Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə17/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

BƏYAZ GECƏLƏR

Könlüm tənhalıqdan göz yaşı tökür,

Bağrımın ormanına sis, duman çökür.

İçimdə vüsalın acı gileyi,

Dodaqlarıma qonub şeh təki həsrətin meyi.

Ömrüm də zaman kimi incələr,

Bu bəyaz gecələr…
Başımda sevdanın möhnəti,

Kəsib qarşımı qəfləti.

Həsrət bir kabus kimi,

Eşqin başıma sərkimi?


Amansız vərdişlərdə,

Qan ağladan gərdişlərdə.

İçimə sarılır bilməcələr,

Bu bəyaz gecələr.


Qürurum sevgidən yuxarı,

İrizini itirmiş çayın axarı.

Könlüm həsrətdən naxış-naxış,

Gözlərimdən süzülür gurşad yağış.

Kəsib qapımı necələr…?

Bu bəyaz gecələr.


Sevda dənizlərində boğulur diləklər,

Qan ağlayır bir-birindən ayrı ürəklər.

Halımızdan pərişan fələklər,

Sinəmizin duyğuların hicran yelləri ələklər,

Həsrət də vüsalın işgəncəsindən dincələr,

Bu bəyaz gecələr.


Üşüyər içimdə bir acı sevda,

Bütün varlığı ilə bədbəxt eşqimizə fəda.

Şadimanın könlü şəhidi-şüəda!

Şərəfinə ağ kağızı bəzər incilər…

Bu bəyaz gecələr…

Bu bəyaz gecələr…

16.12.1994
GƏLMƏ YUXULARA, GƏLMƏ, SƏN ALLAH
Könlümü qəmlərə tuş eyləmisən,

İçimdən bir anda dikəlir min ah.

Qəm bilməz gözümü yaş eyləmisən,

Gəlmə yuxulara, gəlmə, sən allah.


Unut olmuşları, unut bir daha,

Batırma özünü sən də günaha,

Bu sevgin ki, mənə çox gəldi baha,

Gəlmə yuxulara, gəlmə, sən allah.


Yatmış duyğuları saldın didərgin,

Nə qədər keçəcək ömür, gün gərgin?

Öldürür, dirildir röyalar sərgin…

Gəlmə yuxulara, gəlmə, sən allah.


Dəryada kimsəsiz xəyal yelkənim,

Qılıncı sıyrılmış kədərim, qənim,

Əzəldən bir bəxtim olmadı mənim,

Gəlmə yuxulara, gəlmə, sən allah.


İçimin ağrısı dünyanı udar,

Eşqi də, səni də biryol unudar,

Bu qara teleyim zindandan da dar,

Gəlmə yuxulara, gəlmə, sən allah.


Qəlbi bu gəlişlə ovutmayırsan,

Yanan ürəyimi sovutmayırsan,

Sən ki, bircə yolluq qayıtmayırsan,

Gəlmə yuxulara, gəlmə, sən allah.


13.07.1991

BÜTÜN MƏMLƏKƏTİ TUTACAQ ÜNÜM

Bütün məmləkəti tutacaq ünüm,

Ahımdan boşalıb dolmayacaqsan.

Sənsiz yaxasını cıracaq günüm,

Təkcə sən mənimlə olmayacaqsan.
Şimşəklər acıqlı çaxacaq yenə,

Buludlar gözünü sıxacaq yenə,

Günəş də yandırıb yaxacaq yenə,

Təkcə sən mənimlə olmayacaqsan.


Dağları, daşları gəzəcək külək,

Gündə min bir dona girəcək fələk,

Ağlaya-ağalaya öləcək ürək..!

Təkcə sən mənimlə olmayacaqsan.


İçin-için gözüm yaş tökəcəkdir,

Önümdə xəyalın diz çökəcəkdir,

Həsrətin başıma daş tökəcəkdir,

Təkcə sən mənimlə olmayacaqsan.


Sevgimiz röyada ulaşacaqdır,

Hicranın sisinə bulaşacaqdır,

Uyğum da uyğuna sarışacaqdır,

Təkcə sən mənimlə olmayacaqsan.

20.09.1991
İKİMİZ DƏ YANIRDIQ NƏ VAXTDAN BU

ATƏŞƏ
İkimiz də yanırdıq nə vaxtdan bu atəşə,

Biz ki, od-alov verdik bu sevgiylə günəşə,

Harda qaldı o istək, o od, o yanğı, nəşə?

İtirdik bu sevgini o boranda, o qarda,

İndi sən harda qaldın, mən isə söylə harda?


Qınadı tanıyanlar, tanımayanlar bizi,

Unutduq sevgimizə şahid gecə-gündüzü,

Məhəbbətin nə qədər dönük olurmuş üzü?

Soldu istəyimiz də, məramımız da darda,

İndi sən harda qaldın, mən isə söylə harda?
Çilədi sevgimizin üstünə həsrət zəhər,

O dəli duyğulardan ürək görmədi bəhər,

Qınadı bizi axşam, qınadı bizi səhər,

Aradakı hicrana dodaq büzdü sabah da,

İndi sən harda qaldın, mən isə söylə harda?
Gəl birləşsin ayrılan əllərimiz yenə də,

Gör nə qədər arzu-kam, baş qaldırıb sinədə?

Sitəm edir bu illər həsrət, hicran mənə də,

İncidərmi bu qədər yarını sevən yar da?

İndi sən harda qaldın, mən isə söylə harda?

22.03.1987


SƏN MƏNİM KÖNLÜMÜN MÖHNƏT YUVASI…
Sən mənim könlümün möhnət yuvası,

İçimdə ağlayan günahlarımsan.

Dilimin ovunmaz hicran duası,

Həsrətə tuş olmuş sabahlarımsan.


Qara gözlərimin yaşından doğan,
Dünyanı çalxadan dəryalarımsan.

Gecələr könlümü yataqda boğan,

Vüsala minnətçi röyalarımsan.
Mən simurq quşuna dönüb axşamlar,

Pəncərən önündə gizli səkərəm.

Qəfil otağında sönəndə şamlar,

Mən də göz yaşımla hicran əkərəm.


Səni ürəyimə buraxan gündən,
Artır, azalmır ki, işgəncələrim.

Bəxtimdə açılmaz min bir düyündən

Hönkürür mənimlə bu gecələrim.
Bir azca hərarət oduna möhtac,

Əfsus, ayaz vurmuş istəklərimsən.

Sən mənim dərdinə tapılmaz əlac,

Məzara gömülmüş diləklərimsən…


Hansı bəhanələr gətirim, fələk?

Hicran əzabını sınayanlara.

Cavabsız məktuba çevrilib ürək…

İndi Şadimanı qanayanlara!


01.05.1997
SEVGİLİM
Sevgilim, könlümü yıxma cəhd ilə,

Demə, söküləni tikməyə nə var?

Mən sənə bağlandım min bir əhd ilə,

Demə, ayrılığı çəkməyə nə var?


Sənin eşqin ilə zülmətim–səhər,

Ağardır gecənin qara üzünü.

Üzər, sən olmasan, könlümü qəhər,

Qoyma kül olmağa eşqin közünü.


O nurlu çöhrənin ziyalarıyla,

İşığlat ömrümün sabahlarını.

Yuxulu gecəmin röyalarıyla,

Bağışla könlümün günahlarını.


06.04.1997
O ODLU GÖZLƏRİN KÖNLÜMƏ ATƏŞ,
O odlu gözlərin könlümə atəş,

Tanrı bu ocağı söndürməydi.

Doğaydı hər səhər zirvədən günəş,

Onu ucalıqdan endirməyəydi.


O yaşıl gözlərin qəlbə min çalar,

Lapdan varlığımı tilsimə salar,

Hərdən bir qərinə xəyala dalar…

Bu xəyal zülmü andırmayadı.


Yar əgər taparsa ürəkdən yarı,

Nədir bu dünyada dünyanın varı?

Tale tufanıyla hicranın qarı-

Yanan qəlbimizi dondurmayaydı.


Sarılıb ilğım tək yanan köksünə,

Bir heykəl yapaydım oddan əksinə,

Çıxıb könülmüzün fələk əksinə,

Qəlbləri hicranla yandırmayadı.


04.08.1996

YAR, YAR


Bağçamıza girəsən,

Yar, yar.

Bir dəstə gül dərəsən,

Yar, yar.

Səni candan sevəni,

Yar, yar.

Gül dibində görəsən,

Yar, yar.


Alışdıraq şamları,

Yar, yar.

Nur edək axşamları,

Yar, yar.

Gözdolusu görək hey,

Yar, yar.

Ürəkdəki kamları,

Yar, yar.


Sinəmdə qəmlərim var,

Yar, yar.

Bəbəkdə nəmlərim var,

Yar, yar.

Sənə könüldən barat,

Yar, yar.

Sevgili dəmlərim var,

Yar, yar.


Gülməsin hicranları,

Yar, yar.

Ayırır hey canları,

Yar, yar.

Şadimanın ömrünə

Yar, yar.

Bəxş elə xoş anları,

Yar, yar.

11-12.05.1997
SƏNİN TALEYİNLƏ, MƏNİM TALEYİM…
Necə bənzəyirlər biri-birinə,

Sənin taleyinlə, mənim taleyim.

Dönüb bir nağılın qəmli sirrinə…

Sənin taleyinlə, mənim taleyim.


Acısı yandırar qəlbin içini,

Gedir tarlasında ömür biçini,

Gah könül fəryadı, gah da iç ünü…

Sənin taleyinlə, mənim taleyim.


Qaşla-göz arası sevgisi yaxın,

Həsrətin əlində solana baxın,

Qəmləri sel təki hey axın-axın,

Sənin taleyinlə, mənim taleyim.


Tapılmır dünyada açması hələ,

Hansı bəxt görübdü kədəri belə?

Elə dastan olub düşübki dilə-

Sənin taleyinlə, mənim taleyim.


Zaman sitəmindən yarası qanlı,

Fələyi amansız, günü divanlı,

Gah həsrət, gah da ki, vüsal ünvanlı…

Sənin taleyinlə, mənim taleyim.


Eşqin göz yaşında boğulur cahan,

Verər qarşısında ölümlər də can,

Sanki tək vücudda bir döyünən can-

Sənin taleyinlə, mənim taleyim.


Şadiman, bəxtimiz ömür nağılı,

Gah qapısı açıq, gah da ki, bağlı,

Eşqə əsir edər, eyvah, ağılı…

Sənin taleyinlə, mənim taleyim.


16.09.1985


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə