Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə101/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   97   98   99   100   101   102   103   104   ...   232

206 

 

qoĢulduğu  qızılbaĢ  hərəkatı  sayəsində  hakimiyyətə  gəlmiĢ  Səfəvilər  sülaləsinin 



hökmdarları  zəh mətkeĢlərin  həyat  Ģ əraitini  yüngülləĢdirən  əsaslı  tədbirlər 

görmədilər.  Lakin dövlətin iqtisadi sistemin in iflasına yol verməmək naminə Səfəvi 

Ģahları bəzən  vergiləri azaltmalı, hətta ləğv etməli o lurdular. Məsələn, Ģah hökuməti 

osmanlılarla  müharibədə  (1555-ci  ildən  etibarən)  xalq  kütlələrinin  düĢdüyü  ağır 

Ģəraiti  nəzərə  almalı    oldu,  malcəhəti  (xəracı)  və  baĢqa vergiləri  bir  qədər  azaltdı. 

Məhsulun 6/1-dən 3/1-ə qədərini təĢkil edən  malcəhət (bəhrəçə, dəhyek) torpaqdan 

istifadə  müqabilində  kəndlilərdən  alınan  əsas  vergi  olmuĢdur.  Bu  vergi  əsasən 

məhsulla (buğda, çovdar, arpa, ipək və s.) ödənilirdi.  



İxracat və şütaqat istilahları  ilə adlanan vergi və mükəlləfıyyətlər kəndlilərə 

hədsiz  əziyyət  verird i.  Kəndlilər  nəinki  qoĢunu  ərzaqla,  habelə  onun  çevik 

hərəkətdə  olan  heyvanlarını  da  ot  və  ələflə  təchiz  edirdilər.  Bu  mükəlləfiyyətlərə 

görə,  kəndlilər  öz  evlərini  Ģah  elçilərinin,  əcnəbi  səfırlərin  və  digər  məmurların 

ixtiyarına  verməli  (qonalqa,  xane-nüzul),  bir  çox  dövlət  məmurların ın  məvacib lə 

təmin olun masının ağırlığın ı çəkməli  idilər (ixlas, ümmal, mü mayyizanə, daruğəki, 



kələntəri,  mirabi  və  s.).  Məcburi  bəxĢiĢlər  sistemi  də  mövcud  olmuĢdur.  Bu 

bəxĢiĢlər  torpaq  sahiblərinə,  Ģahın  məmurlarına,  xid mətçilərinə  verilirdi  (düşüllük, 



novruzi,  peşkəş,  şilan-bəha,  eydi  və  s.).  Kəndlilər  və  köçəri  maldarlar  otlaqlardan 

istifadə  müqabilində  dövlətə  çobanbəyi  vergisi  ödəməli  idilər.  Dövlətin  və 

feodalların  xeyrinə  toplanan  vergilər,  yerinə  yetirilməli  olan  mükəlləfiyyətlər 

(çərik, tərh, ulaq, ulam, biyar və s.) əhalin i mü flisləĢməyə gətirib çıxarırdı. 

ġəhərlər. Sənətkarlıq.   XVI əsrdə Azərbaycanda 50-dən artıq Ģəhər vardı. 

Təbriz  Səfəv ilər  dövlətinin  ilk  paytaxtı  id i.  O,  dövlət  paytaxtının  1555 -ci  ildə 

Qəzv inə  köçürülməsindən  sonra  da  ən  mühüm  iqtisadi,  mədəni  mərkəz  kimi 

qalırd ı.  Bu hadisədən 15 il sonra Səfəvi dövlətinin bir sıra Ģəhərlərini  ziyarət etmiĢ 

ingilis  taciri  Artur  Edvards  Təbriz  Ģəhərini  "Ġranın  paytaxtı"  kimi  təqdim  edird i. 

ġəhər  əhalisinin  sayı  haqqında  yalnız  təxmin i  məlu matlar  mövcuddur.  Anonim 

tarixçi  göstərir  ki,  qızılbaĢlar  Təbrizi  ələ  keçirərkən  (1501-ci  il)  orada  300  min  

əhali  yaĢayırdı.  Digər  tarixçilər  (Xandəmir,  Oruc  bəy  Bayat)  Təbrizi  "ġərqin  

paytaxtı",  "aləmin  məskun  olan  dörddə  bir  h issəsinin  ən  abad  Ģəhəri"  kimi 

qiymətləndirmiĢlər. 

Təbriz  dəfələrlə  Os manlı  orduların ın  əlinə  keçmiĢ,  qarətlərə  məru z 

qalmıĢdı.  1514-cü  ildə  Osman lı  türkləri  b ir  neçə  min  ən  yaxĢı  Təbriz  sənətkarın ı 

(ailələri  ilə  birlikdə)  əsir  apardılar.  1562-ci  ildə  Ģəhərdə  olmuĢ  Cenkinson  qeyd 

edir ki, "Təbriz  Ġranın ən iri Ģəhəridir".   Lakin ing ilis səyyahı əlavə edirdi  ki, "bu 

Ģəhərin  ticarət  əhəmiyyəti  əvvəlki  dövrə  nisbətən  azalmıĢdı".  Cenkinson  belə 



207 

 

hesab edirdi ki, bunun əsas səbəbi türk sultanının hərbi yürüĢləri olmuĢdur. 1585 -



1586-c ı illə rin Osman lı iĢğalı za man ı Təbriz ağır  zərbə lərə məru z qald ı. 

Təbriz  əhalisinin  sayının  ço x  olması  Ģəhərə  müvafıq  həcmdə  ərzaq  

mallarının gətirilməsin i tələb edirdi. Ətraf bölgələrdən Ģəhərə qoyun əti, buğda unu, 

qırmızı  və  ağ  Ģərablar  gətirilirdi.  Təbrizdən  birgünlük  məsafədə  yerləĢən  göldən 

xeyli balıq hasil edilirdi. Hə mç in in Ģəhərdə xeyli  miqdarda yüksək keyfıyyətli kürü  

vardı. Bu kürü Mah mudabaddan gətirilird i. Təbrizdə ço xlu meyvə bağı və bostanlar 

mövcud idi. ġəhər özünü meyvə və tərəvəzlə təmin edird i.  

XVI  əsrdə  də  Təbriz  Avropa  və  Asiyanın  bir  ço x  Ģəhərləri  ilə  irimiqyaslı 

ticarət  əməliyyatlarına  cəlb  edilmiĢdi.  1568-ci  ildə  Azərbaycanda  olmuĢ  ingilis 

səyyahı  Çep men  məlu mat  verird i  ki,  "Təbriz  ölkənin  ən  mühüm  mahud  satıĢı 

mərkəzi olmuĢdur".  Mahud Qərbi Avropa ölkələrindən idxal edilird i.  Yun parçalar 

buraya  həm  Təbriz  tacirləri  vasitəsilə  (on lar  yun  parçaları  Venesiyadan  alırdılar), 

həm  də  Ģəhərdə  yaĢayan  türklər  tərəfindən  (parçalar  Suriyanın  Hələb  Ģəhərindən 

alın ırd ı) gətirilird i. 

Venesiyalı  A lessandri  qeyd  edir  ki,  Təbriz  bazarlarında  ġirvan,  Gilan  və 

Suriyadan  gətirilmiĢ  xam  ipək  almaq  mü mkündür.  Xam  ipək  Təbrizin  ipəkəy irici 

emalatxanalarında  emal  ed ilirdi.  Burada  istehsal  edilən  ipək  parçalar  ġimal-ġərqi 

Avropanın bir sıra ö lkələrinə (PolĢa, Dan imarka, Ġsveç) ixrac olun maqda idi.  

1565-c i  ildə  I  ġah  Təh masibin  fərmanına  əsasən,  sənətkarlardan  və 

tacirlərdən  alınan  verginin  ləğv  edilməsindən  sonra,  Təbriz  ö z  inkiĢafın ın  yüksək 

səviyyəsinə çatmıĢdı. 1571-1573-cü illərin Təbriz üsyanının təsiri nəticəsində I ġah 

Təhmasib  Ģəhərə  vergi  to xunulmazlığı  hüququ  verdi  və  bu  tədbir  Ģəhərin  sonrakı 

tərəqqisi  üçün  geniĢ  imkanlar  açdı.  Oruc  bəy  Bayat göstərir  ki,  türklər  tərə-findən 

ələ  keçirilib  talan  edilənədək  Təbrizdə  80  mindən  artıq  ev sahibi  (yaxud  360  min  

nəfər) yaĢayırdı. 

ġirvan  ərazisi  Səfəv ilər  dövlətinə  birləĢdirildikdən  sonra  ġamaxı    Ģəhəri  

ġirvan bəylərbəyiliyin in paytaxtına çevrilmiĢdi.  

ġamaxı  1578-1581-ci  illərdə  (Osman lı-tatar  hərbi  yürüĢləri  dövründə)  çox 

zərər çəkmiĢdi. Dəfələrlə əldən-ələ keçmiĢ bu Ģəhər hədəfə dağıntılara və talanlara 

məruz qalmıĢdı. 

XVI  əsrdə  Cənubi  Qafqazda  ipək  istehsalı  və  ticarəti  baĢlıca  olaraq 

ġamaxıda və ƏrəĢ bölgəsində cəmləĢmiĢdi. Cen kinson ġamaxını "gözəl kral Ģəhəri" 

kimi  qiy mətləndirirdi.  ġamaxı  xarici  ölkələrdən  axıĢıb  gələn,  xam  ipək  alan,  onu 

baĢqa ölkələrdə  mənfəətlə satan çoxsaylı tacir  kütləsinin cəmləĢdiyi  mərkəzi bazar 

olmuĢdur.  ġirvan  ipəyi  yüksək  keyfıyyəti  və  gözəlliyi  ilə  seçilirdi.  ġamaxıda  rus, 

hind,  türk,  fars  tacirlərinə  xid mət  edən  karvansaralar  vardı.  XVI  əsrin  ikinci 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə