Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   95

116 
Qıcqıran mayalarda əsas enerji mənbəyi 6 karbonlu şəkərin ilk 
növbədə  qlükozanın    parçalanmasıdır.  Burada  istifadə  edilən 
qlükoza etil spirtinə və karbon qazına parçalanmaqla ali spirtlərin 
və  müxtəlif  mübadilə  məhsullarının  toplanmasına  səbəb  olur. 
Şəkərlər  müxtəlif  sürətlə  qıcqırdılır.  Qlükoza  və  fruktoza  asan, 
mannoza  yavaş,  qalaktoza  isə  daha  yavaş  qıcqırdılır.  Dişəkərlər 
(saxaroza  və  maltoza)  mayalarla  yaxşı  qıcqırdılmır.  Pentozlar 
mayalarla qıcqırdılır. 
Qida  maddələri  hüceyrəyə  iki  yolla  daxil  olur:  diffuziya  və 
xüsusi  stereokimyəvi  keçmə.  Hər  tip  keçmənin  aktiv  və  passiv 
forması vardır. 
Passiv  diffuziya  prosesi  hüceyrəyə  enerji  sərf  etmədən  başa 
gəlir.  Maddələr  sitoplazma  membranından  həll  edilərək  keçir, 
aktiv diffuziya prosesi ilə tənəffüs zamanı enerji sərf edilir (adətən 
ATF).  Belə  ki,  hüceyrəyə  R-O
2
  keçməsi  üçün  hidrogenlə  R-OH 
qədər reduksiyasına sitoplazma membranında həll olan, hüceyrədə 
sonrakı R-O oksidləşməsinə və hidrogenin azad olaraq yeni R-O
2
 
molekuluna reduksiyası üçün enerji tələb edilir. 
Sitoplazma  membranında  həll  olmayan,  maddələrin  əksəriy-
yəti  hüceyrə  daxilində  membranda
1
  yerləşən  xüsusi  zülallar-
ötürücülər  vasitəsilə  keçir.  Bu  ötrücülər  peremeaza  adlanır. 
Beləliklə,  sitoplazma  membranından  bəzi  maddələrin  keçməsi 
mikroorqanizm  hüceyrəsində  müəyyən  maddələrin  nəqletdirmə 
qabiliyyətindən  asılıdır.  Qida  maddələrinin  xüsusi  passiv  stero-
kimyəvi  keçməsi  zamanı  kompleks  maddə  olan  permeaza  sito-
plazma  membranında  həll  olub,  hüceyrə  daxilinə  keçir  və  sonra 
permeaza  yeni  maddə  dalınca  qayıdır.  Qida  maddələrinin  aktiv 
xüsusi  sterokimyəvi  keçməsində  maddələrin  zülal-ötrücü  ilə 
birləşə  bilən  forması  üçün  mikroorqanizm  hüceyrəsi  enerji  tələb 
edir. Məsələn R
2
-O maddəsi R
2
-OH maddəsinə çevrildikdən sonra 
xüsusi permeaza ilə birləşir və membrandan keçir. 
Keçmə  proseslərinə  ətraf  mühitin  amilləri  təsir  edə  bilər. 
                                                 
1
 *NADF- nikotinamid-adenin-dinukleotid-fosfat-hidrogen ötürücü sulfhidril 
qrupu-SH formasında  


117 
Permeazaların  aktivliyini  ağır  metallar,  temperatur  və  pH  ədədi 
dəf  edir.  Əgər  mühitdə  biotinin  miqdari  az  olarsa,  membrandan 
keçmə qüvvətli olur. 
Metabolizm  prosesi  üçün  lazım  olan  enerjini  hüceyrə  üzvi 
maddələrin oksidləşməsi nəticəsində alır. Hüceyrənin fəaliyyətinin 
bu  tərəfi  enerji  mübadiləsi,  üzvi  maddələrin  oksidləşməsi  isə  - 
tənəffüs (dissimilyasiya) adlanır. 
Qidalanma  və  tənəffüs  prosesi  eyni  vaxtda  baş  verməklə 
maddələr  mübadiləsinin  iki  tərəfini  təşkil  edir.  Tənəffüsdə  azad 
olunan  enerji  istilik  şəklində  ayrılmayıb,  enerji  ilə  zəngin  olan 
birləşmələrdə Adenazin üç fosfatda (AÜF) toplanır. 
Karbon.  Karbonun  mənimsənilmə  tipinə  görə  mikroorqa-
nizmlər avtotrof və heterotroflar kimi fərqləndirilir. 
Avtotroflar  üzvi  maddələri  qeyri  üzvilərdən  sintez  etmək 
xüsusiyyətlidir.  Onlar  fototrof  və  xemotroflar  olmaqla  fərqləndi-
rilir.  Fototroflar  yaşıl  bitkilər  kimi  qidalanıb,  üzvi  maddələrin 
sintezi  üçün  günəş  enerjisindən  istifadə  edirlər.  Bu  yolla  rəngli 
mikroorqanizmlər  göy-yaşıl  yosunlar  və  tünd  qırmızı    serobak-
terlər qidalanır. 
Xemotroflar üzvi maddələrin sintezi üçün qeyri-üzvi maddələ-
rin  oksidləşməsi  nəticəsində  azad  olan  kimyəvi  enerjidən  istifadə 
edirlər.  Məsələn,  nitrat  bakteriyaları  ammonyakı  nitrat  turşusuna, 
dəmir  bakteriyaları  reduksiya  olunan  dəmiri  oksidləşən  formaya, 
rəngsiz  serobakterlər  hidrogen  sulfidi  sulfat  turşusuna  oksidləş-
dirirlər. 
Heterotroflar hazır üzvi maddələrlə qidalanırlar. Onlar saprofit 
və  parazitlər  kimi  qruplaşdırılır.  Saprofitlər  məhv  olmuş  üzvi 
qidalarla,  parazitlər  isə  canlı  hüceyrə-  daşıyıcılarla  qidalanmaq 
xüsusiyyətlidir. 
Mayalar qidalanma tipinə görə saporofitlərə aid edilir. Karbon 
mənbəyi  kimi  onlar  karbohidratlardan  –  dişəkərlər  (saxaroza  və 
maltoza) və monoşəkərlərdən – heksozadan (qlükoza və fruktoza) 
istifadə edirlər. Mayalar nişasta, sellüloza, pentozaları mənimsəyə 
bilmir. Laktozanı yalnız Saccharomyces Lactis mayaları həzm edə 
bilir. 


118 
Nişanlanmış  karbon  atomları  ilə  aparılan  tədqiqatlar  göstər-
mişdir  ki,  bəzi  mayalar  (Saccharomyces  cerevisie  –  saxaromitses 
serevizie)  həm  qıcqırmada  əmələ  gələn,  həm  də  havada  olan 
karbon  qazını  assimilyasiya  etmək  xüsusiyyətinə  malik  olur. 
Assimilyasiyanın ilk məhsulu quzuqulağı sirkə turşusu olur. 
Azot.  Mayalar  azotun  üzvi  və  qeyri-üzvi  formalarını  yaxşı 
mənimsəyir. Onlar azotun  qeyri üzvi  formasından fosfat  və  sulfat 
turşusunun  ammonium  duzunu  və  həmçinin  ammonyakı  mənim-
səyirlər.  Mayalar  nitrit  və  nitratı  pis  istifadə  edirlər.  Azotun  üzvi 
formalarından aminturşular, peptidlər və karbamidi (sidik cövhəri) 
mənimsəyirlər.  Aminturşuların  mənimsənilməsi  onların  deamin-
ləşməsi və dekarboksilləşməsi ilə müşayət olunur. 
Deaminləşmə (amin qrupunun itirilməsi) şəraitdən asılı olaraq 
iki  yolla  gedə  bilər.  Oksidləşmə  deaminləşməsi  (oksigen  iştirakı 
ilə) zamanı keto turşusu və ammonyak əmələ gəlir: 
 
R-CH(NH
2
)-COOH+0,5O
2
→R-CO-COOH+NH
3
↑ 
 
Reduksiya  olunma  deaminləşməsi  (oksigensiz  şəraitdə) 
zamanı aldoturşu və ammonyak əmələ gəlir: 
 
R-CH(NH
2
)-COOH+2H→R-CH
2
-COOH+NH
3
↑ 
 
Hidrolitik  deaminləşmədə  (suyun  iştirakı  ilə)  oksiturşu  və 
ammonyak əmələ gəlir. 
  
R-CH(NH
2
)-COOH+H
2
O→R-CHOH-COOH+NH
3
↑ 
  
Təcrübi  yolla  müəyyən  edilmişdir  ki,  iki  aminturşusu 
mayaların  çoxalmasını  daha  yaxşı  stimulə  edir  və  qıcqırmanı 
gücləndirir, nəinki bir aminturşusu 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə