Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə12/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   7   8   9   10   11   12   13   14   15

Din mədəniyyətlərə təsir edərək memarlıq üslubundan tutmuş, bədii ədəbi

nümunələrədək hər sahədə özünü göstərir. Dünyanın bütün ölkələrində, insanları

əxlaqa dəvət edən kitablar, müxtəlif əsərlər, filmlər, internet materialları vardır.

Bunların bir qismi dini dəyərlərə əsaslanır.




Azərbaycan memarlığının incilərindən biri Möminə

xatun türbəsidir. Memar Əcəmi Naxçıvani

tərərəfindən inşa edilən bu memarlıq abidəsinin

üzərində “Qurani-Kərim” dən ayələr yazılmışdır.

Qədim islam dövlətləri ilə yanaşı, hətta Avropa

dövlətlərində də islam mədəniyyətinin nümunələri

vardır. Məsələn, İspaniyanın Qranada şəhərində

yerləşən Əlhambra sarayı islam mədəniyyətinin ən

məşhur tikililərindən biridir.

Azərbaycanda islam mədəniyyətini özündə əks

etdirən daha hansı abidələri tanıyırsınız?

Tanıdığınız abidələr haqqında məlumat verin.

Orta əsrlərdə Avropada rəssamlıq inkişaf edərkən

özündə xristian dininin elementlərini əks etdirirdi. Orta

əsrlərin dahi rəssamları Məryam ana, çarmıxa

çəkilmiş İsa peyğəmbər və başqalarını təsvir

edərkən dini köklərə əsaslanan məqamları nəzərə

alırdılar.

Dünyanın hər yerində həm islam, həm xristian, həm

də digər dinlərin xüsusiyyətlərini özündə əks etdirən

mədəniyyət nümunələri vardır.

Görkəmli rus kulturoloqu N.A.Berdyayev yazır ki,

mədəniyyətin kökü dini inamdan, ayindən gəlirsə,

sivilizasiyada dünyəvi, bəşəri güc daha mühüm

amildir.


Söylənilən fikrə münasibətinizi bildirin.

Möminə xatun türbəsi

Əlhambra sarayı

Jovanni Bellini “Məryam

ana”



Mendi mərasimində bəzənmiş əllər

Hindistanda keçirilən Mendi mərasimi Hind mədəniyyətinin tərkib hissəsidir. Yəqin

ki, siz hind filmlərinə baxmısınız. Onların özünəməxsus adət-ənənələrini də

görmüsünüz. Ən çox musiqi və rəqslərlə əhatə olunan bu filmlərin özünəməxusus dini

kökləri vardır.

Təkcə Hindistan deyil, digər ölkələrlə də maraqlansanız, görərsiniz ki, onların adət-

ənənələri və mədəniyyətləri, əslində, sitayiş etdikləri dinlərdən təsirlənərək inkişaf

etmişdir.

Bütün dinlər insanları əxlaqlı olmağa dəvət edir. Əxlaqi dəyərlərə “Qurani- Kərim”də

də çox yer verilmişdir. Burada insanlar gözəl əxlaqa, yüksək ədəbə dəvət edilir.

Müqəddəs kitabda buyurulur ki, yaxşı əməl sahibi olan hər kəsə xoş həyat nəsib

ediləcək və etdikləri yaxşı əməllərə görə mükafat veriləcəkdir.

1.  İslam dininin Azərbaycan mədəniyyətinə təsirini izah edin.

2.  Dini-əxlaqi dəyərlərin mədəniyyətə təsiri barədə esse yazın.

3.  İstədiyiniz hər hansı bir ölkənin mədəniyyətinə dinin təsiri barədə məlumat

toplayın.




3. DOĞRU VƏ YANLIŞ DÜŞÜNCƏ

Hər kəsin davranışı onun düşüncəsindən asılıdır.

Eyni bir hadisə haqqında iki insan fərqli düşünə bilir. Qəlbimiz aynaya bənzəyir, əgər o,

təmizdirsə, ətrafımızı da özündə təmiz, aydın əks etdirir və gözəl düşünürük. Yox, əgər

qəlb aynamız ləkəlidirsə, o zaman biz də gördüklərimiz haqqında yaxşı düşünmürük.

Hər kəs qəlbinin təmizliyinin qayğısına qalmalıdır ki, gözəl düşünsün.

Yuxarıdakı fikirləri yoldaşlarınızla müzakirə edin.



Gözəl görən də həyatdan həzz alar. Gözəl düşünən gözəl görər.

Görürsünüzmü, sevgi, hörmət hissi hər kəsdə var, ancaq hamı bu hisləri düzgün idarə

etməyi bacarmır. Buna görə də biz, ilk növbədə, öz düşüncəmizdən başlamalı, həmişə

müsbət düşünməliyik.

İnsanlar bir kəs, bir əşya və ya bir hadisə haqqında həm müsbət, həm də mənfi

düşünə bilirlər. Mənəvi qaynaqlarımız da insanların həmişə, hər zaman gözəl

düşünməsini tövsiyə edir.

Səhər məktəbə gələndə sinfin pəncərəsinin sındığını görürük. Sinif yoldaşlarımızdan

biri dünən sonuncu olaraq sinifdən Akifin çıxdığını deyir və şüşənin onun tərəfindən

sındırılması ehtimalını irəli sürür.

Akif şüşənin sınmasından xəbəri olmadığını deyir. Yoldaşlarından bir qismi Akifə

inanır, bir qismi isə qəlbindəki şübhəni qova bilmir, ürəklərində bir şübhə qalır.

Şübhə qanad açıb sinfi dolaşır. Biri Akifin qorxub etiraf etmədiyindən, digəri

xidmətçi qadından, başqası keşikçidən, bir başqası da dünən həyətdə futbol

oynayan qonşu sinfin oğlanlarından şübhələnir. Beləliklə, adi əhvalat barədə bir

ehtiyatsız söz neçə-neçə qəlbi yaralayır.

“Mən inanıram ki, bu onun əməlidir” kimi qəti ifadə insana hörmət yox, alçalma,

peşmançılıq gətirər.

Siz də bilmədiyiniz, gözünüzlə görmədiyiniz bir hadisə haqqında qəti qərar verməyin.

Heç nəyə şübhə ilə yanaşmayın.




İnsan özünün mənfi cəhətləri ilə həmişə mübarizə aparmalıdır. Əgər insan özünün

səhv hərəkətlərini, xarakterindəki mənfi cəhətləri başa düşmürsə, onları təhlil

etmirsə, o, özünü tərbiyə edə bilməz, gələcək inkişafını təmin etməz.

1.  “Gözəl düşünən gözəl görər” fikrini epiqraf seçib esse yazın.

2.  “Doğru düşüncə” anlayışını yazılı olaraq izah edin.

3.  Ehtiyatsız sözün qəlbi necə yaralamasını həyatdan, oxuduqlarınızdan,

eşitdiklərinizdən nümunələr göstərərək dəftərinizə yazın.

4. 


Verilmiş şəkillə bağlı müzakirə apararaq fikirlərinizi bildirin.

4. DAVRANIŞLARIMIZIN MƏNƏVİ

“MÜHƏRRİK”LƏRİ

İnsanın bəzi hiss və duyğuları içərisində fikir və düşüncə mühüm yer tutur. Belə ki,

insanın düşüncəsinin onun davranışlarına təsir etdiyini bilirik. Bəs insanın

davranışlarına təsir edən başqa hansı amillər vardır?

İnsan bioloji, psixoloji, sosial və mənəvi varlıqdır. O, bioloji varlıq kimi mürəkkəb

olduğu qədər, mənəvi varlıq olaraq da mürəkkəbdir.

Mənəvi varlıq olaraq bizim ağlımız, sevgi, məhəbbət, qəzəb, qısqanclıq və s. kimi bir

çox hiss və duyğularımız vardır. Bu hiss və duyğularımızın bir qismi bizim

davranışlarımıza təsir edir.

Saydıqlarımız içərisində ağlın, qəzəbin və istəyin özünəməxsus yeri vardır. Gəlin növbə

ilə onlara nəzər salaq.



Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə