Гуранда шаирляр щаггында айя


İTİRDİM BİR PAYIZ SƏHƏRİ SƏNİ



Yüklə 3,16 Mb.
səhifə16/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

İTİRDİM BİR PAYIZ SƏHƏRİ SƏNİ

İtirdim bir payız səhəri səni,

Bu külək hayandan əsdi, bilmədim.

Tale ayrı saldı qismətdən məni,

Hicranın üstümdə əsdi, bilmədim.

Çevirdi üstümə yaman dilləri,

Yolunda sazağa verdim illəri,

O dəli köhlənli zaman selləri,

Bəndimi-bərəmi kəsdi, bilmədim.
Söylə, puç oldumu o şirin dilək?

Şirin Xanım, sənə zülm etdi fələk,

Ağlaya-ağlaya daş oldu ürək,

Müqəddəs eşqimdən küsdü, bilmədim!


19.11.1990/ Qızılqum

DƏLİ MÖHNƏTİNƏ DÖZÜM QALMAYIB

Dəli möhnətinə dözüm qalmayıb,

Könlümə nəşəni düz inci-inci.

Sual et, neçə yol ğözüm dolmayıb?

Sinəm məlalını süz inci-inci.
Odlanıb yanıram neçə müddətdi,

Həsrət sağalmayan mərəzdi, dərddi,

Mənim eşqim ki var, dünyada mərddi,

Onu məhəbbətlə süz inci-inci.


Özümə yad oldum sənsiz el bilir,

Leysanın gücünü dağda sel bilir,

Məcnunun eşqini səhra, çöl bilir,

Qoy onun içinə üz inci-inci.


Ey eşqimin dağı, mən güneyinəm,

Piyalənə axan şəffaf meyinəm,

Yanıqlı kamanın, qəmli neyinəm,

Bas bağrım başına köz inci-inci.


Çılğın dağ seliyəm, yol-irız hanı?

Ömür kitabımın sənsiz yox anı,

İlqara sadiq ol, sən ömrü, canı

Şirin Xanım üçün üz inci-inci.


23.10.1988

DEDİM, AYRILAQ

Könlümdə ilahi məhəbbətini,

Qoruya-qoruya, dedim ayrılaq.

Fələkdən bəxtimin səadətini,

Soruya-soruya, dedim ayrılaq.
Əlinin istisi qaldı əlimdə,

Bəlalı sevgimin adı dilimdə,

Uzaqdan, yaxından səni dilim də,

Araya-araya, dedim ayrılaq.


Səni qoruyarkən yad alqışlardan,

Min bir tənələrdən, sərt qarğışlardan,

Könlümə muniskən, pak baxışlardan

Yarıya-yarıya, dedim ayrılaq.


Könlümün könlümə sayğılarını,

Bəlalı eşqimin duyğularını,

Tənha gecələrin uyğularını

Yoruya-yoruya, dedim ayrılaq.


Addımlar sevgimiz bəxt küçəsiylə,

Bizi qovuşduran ümid səsiylə,

Könlüm həsrətinin işgəncəsiylə

Qarıya-qarıya, dedim ayrılaq.


Ürəyim həzin ney, yaralı tütək,

Şirin Xanım sızlar sənsiz tənha, tək,

Eşqini könlümə ipəkqurdu tək,

Sarıya-sarıya, dedim ayrılaq.


30.11.1989/ Zeynalabdin Tağıyev qəsəbəsi

MƏNƏ ELƏ GƏLİR Kİ…

Mənə elə gəlir ki,

Sənindir bu ürək, can.

Mənə elə gəlir ki,

Məni sən yaratmısan.
Mənə elə gəlir ki,

Bu müqəddəs torpağı,

Hər gülşəni, hər dağı,

Adicə bir yarpağı

Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,

Qərinəni, zamanı,

Bu yağışı, dumanı,

Ürəyimdə gümanı

Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,

Göydə uçan quşları,

Sirr yuvası daşları,

Gözlərimdə yaşları,

Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,

Coşub-daşan çağlayan,

Gah gülən, gah ağlayan,

Məni sənə bağlayan,

Eşqi sən yaratmısan!
02.11.1978/ Yasamal

YUXUMA NİYƏ GƏLMİSƏN?

Anlaya bilmədim səni,

Açılmayan bir sirmisən.

Ürəyimə çəkib çəni,

Yuxuma niyə gəlmisən?
Düşsə də bu mənə baha,

Batsa da sevgim günaha,

Biz ki, yad olmuşuq daha,

Yuxuma niyə gəlmisən?


Sən özgə bir qəlb aradın,

Kimin telini daradın?

Başqa birinə yaradın,

Yuxuma niyə gəlmisən?


Röyan nəyimə lazımdır?

Bu da bir tale yazımdır?

Verdiyin qəmlər azmıdır?

Yuxuma niyə gəlmisən?


Şirin Xanımdan doymusan?

Könlünü darda qoymusan,

Başqa sevdaya uymusan,

Yuxuma niyə gəlmisən?


27.07.1985/ Yasamal

SƏNİ İSTƏYİR ÜRƏK

Yoxdur gecə-gündüzüm,

Qəmə salıbdır fələk.

Qalmayıb səbri-dözüm,

Səni istəyir ürək.
Könlümü ovutmağa,

Dərdimi sovutmağa,

Qəmimi dağıtmağa,

Səni istəyir ürək.


Pərdə-pərdə gəlir qəm,

Sənsiz heçdir bu aləm,

Ərşə qalxıbdı naləm,

Səni istəyir ürək.


Açılmayır sabahım,

Tutacaq səni ahım,

Budurmu ki, günahım

Səni istəyir ürək?


Başıma dərd açma, gəl,

Qürbətlərə uçma, gəl,

Qismətindən qaçma, gəl,

Səni istəyir ürək.


Şirin Xanım çəkir dad,

Yetmirmi sənə fəryad?

Könlümə eylə imdad,

Səni istəyir ürək.


19.10.1989

SƏN MƏNİ HƏR YERDƏ ARAYACAQSAN…

Surətim gözündə güzgü olacaq,

Eşqimlə telini darayacaqsan,

Özündən xəbərsiz gözün dolacaq,

Sən məni hər yerdə arayacaqsan.
Düşmən kəsiləcək sənə ürəyin,

Xatirəm olacaq könül dirəyin,

Didərgin düşəcək eşqin, diləyin,

Mənim xatirəmlə yarıyacaqsan.


Gözündən, könlündən düşəcək həyat,

Yalnız mən olacam bağrına səyyad,

Xəyalım köksündə quracaq busat,

Bu sirri hamıdan qoruyacaqsan.


Mənli günlərini yığıb sinənə,

Dolub boşalsa da qəlb dönə-dönə,

Bu çətin olsa da, əzizim, sənə,

Mənim həsrətimlə qarıyacaqsan.


24.06.1986/ Zuqulba

BU HƏYATIM AĞLAR BİR NEY…

Bu həyatım ağlar bir ney,

Bəmdə, zildə ötər, sənsiz.

Hər sözümdən yağar giley,

Xoş günlərim bitər, sənsiz.
Diri ikən dünyam gordu,

Alışıbdı sinəm qordu,

Ürək səni məndən sordu,

Özüm ondan betər, sənsiz!


Necə dözüm bu gedişə?

Ömrüm ilə bəd gərdişə,

Gedər əldən sevinc, nəşə,

Səadətim itər, sənsiz.


Həsrət məni yaraladı,

Taleyimi qaraladı,

Ağ bəxtimi qaraladı,

Yolumda çən bitər, sənsiz.


Hicran qəmə muştuluqçu,

Şadimanın nədir suçu?

Dalınca bu ürək uçub

Yoxdu xəbər-ətər, sənsiz.


27.11.1990/ Qızılqum

EY MƏNİM TALEYİMİN SABAHI

Ey mənim taleyimin sabahı,

Ömrümün, günümün pənahı,

Həsrəti könlümün günahı –

Harada qaldın?

Bəlkə kiminsə qəlbində yurd saldın,

Gəl, gəlişinlə yanıqlı könlümə bir içim su ol,

Nə məndən inci, nə də asi ol.

Bilmirəm hara aparır məni bu yol…

Fəqət hirsinlə, hikkənlə,

Həyat oynu oynama mənlə.
Gah şirin, gah acı sözlərinlə,

Bir cüt ala gözlərinlə –

Mənimki ol,

Mənimki ol.


22.07.1990

Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə