Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə179/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   175   176   177   178   179   180   181   182   ...   232

365 

 

etmiĢdi.  Təbriz,  ġama xı,  Gəncə,  ġəki,  ƏrəĢ  Ģəhərləri  ətrafında  tut  ağacları  bu 



Ģəhərlərdə  ipəkçiliy in  inkiĢafı  üçün  zəmin  yaratmıĢdı.  AbĢeronda  bir  çoxları 

neftçıxarma və neft emalı  ilə  məĢğul olurdu. XVIII əsrin 30-40-cı  illərində  Bakıda 

iki  dəfə  o lmuĢ  alman  səyyahı  Ġ.Lerx  bu  barədə  belə  yazmıĢdır:  "Neft  b irdən-birə 

yanmır; tünd qonur rəngdədir, d istillə edildikdə (saflaĢdırıldıqda. - məsul red.) açıq-

sarı rəngə çalır. Ağ neft özü-özlüyündə bulanıq rəngdədir, lakin distillə edildikdən 

sonra spirt  kimi  Ģəffaf  olur  və  tez  də  yanır.  Sənətkar  dükan ları  (emalatxanaları.  - 



məsul  red.)  adətən,  bazar  meydanında,  karvansaralarda  və  yaxud  xüsusi  küçələrdə 

yerləĢirdi". 

Sənətkarların əksəriyyəti əsnaf adlanan sex təĢkilatları ətrafında birləĢird i. 

Lakin əsnaflar Avropa Ģəhərlərində olan sex təĢkilatlarından qat-qat zəif id i və ona 

görə də Ģəhər həyatında həlledici ro l oynaya bilmirdilər. 

XVIII  əsrin  birinci  yarısında  ölkənin  ümu mi  iqtisadi  tənəzzülü  Ģəhər 

təsərrüfatında  öz  əksini  tap mıĢdı.  Bu,  sənətkarlar  tərəfindən  hazırlanan  malların 

keyfiyyətcə aĢağı səviyyədə olmasına gətirib çıxarırd ı. 

Məhz buna görə də Azərbaycan Ģəhərlərindən əksər hallarda  xammal ixrac 

olunurdu.  Ölkən in  təsərrüfat  həyatında  olduğu  kimi,  sənətkarlıqda  da  feodal 

münasibətləri hökm sürürdü. 

Ticarət.  ġəhərlərin  təsərrüfat  həyatında  ticarət  əhəmiyyətli  ro l  oynayırdı. 

Ölkənin  mühüm  ticarət  mərkəzləri  olan  ġamaxı,  Ərdəbil,  Naxçıvan,  Dərbənd, 

Təbriz,  Gəncə,  Bakı  və  ġamaxıdan  eyni  zamanda  magistral  beynəlxalq  ticarət 

yolları  keçdiyindən  həmin  Ģəhərlər  həm  də  xarici  və  tran zit  ticarətdə  iĢtirak 

edirdilər.  ġəhərlər  b ir-b iri  ilə  karvan  yolları  vasitəsilə  əlaqə  saxlayırd ılar.  Ən  gur 

karvan  yolu  Azərbaycanla  Rusiya  arasında  idi.  Rus  tacirlə rinin  ka rvanları  cənuba 

doğru  aĢağıdakı  Ģəhərlərdən  keçirdi:  HəĢtərxan-Qızlyar-Tərki-Dərbənd-Bakı-

ġamaxı-Cavad-Lənkəran-RəĢt. 

XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində  Yaxın  ġərq  ölkələrində  baĢ 

verən  ümu mi  iqtisadi  böhran  Azərbaycan  Ģəhərlərində  ticarətin  in kiĢafına  mənfi 

təsir  göstərmiĢdi.  Ölkən in  iqtisadi  geriliyinə  XVIII  əsrin  20-30-cu  illərində 

Azərbaycan  ərazisində  aparılan  Osman lı  -  Səfəv i  müharibələri  də  az  təsir 

etməmiĢdi.  Müharibə  nəticəsində  Azərbaycanın  Xəzərbəyu  əyalətlərində  yerləĢən 

Ģəhərlərindən  baĢqa demək  olar  ki,  bütün  Ģəhərləri  tranzit  əhə miyyətini  itirmiĢdi. 

Məsələ burasındadır ki, qeyd edilən illərdə Azərbaycanın cənub-qərb və Ģimal-qərb 

hissəsində  Ġranla  Türkiyə  arasında  müharibə  gedərkən  A zərbaycanın  Xəzərbəyu 

əyalətlərində müvəqqəti olsa da Rusiya dövləti hökmran lıq edird i. Rusiyanın hakim 

dairələri, ticarət sahəsində Yaxın ġərq ölkələri  ilə əlaqə  kəsild iyi üçün əsas diqqəti 

Vo lqa-Xə zər t icarət yolundan ma ksimu m  istifadə et məyə yönəldir,  Cənubi  Qafqaz 



366 

 

ölkələri  ilə  yanaĢı,  uzaq  Hindistanla,  hətta  Çin lə  belə  ticarət  əlaqəsi  yaratmağa 



çalıĢaraq,  Xəzər  dənizində  gəmiçiliy in  in kiĢafına  ciddi  əhəmiyyət  verirdi. 

Azərbaycan  tacirləri  də  öz  növbəsində  rus  gəmilərindən  istifadə  edərək  mallarını 

HəĢtərxana,  oradan  isə  Rusiya  daxilindəki  Ģəhərlərə,  hətta  Avropa  bazarlarına 

çıxarırdılar. 

Vo lqa-Xə zər  ticarət  yolunda  Xəzər  boyunca  yerləĢən  liman  Ģəhərlərindən 

ən  əhəmiyyətlisi  Bakı  Ģəhəri  idi:  belə  ki,  Bakı  kö rfəzi  gəmilərin  yan  alması  üçün 

əlveriĢli  o lmaqla  yanaĢı,  HəĢtərxan  və  digər  limanlar  kimi  qıĢ  möv sümündə 

donmurdu.  Bu  isə  öz  növbəsində  Bakı  vasitəsilə  ilbəyu  ticarət  aparmağa  imkan 

verird i.  Təsadüfı  deyildir  ki,  yerli  məhsullarla  yanaĢı,  burada  Rusiyadan,  Ġrandan, 

Hindistandan və qonĢu Qafqaz ö lkələrindən gətirilən mallar da satılırdı.  

ġamaxın m  Xəzər  dənizindən  kənarda  yerləĢməsinə  baxmayaraq,  Ģəhərin 

bazarlarında əvvəllər olduğu kimi, yenə də qızğın ticarət gedird i. 

ġamaxıda  ticarətin  sönmə məsinə  səbəb  Niyazabadla  daim  əlaqə 

saxlan ması id i. Əsrlərdən bəri zəngin bazara malik o lan ġamaxı Ģəhərinə xarici ö lkə 

malları  yenə  də  Vo lqa-Xəzər  ticarət  yolu,  Niyazabad  limanı  vasitəsilə  gətirilirdi. 

Təsadüfı deyildir ki,  müasirlər  Rusiyada, Ġsveçdə və Hollandiyada alver edən çoxlu 

Ģamaxılı  tacirin  olması  haqqında  məlu mat  verirlər.  ġamaxının  beynəlxalq  ticarət 

sahəsindəki  rolu  haqqında  baĢqa  bir  mənbədə  deyilir:  " Bu  Ģəhər  böyük  ticarət 

mərkəzi  olmaq la  bərabər,  moskvalılar  və  iranlıların  malların ın  saxlanıldığı  yerd ir. 

Moskvalıların burada karvansarası və yaxud mağazaları vardır. Onlar buraya qalay, 

mis,  dəri,  xəz  və  ölkələrinin  digər  malların ı  gətirirlər.  Ġranlılar  və  hindlilər  burada 

ipək  və  pambıq  parça,  həmçinin  ipək  saplar  satırlar.  Tatarlar  at  və  qul  satırlar. 

Burada  elə  bazar  da  vardır  ki,  küçələrin  ayrıcındadır,  küçələrin  hər  iki  tərəfındə 

dükanlar yerləĢir. Dü kanlarm bəzisin in üstü örtülüdür". 

Rus dövlətinin elçisi A.P.Vo lınski 1716-1718-ci  illərdə  ġama xıda o larkən 

burada  aparılan  qızğ ın  ticarət in  Ģahidi  olmuĢdur.  O  da  ġamaxı  bazarında  hər  cür 

mallarla  yanaĢı,  qullar  da  satıldığını  göstərmiĢdir.  Lakin  ġamaxıda  xam  ipək  və 

ipək  məmu latı,  xüsusilə  mü xtəlif  rənglərə  bəyanmıĢ  saplar  və  parçalar  üstünlük 

təĢkil  edird i.  Xaricdən  gələn  tacirlər  həmin  malları  böyük  həvəslə  alırdılar. 

A.P.Vo lınski  ġamaxıda  o larkən  bir  ço x  xarici  tacirlərlə,  o  cü mlədən  Ġngiltərə, 

Fransa,  Hindistan  kimi  Ölkələrin  nümayəndələri  ilə  görüĢmüĢdü.  ġamaxıda  ço xlu 

rus, erməni, gürcü tacirinə də təsadüf edilirdi. Xarici tacirlərin əksəriyyəti ruslar idi. 

ġamaxıda  hakimiyyət  baĢında  olan  Ġran  dövlətinin  məmurları  və  tacirlər 

yerli  ma lla ra  xa ric i  tacirlə rin  böyük  marağ ını  görüb  qiy mətləri  a rtırır,  gö mrük 

xərclərini ço xald ır, onlardan gətirdikləri  malları nisyə alır və ço x zaman  borclarını 

qaytarmırdılar. Bu isə ticarətin normal gediĢinə böyük əngəl törədird i.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə