Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə116/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   112   113   114   115   116   117   118   119   ...   232

236 

 

Osmanlı  qoĢunu  Urmiya  gölünün Ģimalında  yerləĢən  Təsucdan  keçərək  Təbrizin  6 



fərsəxliyində yerləĢən Sufıyanda qızılbaĢ ordusu ilə qarĢılaĢdı.  

1605-c i  il  noyabrın  7-də  burada  həlledic i  döyüĢ  baĢ verdi.  Os manlı  ordusu 

ağır  məğlubiyyətə uğradı. Ciğaloğlu Sinan paĢa Diyarbəkirə qaçdı və tezliklə orada 

vəfat etdi. QızılbaĢlar bu döyüĢ zamanı külli miqdarda hərbi qənimətə sahib oldular.  

Təsuc  əhalisinin  bu  zaman  osmanlılara  qarĢı  mübarizəsi  I  ġah  Abbas 

tərəfındən  yüksək  qiymətləndirild i.  Təsuclular  iki  il  müddətinə  malcəhət  və  digər 

vergilərdən azad edildilər. 

I  ġah  Abbas  Sinan  paĢa  üzərindəki  qələbədən  sonra,  qıĢın  sərt  keçməsinə 

baxmayaraq, Qarabağa daxil olub,  Gəncəni  mühasirəyə aldı. Bu vaxt (1605 -1606-cı 

ilin  qıĢı)  hər  iki  tərəfın  dağıdıcı  fəaliyyəti  nəticəsində  Azərbaycanı  və  qonĢu 

ölkələri aclıq bürüdü. Qarabağ kəndliləri taxıl əkib-becərə bilmədilər. ġah Qarabağa 

daxil  olan  kimi  qoĢunu  ərzaqla  təmin  etmək  üçün  təcili  tədbirlər  gördü.  O, 

Azərbaycanın digər bölgələrindən Qarabağa 20  min  xalvar (7  min  tona yaxın) taxıl 

gətirilməsi barədə xüsusi fərman verdi. 

Gəncədəki Os manlı qarnizonu Ģəhərin təslim edilməsi təklifi ilə razılaĢ madı. 

Gəncə  qalasının  mühasirəsi  4  aya  yaxın  davam  etdi.    Səfəv i  ordusu  osmanlıların  

müqavimətini q ıraraq 1606-cı il iyulun 5-də Gəncə qalasını aldı. Osman lı qarnizonu 

qılıncdan  keçirild i.  Salnaməçinin  dediyinə  görə,  Ģahın  əmri  ilə  onların  2,5  min  

nəfəri  Həsənçay  adlı  yerdə  edam  edildi.  Qarabağın  hakimi  Hüseyn  xanı  Müsahib 

Qacar  hakimiyyətdən  uzaqlaĢdırıld ı,  yerinə  Məhəmməd,  Ziyadoğlu  Qacar  təyin 

olundu. 

Gəncənin  ardınca  Lori,  Tiflis  və  Dmanisi  qalaların ın  Os manlı  qarnizonları 

müqavimət göstərmədən təslim oldular. 

I  ġah  Abbas  ġirvanın  və  Dağ ıstanın  tutulması  ilə  Qafqaz  əməlliyyatını 

mü mkün qədər tez baĢa çatdırmağa çalıĢırdı. ġah ın təslim təklifı  ġirvan bəylərbəyi 

Əh məd  paĢa  tərəfındən  qəbul  edilməd iyi  üçün  1607 -ci  il  yanvarın  9-da  ġamaxı 

üzərinə hücum baĢlanıldı. 

Lakin  hücum  b ir  tərəfdən  ərzaq  və  ələfin  çatıĢ maması,  digər  tərəfdən  isə 

qoĢunun hərəkətinə mane olan və günlərlə davam edən  leysan yağıĢlar nəticəsində 

üç aya qədər təxirə salındı.  Bu Ģəraitdə  Bakı, Dərbənd əhalisi də osmanlılara qarĢı 

üsyana baĢladı. 

1607-c i  ilin  yanvarında  Bakıda  osmanlıla rın  ə leyhinə  üsyan  qalxd ı.  ġəhər 

üsyan  baĢçılarının  əlinə  keçdi  və  Ģah  qərargahı  ilə  əlaqə  yaradıld ı.  Bakıda  baĢ 

vermiĢ  üsyan  ġah  Abbası  son  dərəcə  sevindirdi:  Səfəvi  hökmdarı  üsyançıların 

əksəriyyətinə  "hədiyyələr,  soyurqallar,  bahalı  paltarlar"  bağıĢladı.  Dərbənddə  də 

osmanlılara  qarĢı  üsyan  baĢ  verdi.  Üsyançılar  Ģah  qoĢunlan  ilə  b irgə  çıxıĢ  edərək 




237 

 

Dərbəndin hərbi rəisi Həsən paĢanı təslim olmağa məcbur etdilər (Dərbənddə üsyan 



1607-c i  ilin  fevral-mart  ayla rında  baĢ  vermiĢdi).  ġəhərdə  Osmanlı  hakimiyyətinə 

son qoyuldu. Rüstəm Qaytaqlı Ģəhər hakimi vəzifəsindən kənar edildi. Çıraq Sultan 

Ustaclı  Ģəhərin  yeni  hakimi  təyin  olundu.  ġah  Abbas  göstərdikləri  Ģücaətə  görə 

Dərbənd əhalisini bütün dövlət vergilərindən azad etdi.  

Bu  zaman ġamaxı Ģəhərinin  mühasirəsi davam edirdi.  1607 -ci  ilin  iyununda 

Səfəvi hərbi hissələrin in Ģəhərə güclü hücumu nəticəsində qala bürclərindən biri ələ 

keçirildi.  ġəhərdə  gərgin  döyüĢlər  bir  həftə  ərzində  davam  etdi.  Osman lı  hərbi 

hissələri  iyunun  27-də  silah ı  yerə  qoyaraq  təslim  oldular.  Salnaməçinin  yazd ığına 

görə,  "bir  anda  2-3  min  nəfər  qılıncdan  keçirildi  və  ġamaxı  Ģəhəri  tamamilə 

dağıdıldı". Zülfüqar xan Qaraman lı ġirvanın hakimi təyin edildi.  

Beləliklə,  XVII  əsrin  əvvəlində  dörd  il  davam  edən  Səfəvi-Os manlı 

müharibələrin in  birinci  mərhələsi  Səfəvilərin  qəti  qələbəsi  ilə  baĢa  çatdı. 

Azərbaycanın  bütün  ərazisi  və  qismən  Dağıstan  ġah  Abbasın  hakimiyyəti  altına 

düĢdü. 


I

 

ġah  Abbas  Ərdəbildən  Təbrizə  qayıtdı  və  osmanlılarla  sülh  bağlamağa 



cəhd  etdi.  ġah  bu  məqsədlə  dostunun  -  Krım  xanı  Qazi  Gəray ın  vasitəçiliyindən 

istifadə  etməyi  münasib  bild i.  O,  Os manlı  sərkərdəsi  Xəndan  ağanı  Qəhqəhə 

qalasından  azad  etdi  və  onu  öz  elçisi  Əbülqasım  Yü zbaĢı  Evoğlu  ilə  Krıma 

göndərdi. Onlara ġah Abbasın iĢğal dairəsini tanımaq və Osmanlı dövlətin in Səfəvi 

dövləti  ilə  sülh  müqaviləsi  bağlamasına  nail  olmaq  tapĢırılmıĢdı.  Lakin  Krıma 

gedərkən  yolda  Xəndan  ağanın  öldürülməsi,  Ģah  elçisinin  çərkəzlər  tərəfındən  əsir 

götürülməsi  və  Qazi  Gərayın  da  ölüm  xəbərin in  alın ması  nəticəsində  əldə  edilmiĢ 

qələbə hüquqi baxımdan rəsmiləĢdirilməd i. 

II

 

 Səfəvi  sarayı  osmanlılarla  sülh  bağla mağa  sonrakı  illərdə  də  cəhd 



göstərmiĢdi.  1609-cu  ilin  fevralında  Üskudarda  yerləĢən  Osmanlı  sərdarı  Quyucu 

Murad paĢa Səfəvi Ģahının ġəmsəddin Ağa Rumlu vasitəsilə göndərdiyi məktubuna 

cavabında  Ģahın  elçiləri  göndərilərsə,  sülhün  yaranmasına  təsir  gös tərəcəyi  qeyd 

edilmiĢdi.  Os manlı dövləti Azərbaycanın  itirilməsi ilə hesablaĢmayaraq hər vəchlə 

1590-c ı il sülhünün Ģərtlərini sa xla mağa çalıĢırdı.  

Belə  bir  vəziyyət  hərbi  əməliyyatların  yenidən  baĢlanması  ilə  nəticələndi. 

1610-cu  ilin  aprelində  Quyucu  Murad  paĢanın  komandanlığ ı  alt ında  Osman lı 

ordusu  Azərbaycana  hücum  edərək  Təbrizə    kimi  irəlilədi.  Təbrizi  ələ  keçirən 

Murad  paĢa  Ģah  qoĢununun  hücumundan  ehtiyat  edərək  5  gündən sonra Ģəhərdən 

çıxd ı və  Vana qayıtdı. Təbriz Ģəhəri osman lılar tərəfındən böyük dağıntılara  məruz 

qalaraq yandırıldı. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə