu,

İlham atım əngin göydə çapıbdı,

Acıları vurmub üzə, Rübabə,

Güc gəlibdi yanan sözə, Rübabə.
Gecələrin Araz keçən uyğular,

Gündüzlərin haqsızlıqlar, qayğıılar,

Zəncirlənmiş, sərhədlənmiş duyğular,

Ürəyində tonqal çatdı, Rübabə,

Sənətini dərd yaratdı, Rübabə.
Allah verdi sənə ilahi səsi,

O bənzərsiz, o qənirsiz nəfəsi,

Çoxdan söküb o tikanlı qəfəsi,

O Koroğlu zəngulələr, Rübabə,

Min il keçsə qəm güllələr, Rübabə.
Şərqin böyük ulduzusan el bilir,

Hər ağrını dəli mizrab, tel bilir,

Təbrizinə yetmiş səsi yel bilir…

Əcəl qondu qəfil cana, Rübabə,

Ruhun uçdu Savalana, Rübabə.
Heydər baba qara örtdü başına,

Ağ buludlar güc gəldi göz yaşına,

Duman çökdü Ərdəbil dam-daşına,

Araza da qan ələndi, Rübabə,

Musiqimiz güllələndi, Rübabə.
Bəxtiyarıq yazarımız yazardı,

Öz əliylə öz qəbrini qazardı,

Sənin şərqin «şad ölkədə» azardı…

Uçardı hey Araz üstə, Rübabə,

Ürək xəstə, könül xəstə, Rübabə.
Parçalanmış yurd ağlatdı Allahı,

Ayrılıqdan ölənlərin günahı,

Qəm örtüklü gecələrin sabahı,

Tilsimləndi boğazında, Rübabə,

Zili ötdü avazında, Rübabə.
Vətən qızı, ruhun könlün mehmanı,

İsmarladın haqq səsinə sən canı,

Nəğmən coşan damarımın al qanı,

Şərqin ulu səs anası, Rübabə,

Muğamatın haqq sonası, Rübabə.
Şirin Xanım, elin sözü yaqutdu,

Füzuliylə Rübabəni bir tutdu,

Ruhun cənnət, cismin qəbrə tabutdu,

Yaşayarsan min illərdə, Rübabə,

Adın gəzər bu ellərdə, Rübabə.

13.09.1992


ÖZÜMÜ AXTARIRAM
Ömür əlimdə darı,
Günlərimi arıram,

Bala gül yığan arı…

Özümü axtarıram.
Ötən günlərə varıb,

Qəlbi zamana sarıb,

Qəmin sinəsin yarıb-

Özümü axtarıram.


Bəşərin damı uca,

Hər dama da bir baca,

Özümdən qaça-qaça-
Özümü axtarıram.
Həyat sobası isti,

Ömür bacası tüstü,

Alıbdı möhnət üstü,

Özümü axtarıram.


Ağıl cana təsəlli,

Can yiyəsinə bəlli,

Tutub vaxtdan minəlli-

Özümü axtarıram.


Diləklərim havada,

Ürəyimlə davada,


Dilim haqqa duada,

Özümü axtarıram.


Şadiman doğulandan,

Ələmlə yoğrulandan,

Can qəmdə boğulandan-

Özümü axtarıram…

Özümü axtarıram…

22.11.1998


MƏN İNSAN­ AX­TA­RI­RAM
Gü­nü gü­nor­ta ça­ğı,

Tu­tub əl­də çı­ra­ğı,

Kü­çə­lər­dən ke­çi­rəm,

Hər göz­dən qəm içi­rəm,

Alə­mi seyr edi­rəm,

Yo­rul­ma­dan ge­di­rəm.

Ağın­da, qa­ra­sın­da,

Küt­lə­nin sı­ra­sın­da,

Gö­züm gə­zir ac tə­ki,

Kön­lü­mə əlac tə­ki,

İz­di­ha­mı ya­rı­ram,

Mən in­san ax­ta­rı­ram.


Hə­rə­nin öz dün­ya­sı,

Ço­xu ca­nın­dan ası,

Ki­mi­nin ci­bi boş­du,

Ki­mi­nin qəl­bi daş­dı.

Bi­ri lap göy­də gə­zir,

Ad­dı­mı ye­ri əzir,

Ne­çə kön­lü mə­kir­li,

Ürə­yi, qəl­bi kir­li,

Ötür ke­çir ya­nım­dan,

Ha­ray qo­pur ca­nım­dan...

Yo­lun sa­lır qa­nım­dan.

Ba­xı­ram bu üz­lə­rə,

O da­va­lı göz­lə­rə,

Ürə­yi­mi qəm alır,

Gö­züm göz­lər­də qa­lır,

Min bir mə­na arı­ram,

Mən in­san ax­ta­rı­ram.
Əqi­də­si puç­la­rı,

Si­nə­sin­də suç­la­rı,

Qo­vu­ram ba­xı­şım­la,

Göz­dən axan ya­şım­la!

De­yi­rəm, İla­hi, kaş

Ağı­lı, id­ra­kı daş,

Keç­mə­yə heç ya­nım­dan,

Bu il­ham ün­va­nım­dan.

Gö­züm gə­zir üz­lə­ri,

Ürək­lə­rin düz­lə­ri,

Yo­xu­şun­dan az imiş,

Adəm nə da­yaz imiş?

İçin­də ib­lis ya­ğı,

Çox əmə­li ba­ya­ğı,

Ötür ke­çir yel ki­mi,

Şey­tan onun ha­ki­mi.

Kü­çə qay­nar adam­la,

Bu şə­hər do­lu dam­la,

Ha­ra­sa tə­lə­sən var,

Ta­le­yin­dən kü­sən var.

Ba­xır ya­nır ürə­yim,

İm­da­da yet, fə­lə­yim!

İn­san­lar ya­xı­nın­da,

Bu adəm axı­nın­da

Ürək­lə­rin pa­sı bol,

Kə­də­ri bol, ya­sı bol,

Di­lin­də du­ası bol...

Kön­lə ümid sa­rı­ram,

Mən in­san ax­ta­rı­ram,

Mən in­san ax­ta­rı­ram.

5.02.2000 Gə­mi­də.
AR­ZU­LAR
Vu­ran ürək­lə­rin qəlb məs­lək­da­şı,

İn­sa­nı gül­dü­rür hər qə­dəm ba­şı,

Bax­ma­yır müd­rik­dir, ya da ki na­şı,

Hər du­yan ürə­yə sir­daş ar­zu­lar,

İn­san ta­le­yi­nə qar­daş ar­zu­lar.
Bir­cə də­qi­qə­də kön­lü şad edən,

Qor­xa­ğın, na­mər­din bağ­rı­nı di­dən,

Bir an­da kö­mək­siz qəl­bi isi­dən,

Öm­rün hər gü­nü­nə ma­yak ar­zu­lar,

Can­lı ka­ina­ta da­yaq ar­zu­lar.
Qoy­maz ki, na­ümid heç bir nə­fə­ri,

Qəlblə­rin ilk kəş­fi, bö­yük sə­fə­ri,

Açı­lan sa­ba­hın ye­ni zə­fə­ri,

İn­san ta­le­yi­nin özü ar­zu­lar,

Hər bir qə­lə­bə­nin gö­zü ar­zu­lar.
O qu­rub ya­ra­dan nə­cib əl­lə­rin,

Qəlblə­rə ruh ve­rən tu­ti dil­lə­rin,

Yaş üs­tü­nə gə­lən say­sız il­lə­rin,

Ürə­yi, nə­fə­si, ca­nı ar­zu­lar,

Vu­ran nəbzlə­rin qa­nı ar­zu­lar.
Kör­pə­yə, ca­va­na, qo­ca­ya həm­dəm,

Kö­nül­lə­rin dos­tu, ar­xa­sı hər dəm,

Dərdli ürək­lər­də qoy­maz bir­cə qəm,

Dər­man­sız dərdlə­rə şə­fa ar­zu­lar,

Saf düz­lük, eti­bar, və­fa ar­zu­lar.
İlk an­da, ilk sö­zə sa­diq qa­la­na,

O ilk mə­həb­bət­dən do­ğan ya­la­na,

Ürə­yi ömür­lük dər­də sa­la­na

Ən bö­yük məs­lə­hət, di­rək ar­zu­lar,

Ürə­yi xəs­tə­yə ürək ar­zu­lar.
İl­lər­lə ya­taq­da xəs­tə ola­na,

Var­lı­ğı qüs­səy­lə, dərdlə do­la­na,

Se­vinclə, şad­lıq­la şə­rik hər ana,

Ən ül­vü, ən ye­ni hə­yat ar­zu­lar,

Tü­kən­məz xoş­bəxtlik, bü­sat ar­zu­lar.
Al­tun əməl­lə­rin qəl­bə ələ­nir,

Sa­yən­də ürək­lər eş­qə bə­lə­nir,

Əlin­dən qüs­sə­lər çöl­də di­lə­nir,

Da­im gü­lüm­sər­dir bə­niz ar­zu­lar,

Coş­ğun, tə­la­tüm­lü də­niz ar­zu­lar.
Ürək­də qə­lə­bən son­suz bəs­lə­nir,

Öl­məz sin­fon­ya­dır nəşən səs­lə­nir,

Duy­ğu­lar üs­tü­nə duy­ğu­lar enir,

Par­laq müj­də­lə­ri pak iz ar­zu­lar,

Şad­lıq­la, se­vinclə əkiz ar­zu­lar.
Sə­nin bö­yük­lü­yün də­niz qə­dər­dir,

Bə­zən so­nu şad­lıq, bə­zən kə­dər­dir,

Bə­zən mü­qəd­dəs­dir, bə­zən hə­dər­dir,

Ay sir­li, söh­bət­li, söz­lü ar­zu­lar,

Ay od­lu, alov­lu, köz­lü ar­zu­lar.
Hə­qi­qət, xə­ya­nət ol­muş oca­ğın,

Gah düz­lük, gah pis­lik sə­nin bu­ca­ğın.

Ya ölüm, ya hə­yat sir­li qu­ca­ğın...

Ta­ri­xə şan-şöh­rət, şə­rəf ar­zu­lar,

Ay pak vic­dan­la­ra əş­rəf ar­zu­lar.
Bə­zən ti­kir el­lər, oba­lar sa­lır,

Bə­zən də za­ma­nı ge­ri­yə sa­lır,

Bə­zən no­ta dö­nüb şad­lıq­lar ça­lır,

Gah qəm­li, qüs­sə­li ağ­lar ar­zu­lar,

Gah çıl­ğın gur­la­yar, çağ­lar ar­zu­lar.
O əqil, dü­şün­cə yo­lun da­nan­da,

Büd­rə­yib özü­nü şə­rə ya­nan­da,

Gö­züy­lə, ara­yıb, kö­mək anan­da,

Ha­mı­ya dar gün­də tə­bib ar­zu­lar,

Tən­ha kö­nül­lə­rə hə­bib ar­zu­lar.
Fə­qət, in­san ad­lı bir cə­miy­yə­tin,

Da­im ömür edən bə­şə­riy­yə­tin,

Ürək­lə­rə ke­çən əbə­diy­yə­tin,

Sus­maz nəğ­mə­si­dir bil ki, ar­zu­lar,

Bu­nu de­yə bil­mir dil ki, ar­zu­lar.
Tor­paq üs­tə gə­zən can­lı xil­qə­tin,

Sel ki­mi gur­la­yan pak hə­qi­qə­tin,

Min il­lər çağ­la­yan qa­li­biy­yə­tin,

Duy­ğu­su, ama­lı, özü ar­zu­lar,

Aqil şü­ur­la­rın sö­zü, ar­zu­lar.
Çıl­ğın dü­şün­cə­lər sir­lər üm­ma­nı,

Şi­rin xə­yal­la­rın rö­ya du­ma­nı,

San­ki quş qa­nad­lı əs­rin za­ma­nı,

Əzəl ix­ti­ya­rı, ka­mı ar­zu­lar,

Ey kö­nül lə­zə­ti, ta­mı ar­zu­lar.
İnan tü­kən­mə­yən bir ül­viy­yə­tin,

Ən ali, ən son­suz sə­mi­miy­yə­tin,

Hər şey­lə öl­çü­lən saf kə­miy­yə­tin,

Döv­lə­ti ar­zu­lar, va­rı ar­zu­lar,

Du­yan ürək­lə­rin ya­rı ar­zu­lar.
Gah qə­zə­bə, gah da bir ki­nə dö­nür,

Ya od-atəş olur, ya da ki, sö­nür,

Hər­dən na­mərdlik­lə, mərdlik­lə di­nir,

Bə­zən əy­ri­li­yi qu­ran ar­zu­lar,

Lap­dan xəz­ri, tu­fan, bo­ran ar­zu­lar...
Bir­dən keş­mə­keş­li ne­cə ge­di­şi?

Qəl­bə ha­kim olan şər­dir hər işi,

Gah­dan acı olur şi­rin gü­lü­şü,

Bə­zən eti­bar­sız olur ar­zu­lar.

Ni­yə bar­lı, bar­sız so­lur ar­zu­lar?
Ney­lim ka­ina­ta fit­nən ya­man­dır,

Gah ay­dın, gah çis­kin, gah da du­man­dır,

Sir­li əməl­lə­ri ox­suz ka­man­dır,

Çə­kir ka­ina­ta ke­şik ar­zu­lar...

Ay bü­tün ca­ha­na be­şik ar­zu­lar.
Haq­sız­lıq gö­rən­də dərddən bo­ğu­lan,

Düz­lük be­şi­yin­də ey pak do­ğu­lan,

Eh­ti­ras odun­da hər­dən yuğ­ru­lan,

Də­yə­nət, əzə­mət se­li ar­zu­lar,

Cə­sa­rət, mə­ta­nət eli ar­zu­lar.
Hər­dən şi­rin, şə­kər, hər­dən­sə acı,

Aqil şan-şöh­rə­tin baş­la­rın ta­cı,

Şü­ca­ət, şə­fa­qət əq­lin tu­ra­cı,

Kön­lü bül­bül tə­ki açan ar­zu­lar,

Qar­tal­ tək zir­və­yə qa­çan ar­zu­lar.
Be­yi­nin, şü­urun, zeh­nin ay­na­sı,

Azad duy­ğu­la­rın naz­lı so­na­sı,

Əzəl in­san­lı­ğın da­hi ana­sı,

Hər­dən mər­hə­mə­tə dö­nən ar­zu­lar,

So­nu ça­tan şam ­tək sö­nən ar­zu­lar.
Bu gü­nün, sa­ba­hın tə­miz əmə­li,

Ya­şa­maq eş­qiy­lə ya­radan əli,

Xoş­bəxt gə­lə­cə­yin azad tə­mə­li,

Mil­yon kö­nül­lə­rə sə­da ar­zu­lar,

Məğ­rur xoş­bəxtli­yə ada ar­zu­lar.
İn­san, ka­ina­ta şaq­raq gə­li­şin,

Do­daq tə­bəs­sü­mün, in­cə gü­lü­şün,

Bu fa­ni dün­ya­da hey yük­sə­li­şin,

O çağ­lar kön­lü­nə hə­yan ar­zu­lar,

O sər­ban ömü­rə əyan ar­zu­lar.

21.03.1978 /Ya­sa­mal/

TƏN­HA QA­DIN
Sə­nin bir ha­lı­na ya­na­nın yox­mu?

Öm­rü­nü, gü­nü­nü ana­nın yox­mu?

Bu fə­na bəx­ti­ni qa­na­nın yox­mu?

Al­nı­na ta­le­siz ya­zı­lıb adın,

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Sən­dən İla­hi də çe­vi­rib­mi üz?

Olur­mu fə­lə­yin yol­la­rı heç düz?

Bu acı mə­la­lın gəl bağ­rı­nı üz

Gö­yün nə­fə­si­ni kə­sib fər­ya­dın,

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.

Ni­yə bu dynya­ya gəl­mi­sən na­lan?

Ömür ötür ke­çir büs­bü­tün ta­lan,

Kön­lün qan ağ­la­yır, gü­lü­şün ya­lan...

Du­ya bil­din­mi heç hə­ya­tın da­dın?

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.


Sə­nin ad­dı­mı­na hey göz qo­yar­lar,

Qəl­bi­nə də­yər­lər, kön­lü oyar­lar,

O qa­ra bəx­ti­ni nə vaxt du­yar­lar?

Yet­mə­yir heç kə­sə ni­yə im­da­dın?

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Axır göz yaş­la­rı ni­yə içi­nə?

Öm­rün bu tək ev­də ne­cə ke­çi­nə?

Qəlb ca­vab ax­ta­rır ni­yə, ney­çi­nə?

Qa­pı­nı açır­mı ya­xı­nın, ya­dın?

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Ge­cə­lər si­nən­dən ahın yük­sə­lər,

Evin di­var­la­rı üs­tü­nə gə­lər,

Ürə­yin hər sə­sə, hər ünə mə­lər!

So­yuq bir tə­səl­lin var­sa öv­la­dın...

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Qor­xar­san işı­ğı ke­çi­rə­sən bir,

Eş­qin, sev­gin, his­sin ge­cə­nə qə­sir,

Xə­ya­lın çin ol­maz vü­sa­la əsir,

Bay­quş­lar bə­zə­yər yur­dun bər­ba­dın,

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Sə­nə han­sı qa­ra lə­kə ya­xıl­maz?

Üzü­nə bir tə­miz eşqlə ba­xıl­maz,

Bəx­tin bağ­lı yo­lu ni­yə yı­xıl­maz?

Bo­ğar göz yaş­la­rın gö­yün gur­şa­dın,

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Kö­çüb yar-yol­da­şın xə­ya­lı­na­mı?

Əl­lə­rin yet­mə­yir vü­sa­lı­na­mı?

Bir ya­nan ta­pı­lıb de ha­lı­na­mı?

Qa­pın­da nə işi evi­aba­dın?

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Fə­lək ta­le­yi­nə ni­yə qəm ya­zıb?

Bəx­tin­mi ge­ci­kib, yol­lar­mı azıb?

Acı dərdlə­ri­nə bir mə­zar qa­zıb

Da­da­san dün­ya­nın şad­lı­ğın, şa­dın,

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.
Şa­di­man gö­zün­də gö­rür qəm izi,

Öm­rün tu­fa­nın­da so­lan bə­ni­zi,

Ayıq ol! Ba­tı­rar hə­yat də­ni­zi...

Ye­tə­nə yan­ma­sın qoy kö­nül odun,

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.

Ay gö­zü­köl­gə­li, ay tən­ha qa­dın.

14.08.2001.

İKİ DAM­LA YAŞ


Gö­züm­dən iki dam­la yaş

Ax­dı ağ və­rəq üs­tə.

Ağ və­rəq də kön­lüm tə­ki ol­du xəs­tə.

Ölən an­la­rı­mı yu­du, ta­but­la­dı,

Ümid­lə­ri­mi qat­la­dı.

İki dam­la yaş...

Ca­nı­ma de­di sir­daş,

Mə­ni tən­ha­lı­ğa apar­dı,

İçim­də tu­fan qo­par­dı.

Ca­nı­ma sir­daş ola­na bax,

Gö­züm­də yaş ola­na bax.

17.03.2001.

İL­HAM PƏ­Rİ­Sİ
Ah, il­ham pə­ri­si, bu zül­mət ge­cə,

Kön­lü­mün evi­nə gəl­mi­sən ne­cə?

His­sim, hə­ya­ca­nım ye­nə əlin­də,

İn­cə­lik, lə­tif­lik tu­ti di­lin­də,

Dad­lı duy­ğu­la­rın qəl­bi­mi bə­zər,

Ru­hu­mun ba­ğın­da mə­lə­yə bən­zər.

Bü­küb ürə­yi­mi o atə­şi­nə,

Dön­mü­sən bəx­ti­min sən gü­nə­şi­nə.


Ah, il­ham pə­ri­si, bu ge­cə ya­rı,

Gə­tir­din kön­lü­mə əh­di-il­qa­rı,

Ba­ğın­da açı­lan çi­çək­lə­rin­lə,

Bağ­rı­mı od­la­yan di­lək­lə­rin­lə,

Sar­mı­san ca­nı­mı sev­gi­li yar ­tək,

Qoy­nu ətir qo­xan nur­lu ba­har ­tək.

Ürək süf­rə­si­nə sev­da dü­zür­sən,

Kö­nül qə­də­hi­nə duy­ğu sü­zür­sən.


Ah, il­ham pə­ri­si, tən­də can var­kən,

Bu və­fa­lı dün­yam kön­lü­mə yar­kən,

Gəl oy­nat qəl­bi­min duy­ğu­la­rı­nı,

Unu­daq ca­ha­nın qay­ğı­la­rı­nı.

Coş­qun bu­lud­lar ­tək do­lub-bo­şa­laq,

Bu qa­ra zül­mə­ti edək daş-qa­laq,

Uçaq asi­ma­na mə­lək­lər sa­yaq,

Yu­xu­la­sın ka­inat biz isə oyaq!..


Ah, il­ham pə­ri­si, har­dan qaç­mı­san?

Kön­lü­mün qa­pı­sın ne­cə aç­mı­san?

Mən ki, qol-bo­yun­dum yu­xu­la­rım­la,

Qəl­bi əsir edən qor­xu­la­rım­la.

İzin ver, bağ­rı­ma ba­sım qoy sə­ni,

Ye­nə tə­la­tü­mə gə­tir­din mə­ni.

Çı­xaq duy­ğu­la­rın sey­ran­ga­hı­na,

Dö­nək hər sə­ti­rin ya­nan ahı­na!

Ah, il­ham pə­ri­si, bu kö­nül odam,

Sən­siz mən də or­da qə­ri­bəm, ya­dam.

Sə­nin atə­şi­nə ya­nar oca­ğım,

Duy­ğuy­la sev­giy­lə do­lu qu­ca­ğım,

Sə­ni uca Tan­rım gön­də­rib mə­nə.

Kön­lü­mün qa­pı­sın gös­tə­rib sə­nə,

Eş­qin ürə­yi­min için­də bi­tər,

Sə­nin­çin ölü­rəm mən sən­dən be­tər.


Ah, il­ham pə­ri­si, bu ge­cə vax­tı,

Qur­mu­san evi­min ağ­zın­da tax­tı,

Qa­pı­mı ahəs­tə elə açır­san,

Qa­ran­lıq için­də işıq sa­çır­san.

Do­ğub göy­lə­rin­də hə­yat gü­nə­şi,

Dü­şüb aya­ğı­na zül­mə­tin nə­şi,

Bü­tün vü­cu­du­mu al­mı­san ələ,

Tut­mu­şam sə­nin­lə ye­nə əl-ələ.


Ah, il­ham pə­ri­si, kön­lü­mü qo­par,

Mə­ni də özün­lə dün­ya­dan apar,

Bir­gə qa­nad açım, uçum sə­nin­lə,

Ey in­cə mə­lə­yim, gəl mə­ni din­lə,

Ağ­rı­yan kön­lü­mə bir yu­va ara,

Qo­yum ürə­yi­mi əbə­di ora!...

Ra­hat­lıq tap­ma­dım mən­ki bir dəm də,

Gəz­di­rə bil­mi­rəm onu si­nəm­də.


Ah, il­ham pə­ri­si, ba­xı­şın in­cə,

Öt­mə­sin ax­şa­mın an­la­rı be­cə.

Dö­nək ge­cə­mi­zin tə­ra­nə­si­nə,

Bir şi­rin­lik qa­taq in­cə sə­si­nə.

Da­ra­yaq zül­mə­tin qa­ra te­li­ni,

Qu­caq nur­lu ayın in­cə be­li­ni.

Ürə­yi oy­na­sın ötən anın da,

Qoy hə­yat qay­na­sın do­nan qa­nın­da!

Ah, il­ham pə­ri­si, gə­li­şin tə­zə,

Bə­zə ürə­yi­mi, əl-al­van bə­zə.

Ge­dək meh­man olaq vü­sal ba­ğı­na,

Qal­xaq duy­ğu­la­rın uca­lı­ğı­na.

Si­lək göz­lə­rim­dən nis­ki­li, qə­mi,

Şad­lı­ğa bə­lən­sin kö­nül alə­mi.

Ye­tir Şa­di­ma­nın qəl­bi­ni da­da,

Bun­dan da gö­zəl şey nə­dir dün­ya­da?!..

26.09.1999

TİT­RƏ­YƏN ŞAM


Ba­şı­mın üs­tün­də dağ tə­ki ağır dam,

Ma­sa­mın üs­tün­də tən­ha qı­zıl­gül və tit­rək şam.

Qap­qa­ra çad­ra­ya bü­rün­müş mə­sum ax­şam.

Kön­lüm yaz bu­lu­du­ tək dop­do­lu,

Eniş­li, yo­xuş­lu bu ta­le yo­lu.

Tit­rə­yir içim­də nis­kil­lə­rim,

Açıl­ma­yan müş­kül­lə­rim.
Kön­lüm sev­da zin­da­nın­da məh­bus ­tək,

Acı­lar üs­tü­mə qəm tö­kür ətək-ətək,

Sı­xı­lı­ram ge­cə­nin tən­ha­lı­ğın­dan,

Bir ilə dö­nür an,

Qəl­bim atəş­lər­dən bür­yan,

Nə əh­va­lı­mı so­ran var,

Nə kön­lü­mü aran var,

Nə də ha­lı­ma qa­lan,

Ürək büs­bü­tün ta­lan,

İşı­ğı keç­miş şam da öm­rü ba­şa ye­tir­miş,

Qəm­li hə­yat das­ta­nı­nı bi­tir­miş,

Mən­sə hə­yat­la çar­pış­ma­da,

İl­ham­la pı­çıl­laş­ma­da.

Bu da kön­lü­mə Tan­rı­dan pay­dır,

Tu­fa­nı bit­məz bəx­ti­mə vay­dır!

Hey dö­yəc­lə­yir mə­ni acı kü­lək­lər­lə,

Yağ­mu­ru usan­maz fə­lək­lər­lə.

Al­la­hım­dan aman di­lə­məz,

Sa­ba­hı­ma du­man di­lə­məz,

Tit­rə­yən göz yaş­la­rım­la qol-bo­yun,


Bi­tib-tü­kən­məz bu oyun.

Mü­rək­kə­bi qu­ru­muş qə­lə­mi­mi,

İs­la­dı­ram göz ya­şım­la,

Tə­laş­da­yam ağ­rı­lı ba­şım­la,

Rüz­ga­rı sus­muş kön­lüm gər­gin,

Qəm­lər­dən usan­mış hə­ya­tım di­dər­gin.

Sa­ba­hı­mın ümid­lə­ri yol­lar­da ve­yil,

Öm­rüm ki, bu qov­ğa­lar­dan qur­ta­ran de­yil.

Kə­sib qa­pı­mın ağ­zı­nı ax­şam,

Ma­sa­mın üs­tün­də işı­ğı keç­miş şam...

6.11.1994

QƏ­Rİ­BƏM


Bu adam­la do­lu dün­ya mə­nə yad,

Çə­kir ürə­yi­min fə­qan­la­rı dad,

Bu xə­ra­bə kön­lüm ol­ma­dı abad,

Sə­adət ba­rı­mı ib­lis­lər də­rib,

Al­lah, bu dün­ya­da qə­ri­bəm, qə­rib.
Gö­züm­də yaş­la­rım şim­şək ­tək ça­xır,

Fə­lə­yin qəm se­li üs­tüm­dən axır,

Heç acı dərdlə­rə ol­ma­dı axır.

Kön­lü­mü ne­çə yol qəm yu­yub sə­rib,

Al­lah, bu dün­ya­da qə­ri­bəm, qə­rib.
Bə­şər ram olub­du pis niy­yət­lə­rə,

Bo­ğaz­dan yu­xa­rı iba­dət­lə­rə!

Ürək uyuş­ma­yır yad si­fət­lə­rə,

Zü­lüm­lər bəx­ti­min qol­la­rın gə­rib,

Al­lah, bu dün­ya­da qə­ri­bəm, qə­rib.
Fə­lək kə­də­rim­lə gi­rib­di bəh­sə,

Tu­tub ürə­yi­mi sa­lıb qə­fə­sə,

Mə­nə dərd ver­mək­çin dü­şüb hə­və­sə,

Yı­ğıb əzab­la­rı qəl­bə gön­də­rib,

Al­lah, bu dün­ya­da qə­ri­bəm, qə­rib.
Ca­nım ağı­lım­dan olub­du ası,

O da ürə­yi­mə qu­rub­du ya­sı,

Ta­le­yin əlin­də qəm do­lu ta­sı,

Kön­lü­mə ca­ha­nın ahın ən­də­rib,

Al­lah, bu dün­ya­da qə­ri­bəm, qə­rib.
Ağ­lar ürə­yi­min ahı gi­le­yə,

Dö­nüb mə­nim tə­ki bir qəm­li ne­yə.

Şa­di­man, bil­mi­rəm,bu fə­lək ni­yə,

Vi­ra­nə bəx­ti­mi yol­dan dön­də­rib?

Al­lah, bu dün­ya­da qə­ri­bəm, qə­rib.

3.02.2000. Pi­ral­la­hi

QU­RU­MA­YIR NƏM
Mə­nim əzab­la­rım içim­də gə­zir,

O sərt ad­dım­lar­la kön­lü­mü əzir.

Qəl­bim­dən baş­la­yır dün­ya­nın qə­mi,

dər­də ba­tır­mı­şam bü­tün alə­mi.

Mə­nim­lə do­ğu­lub yə­qin ki, bu qəm,

Odur ki, gö­züm­dən qu­ru­ma­yır nəm.

Də­niz ürə­yim­də qo­pub fır­tı­na,

Ke­çib dal­ğa­la­rın yed­di qa­tı­na.

Ağ­lar si­nəm­də­ki bü­tün duy­ğu­lar,

Umar bu na­ra­hat qəlbdən say­ğı­lar,

Hər şe­yin ağ­rı­sın çə­kir ürə­yim,

Bil­mi­rəm onun­la, Al­lah, ney­lə­yim?

Ne­cə na­ra­hat­dı mə­nim­ tək hər dəm,

Odur ki, gö­züm­dən qu­ru­ma­yır nəm?!...

19.02.2000. Gə­mi­də

BA­XA BİL­Mİ­RƏM


Mən ürə­yim­də tu­fan dun­ya­nın haqq sə­si­yəm,

Bü­tün Yer kü­rə­si­nin ya­nıq­lı na­lə­si­yəm,

Ta­le­yi­min əlin­də hə­yat pi­ya­lə­si­yəm,

Dü­şüb bir gün tor­pa­ğa par­ça-par­ça ola­cam,

Ca­ha­nın ba­ğı­rın­da fər­yad tə­ki qa­la­cam.
Ye­nə də duy­ğu­la­rım kö­pü­rür sel­lər tə­ki,

Kön­lüm elə ağ­la­yır ya­nıq­lı dil­lər tə­ki,

Si­nə için­də atəş bo­za­rıb kül­lər tə­ki,

Ay­rı­la bil­mi­rəm heç bu sev­da yu­xu­sun­dan,

da­ha se­və bil­mi­rəm həs­rə­tin qor­xu­sun­dan...
Mən­də atə­şi bol­du gur ya­nan ocaq­la­rın,

Bağ­rım­da lay­la­sı var ötüb ke­çən çağ­la­rın,

Di­va­nə­si ol­mu­şam bu ürə­yim ağ­la­rın!

Xə­yal­la­rım öcə­şir sev­da də­niz­lə­rin­də,

An­la­rım itir-ba­tır hə­ya­tın iz­lə­rin­də.
Ka­ina­tın kök­sün­də qov­ru­lu­ram kür­rə ­tək,

Vur­nu­xu­ram dər­ya­da yo­lun az­mış bə­rə­ tək,

Gö­yün bağ­rın­dan qo­pub düş­düm ye­rə zər­rə ­tək,

Odur ki, çır­pı­nı­ram Göy­lə Yer ara­sın­da,

Göy­də ul­du­zum par­lar ul­duz­lar sı­ra­sın­da...
Mən boş ye­rə qə­lə­mi kön­lə əsir et­mə­dim,

İl­ha­mın qa­pı­sı­na qəlb coş­ma­sa get­mə­dim,

Do­ğu­lub haqq ara­dım, əf­sus haq­qa yet­mə­dim,

Duy­ğu­la­rım qar­tal ­tək qa­ya­nı yu­va edər,

Dil kön­lü­mün eş­qi­nə Al­la­ha dua edər.
Bir hə­qi­qət qu­şu­yam hə­ya­tın bağ­ça­sın­da,

Di­lək­lə­rim şan-şan­dır bu kö­nül boğ­ça­sın­da,

Qo­pub ürə­yim tən­dən qa­lıb can tax­ça­sın­da,

Min il­lik bir pa­lı­dam tu­fan­la­ra dö­zü­rəm,

Dər­ya­la­rın di­bin­də bir qəv­va­sam üzü­rəm.
Siz mə­ni ara­ma­yın adam­la­rın için­də,

Hiy­lə, fit­nə, qəm do­lu bu dam­la­rın için­də,

Min cü­rə ləz­zət alan bu kam­la­rın için­də,

Bir ge­cə­lik işı­ğı bu şam­la­rın için­də

Tit­rə­dir vü­cu­du­mu ürə­yi­min nə­rə­si,

Qəl­bi özüy­lə ba­həm fır­la­dır Yer kür­rə­si.


Do­lub bağ­rım içi­nə Ye­rin, Gö­yün atə­şi,

Si­nə­min alov­la­rı ram ey­lə­yir Gü­nə­şi,

Tap­ma­yır mə­za­rı­nı heç fə­ra­qı­mın nəş­i,

Bo­ğu­lub­du zü­lm­lər za­ma­nın göz ya­şın­da!

Ca­ha­nın acı­la­rı ürə­yi­min ba­şın­da.
Şa­di­man ki, dün­ya­dan elə-be­lə keç­mə­di,

Duy­ğu çeş­mə­lə­rin­dən boş ye­rə su iç­mə­di,

Bu il­ham da sə­bəb­siz ürə­yi­mi seç­mə­di,

İla­hi­nin hök­mün­dən çı­xa bil­mi­rəm ney­lim?

Bu dün­ya­ya ha­mı ­tək ba­xa bil­mi­rəm ney­lim?

13.11.2001

DƏ­Lİ ÜRƏK
Tu­tub var­lı­ğı­mı qə­mə çuğ­lu­yan,

Ey se­vincdən gü­lən, dərddən ağ­la­yan,

Alov­la, atəş­lə kö­nül dağ­la­yan,

Qəl­bi in­ci­lər­lə sər­raf bağ­la­yan,

Qay­nar bu­laq­lar ­tək co­şan, çağ­la­yan,

İn­ci dər­ya­sın­dan çə­ləng bağ­la­yan,

Gah şim­şək, fır­tı­na, gah da ki, kü­lək,

Coş­qun tə­bi­ət­li, ey də­li ürək.


Bu sa­kit qəl­bi­mi söz­lə ox­la­yan,

Çıl­ğın xə­yal­la­rı yol­dan sax­la­yan,

Hər ki­çik kəl­mə­ni gün­lə yox­la­yan,

Haq­sız­lıq gö­rən­də döz­müb lax­la­yan,

İl­ham ota­ğın­da söz­lə yux­la­yan,

Şeir gül­za­rın­dan gül­lər qox­la­yan,

Gah şim­şək, fır­tı­na, gah da ki, kü­lək,

Coş­qun tə­bi­ət­li, ey də­li ürək.


Xə­yal kör­fə­zin­də üz­gü­çü olur,

Ba­har­ tək açı­lır, pa­yız ­tək so­lur,

Ümid gir­da­bın­dan tə­səl­li alır,

Mə­ni söz pə­ri­min çö­lü­nə sa­lır,

Ən­gin sə­ma­lar ­tək xə­ya­la da­lır,

Eş­qi ka­man olur şad­lıq­lar ça­lır,

Gah şim­şək, fır­tı­na, gah da ki, kü­lək,

Coş­qun tə­bi­ət­li, ey də­li ürək.


Bu od­lu tor­paq­da od­la­ra dö­nür,

Qar­tal asi­ma­nın kök­sü­nə enir,

Yal­çın qa­ya­la­rın ba­şı­na si­nir,

Rö­ya­lar uçan­da quş­ tək diksnir,

Qay­nar tə­bi­ətə sus­ma­yır, di­nir,

Ar­zu­su da­şan­da xə­ya­lı sö­nür,

Gah şim­şək, fır­tı­na, gah da ki, kü­lək,

Coş­qun tə­bi­ət­li, ey də­li ürək.


Alov dil­lə­ri­ tək şö­lə­lər çə­kər,

Kö­nül bu­la­ğın­da so­na­ tək sə­kər,

İl­ha­mın ba­rı­nı or­ta­ya tö­kər,

Duy­ğu bağ­ça­sın­da göv­hər­lər əkər,

Kə­də­rin evi­ni şad­lıq­la sö­kər,

Se­vincdən bir qə­sir, bir sa­ray ti­kər,

Gah şim­şək, fır­tı­na, gah da ki, kü­lək,

Coş­qun tə­bi­ət­li, ey də­li ürək.


Gur şə­la­lə­lər­ tək zir­və­dən içər,

Hər acı söz-so­vu qə­zəb­lə bi­çər,

Şad­lı­ğın evi­ni pak mən­zil se­çər,

Eniş­dən, yo­xuş­dan əzim­lə ke­çər,

O söz boğ­ça­sı­nın ağ­zı­nı açar,

Gah şim­şək, fır­tı­na, gah da ki, kü­lək,

Coş­qun tə­bi­ət­li, ey də­li ürək.

4 ap­rel 1972. Si­yə­zən

DO­LAN VAX­TI
Kö­nül gö­yün bu­lud alar,

Şim­şək ora yo­lun sa­lar,

Ümid­lə­rim tən­ha qa­lar,

Bü­rü­yər çən, du­man bax­tı,

Ürə­yi­min do­lan vax­tı.
Di­lək­lə­rim ça­xıb ke­çər,

Bağ­rım ba­şın ya­xıb ke­çər,

Bəxt ul­du­zum axıb ke­çər,

Kə­dər qəlbdə qu­rar tax­tı,

Ürə­yi­min do­lan vax­tı.
Kül al­tın­da kö­zü ney­nim?

Qəlb için­də sö­zü ney­nim?

Çap­dı gö­yə, ye­rə bey­nim,

Min bir xə­yal qəlbdən ax­dı,

Ürə­yi­min do­lan vax­tı.
Göz­də ya­şı dər­ya yu­du,

Çeş­mə­lə­rin kök­sün oy­du,

Duy­ğu­la­rı baş­sız qoy­du,

Şim­şək­lər ­tək kön­lüm çax­dı,

Ürə­yi­min do­lan vax­tı.
Bu si­nəm­də söz gö­yər­di,

Kül al­tın­da köz gö­yər­di,

Mis­ra­lar göz-göz gö­yər­di,

Və­rəq­lə­rim ud­du vax­tı,

Ürə­yi­min do­lan vax­tı.
Şa­di­ma­na hə­yat odu,

Bir Gü­nəş­di sön­məz odu,

Na­lə çə­kən kö­nül udu,

Bu si­nə­min için yax­dı,

Ürə­yi­min do­lan vax­tı.

6.02.2001



Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə