Гуранда шаирляр щаггында айя


YENƏ KÖNLÜM TƏBLƏ CÖVLAN ELƏYİR



Yüklə 3,16 Mb.
səhifə13/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

YENƏ KÖNLÜM TƏBLƏ CÖVLAN ELƏYİR

Yenə könlüm təblə cövlan eləyir,

Sinəmdə ah ilə dövran eləyir,

Nəşəmi qəlbimə bir an eləyir,

Girir bağrın için al qan eləyir,

Tapıbdı hər bəla dünyada məni,

Gör necə atıbdı fəryadə məni?
Yanıram cövr ilə atəş oduna,

Necə ki, yandı göy günəş oduna,

Ürəyim etmədə hey qəş oduna,

Olubdu vücudum küləş oduna,

Sandı zatən niyə o sadə məni?
Gör necə atıbdı fəryadə məni?
Yenə könlüm elə həsrətdə gəzir,

Alıb ilhamımı vüsətdə gəzir,

Qoymağa ruhumu heyrətdə gəzir,

Səmanı seyr ilə sürətdə gəzir,

Haxlayıbdı elə bil qadə məni,

Gör necə atıbdı fəryadə məni?


Döndərir könlü gülüstanə elə,

Ya da ki, tarlaya, bostanə elə,

Çevirir sözümü dastanə elə,

Ürəyi qoydu zimistanə elə,

Salmadı eşq ilə heç yadə məni,

Gör necə atıbdı fəryadə məni?


Dolaşır könlümü ah, başa vurur,

Qoparır şivəni göz - qaşa vurur,

Bəbəyi coşdurur hey yaşa vurur,

Özünü dəlidi, dağ-daşa vurur,

Bənzədir yağı kimi yadə məni,

Gör necə atıbdı fəryadə məni?


Can atır sitəmi çala qanadı,

Könlümün göyünü ala qanadı,

Köçünü zirvədə sala qanadı,

Olubdu bağrıma qala qanadı,

Səsləyir hay ilə imdada məni,

Gör necə atıbdı fəryadə məni?


Elə çəkir canı bu qəmə tərəf,

Baş vurur o sirli aləmə tərəf,

Düşürür gözümü hey nəmə tərəf,

Gəlməyir heç cürə xoş dəmə tərəf,

Qoyubdu ahimə amadə məni,

Gör necə atıbdı fəryadə məni?


Yenə könlün təbi uçur haraya?

Yetməyir mən dili - zarə haraya,

Gəlməyir sinəmə çarə araya,

Ülfəti varmı söylə can saraya?

Buraxıb zülmünə azadə məni,

Gör necə atıbdı fəryadə məni?


Qəmləri hər anda min bar elədi,

Ürəyim zülmünə qubar elədi,

Dərdimi eşq ilən nübar elədi,

Könlümü ahlara anbar elədi,

Gəzdirir hər gecə röyada məni,

Gör necə atıbdı fəryadə məni?


Şadimanın nə görür çəkdiyini?

Bağrını başına qəm əkdiyini,

Gözünün yaşını hey tökdüyünü,

İlhamın önününə diz çökdüyünü,

Eləyib ağrıya bəyzadə məni,

Gör necə atıbdı fəryadə məni?

17. X11. 2002

ÇƏKİL GET, QARA BULUD

Çəkil get, qara bulud, qəlbə divan eləmə,

Al sabahın sinəsin qəmə ünvan eləmə.
Duyğularım gah göydə, gah yerdə avazlanır,

Ürəyimdə dünyanın min bir dərdi yazlanır,

Kədər mənə ərk edir, bu sinəmdə nazlanır,

Ruhun zənguləsinə təbim yenə sazlanır,

Beyitlərin içində misralar pərvazlanır…

Çəkil get, qara bulud, könlü xarab eləmə,

Mənim fəryadlarıma iblis tək tab eləmə.
Yenə açdın köksünü, bağrından nə ah gəlir?!

Sübhün könlündən qopub yurduma sabah gəlir,

Hər sabahın içində səvab və günah gəlir…

Həm yerdə, həm göylərdə ucada Allah gəlir!…

Çəkil get, qara bulud, ərşi aha bürümə,

O mələk küləkləri, gəl arxanca sürümə.


Bu payız səhərində tök ətəyindən daşı,

Təb məni havalayıb, dolub könlümün başı,

Yerdə, göydə tapmıram ruhuma can sirdaşı!

Elə bilmə fələyin felinə oldum naşı,

Çəkil get, qara bulud, gurşadını ələmə,

Fəqanımı isladıb göz yaşıma bələmə.


Ağlayan duyğulara yer tapmıram gizləyim,

Başına sığal çəkim, elə hey əzizləyim,

Götür üzdən çadranı ilhamla dənizləyim,

Ürəyimi qüssədə, kədərdən təmizləyim,

Çəkil get, qara bulud, sübhümüz xar olmasın,

Təlatümlü varlığım ağrıya yar olmasın.


Küləklərin Xəzərin tellərin daraqlayar,

Duyğularım təbimin kitabın varaqlayar,

Sən gələndə asiman tufanı yaraqlayar,

Bu divanə ürəyim bir sevda soraqlayar…

Çəkil get, qara bulud, qəmimə əl eləmə,

Könül qapısın açıb həsrətə gəl, eləmə.


Şadimanın ağrısı yeri-göyü tutmayır,

Sinəmdən qopan nalə səmalara çatmayır,

Arzularım bir hovur qəlb içində yatmayır,

İntəhasız kədərin sədaları batmayır,

Çəkil get, qara bulud, dünya içi zülümdü,

Ah olan içərimdi, sənə baxan çölümdü!…

15. X1.2003

İBLİSDƏN OLAN

İblisdən olan,

İblisə qalan,

Ey nifaq salan,

Zənində talan,

Dünyaya yalan,

Eyləmə zəhmət,

Şərə nə rəhmət?


Rəbbi unudan,

Haramı dadan,

Dadıbda udan,

Özünə qadan,

Qazandın lənət,

Şərə nə rəhmət?


Cahana xata,

Xislətin bata,

Nəfsin kaş yata,

Dərddi həyata,

Cəhdinə əta,

Sanma ki, qismət,

Şərə nə rəhmət?
Min bir günahın,

Suçdu sabahın,

Pul qibləgahın,

Qopacaq ahın,

Hanı Allahın?

Yox namus-ismət,

Şərə nə rəhmət?
Zənn et əbədi,

Yap min məbədi,

Haram – dəbədi,

Halal – təbədi,

Bəs bəşər nədi?

Bilməyir həddi,

Rəbbə təbədi

Hər can əmanət,

Şərə nə rəhmət?
Rəbb qoyan qayda,

Əməl dünyada,

Sənə nə fayda?

Sən ki, nə hayda?-

Varını sayda,

Ömürün zayda,

Taparsan vayda,

Cəhənnəm nemət,

Şərə nə rəhmət?
Sən kefi elə,

Ver ömrü yelə,

Haram sal ələ,

Var fürsət hələ,

Şəkər qat dilə,

Bu dünya cənnət,

Şərə nə rəhmət?
Gün gəlib yetər,

O ömrün ötər,

Bir xəbər-ətər,

Qalmaz, can itər,

Ölümün betər,

Qarşında bitər…

Eyləməz minnət,

Şərə nə rəhmət?


Bu Şadimanı,

Ey aləm tanı,

Şeytan hər yanı,

Töküllər qanı,

Alıllar canı!

Bu yer insanı-

İçi xəyanət,

Başı cinayət,

Rəbb, et inayət!…

Sənin ki, qüdrət,

Eyləmə hörmət,

Şərə nə rəhmət? !

25. 06. 2006

BÜTÜN ARZULARIM QALDI ÜRƏKDƏ…

Bütün arzularım qaldı ürəkdə…

Ağrıyan ruhuma can tapılmadı.

Diləklər asılı durdu dirəkdə,

Xilasa çırpındım an tapılmadı.
Ağlım ürəyimə fəryad eylədi,

Hər aha düşəndə min dad eylədi,

Yerlərə, göylərə imdad eylədi,

Dondu damarlarım, qan tapılmadı.


Hıçqırdı zamanın yoxuşunda baxt,

Qul oldu əmrinin hökümünə vaxt,

Mən bal arısı tək çırpındım hər vaxt,

Onun pətəyinə şan tapılmadı!…

19. 09. 2004

İLİN SON SAATLARI

İlin son saatları,

Ömrə don saatları,

Qırılır bir tel təki,

Uçub gedir yel təki.

Canı haqqa ucaldır,

Ömrümüzü qocaldır.

Zaman bizə əl edir,

Bizlə birgə yol gedir.

Ötüşür saatımız,

Çağlayır həyatımız.

Hər il keçmişə vida,

Ötən ilə əlvida.

Vaxtımızı səsləyir,

Bizi canda bəsləyir,

Doğulur hər anımız,

An zaman ünvanımız,

Onu saata düzür,

Hər ağrımıza dözür.

***


İlin son saatları,

Ömrə don saatları,

Dəqiqəylə öcəşir,

Sağlığıyçın əlləşir.

Bəxtinə hicran düşür,

Gedir köhnə ilimiz.

Vida deyir dilimiz-

Qaçıb gedən bu ilə,

Həsrəti bilə-bilə,

Hər yeni il diləkdir,

Bəxtimizə ürəkdir.

Necə şıltaq mələkdir?

Əldən sürüşüb gedir,

Bir il də qoca edir.

Bu beşgünlük ömürü,

İlahinin əmiri.

Zaman uçur həyat var,

Ömür də insana yar…

Hər il ya insana son,

Hər il ya insana don.

Salır ömürü işə,

Dərin quyuya düşə…

İllər ömrə büsatdır,

İnsanlığa həyatdır.

***

İlin son saatları,



Ömrə don saatları.

Şirin həyacanımız,

Nə müqəddəs anımız?

Əbədi uçur gedir,

Yeni ilə əl edir.

Təzə ili gətirir,

Öz ömrünü bitirir.

Belə Rəbb qoyan qayda-

Zaman nizam dünyada…

31. X11. 2002




Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə