Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə3/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   2   3   4   5   6   7   8   9   ...   32

sistem ində  əhəm iyyətinin  aşkarlanması  baxımından 

Heydər  Əliyev  irsi  böyük  əhəmiyyət  kəsb  edir.  Əminəm 

ki,  elmi  və  dini  vəhdətdə  gözəl  bilən  Qafqaz 

Müsəlmanları  İdarəsinin  Şirvan  bölgəsi  üzrə  qazısı, 

filologiya  elmləri  namizədi  Hacı  Xanəli  Babayevin 

diqqətinizə  təqdim  olunan  kitabında  toxunulan  məsələlər 

təkcə respublikamızda deyil,  həm  də ölkəmizdən  kənarda 

diqqət  və  marağa  səbəb  olacaq,  Heydər  Əliyev  irsinin 

öyrənilməsi  işinə böyük töhfə olacaqdır.

Allah  köməyiniz  olsun!



Şeyxülislam 

Hacı Allahşükür PAŞAZADƏ, 

Qafqaz Müsəlmanları 

İdarəsinin sədri.

12

Müasir Azərbaycançılıq 



və  Heydər Əliyev: 

tarixi  şəxsiyyət amili

13



"A zərb ay can çılıq "  - əslində bu məfhum təkcə siyasi, 

tarixi,  coğrafi  mənanı,  milləti  və  ya  xalqı  ifadə  etmir. 

Təbii 

ki, 


burada 

müasir 


dünya 

dəyərlərindən 

bəhrələnməkdən  savayı  qloballaşan  beynəlxalq  siyasət 

ümmanında  bəşəriyyətin  vahidliyinə  layiqli  töhfələr 

verən  bir  xalqın  kiməsə  buxov  olmayıb,  müstəqil 

özünüyaşatma  ideologiyası  başa  düşülməlidir.  Şübhəsiz 

ki,  bu  məsələ  ideoloji,  yaxud  da  maarifçilik  anlamı  ilə 

yanaşı  elmi,  həm  də  dini-mənəvi  məzmunu  da  özündə 

ehtiva edir.

Dünyada  gedən  proseslər  hamının  gözü  qarşısındadır. 

Bütün  dövlətlər  öz  mövcudluğunu,  hərbi,  iqtisadi,  siyasi, 

mənəvi  qüdrətini  göstərmək  üçün  "nə  iləsə  məşğuldur". 

Bir  çox  ölkələr  nüfuz  dairəsi  uğrunda  mübarizə  aparır, 

bəziləri  dünyanın  "şıltaq"  dövlətlərinə  və  ya  dövlət 

başçılarına  dərs  vermək  üçün  təzyiqlərdən,  hətta  hərb 

maşınından da istifadə etməkdən çəkinmir.  Bir başqası, az 

qala  ildə  bir  dəfə  hakimiyyət  dəyişməklə  millətinin 

təfəkkürünü  məşğul  edir.  Öz yaşayışını  təmin etmək  üçün 

daim  kimdənsə  ianə  umanlar  da  tapılır.  (Əlbəttə,  bu 

sonuncu  hal  mentaliteti,  milli  xüsusiyyəti  göstərən 

məsələdir.  Şükürlər olsun  ki,  bu  hal  öz  qüruru  ilə  seçilən 

Azərbaycan  xalqı  üçün  xarakterik  deyil).  Ancaq  bütün 

bunların  mahiyyətində  konkret  millətin  və  ya  xalqın, 

bəzən  hətta  ola  bilsin  ki,  konkret qrupun  mənafeyi  durur.

Bir  sözlə,  artıq  ikinci  onillikdir  ki,  dünyanın  gərdişi 

daha  mürəkkəb  hadisələrlə,  proseslərlə  müşayət  olunur. 

Belə  bir  şəraitdə  millətini  qorumaq,  inkişaf etdirmək  əsl

15



qəhrəmanlıqdır.  Mövcud  dünya  düzənində  bir  çoxları  öz 

siyasətini  həyata  keçirmək  üçün  qorxu,  hədə,  aclıq  kimi 

təzyiq  vasitələrindən,  müxtəlif  ideoloji  bəhanələrdən, 

"din  düşməni"  kimi  amillərdən  istifadə  etməyə  çalışır. 

Şübhəsiz  ki,  ayrı-ayrılıqda  bu  məfhumların  maraqlı 

tərəflər  üçün  müəyyən  mənada  "səfərbərlik"  gücü  olsa 

da,  onların heç biri  obyektiv reallığı əks etdirmir və  siyasi 

perspektivi  təmin  etmir.  Bu,  gələcək  və  uzunmüddətli 

inkişaf üçün  ideoloji  əsas,  strateji  xətt  ola bilməz.  Reallıq 

budur  ki,  belə  bir  şəraitdə  milləti,  xalqı  vahid  obyektiv 

kerçəkliyə  əsaslanan  ideologiya, 

ümummilli  lider  və 

mənəvi  baza  birləşdirə  və  qabağa  apara  bilər.  Bu  isə 

kimin  tale  payına  düşübsə,  o  gərək  bu  sərvətdən 

qədərincə  istifadə  etsin,  daxili  və  xarici  siyasəti  ilə  bağlı 

m əsələləri  səhmana  salsın.  Təəssüf  ki,  belə  xoşbəxtlik 

heç  də  həmişə  və  hamıya nəsib olmur.

"Göylərin  və  yerin  hökm ü  Allahın  əlindədir.  O, 

istədiyini  yüksəldər,  istədiyinə  də  əzab  verər.  Allah 

bağışlayan  və rəhm  edəndir!"("Fəth"  surəsi,  14).

Biz, 


azərbaycanlılar  Yaradanımıza 

həmd-səna

etm əliyik  ki,  məhz  bizim  taleyimizə  sələflərimizin 

arzuladıqları,  uzun  illər  həsrətində  olduqları  günləri 

görmək  səadəti  nəsib  olub.  Müqəddəs  dinimizdən  siyasi 

hakimiyyətin, 

keçmiş 

sovet 


rejiminin 

ateist


ideologiyasının  amirlik,  qadağa  siyasəti  ilə  ayrı  salman, 

Qafqazda  yaşayan  müsəlman  camaatımızın,  xalqımızın 

nisgili,  həsrəti  həddindən  çox  olmuşdur.  Bunun  əsas 

səbəbi  və  mənbəyi,  bir  müddət  ömür  payımıza  dinsiz, 

imansız  bir  quruluşda  yaşamaq  qismətinin  düşməsidir.

>ө u-'

16

З Ј Ч



а

 

a

a *   ’" г>‘

Həmin  dövrdə  dinin  necə  acınacaqlı  illər,  proseslər 

yaşadığı,  dindarların,  ruhanilərin  necə  amansızcasına 

təqib  olunduğu  hamımıza,  xüsusilə  yaşlı  nəslə  çox  yaxşı 

bəllidir.

O  dövrdə  mövcud  olan totalitar rejimin  ideologiyasının 

əsas  məqsədi  o  idi  ki,  şüurlara  "yeganə  düzgün  təlim" 

saydığı  kommunist  ideologiyasını  yeritsin.  Həmin  illərdə 

müsəlmanların,  o  cümlədən  Azərbaycan  xalqının  ictimai 

fikrinin, 

fəlsəfəsinin, 

tarixinin, 

mədəniyyətinin 

öyrənilməsi  sahəsində  aparılan  tədqiqatlarda  İslam  çox 

vaxt  nahaqdan,  əsası  olmadan  tənəzzül  meyli  ilə 

əlaqələndirilir,  onun  ümummədəni  və  əxlaqi  dəyərləri 

heçə  endirilirdi.  Yaradıcı  fikir  dühalarının  əzəməti, 

nəhəngliyi,  görkəmliliyi,  əksər  hallarda,  İslama  qarşı 

çıxıb-çıxmamaları,  dinə  münasibətləri  ilə  ölçülürdü.

^  İnsanlara,  cəm iyyətə  açıq-aşkar  ateizm  ruhu  təlqin 

edilirdi. 

Bü  yolda  gücdən,  qadağadan,  m üxtəlif 

təzyiqlərdən  belə  istifadə  olunurdu.  Uzun  əsrlər  boyu 

xalqın  ictimai  fikri,  adət-ənənələri,  yaradıcılığınının 

cilalanması,  istiqamətlənməsində,  nizamlanmasında  dinin 

böyük rolu inkar olunur, elmin, maarifin, təhsilin ziyasının 

dini  ocaqlardan  işıq  saçması  kimi  reallıq  nəzərə alınmırdı.

Mədəni-mənəvi  irsdən  dinin  təcrid  olunması  təəssüf 

doğuracaq,  faciələrlə nəticələnəcək bir hal  idi.  Belə ki, bu 

etinasızlıq  xalqı  öz  tarixi  yaddaşını,  milli  mənliyini, 

özünəməxsusluğunu  itirməyə doğru  sürükləyirdi.

Xalqın  tarixi  varlığının  ayrılmaz  bir  hissəsi  kimi  dinin 

mahiyyətinə  gəldikdə  isə,  qeyd  edilməlidir  ki,  İslam 

nəinki  dindarların  şüurunda  əhatəli  dünyagörüşü,  onların

A Z S R B A Y C A tj n Ş S H JB Ü K A S İ PREZİDENTİNİN

İŞ L Ə R   İDARƏSİN İN

K İ T A B X A N A S I



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə