Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə10/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   7   8   9   10   11   12   13   14   15

Hüquq sisteminin digər bir elementi olan Hüquq institutu eyni növ münasibətləri

tənzimləyən hüquq normalarını özündə birləşdirir. Hüquq institutu hüquq sahəsinin bir

hissəsidir. Hər bir hüquq sahəsi özündə bir neçə hüquq institutunu birləşdirir.

Konstitusiya

hüququ

Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır.

Konstitusiyamızın birinci fəslinin birinci maddəsində qeyd

edilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin

yeganə mənbəyi Azərbaycan xalqıdır.

Mülki hüquq

Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak

və qeyri-əmlak hüquqlarının həyata keçirilməsi qaydasını

müəyyənləşdirən və tənzimləyən hüquq sahəsidir.



Əmək hüququ

İşçi ilə işəgötürən arasındakı əmək münasibətlərinin

nizama salınmasında mühüm rol oynayır. Əmək

məcəlləsinə görə on beş yaşına çatmış hər bir şəxs

valideynlərindən birinin yazılı icazəsi ilə işçi kimi əmək

müqaviləsi bağlaya bilər.



Ailə hüququ

Ailə münasibətlərini, yəni nikah faktından meydana gələn

və ailəyə mənsub olan münasibətləri tənzimləyir.

Vergi hüququ

Vergi verənlərin hüquqlarını və vəzifələrini müəyyən edir.

Dövlətin əsas gəlir mənbəyi olan vergini nizama salmaq

məqsədi daşıyır.





Hüquq norması – dövlət tərəfindən tanınan, icrası məcburi olan hüquq və vəzifələr

müəyyən edən qaydalardır.

Cəmiyyətdə hər kəs öz hüquqlarından istifadə etmək üçün müəyyən normaları,

qaydaları bilməlidir. Onların həyata keçirilməsində, nizamlanmasında isə hüquq

sahələri və hüquq institutları mühüm rol oynayır.

1.  Konstitusiya hüququnu digər hüquq sahələrindən nə fərqləndirir? Fikrinizi

əsaslandırın.

2.  Vergilər haqqında kiçik təqdimat hazırlayın.

3.  Hüquq sisteminin elementlərini hüququn sahələrindən fərqləndirin.

4.  Vergilər sistemi haqqında esse yazın.

10. KONSTİTUSİYADA TƏHSİL HÜQUQU

Nihad ingilis dilini çox yaxşı bilir. Onun arzusu təhsilini Amerika Birləşmiş

Ştatlarında davam etdirməkdir. Ailəsinin maddi durumu onun ABŞ-a getməsinə

imkan vermir.

Bir gün bacısı Ülkər internetdə belə bir xəbər oxuyur: Dövlətimiz xaricdə təhsil

almaq istəyən istedadlı gənclərə şərait yaradaraq onların bütün xərclərini təmin

edir.

Ülkər oxuduğu məlumatı qardaşı Nihada çatdırır. Beləliklə, Nihadın arzusunun



reallaşması üçün imkanlar açılır.

Hər kəsin doğulduğu andan etibarən pozulmaz hüquqları və azadlıqları

vardır. Siz bu hüquqlarınızdan hansını bilirsiniz? Məktəbli kimi sizin hansı

hüquqlarınız var? Dövlətimiz sizin üçün hansı imkanları yaradıb? Gəlin

təhsil almaq hüququnuzun necə olduğunu müəyyən edək.


Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində göstərilir:

1.  Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

2.  Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir

3.  Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

Ölkəmizdə hər kəsin təhsil almaq hüququ vardır. Təhsil cəmiyyətin və dövlətin

inkişafında mühüm rol oynayan əsas sahələrdən biridir. Təhsil insanların yüksək

mədəni səviyyəyə yiyələnməsi və şəxsiyyət kimi formalaşmasında mühüm amildir.

Təhsilin məqsədi yalnız müəyyən biliklərə yiyələnən insanların yetişdirilməsi deyil,

layiqli vətəndaş, vətənpərvər insan formalaşdırmaqdır. Təhsil vasitəsilə insan həyata

hazırlaşır və aldığı təhsil onun sonrakı həyatına təsir edir. Dövlətimiz vətəndaşların

ümumi icbari orta təhsil alması hüququnu təmin edir.

Ümumi orta təhsil pulsuzdur, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən,

səhhətindən, siyasi əqidəsindən asılı olmayaraq hər bir vətəndaş bu hüquqa malikdir.

Ümumi təhsil pilləsi özü də ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinə

bölünür.

İbtidai təhsilin əsas məqsədi uşaqları oxumaq, yazmaq və hesablama bacarığına

yiyələndirməkdir. Bununla yanaşı, şagirdlərdə insan, cəmiyyət və təbiət haqqında ilkin

həyati biliklər, məntiqi təfəkkür elementləri, bədii zövq və s. bu mərhələdə

formalaşdırılmalıdır.



Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir

vətəndaşın təhsil almaq hüququ vardır. “Ümumdünya insan hüquqlarının

bəyannaməsi” nin 26-cı maddəsində də hər bir insanın təhsil hüququ olması qeyd

edilir. Eyni zamanda “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsində hər bir

uşağın təhsil almaq hüququ öz əksini tapmışdır. Uşaqların icbari ümumi orta

təhsildən yayındırılması qadağandır.

Ümumi orta təhsilin məqsədi şagirdlərdə ünsiyyət bacarığını, idrakı fəallığı və məntiqi

təfəkkürü formalaşdırmaqdır. Bununla yanaşı, şagirdlərin öz gələcək fəaliyyət

istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdir.

Siz ibtidai təhsil səviyyəsini bitirdikdə hansı bilik və bacarıqlara yiyələndiniz?

Cədvəl tərtib edib doldurun.

Tam orta təhsil səviyyəsində əsas məqsəd şagirdlərdə istedad və qabiliyyəti

reallaşdırmaq, onları müstəqil həyata hazırlamaqdır. Bu səviyyədə də onlarda milli və

ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmaq hissi təmin

olunur. Bütün bunlarla yanaşı, vətəndaşların rahat təhsil almasını təmin edən qanunlar

da vardır. “Təhsil haqqında” Qanun buna misaldır. Dərsliklərin pulsuz paylanması, yeni

təhsil ocaqlarının açılması, məktəblərin təmiri, məktəb kitabxanalarının

zənginləşdirilməsi, elektron vəsaitlərin hazırlanması və s. sizin təhsil hüququnuzun

həyata keçirilməsinə nümunədir.

1.  Hər bir şəxsin təhsilalma hüququ var. Təhsilalma hüququnuzun olmasını

əsaslandırın.

2.  Azərbaycan Respublikasının Konstitusiyasında təhsil hüququ necə əks olunub?

Müzakirə apararaq fikirlərinizi bildirin.

3.  Təhsil hüquqlarınızı təsdiq edən sənədlər barədə məlumatı oxuyub müzakirə

edin.

4.  Mövzu ilə bağlı esse yazın.




Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə