Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə13/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   7   8   9   10   11   12   13   14   15

İnsan ən çox ağlına güvənir, etibar edir və onun varlığı ilə fəxr edir. “Ağıl” nədir?

Niyə insan ona bu qədər etibar edir? Heç kəs ondan narazılığını bildirmir?

Ağıl hər kəsdə var, amma hər kəs onu eyni cür “qidalandırmır”.

Hər şey ağılla idarə edilə bilər. Əgər insanlar öz hiss və duyğularına ağılla nəzarət edə

bilsələr, bəşəriyyət bir çox bəlalardan xilas olar. Lakin hamı ağılla hərəkət edirmi?

Alim, müəllim, həkim, memar və s. peşə sahibləri insanlara xidmət edir. Bununla

yanaşı, oğru, cani, qatil ağıldan düzgün istifadə etməyib bəşəriyyətə zərər verir, onu

təhlükəyə atır.

Məsələn, insan əlindəki kibritlə tonqal qalayıb qızınar, yemək bişirə bilər, ətrafa od

vurub yanğın da törədə bilər.

İnsan istəksiz yaşaya bilməz. O, yemək, içmək kimi həyati istəklərdən məhrum olarsa,

məhv olar. Amma istəklərin də həddi vardır. İnsan hər istədiyindən arzuladığı qədər

yox, ona lazım olan miqdarda istifadə etməyi bacarmalıdır. Buna da iradə deyirlər.

İnsan öz iradəsi ilə ya xeyir, ya da şər yolunu seçə bilər.



Qəzəb – xoşa gəlməyən bir hadisə qarşısında intiqam arzusu ilə yaşamaq, hirs,

ədavət, hiddət, düşmənçilik və hücum etməyə meyil hissidir.





Hər bir hiss kimi, insanda qəzəb də var. Lakin bütün hallarda qəzəb hissini idarə

etməyi bacaran insan şücaətli olur. İnsanın hüquqlarını, şərəfini, ləyaqətini qorumaq

üçün isə şücaət sahibi olmaq gərəkdir.

Ağıllı tərbiyə, hünər, nəzakət, 

Ağıla nur verər, ürəyə qüvvət . 

Nizami Gəncəvi

Ağılı xoş məramla uzlaşdırmaq – bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif

iradə – əcaib bir şeydir. Kamilliyi olmayan ağıl – ikiqat ağılsızlıqdır.

Baltasar Qrasia

Ağıllı insan ağılın və çalışqanlığın hesabına daha yüksək qabiliyyət, bacarıq qazana

bilər, ağılsız isə olan qabiliyyətlərindən səmərəli istifadə etməyi bacarmaz.

Atalar sözü

1.  Ağlın mənəvi “mühərriklərdən” ən önəmlisi olduğunu necə əsaslandırardınız? 

Fikrinizi yazın.

2.  “İstəklərimizin sərhədi olmalıdırmı?” mövzusunda esse yazın.

3.  Qəzəbin mənfi təsirlərini həyatdan nümunələr göstərməklə fikirlərinizi bildirin.

4.  Məktəbdə davranışlarınıza necə nəzarət edirsiniz? Bu barədə fikirlərinizi

yoldaşlarınızla müzakirə edin.



5. DİLİN BƏLALARI: QEYBƏT VƏ İFTİRA

İnsanlar yalanın nə qədər böyük bir günah olduğunu bilir və özünü yalandan

qorumağa çalışaraq nə yalan danışır, nə də yalana qulaq asır. Amma dilin bəlaları

təkcə yalan danışmaqdan ibarət deyildir. Dilin başqa bəlaları da vardır. Sizcə,

bunlar hansılardır?

Qeybət və iftira təhlükəli bəlalardandır.

Qeybət – bir insanın özü olmadığı yerdə onun arxasınca danışmağa, onun eşidəcəyi

təqdirdə narahat olacağı, xətrinə dəyəcəyi söz-söhbətə deyilir.

İnsanlara böhtan atmaq, onlar haqqında iftira söyləmək, qeybət etmək günah sayılır.

Çünki belə söz-söhbət insanlar arasındakı sevgi, məhəbbət, dostluq hislərini zəiflədir,

onları küskünlük, hətta düşmənçilik hisləri ilə əvəz edir. Bundan əlavə, nəinki sözlə,

hətta davranışlarla, mimikalarla belə başqasının nöqsan və çatışmazlıqlarını göstərmək

mənəviyyata görə düzgün deyil.

Qeybət başqalarını gözdən salmaq və alçaltmaqla özünü yüksək göstərməyə,

başqalarında isə nöqsan axtarmağa alışdırar.

Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını

alçaltdığımız ölçüdə özümüzü ucaltdığımızı sanmaqdır.

Rene Dekart

Başqalarının sözlərini sənə çatdıran şəxs, bil ki, sənin də sözlərini onlara

çatdırır.

Həsən əl-Bəsri

Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır.



Ceyms Rendal


Qeybətin fərdi zərərindən başqa, ictimai zərəri də vardır. Belə ki qeybət insanlar

arasındakı səmimi münasibəti məhv edərək dedi-qodu, inciklik, küsüşmə kimi

arzuedilməz nəticələrə gətirib çıxarır. Qeybət olan ailələrdə, dost-tanış, qohum-qardaş

arasında, cəmiyyətdə asayiş, sevgi, birlik olmaz. Hamı bir-birindən şübhələnər, heç kəs

başqasına güvənib səmimi söz danışmaz. Hal-əhval tutduğunuz adamlar sizdən

ayrılanda içinizdə şübhə, tərəddüd hakim olar. “Görəsən, mən gedəndən sonra

arxamca nə danışdılar? Necə qeybət etdilər?” kimi düşüncələr sizin rahatlığınızı

əlinizdən alar. Gərəksiz yerə başqalarına qarşı mənfi hislər oyadar.

İnsanlar haqqında deyilən yalan iftira hesab edilir. İftira da ruhun bir başqa

“xəstəliyidir”. İftira hər hansı bir şəxsə atılan böhtan və şərdir.

Pas dəmiri çürüdüb məhv etdiyi kimi, qeybət də insanların əxlaqını çürüdər.

1.  Qeybət etmənin mənfi xüsusiyyət olduğunu əsaslandırın.

2.  İftira və böhtanın mənfi xüsusiyyət olduğunu əsaslandırın.

3.  Din qeybət və iftiranı pisləyir. Mətni oxuyun və müzakirə edin.

Bir gün Peyğəmbərimiz evdə oturub qonağı ilə söhbət edirmiş. Qonaq qalxıb evdən

çıxdıqda Peyğəmbərimizin xanımı:

– Bah, bunun boyu necə balaca imiş! – deyir.

– Bax qeybət etdiniz! – deyə Peyğəmbər onu xəbərdar edir.

– Mən ki olanı dedim?! – deyə xanımı təəccüblənir.

– Olmayanı desəydin, iftira etmiş, böhtan atmış olacaqdın, – deyə Peyğəmbərimiz

cavab verir.



SAĞLAM VƏ TƏHLÜKƏSİZ 

HƏYAT


1.  EMOSİYALAR HƏYATI BƏZƏYİR

2.  SAĞLAMLIĞIMIZIN QAYĞISINA QALAQ

3.  HANSI TƏHLÜKƏLƏRLƏ RASTLAŞA BİLƏRİK?

4.  EHTİYATI ƏLDƏN VERMƏYƏK

5.  BUNLARI HAMI BACARMALIDIR



Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə