Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə183/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   179   180   181   182   183   184   185   186   ...   232

374 

 

Azərbaycanda  məhsuldar  qüvvələrin  ümumi  durğunluğu Ģəraitində  yaĢayan 



digər  xanlıqlarda  olduğu  kimi,  Qarabağ  xanlığında da  kəndlilərin  vəziyyəti  ağır  idi. 

Sarayın,  ordunun  ehtiyacları  üçün  sərf  olunan  külli  miqdarda  vəsait  rəiyyətdən 

toplanırdı.  Qarabağ  xanlığında  vergi  və  mükəlləfiyyətlərin  17  əsas  növü  var  idi: 

malcəhət  (yaxud  bəhrə),  mirzəyana.  otaqxərci,  at  arpası,  dişk irəsi,  çobanbəyi, 

qırxxana, kələntərlikxərci,  fərraşpulu,  şərbətçipulu  və  s.  Vergi  və  mükəlləfıyyətlərin 

toplanması  soyğunçu  xarakter  daĢıyırdı.  Xanlıqda  vergilərin  toplanmasının  vahid 

qaydası  yox  idi.  Bu  isə,  Ģübhəsiz  ki,  vergi  yığanların  özbaĢınalığı  üçün  geniĢ 

imkanlar  açırd ı.  Ve rgi  toplayan  za man  onlar  güc  və  təzyiqdən  istifadə  edirdilər. 

Xan,  bəy,  sultan  vı  naiblər,  habelə  hakim  sinfın  digər  nü mayəndələri  xalq 

kütlələrinin istisman hesabına külli miqdarda sərvət toplayırdılar. 



Quba  x a n l ı ğ ı n ı n   banisi  Hüseynəli  xan  (1726-1758)  hələ  1726-cı  ildə 

rus hakimiyyət orqanlan tərəfındən bu vəzifəyə təqdim olunmuĢ, rus çarı onu Quba 

xanı təyin etmiĢdi. Hüseynəli xan sonralar Gülhan, Altıpara, Doqquzpara icmalarını öz 

mülklərinə birləĢdirdi. Bu yerlərdə olmuĢ rus səyyahı akademik S.Qmelin göstərirdi ki, 

Gülhan,  Altıpara,  ġabran  və  digər  qonĢu  torpaqlar  Quba  xanlığının  mülkləri  idi. 

Hüseynəli  xan  xarici siyasətdə Rusiyaya meyil edirdi. Nadir Ģahın dövründə zahirən 

ona  itaətini  bildirən  Hüseynəli  xan  Quba  və  ətraf  rayonları  idarə  edirdi.  ƏfĢarlar 

dövlətinin  süqutundan  sonra  Hüseynəli  xan  müstəqil  hakim  oldu.  Onun  dövründə 

Salyan və Rudbar Quba xanlığ ına tabe edildi.  

Hüseynəli  xan Qubada möhtəĢəm bir saray tikdirmiĢdi. Quba Ģəhərinin özü 

isə kiçik Ģəhər olub, cinahlarda qülləli qala divarları ilə əhatə edilmiĢdi. 

Quba xanlığı əlveriĢli coğrafi mövqeyə malik idi. Münbit torpaqlar, mülayim 

iqlim  əkinçiliyin,  bağçılığın  və  maldarlığın  inkiĢafına  Ģərait  yaradırdı.  XVIII  əsrdə 

Azərbaycanda  olmuĢ  səyyahlar  (Korneli  de  Bruyin,  MarĢal  fon  BiberĢteyn  və  b.) 

Qubanın gözəl mənzərəsi və təbiəti haqqında maraqlı fıkirlər söyləmiĢlər.  

Quba  xanlığında  əhalinin  böyük  əksəriyyəti  kənd  təsərrüfatı  ilə  məĢğul 

olurdu. Dağ kəndlərində arpa, buğda, kətan əkilirdi.  Quba Dərbənd və Bakını taxılla 

təmin etməklə  bərabər, Qızlyara və HəĢtərxana da taxıl göndərird i. 

Quba  xanlığında  sənətkarlıq  istehsalında  qadın  əməyi  geniĢ  tətbiq  edilirdi: 

qadınlar  pambıq  və  yun  əyirir,  xalça  to xuyurdular.  Burada  ticarət  və sənətkarlığın 

inkiĢafına Rusiya ilə sıx əlaqələr də təsir göstərirdi. Xanlığın ərazisindən keçən karvan 

yolları  Rusiyanı  ġamaxı,  Təbriz  və  Ġsfahanla  birləĢdirirdi.  Dənizin,  habelə  Bakı  və 

Dərbənd limanların ın yaxınlığı beynəlxalq ticarətin imkan larını xeyli artırırdı. 

Quba  xanlığın ın  yüksəliĢi  Fətəli  xanın  hakimiyyətə  gəlməsi  ilə  bağlıdır. 

Onun  hakimiyyəti  dövründə  Quba  xanlığı  ərazisinə  Muğan,  Gilan,  Ərdəbil  və  digər 



375 

 

yerlərdən  buranı  özünə  daimi  yaĢayıĢ  yeri  seçən  kəndlilər,  sənətkarlar,  hətta  bəzi 



feodallar da köçürdülər. 

Faktlar Quba xanlığına böyük əhali axını olduğunu sübut edir. Əhalinin sıxlığı 

Quba xanlığının iqtisadi, siyasi cəhətdən güclənməsinə xəzinənin gəlirinin və ordunun 

sayının  artmasına  müsbət  təsir  göstərirdi  ki,  bu  da  xanlığın  nüfuz  dairəsinin 

geniĢlənməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. 

Fətəli  xan dövründə Qubada müxtəlif hərbi obyektlər tikilmiĢ mülki tikililər 

bərpa  edilmiĢdir.  Rus  mə muru  yazırdı  ki,  "Quba  Qudyalçay,  yaxud  Dəliçayın  sağ 

sahilində yerləĢir.  Fətəli  xan tərəfındən  üç tərəfdən  çiy  kərpiedən  hörülmüĢ  xəndəklə 

möhkəmləndirilmiĢdir,  dördüncü  tərəfdən  çayın  sıldırım  sahili  ilə  müdafiə  olunur". 

XVIII əsrin 60-cı illərində Quba xanlığ ı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın 

bir  çox  xanlıqlarından  üstün  idi  və  ölkənin  siyasi  həyatında  mühüm  rol  oynamağa 

baĢlamıĢdı. 



Lənkəran (  Talış)  xanlığı.  Müstəqilliyi  yerli  iri  feodallardan  biri  olan  Seyid 

Abbas bəy tərəfindən elan edilmiĢ bu xanlığın siyasi və iqtisadi mərkə zi qala divarları 

ilə əhatələnmiĢ Lənkəran Ģəhəri idi. Seyid Abbas xanın ölümündən sonra tarixdə talıĢlı 

Qara xan kimi tanınan Cəma ləddin Mirzə bəy (1747-1786) taxta çıxd ı. Onun dövründə 

xanlığın siyasi sabitliyinə və iqtisadi inkiĢafına yönəldilmiĢ  xətt aydın hiss olunurdu. 

Qara  xanın dayağı hakim sinfin əksəriyyətini təĢkil edən xırda feodallar  idi. Onların 

köməyi  ilə  Lənkəran  xanı  yerli  iri  feodalların  mərkəzdənqaçma  meyillərinə  qarĢı 

mübarizə apara b ilmiĢdi. 

Xanlığın  iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı,  ilk  növbədə,  əkinçilik  və 

maldarlıq təĢkil edirdi. Sənətkarlığın əsas sahələri  Lənkəranda  cəmləĢ miĢdi.  Bir sıra 

kəndlərdə sənətkarlıq  istehsalı  xeyli  inkiĢaf etmiĢdi. Burada orta əsrlərdə Azərbaycan 

üçün səciyyəvi olan kənd təsərrüfatı alətləri, gil və mis qablar hazırlanırd ı.  

Təbii  ehtiyatlar  hesabına  kənd təsərrüfatı  və sənətkarlığın  inkiĢafı,  xanlığ ın 

Xəzər dənizi sahillərində əlveriĢli eoğrafı  mövqeyi burada ticarətin in kiĢafına Ģərait 

yaradırdı.  Xanlığın Qafqazın,  Yaxın ġərqin bir sıra ö lkələri və Rusiya ilə s abit ticarət 

əlaqələri vardı. BaĢlıca ticarət  mərkəzi  Lənkəran idi.  Lənkəranla  HəĢtərxan arasında 

ticarət,  demək  olar  ki,  ilbəyu  davam  edirdi.  Xarici  ticarət  Rusiya,  Ġran  və  qismən 

Türkiyə ilə iqtisadi əlaqələrin yaran masında müəyyən rol oynayırdı. 

Qara xanın varisi M ir Mustafa xanın dövründə (1786-1814) xarici siyasətdə 

böyük çətinliklərə baxmayaraq, TalıĢ xanlığı xeyli möhkəmlən miĢdi. 



Bakı  xanlığı.  1747-ci  ildə  Nadir  Ģah  ƏfĢarın  ölümündən  sonra  yerli 

feodallardan  Mirzə  Məhəmməd  ağa  Ģahın  Bakıdakı  əlaltısı  Səlimi  qovdu  və özünü 

müstəqil  xan elan etdi (1747-1786). Digər  xanlıqlarla  müqayisədə Bakı  xanlığı hərbi-

siyasi  cəhətdən  fərqlənmirdi.  Onun  ərazisi  kiçik  olub, eni  60,  uzunu  isə  80  verst  idi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə