Гуранда шаирляр щаггында айя


BİR QƏRİB AXŞAMDA DÜŞDÜN YADIMA



Yüklə 3,16 Mb.
səhifə19/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

BİR QƏRİB AXŞAMDA DÜŞDÜN YADIMA

Bir qərib axşamda düşdün yadıma,

Zülmətin baxtına düşən şam kimi,

Yetişə bilmədin heç imdadıma,

Qaldın ürəyimdə yazıq kam kimi.
Çağırdım, səslədim ünüm yetmədi,

Səhraya çatmamış yağışlar sayaq,

Bu hicran savaşı bir an bitmədi,

Aradıq bir-birin baxışlar sayaq.


Dikildi gözümüz yola, irıza…

Dönmədi könlümüz öz yuvasına,

Tələsdi ömrümüz hey qışdan yaza,

Öyrəndik həsrətin cəng havasına.


Qəlbimiz ağladı, üzümüz güldü,

Baxanlar bəxtəvər sandılar bizi,

Payız yarpağı tək günlər töküldü…

Sevdalar hicr ilə andılar bizi.


Bir qərib axşamda xəyalın gəldi,

Bağrımın evinə bir şivən saldı.

Hicranın sinəmdən qopdu, yüksəldi,

Yazıq ürəyimi qoparıb aldı.

8. X. 2002

BƏBƏKDƏN TÖKÜLƏN YAŞLARIM DAMLA

Bəbəkdən tökülən yaşlarım damla,

Damlalar çeşməni doydura bilmir.

Gəl bu həsrətini bir yolluq damla,

Gözümü yuxular uydura bilmir.
Dolanıb xəyala o ötən günlər,

Vurub taleyimə hicran düyünlər,

Ürək segah üstə kaman tək inlər,

Ayrılığın qəlbin oydura bilmir.


Əsiri olmuşam sənli dəmlərin,

Söylə şahısanmı bu ələmlərin?

Necə zəngin imiş narın qəmlərin?

Könlüm qəm libasın soydura bilmir.


Həsrət zülmətimə baxışların ay,

Gəl bu Şadimana ver, əzizim, hay,

Könül sarayını açıb taybatay,

Qapıya bir qıfıl qoydura bilmir.

8. X. 2002

BİR GÜN DÖN YARINA

Səni hər şeydən üstün tutdum,

Dəli təki sevə-sevə özümü unutdum-

Və ürəyimi hicranın içinə atdım,

Gecələr o şirin xəyalınla yatdım.

Əksini gözümdən qova bilmədim,

Ayrılığın burnunu ova bilmədim.

Sənə yetmək üçün ümidlərim alışdı,

Könlün ocağına düşüb atəşinə qarışdı.

Zülmətə tuş olanda

xəyalların çıraq oldu gözlərimə,

Əksin naxış saldı izlərimə.

Sevgin sevda dənizlərinə düşüb çalxandı,

Sərsərilər kimi məni andı.

Ürəyim çırpındı qəfəsə düşmüş quş təki,

Üzümə çırpıldı qarqış təki.

Bütün vücudumu parampaça etdi,

Köksümdən çıxıb səni aramağa getdi…

Ürəksiz qalan varlığımı titrədi,

Eşqin, sanki fələyin göndərdiyi fitrədi.

Girib həyatıma məni əsir edib,

Məhəbbəti könlümə qəsir edib.

Bu qəsirdən boylanıram yollarına,

Nə olar, əzizim, bir gün dön yarına…?

6. 06. 2002

SURƏTİN AY KİMİ DURUB QARŞIMDA…


Surətin ay kimi durub qarşımda…

Həsrətin parlayır bu göz yaşımda.

Edir ürəyimə hicranın sitəm,

Çəkilib getməyir könlümdən matəm.

Hər yerdə görürəm xəyalını mən,

Könlümün telləri qırılır dən-dən,

Ömrümdən boylanır elə iztirab,

Qalmayıb canımda nə taqət, nə tab.

Bitmir ayrılığın acı möhləti,

Naləm əyan edir ərşə haləti.

Surətin ay təki yuxumdan baxır,

Bu baxış könlümü yandırıb, yaxır.

Basır yatağımı bu həyacanım,

İsinmir həsrətin oduyla canım.

Ağrılar içində illət boylanır,

Bütün həyatımdan zillət boylanır.

Gecəm sabahıma dərmanə gəlir,

Ay təki surətin fərmanə gəlir.

Yıxır ümidimin sarayın qubar,

Hər ağrı içində bir işgəncə var.

Soyuq məzar kimi üşüyür canım,

Xəyalın önündə əsirdi anım.

Tütyə sevincim də həsrətdən keçir,

Zülmün qədəhindən ruhum qan içir.

Həsrətin parlayır bu göz yaşımda,

Surətin ay kimi durub qarşımda…

18. 02. 2005

YAR GƏRƏK KÖNLÜVÜ ALSIN GETSİN


Yar gərək könlüvü alsın getsin,

Qoluvu boynuva salsın getsin.

Oxşasın hər kərə gül üzüvü,

Aşikar eyləməsin sözüvü.

Çəkməsin aləmə car özüvü,

Könlüvə ayna etsin gözüvü.

Eşqivü çil-çıraqban eləsin,

Canuvu canuva can eləsin.

Sözü könlüvə məlhəm eləsin,

Ağlı yüz ölçərək cəm eləsin,

Ələmin ömrünü kəm eləsin,

Zili xatürüvə bəm eləsin.

Könlüvün evinə ensin getsin,

Yar gərək başuva dönsün getsin.

22. 05. 2002



CAN ÇƏKƏR BƏLA ELƏ EŞQİDƏN

Nə gələr ada belə eşqidən?

Can çəkər bəla elə eşqidən.
Tökdürər ürəyinə cəfanı,

Az olar ki, görəsən vəfanı,

Loğmanlar bula bilməz şəfanı,

Göz yaşın dönər selə eşqidən,

Can çəkər bəla elə eşqidən.
İçdirər dərdini qaşıq-qaşıq,

Oynayar səninlə aşıq-aşıq

Qəmi könlünə olar sarmaşıq,

Çən düşər qara telə eşqidən,

Can çəkər bəla elə eşqidən.
Bölə bilməz ürəyin acını,

Qurar həsrət sinədə tacını,

Tapmazsan heç yerdə əlacını,

Uçar yuxular yelə eşqidən,

Can çəkər bəla elə eşqidən.
Qəlbini dərdlərə mətin edər,

Hər işin dəvasın çətin edər,

Sevgini cana xilqətin edər,

Düşərsən yaman dilə eşqidən,

Can çəkər bəla elə eşqidən.
Qəm səni edər oyuncaq kimi,

Atılıb qalarsan bucaq kimi,

Alışar bağırın ocaq kimi,

Dönər ürək də külə eşqidən,

Can çəkər bəla elə eşqidən.
Şadiman, məhəbbətlə nə cida?

Odu ruhumuza verən qida,

Qoyma hicranı könlüvü uda,

Dəyər fəna gülə eşqidən,

Can çəkər bəla elə eşqidən.

5.03. 2003


OXUYUR SEVDA QUŞU CANIMDA
Könüldə duyğularım oynayır,

Qəlbimin alovuyla qaynayır,

Niyə bəs ürəyimlə oynayır?

Onun öz sevgisi var qanımda,

Oxuyur sevda quşu canımda.
Gecəmin zülmətinə çıraqdır,

Ağrıdan, əzablardan iraqdır,

Eşqimin ülfətindən soraqdır,

Mən onu görməmişəm yanımda,

Oxuyur sevda quşu canımda.
Vəfalı sevgili yar baratdı,

Bu yarın səadəti həyatdı,

Kim ki, bu dünyada eşqə çatdı-

İlahi diləyi var anımda,

Oxuyur sevda quşu canımda.
Şadiman ağrıya şan verməsin,

Könlünü ona nişan verməsin,

Əzrayıl gəlsə də can verməsin,

Tanrıdan mükafatdı canım da!

Oxuyur sevda quşu canımda.

14.01.2007


YANDIRIR SƏNSİZ, EY AFƏT,

MƏNİ HİCRAN GECƏLƏR


Yan­dı­rır sən­siz, ey afət, mə­ni hic­ran ge­cə­lər,

Ağ­la­sam yaş ye­ri­nə göz­dən axar qan ge­cə­lər.


Qoy­ma­ram yas­tı­ğa baş, ər­şə çə­kib qəm yu­xu­mu,

Olur il­dən də uzun çün mə­nə hər an ge­cə­lər.


Bül­bül eş­qin­də gü­lün sübh açı­lan vaxt oxu­yar,

Edi­rəm süb­hə ki­mi na­lə­vü əf­ğan ge­cə­lər.


Yet­sə kim vəs­li­nə ya­rın çı­xar azə­də­li­yə,

Mə­nə zin­dan gö­rü­nür hər tə­rəf, hər yan ge­cə­lər.


Qor­xu­ram əq­li­mi baş­dan ala bu tən­ha­lıq,

Gəl hə­yan ol mə­nə, ey sev­gi­li ca­nan, ge­cə­lər.


Bəx­tə­vər ba­şı­na, pər­va­nə ya­nıb qur­tar­dı,

Şa­di­man, şəm-ki­mi süb­hə qə­dər yan ge­cə­lər.

27.02.2001

EYVAH, ÜRƏYİM OD TUTUB


ATƏŞLƏRƏ YANDI
Eyvah, ürəyim od tutub atəşlərə yandı,

Nurlara boyandı.


Canım, ciyərim ah ilə aləmləri sardı,

Cismimə vardı.


Hər dərd çoxalıb könülmü tutdu günah ilə,

Güldü sabah ilə.


Gözdəki yaşım axdı və səhraları tutdu,

Çeşməni unutdu.


Batdı harayım sinədə ulduzlara bənzər,

Qəm canımı gəzər.


İnsandan olan şeytanın hər üzü aşikar,

Qəlbi edər şikar.


Ağladı gözüm, könlümü tutdu acı yaşım,

Dərdi çəkdi başım.


Ruhu bürüyüb ahlara oxşar qara matəm,

Rəbbim bu nə sitəm? !…

Rəbbim bu nə sitəm? !…
29.05.2003

İ K İ L İ K L Ə R


**

Duyğudan qopmasa xeyir əməllər,



Allaha açıla qalacaq əllər…

**

İçində yatmışsa vicdanın əgər,



Bil, əllərin haqqın başına döyər.

**

Qulağın almasa qadir səsləri,



Gözün görməyəcək müqəddəsləri.

**

Tale də insanın öz əlindədir,



İşində, gücündə, əməlindədir.

**

Güclülər həmişə gücsüzü əzir,



Çünki başlarında şeytandı gəzir.

**

Yaradan dünyanı yaratdı qəmlə,



Batırdı ağrını sirli aləmlə.

**

İnsan can sirrini heç vədə bilməz,



Canı yaradanın özüsə ölməz…

**

Naqislər əlində ağlayır bəşər,



Ağlı fəth eləyib əbədi bu şər.

**

Heç kəs yığdığını aparmır gora,



Bəs nədən ağlımız düşübdü tora?

**

Zülmətdən boylanan Ay nura bənzər,



Gecənin boynunu sədəf tək bəzər.

**

Hər kəs Yaradanı dərk edə bilməz,



İdrakı deyənə ərk edə bilməz.

**

Zaman saatlara etdikcə əmir,



Çağlayıb su təki hey axır ömür.

**

Nadanlar əlində can olub əsir,



Düzlükdən dəm vuran düzlüyü kəsir.

**

Dünya xəlq olanan qeylü-qaldadı,



Xeyr ayrılıqda, şər vüsaldadı.

**

Gecənin qoynundan al səhər doğur,



Sabah öz ipiylə zülməti boğur.

**

Yerlə yeksan oldu bu dünya min yol,



Heç tapa bilmədi haqq evinə yol…

**

Allahın ibadət evinə gedən,



Allahı içində aramır nədən?

**

Dunya həm yas evi, həm toy, həm də ün,



Dağılar hər kəsin xanəsi bir gün.

**

Pislikdən yaranıb yəqin ki, bəşər,



Odur ki, içində bardaş qurub şər.

**

Sındırma heç kəsin qəlbini nahaq,



Canı mühakimə eyləyəcək haqq.

**
Həqiqi məhəbbət dilə gəlməyir,

Yaşayır can ilə heç vaxt ölməyir.

**


Ömür ayağımız altında təkər,

Ağıl dərk eləyər, can ağrı çəkər.

**

Nadanlar dünyanın özünə yükdü,



Dünyanın özündən dərdi böyükdür.

**

Ocağın yanması hislə bilinər,



Yaxşının qədiri pislə bilinər.

**

Üzünə güləndən qoru özünü,



Gülüşlə gizlədər, çünki üzünü.

**

Taleyi boşuna buraxsan, əgər-



Axırda çevrilib başına döyər.

**

Əlacsız qalana yetir əlini,



Allah özü görür hər əməlini.

**


Pisdən ibrət alma, xeyirdən götür,

Demə, hər yamanlıq boş yerə ötür.

**

Hamı qarışdırıb yaxşı-yamanı,



Heç kəs dərk eləmir axır zamanı.

**

Həqiqət çəkilib əzəldən dara,



Odur ki, xilqətin köksündə yara.

**

Nəfsə əsir olan nəfsinə enir,



Axırda nəfsinin quluna dönür.

**

Nə qədər şüurda şər qurubdu taxt,



Dünyanın xilası görünməz heç vaxt.

**

Zaman saatlara vurur naxşını,



Çəkməz üstümüzdən biryol baxşını.

**

Düşünən başların ağrısı böyük,



Dünyanın əzabı çiyinində yük.

**

Hər sədəf içinə mirvari yatır,



Dənələr içində incilər yatır.

**

Nədir bəs könlünü günahkar edən?



Allahın evinə imana gedən?…

**

Sübhün şəfəqləri tor qurub çənə,



Hər şəfəq içində bir bülur dənə.

**

Səadət qapını döyməz boş yerə,



O meyvə deyil ki, tökülsün yerə.

**

Həyanı itirən həyadan deyər,



Həyanın özünü diliylə döyər.

**

Umma namərdlərdən heç zaman vəfa,



Axırda özünə deyər bivəfa.

**

Şöhrətin əsiri olan hər kəsin,



Sonunda şöhrət də kəsər nəfəsin.

**

Eşq – Allahdan gələn ilahi sevda,



Odur ki, həm ruha, həm cana qida.

**

Baş qapsın açır şüura yan deyir,



Ağlın fəryadına ürək can deyir.

**

Zülmə mübtəladı bəşər övladı,



Odur ki, zülümlə çəkilir adı.

**

Günahlar içində əlləşən insan,



Günahın özünə olacaq ehsan.

**

Əzrayıl döyməyən qapı qoymayır,



Yedikcə tənləri gözü doymayır.

**

Həqiqət içindən hikmət boylanır,



Hikmətin özündən nemət boylanır.

**

Kim öz millətinə kəsilsə yağı,



Axırda özü də görəcək dağı.

**

Özgə havasıyla oynayanların,



Sonunda özgələr alar canların.

**

Düzlüklə yuğura bilsən bətini,



İlahi əskiltməz məhəbbətini.

**

Allah dərgahına əl açmaq neçin?



Bizi yaratmayıb dilənmək üçün!

**

Vətən – hər millətin dunya neməti-



Millətin özündən aslı hörməti.

**

Dil bıçaqla kəsər ürək vaylanar,



Ürəyin başına ağıl haylanar.

**

10.X.2005



MÜNDƏRİCAT
Quranda şairlər haqqında ayə………………………….

Böyük Yaradana…………………………………………

ola yetişəm sənə, Allahım………………………….

Bir Tanrı var…………………………………………….

Yaradanım………………………………………………..

Bu dünyada………………………………………………

Damğalayırlar…………………………………………….

Dil nahaq danışanda……………………………………..

Gözləmə…………………………………………………..

Küləklər dəli əsər……………………………………….

Çəkənə qəm dünya………………………………………

Dünya sevıincdən doldu, ya kədərdən gözlərin?………

Dünya mənə tanış gəlir………………………………….

Doğulan peşiman, ölən peşiman…………………………

Verilir haqqa cəza………………………………………..

Ələmin ömürü zamandan uzun………………………….

İstəmirəm aman dünya…………………………………..

Bu qərbə bərəkəllah……………………………………..

Siyasətdi, siyasət………………………………………….

Dünya susdu……………………………………………….

Yalan dünya………………………………………………

Daha bu dünyaya səbrim çatmayır……………………….

Oğru……………………………………………………….

Çıxar canı yoxsulun………………………………………

Dərd………………………………………………………..

Dünya şeytan içində……………………………………..

Erməni fitvasını dünyaya faş eyləmisən……………….

Hər kəs öz gözüylə baxır dünyaya…………………….

Səlam olsun………………………………………………

Bayrağım………………………………………………….

Əski Azərbaycanın iyirmi səkkiz mayısan…………….

Başbilənlərimizə………………………………………….

Bizi özümüzə qaytaran ola……………………………..

Didərgin ana………………………………………………

Şəhidlər Xiyabanı…………………………………………

Qisasa çağırır Vətən, qisasa …………………………….

Ey karvan yolundan soraq, Dəvəçi……………………..

Sinəsi neft qoxulu……………………………………….

Dəvəçi-Siyəzən, isti ocağım……………………………..

Vətən fəryadı…………………………………………….

Səndən nə qaldı?…………………………………………

Jorjiklər……………………………………………………

Vətən olmaz………………………………………………

Azərbaycanımızdı…………………………………………

Can Azərbaycan…………………………………………..

Vətəndi…………………………………………………….

Ey Vətən………………………………………………….

Alçalma millətim…………………………………………

Şairimiz…………………………………………………..

Sənə niyə belə zülmlər oldu?……………………………

Qan-qadalı məmələkətim………………………………..

Satıram……………………………………………………

Yağı əllə qəmə batdı el, vətən………………………..

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur………

«Yanıq Kərəm»…………………………………………

Tağayım…………………………………………………..

Ulu Tanrım, narahatam………………………………….

Gəl tələsmə ağarmağa, saçlarım……………………….

Ürək niyə ağrayırsan?…………………………………..

Mavi yuxularım…………………………………………..

Adın gəzər bu ellərdə, Rübabə…………………………

Özümü axtarıram…………………………………………

Mən insan axtarıram……………………………………..

Arzular…………………………………………………….

Tənha qadın………………………………………………

İki damla yaş……………………………………………..

İlham pərisi……………………………………………….

Titrəyən şam………………………………………………

Qəribəm……………………………………………………

Qurumayır nəm……………………………………………

Baxa bilmirəm……………………………………………..

Dəli ürək…………………………………………………..

Dolan vaxtı………………………………………………..

Gözdə yaşım giryan olar………………………………….

Qərib bir taleyim var…………………………………….

Niyə şair doğdun məni, ay ana?………………………….

Bir insafa gəl barı…………………………………………

Yenə könlüm təblə cövlan eyləyir……………………….

Çəkil get, qara bulud……………………………………..

İblisdən olan……………………………………………..

Bütün arzularım qaldı ürəkdə………………………….

İlin son saatları………………………………………….

Qara tellərini töküb çiyninə……………………………

Nazlı gəlişinə mən olum heyran………………………

Mənə payızları gətirmə zaman…………………………

Kim deyər hansı yaxşı?……………………………………

Bir parça dam, səma, heyva ağacı………………………..

Neyləsin?………………………………………………….

Payızda göyərən otlar nə qəmli?…………………………

Payız çiçəyi……………………………………………….

Bəyaz qarın nağılı………………………………………..

Durnalar………………………………………………….

Dəymə mənim ürəyimə…………………………………

Qaldı yollarında yorğun baxışlar…………………………

Öyrətmə mənə…………………………………………..

Gözüm aldı, könül tutdu, sevgilim………………………

İtirdim bir payız səhəri səni……………………………..

Dəli möhnətinə dözüm qalmayıb……………………….

Dedim, ayrılaq……………………………………………

Mənə elə gəlir ki………………………………………….

Yuxuma niyə gəlmisən?………………………………….

Səni istəyir ürək………………………………………….

Sən məni hər yerdə arayacaqsan…………………………

Bu həyatım ağlar bir ney………………………………….

Ey mənim taleyimin sabahı………………………………

Bəyaz gecələr……………………………………………..

Gəlmə yuxulara, gəlmə, sən allah………………………..

Bütün məmləkəti tutacaq ahım…………………………..

İkimizdə yanırdıq nə vaxtdan bu atəşə…………………..

Sən mənim könlümün möhnət yuvası……………………

Sevgilim…………………………………………………..

O odlu gözlərin könlümə atəş…………………………….

Yar, yar……………………………………………………

Sənin taleyinlə, mənim taleyim…………………………..

Röyalarda çəmənlikdə gəzirdim………………………….

Sən yadıma düşürsən………………………………………

Açılsın məhəbbət bağında güllər………………………….

Qova bilmirəm…………………………………………….

Nə də həyat var……………………………………………

Oldum……………………………………………………..

Nə lazım?………………………………………………….

Ümid ver mənə……………………………………………

O gün………………………………………………………

Necə keçim?……………………………………………….

Yadındamı?………………………………………………..

Bir sən ol…………………………………………………..

Aman yarım………………………………………………..

Var eşqidə………………………………………………….

İlk məhəbbət………………………………………………

Ey yar……………………………………………………..

Nədən üz çevirib gedirsən belə?…………………………..

Bir qərib axşamda düşdün yadıma………………………..

Bəbəkdən tökülən yaşlarım damla………………………..

Bir gün dön yarına…………………………………………

Surətin ay kimi durub qarşımda…………………………..

Yar gərək könlüvü alsın getsin……………………………

Can çəkər bəla elə eşqidən……………………………….

Oxuyur sevda quşu canımda………………………………

Yandırır sənsiz, ey afət, məni hicran gecələr…………….

Eyvah, ürəyim od tutub atəşlərə yandı………………….


İKİLİKLƏR







Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə