Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

* Papirus — qədim dövrlərdə yarpağından kağız kimi istifadə edilən qamış bitkisi 
* İcad etmək — yaratmaq


Sənin təhsilin
Kağız icad edildikdən sonra insanlar uzaq məsafələrə kağız məktublar göndərirdilər.
İnformasiyaların yazılması və ötürülməsi sahəsində olan inkişaf bununla bitmədi.
Həyatda hər bir sahədə daim dəyişikliklər baş verir. Kəşflər, ixtiralar edilir, insanların
möcüzə kimi baxdığı çox hadisələr gerçək olur. Teleqraf, telefon, kompüter, bunun
ardınca da İnternet belə möcüzələrdən oldu.
İndi imkanlar çox genişlənib. Bir çox işləri uzaq məsafələrdən həll etmək
mümkündür. İnsanlar İnternet vasitəsilə təhsil ala bilir, Yer kürəsinin hər hansı bir
nöqtəsində yaşayan insanlarla iş əlaqələri yaradır, hətta tanış olub dostlaşırlar.
İnternet vasitəsilə virtual (elektron) kitabxanalara daxil olmaq, lazım olan məlumatı
tapmaq və istifadə etmək olar. Müasir təhsil sistemini, iqtisadiyyatı, siyasəti,
səhiyyəni İnternetsiz təsəvvür etmək mümkün deyil. İnformasiyalar İnternet
vasitəsilə dünyaya yayılır. Zaman gələcək informasiyaların ötürülməsinin yeni
vasitəsi icad olunacaq. Onu icad edənlərdən biri də sən ola bilərsən.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Yazı hansı zərurətdən yarandı?
2.  İnsanlar informasiyaları ötürə bilməsələr, nə baş verər?
3.  İnternetin kəşf olunmasının hansı müsbət cəhətləri oldu?
4.  Cədvəli dəftərinə çək və işlə.
İnformasiyaları
hansı mənbələrdən
alıram?
İnformasiyaları
hansı vasitələrlə
alıram?
Ən çox nə
barədə
informasiya
alıram?
Bu mənə nə
üçün lazım
olur?
 
 
 
 



SƏNİN CƏMİYYƏTDƏ YERİN
5. KİTABXANA
Mən sənə öz əcdadlarımdan, yəni qədim kitablardan danışmaq istəyirəm, insanlar
ilk kitabları lap qədimdə, yazı materialı kimi gil lövhələrdən, papirus və
perqamentdən istifadə etdikləri vaxtlarda yaratmışlar. Bu kitablar əllə yazıldığı üçün
onlara əlyazma deyirdilər. Məsələn, Atəşpərəstlik dininin müqəddəs kitabı «Avesta»
12 min inəyin dərisi üzərində yazılmışdı.
Uzaq keçmişdə Qədim Misirin İskəndəriyyə şəhərində çox zəngin bir kitabxana
vardı. Bu kitabxanada papirus və perqament üzərində yazılmış 700 min əlyazması
saxlanırdı. Gil lövhələrdə, perqament və papirusda yazılmış kitablar çox böyük olur,
çox yer tuturdu. Bu kitablar çox bahalı idi və hər bir insan bu kitabları əldə edə
bilmirdi. Sonra kağız icad olundu. Kağızdan hazırlanmış kitablar meydana gəldi.
Kağız üzərində yazmaq, kağız kitabları saxlamaq rahat idi. insanlar onlara vacib olan
məlumatları axtarmaq üçün kitabxanalara üz tuturdular. Çünki kitabxana çoxlu
kitabın toplandığı və istifadə olunduğu yerdir. Zaman keçdi, gözəl tərtibatlı yeni
kitablar və onların toplandığı indiki kitabxanalar yarandı.
Müasir dövrdə insanlar iki cür kitabxanadan istifadə edirlər:
Kütləvi kitabxanalar — bunlardan hər kəs istifadə edə bilir.
Xüsusi kitabxanalar — elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün
nəzərdə tutulur.
Firidun bəy Köçərli adına uşaq 
kitabxanası (40 il əvvəl)
Kitabxanalar kütləvi mütaliəni təşkil edən ocaqdır. Kitabxanalarda müxtəlif
məzmunlu kitablar toplanır. Burada kitabın seçilməsinə kömək edən mütəxəssislər
(kitabxanaçılar) olur. Kitabxana böyük müəssisədir, onun işçiləri və kataloq* otağı,
oxu zalı, arxiv*, sifarişin qəbul otağı vardır. Hər bir müəssisədə olduğu kimi,
kitabxanada da müəyyən davranış qaydaları var.


Əvvəlcə qeydiyyatdan keçməlisən. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd
təqdim olunmalıdır;
* Kataloq — kitabxanadakı kitabların müəyyən qayda ilə tərtib olunmuş siyahısı 
* Arxiv — qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə


Sənin təhsilin
Lazım olan kitabı tapmaq üçün kitabın adını və müəllifini bilməlisən;
Əlifba sırası ilə düzülmüş kataloqa və ya kitab rəflərinə yaxınlaşırsan;
Sənə lazım olan hərflə başlayan kataloqu seçirsən;
Kataloqda lazım olan müəllifi, kitabın adını tapırsan və kodunu (müəyyən
rəqəmlər) köçürürsən;
Sonra kitabı sifariş verirsən.
Kitabxanaçı kitabı gətirdikdən sonra sən onu evə apara, ya da oxu zalında oxuyub
qaytara bilərsən. Evə götürdüyün kitabı 15 gündən gec olmadan oxuyub kitabxanaya
qaytarmalısan. Kitabxanada müxtəlif növdə məlumat mənbələri var: elmi, bədii,
uşaqlar üçün kitablar, jurnallar, qəzetlər... Bütün bunlar həm kağız üzərində, həm də
elektron (disklərdə, kompüterdə, İnternetdə) variantda ola bilər.
Bitki və heyvan bəsləmək, rəsm çəkmək, ilk tibbi yardım göstərmək, düzgün
qidalanmaq və başqa mövzularda nə isə öyrənmək istəsən, kitabxanaya müraciət
et. Yadında saxla ki, çoxlu kitab oxuyan insanın söz ehtiyatı zənginləşir.
M.F.Axundov adma Azərbaycan Milli Kitabxanası bizim dövrdə
SUAL VƏ TAPŞIRIQLAR
1.  Kütləvi və xüsusi kitabxanalar nə ilə fərqlənir?
2.  Kitabxanaların faydası nədir?
3.  Məktəb kitabxanasına üzv yazılmaq üçün şagirddən hansı sənəd tələb
olunur?
4.  «Kitab oxuyan insanın söz ehtiyatı zənginləşir» — bu ifadəni necə şərh edə
bilərsən?
5.  «Məktəbimizin kitabxanası» adlı esse yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
6. KİTABLARDAN ÖYRƏNİRİK
İndiyədək hansı kitabları oxumusan? Axı kitablar bizə yalnız elmi biliklər vermir. Biz
kitablardan çox şey öyrənirik.
Azərbaycanda, eləcə də dünyada məşhur olan yazıçılar və şairlər vardır. Bəlkə,
gələcəkdə elə özün tanınmış yazıçı olarsan. Şeirlər, nağıllar yazarsan. Buna görə
çoxlu mütaliə etməli, bədii ədəbiyyat nümunələri ilə tanış olmalısan. İndi mən sənə
bir hekayə təqdim edəcəyəm. Oxu və oradakı uşaqların hərəkətinə münasibətini
bildir. Sonra özün başqa nağıllar və hekayələr oxuyarsan.
BAYRAM ZARAFATI*
Novruz bayramına az qalırdı. Üç gün idi ki, uşaqlar həyətdə fişəng atırdılar. Əsl
müharibəyə oxşayırdı. Hər beş-on dəqiqədən bir elə bil qumbara partlayırdı.
Qonşular bu səsdən artıq təngə gəlmişdilər.
Axır ki, bayram günü gəlib çatdı. Günorta idi. Əli Qalibgilin qapısını döydü. Qapını
Qalib özü açdı. Əlini görcək tələsik dedi:
— Hə, gözlə, çıxıram.
Əli soruşdu:
— Fişəng almağa pul tapdın?
— Hə, pul daxılımı qırdım. Çoxlu fişəng almışam. Bütün gün partladarıq. Qalib
tələsik gödəkçəsini geyindi, papağını başına qoyub evdən çıxdı. Yuxarı pilləkənlərdən
addım səsləri gəldi. Qalib tez irəli gəlib yuxarı baxdı. Düşən Minarə nənə idi. Qalib


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə