Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə184/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   180   181   182   183   184   185   186   187   ...   232

376 

 

Bütün AbĢeron yarımadası ilə birlikdə Bakı Ģəhəri və 39 kənd də onun tərkibinə daxil 



idi. Bakı  xanlığı ġərq feodal dövlətlərinin xüsusiyyətlərini özündə cəmləĢdirən dövlət 

qurumu  idi.  Onun  baĢında  inzibati,  maliyyə,  hərbi  və  məhkəmə  hakimiyyətini  öz 

əlində  cəmləĢdirən  xan  dayanırdı.  Hakimiyyətdə  olduğu  20  il  ərzində  Mirzə 

Məhəmməd xan dağıdılmıĢ təsərrüfatın bərpası, qalanın möhkəmləndirilməsi, daxili və 

xarici siyasətlə məĢğul olmuĢdu. Neft və duz  hasilatı,  zəfəran becərilməsi təsərrüfatın 

aparıcı sahələri idi. 

Bakı  xan lığ ında inkiĢaf etmiĢ sənət növləri  -  xüsusilə  xalçaçılıq, həmçinin 

zərgərlik,  dulusçuluq,  dəmirçilik  və  s.  geniĢ  yayılmıĢdı.  Azərbaycanın  digər 

Ģəhərlərində  olduğu  kimi,  Bakıda  da  sənətkarlar  istehsal  əlamətinə  görə  sex 

təĢkilatlarında - əsnaflarda cəmləĢmiĢdilər. 

Həm daxili, həm də  xarici ticarət, o cü mlədən yerli  məhsulların (neft, duz, 

zəfəran  və  s.)  ixracı  Bakı  xanlığının  baĢlıca  gəlir  mənbələrindən  idi.  Bakı  xanlığı, 

demək  olar  ki,  Azərbaycanın  bütün  xanlıqları,  həmçinin  Qərbi  Avropa  və  ġərq 

ölkələri  ilə  geniĢ  ticarət  aparırdı.  Xanlığın  iqtisadi  əlaqələrində  Rusiya  ilə  ticarət 

mühüm  yer  tuturdu.  Məsələn,  mənbələrdə  Azərbaycan-Rusiya  ticarət  əlaqələrində 

Bakının  mövqeyi  haqqında  belə yazılmıĢdır:  "Müsəlman Ģəhərləri  arasında onun  bir 

rəqibi  də  yox  idi  və  indiyədək  heç  bir  Ģəhər  Rusiya  ilə  onun  qədər  daimi  əlaqələrə 

ma lik deyildi". XVIII əsrin ikinci yarısı ərzində Bakı Xəzər dənizi hövzəsində Rusiya 

ġərq ticarətinin baĢlıca mərkəzlərindən biri olaraq qalmaqda davam edird i. 

Mirzə  Məhəmməd  xanın  varisləri  dövründə  Bakı  xanlığı  qubalı  Fətəli 

xandan  vassal  asılılığına  düĢdü.  60-cı  illərdə  görkəmli  dövlət  xadimi,  qubalı  Fətəli 

xanın  baĢçılığı  altında  güclənmiĢ  Quba  xanlığ ının  Bakı  xanlığ ı  ilə  əlaqələri 

möhkəmləndi.    Fətəli  xan  1766-cı  ildə  öz  bacısı  Xədicə  Bikəni  bakılı  Məlik 

Məhəmməd  xana (1768-1784) ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından 

asılılığını təmin etdi. Həmin dövrdən hökmlü və möhkəm  iradəli Xədicə Bikənin təsiri 

ilə Bakı hakimi əslində Fətəli xanın vassalına çevrildi. 



Gəncə xanlığı Gəncə bəylərbəyiliyi əsasında yaranmıĢdı.  Bu bəylərbəyilik 

irsi olaraq kiçik  fasilələrlə XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı 

oymağına  məxsus  Ziyadoğlular  nəsli  tərəfındən  idarə  olunmuĢdur.  Xanlığın  banisi 

Qacarlar  tayfasının  yerli  nəslinin  nümayəndəsi  ġahverdi  xan  Ziyadoğlu  idi.  Gəncə 

istər  hərbi-siyasi,  istərsə də  iqtisadi-təsərrüfat  baxımından  mühü m  əhəmiyyət  kəsb 

edirdi; o, ġərq ticarətinin aparıld ığı  mühüm  mərkəz idi.  Yarandığı vaxtdan bu xanlıq 

qonĢu feodal hakimlərin hücum obyektinə çevrilmiĢdi. Bu baxımdan qarabağlı Pənahəli 

xan,  onun  varisi  Ġbrahimxəlil  xan,  həmçinin  Kartli-Kaxeti  hakimləri  Teymuraz  və  II 

Ġrakli xüsusilə fərqlənirdilər. Gəncə xanları düĢmənlə mübarizədə gah bu, gah da digər, 

daha güclü düĢmən arasında hiylə iĢlət mə li olurdular.  




377 

 

ġahverdi xanın ölü mündən sonra onun oğlu  - II Ġraklinin yardım göstərdiyi 



Məhəmmədhəsən  xan  (1760-1780)  hakimiyyətə  gəldi.  Lakin  iyirmiillik 

hökmranlıqdan  sonra  o,  doğma  qardaĢı  Məhəmməd  xanın  (1780)  təĢkil  etdiyi  sui-

qəsdin qurbanı  oldu.  Məhəmməd  xan  isə  öz  növbəsində  II  Ġrakli  ilə  birgə  Gəncəni 

ələ  keçirən  Pənahəli  xan  tərəfindən  kor  edildi.  Bundan  sonra  Gəncə  xanlığı  eyni 

vaxtda  qaliblərin  təyin  etdikləri  iki  nümayəndə  tərəfindən  idarə  olundu.  Qarabağ 

xanlığının  nümayəndəsi  Qulu  bəy,  Kartli-Kaxetinin  nümayəndəsi  isə  Ledivan  bəy 

Keyxosrov  AndroniaĢvili  id i.  Be lə  vəziyyət  1785-ci  ilə  qədər  davam  etdi.  1785-ci 

ildə  Gəncədə hakimiyyəti Rəhim bəy (1785-1786) ələ aldı.  Lakin Qarabağ və Kartli-

Kaxeti  hakimləri  yenidən  Gəncə  xanlığının  iĢlərinə  müdaxilə  etməyə  baĢladılar. 

Nəticədə hər il II Ġrakliyə 11500  manat  xərac verməyi öhdəsinə götürən Ziyadoğlu 

nəslinin  nümayəndəsi  Cavad  xan  (1786-1804)  hakimiyyətə gəldi.  O,  1795-ci  ildə  bu 

xəracı verməkdən imtina etdi. 



Dərbənd  xanlığının  banisi  Məhəmmədhüseyn  xan  özünün  amansız  daxili 

siyasəti  ilə  yaln ız  zehmətkeĢ  kütlələrin  deyil,  həm  də  feodal  təbəqənin  bir  çox 

nümayəndələrinin nifrətini qazanmıĢdı. 

1759-cu  ildə  dərbəndlilərin  xahiĢi  ilə  qubalı  Fətəli  xan  Dərbəndə  hərbi 

yürüĢ  etdi.  Dərbəndlilərin  ö zlərinin  kö məyi  ilə  Ģəhər  Fətəli  xanın  əlinə  keçdi.  Bu 

hadisədən  sonra,  demək  olar  ki,  Azərbaycanın  Ģimal  xanlıqlarının  Rusiyaya 

birləĢdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular. 

Şamaxı  xanlığı  yerli  feodalların  və  Ģəhər  əyanlarının  xarici  və  ölkə 

daxilindəki  düĢmənlərə  qarĢı  apardıqları  inadlı  mübarizənin  gediĢində  yarandı.  Bir 

neçə  əsr  ərzində  ġirvanĢahlar  dövlətinin  paytaxtı,  sonralar  isə  ġirvan 

bəylərbəyiliyinin  mərkəzi  olmuĢ  ġamaxı  Ģəhəri,  demək  olar  ki,  XVIII  əsrin 

sonlarınadək həm iqtisadi, həm də ticarət baxımından özünün üstünlüyünü saxlamıĢdı. 

Bütün  ġirvan  əyalətinin  ən  əsas  Ģəhəri  olan  ġamaxı,  hətta  Nadir  Ģah  tərəfindən 

dağıdıldıqdan sonra belə, Azərbaycanın ən mühüm iqti-sadi mərkəzlərindən biri olaraq 

qalmaqda  davam  edirdi.  Nadir  Ģah  dövlətinin  süqutundan  sonra  ġamaxın m  siyasi 

həyatında  köklü  dəyiĢikliklər  baĢ  verdi.  Nisbətən  kiçik  ərazidə  iki  xanlıq  yarandı: 

mərkəzi Ağsu olmaqla, Yeni ġamaxı və mərkəzi ġamaxı olmaqla, Köhnə ġamaxı. 

1748-c i  ildə  Hacı  Məhəmmədəli  xan  baĢda  olmaqla,  bir  qrup  feodal  Yeni 

ġamaxıda hakimiyyəti ələ keçirib, Köhnə ġamaxını  hədələməyə baĢladı. Səfəvi Nəbi 

Zamavin in  oğlu  olan  Hacı  Məhəmmədəli  xan  Nadir  Ģahm  vergiyığanı  idi  və  eyni 

zamanda Ģah ordusunu ərzaqla təmin edirdi. Yerli əhali Nadir Ģahın bu əlaltısına nifrət 

bəsləyirdi. Ġrana  meyilli olan  Hacı Məhəmmədəli  xan yerli əhali üzərinə ço xlu, həm 

də  nəzərdə  tutulmayan  vergilər  qoyurdu.  Köhnə  ġamaxıda  Xançobanı  tayfasının 

Sərkarlar nəslindən olan Məhəmməd Səid xan  möhkəmləndi. Məhəmməd Səid  xanın 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə