Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə12/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

GÖZDƏ YAŞIM GİRYAN OLAR

Gözdə yaşım giryan olar,

Harayıma kimsə gəlməz.

Ürək yanar büryan olar,

Bu kar dünya səsə gəlməz.
Bezar olar tən canımdan,

Həzar edər dövranımdan,

Nalə qalxar hər anımdan,

Duman canda sisə gəlməz.


Ağlayaram için-için,

Kədər didər könlün için,

Ah, İlahi, bilməm neçin?

Can bədəndən küsə, gəlməz.


Haray salar dil ağızda,

Fəryad edər söz kağızda,

Dinməz dünya birağız da,

Başda tufan əsə, gəlməz.


Öz fəqanım məni boğar,

Gözlərimdən leysan yağar,

Qəmim dərddən hicran doğar,

Nəfəsimi kəsə, gəlməz.


Ürəyimə qəm ələnər,

Donmuş dərdim istilənər,

Könlüm yanar, tüstülənər,

Boğar canı hisə, gəlməz.


Uzandıqca ömür yolu,

Qandallayar əli, qolu,

Namərdlərlə dünya dolu,

Ölüm də heç pisə gəlməz.


Ey Şadiman, söylə bilim?

Niyə fəryad edir dilim?

Ürək itər ilim-ilim,

Haraylarım nəsə gəlməz?

6. X. 2002

QƏRİB BİR TALEYİM VAR

Ürəyimə qəm oxuyan susub durmaz neyim var,

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Həsrət çəkir ağrılarım bu sinəmin ahına,

Əllərim haqq dərgahında duaçı Allahına,

Zülmətlərim qol götürüb oynayır sabahına,

Batıb qalıb ələmlərim etdiyi günahına,

İlhamımın qədəhindən süzülən can meyim var,

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.


Gözlərimin şəbnəmləri isladır gecələri,

Bağırımdan min bir sual qəhr edir necələri?


Qəlbin dəli duyğuları diləyin incələri,

Boğur məni idrakımın o pələng pəncələri,

Nə yaxşı ki, ağrılara dözən könül neyim var,

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.


Əzabların dəryasında boğulur saatlarım,

Misra-misra, qətrə-qətrə doğulur qəm qatlarım,

Bağırımdan şırımlanır dərman tapmaz çatlarım,

Neçə dəfə peyda olur, boğulur həyatlarım,

Ağrılardan nəşələnmiş ürək adlı keyim var,

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.


Sübhün gözü açılandan sübhə qapı oluram,

Köz bağlamış qəlb yarama cərrah sapı oluram,

Zamanımın at oynadan tarpatapı oluram,

Ürək ovan arzulara qalaqapı oluram,

İç yuvamdan qopub düşən misra adlı neyim var,

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.


Kökləyirəm rübabımı inləyir ah-zar üstə,

Varlığıma niskil yağır dil anlamaz xar üstə,

Ürəyimin baharları çiçəkləyir qar üstə,

Təbim zirvələr dolaşır bağçasına bar üstə,

Həyatın dolaylarında yaşamağa səyim var,

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.


Qələmimi can göynədir, kağız donur əlimdə,

Kəlmə-kəlmə diləklərim üsyan edir dilimdə,

Alışıram ocağımda köz oynayır külümdə,

Fələyin mizrabı çalır mənim könül telimdə,

Yaman baxan baxışlara şahanə gileyim var…

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.


Ey Şadiman, nədir belə sinə yırtan zülümlər?

Dərd götürər xəncərini bağrını nə dilimlər?

Ağlımdan qopub düşər can göynədən bilimlər,

Saatlarım sevdalanar hissim, duyğum elimlər,

Ürəyimə qəm oxuyan susub-durmaz neyim var,

Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.

3. 05. 2003
NİYƏ ŞAİR DOĞDUN MƏNİ, AY ANA?
Niyə şair doğdun məni, ay ana?

Niyə hamı təki olmadım mən də?

Girir bu ürəyim gündə min dona,

Batır duyğularım dumanda, çəndə.


Alışan könlümə sazaq gəzirəm,

Onun yanğıların soyutmaq üçün.

Mən özüm özümdən uzaq gəzirəm,

Bu dəli ilhamı ovutmaq üçün!


Niyə şair doğdun məni, ay ana?

Heç yerdə özümə məkan tapmıram.

Canım oda salıb təni, ay ana,

Oddan qurtulmağa imkan tapmıram.


Hamının qəm yükü sinəmdə yatır,

Bu ağır dərdlərə dözə bilmirəm.

Fəryadım içimdə boğulur, batır,

Könlü qəm əlindən üzə bilmirəm.


Niyə şair doğdun məni, ay ana?

Qəlbə divan tutur soyuq baxışlar.

Mən göllər pərisi, didərgin sona,

Dondurur sinəmi payızlar, qışlar.


Hamıdan soyuqluq, ögeylik gördüm,

Heç yerdə özümü tapa bilmədim.

Hey tale atımı sağ-sola sürdüm,

Yolum yoxuş oldu qopa bilmədim.


Niyə şair doğdun məni, ay ana?

Bu ağrı-acını çəkə bilmirəm.

Vallah, həyatımdan doymuşam cana,

Sinəmdən məlalı tökə bilmirəm.


Məni də ilhamsız doğaydın sən də,

Dünyaya hamı tək baxa biləydim.

Təbimi beşikdə boğaydın sən də,

Hamı tək ağ günə çıxa biləydim.


Aləmin qəm yükün çəkən könlümü,

Qəmlərin əlindən ala bilmədim.

Bütün kainatda səkən könlümü…

Tutub ürəyimə sala bilmədim!


Niyə şair doğdun məni, ay ana?

Doğulduğum günüm yalan olaydı.

Solaydı ömrümün dəni, ay ana?

Şadiman büsbütün talan olaydı.

6. 03. 2003

BİR İNSAFA GƏL BARI

Nədir belə qəm içində üzürsən?

Dalğın-dalğın məni gendən süzürsən,

Ürəyimi ayrılığla üzürsən,

Qəlb içinə iztirablar düzürsən,

Ar bilməzin nə namusu, nə arı?

Aman baxtım, bir insafa gəl barı.
Dünya əzab, suyu zəhər, içi boş,

Fələk kefli, qədəh dolu, nə sərxoş?

Ömür atın vaxt atına tez gəl qoş,

Sarayımdan uçulubdu eşq barı,

Aman baxtım, bir insafa gəl barı.
Kimsə səni öyüb könlə heç salmaz,

İncəyəndə küskün qəlbi eşq almaz,

Hamı təki dünya sənə də qalmaz,

Bağırırsan dərd içində, gün yarı,

Aman baxtım, bir insafa gəl barı.
Saatlarım əldən düşdü töküldü,

Ürəyimə qaranlıqlar çöküldü,

Qəlb sarayım dərd əlindən söküldü,

Üzdü könlü bu dunyanın ah-zarı,

Aman baxtım, bir insafa gəl barı.
Haraylarım bağırımda boğular,

Dağ tək şişib, bu sinəmə dağılar,

Ürəyimdən qopar ahla ağılar,

Rəbb əlində zalım bəşər bir darı,

Aman baxtım, bir insafa gəl barı.
Şadimanı kimsə duymaz, anlamaz,

Bir kimsəni fələk mən tək danlamaz,

Mənim kimi dərd heç kəsi yanlamaz,

Ömür keçir, mənzil qısa, yol yarı,

Aman baxtım, bir insafa gəl barı.

17. X1. 2002



Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə