Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə207/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   203   204   205   206   207   208   209   210   ...   232

423 

 

bağçaları"),  "Bustan  üs-səyahə"  ("Səyahət  bostanı"),  "KəĢf  ül-maarif‖ 



("Mərifətlərin  kəĢfı")  və  bir  ço x  baĢqa  əsərlərini  yazmıĢdır.  Həmin  əsərlərdə 

müĢahidə  olun muĢ  ölkələrin  tarixin i,  etnoqrafıyasını  öyrən mək  üçün  qiymətli 

məlu matlar  vardır.  H.Z.ġirvanin in  elm  sahəsindəki  xid mətləri  dünya  alimləri 

tərəfındən  yüksək  qiy mətləndirilmiĢ,  o,  görkəmli  coğrafıyaĢünas,  habelə  tarixçi, 

maarifpərvər, fılosof və Ģair kimi tanın mıĢdır. 

H.Z.ġirvaninin  kiçik  qardaĢı  Hacı  Məhəmmədəli  Şirvani  Hindistan, 

Ərəbistan,  Əfqanıstan,  Ġran,  Ġraq,  M isir,  Türkiyə  və  s.  ölkələri  gəzmiĢ,  öz 

təəssüratmı  "Həqiqət  əl-həqaiq"  ("Həqiqətlər  həqiqəti")  adlı  əsərində  əks 

etdirmiĢdir. Hacı Məhəmmədəli ġirvani eyni  zamanda tarixçi, fılosof,  maarifpərvər 

və Ģair olmuĢdur. 

XVIII  əsrin  ikinci  yarısı,  XIX  əsrin  əvvəllərində  yaĢamıĢ  Əbdürrəzaq  bəy 

tanınmıĢ tarixçi və Ģair idi. Təbriz xanı Nəcəfqulu xan ın 10 yaĢlı oğlu Əbdürrəzaq 16 

il  müddətində Kərim  xan Zəndin yanında ġirazda girov saxlanılmıĢ və yalnız Kərim 

xanın  ölümündən  sonra  vətənə  qayıda  bilmiĢdir.  Əbdürrəzaq  bəy  uzun  müddət 

Təbriz-Xoy xanlığ ının vəziri olmuĢdur. O, "Məaseri Sultaniyyə" ("Sultan abidələri"), 

"Tarixi-Dənabilə"  ("Dünbulilərin  tarixi"),  "Təcrübat  əl-əhrr  və  tesəliyyət  əl-əbrar" 

("Azadələrin  təcrübəsi  və  müqəddəslərin  təsəllisi"),  "Nigaristani-Dara"  ("Dara 

gülüstanı")  və  s.  əsərləri  yazmıĢdır.  Azərbaycan  tarixini  öyrənmək  üçün  onun 

"Məaseri  Sultaniyyə"  və  "Tarixi-Dənabilə"  əsərləri  xüsusilə  böyük  əhəmiyyətə 

ma likdir.  Birinci  əsərdə  XVIII  əsrin  sonu  XIX  əsrin  əvvəllərində  Azərbaycan  və 

Ġranda  cərəyan  edən  hadisələr  öz  əksini  tap mıĢdır.  Yeganə  nüsxəsi  Ermən istanın 

"Matenadaran" adlanan Əlyazmalar Ġnstitutunda hifz olunan ikinci əsərdə isə Dünbuli 

tayfasının tarixi və mənĢəyi haqqında məlu mat verilmiĢdir. 

Ədəbiyyat.  QonĢu  dövlətlərin  hərbi  qüvvələrinin  Cənubi  Qafqaza 

soxulması,  Nadir  Ģahın  hakimiyyəti  və  Azərbaycan  xanlıqlarının  qısa  müstəqillik 

dövrü ilə əlaqədar baĢ verən dramatik hadisələr Azərbaycan ədəbiyyatına böyük təsir 

göstərmiĢdir. 

XVIII  əsr  poeziyasının  diqqətəlayiq  xüsusiyyəti  əsasən  müxəmməs 

formasında  yazılmıĢ,  dövrün  gerçək  hadisə  və  Ģəxslərinə  həsr  olunmuĢ  irihəcmli 

Ģeirlərin  meydana  gəlməsidir.  Tarixi  həqiqiliyi  ilə  seçilən  bu  əsərlər  əsrin  bir  çox 

hadisələrini  və  ictimai-siyasi  həyatın  faktlarını  aydınlaĢdırmağa,  dərk  et məyə 

kö mək ed ir.  Bunlar XVIII əsr Azərbaycanlılarının taleyinə düĢən həyat sarsıntıların ın 

bir növ aynasıdır. 

Bir  sıra  əsərlərdə  müəlliflər  (məsələn,  Zari)  Nadir  Ģahın  siyasətinə,  təyin 

olunmuĢ ağır vergilərə, zülmə qarĢı öz qəzəbini bildirmiĢlər. Bu cür motivlər Ģair Şakir 



Şirvaninin  "Əhvali-ġirvan"  əsərində  daha  aydın  nəzərə  çarpır.  Özünü  Sam  M irzə 


424 

 

adlandıran  bir  Ģəxs  Nadir  Ģaha  qarĢı  çıxaraq  ġa ma xı  Ģəhərini  tutur.  Bu  hərəkatı 



boğmaq  üçün göndərilən  qoĢun, dinc Ģəhərdə qarıĢıqlıq  və  dağıntılar  törədir,  qədim 

tikililər,  çiçəklənən  bağlar  viran  olur,  günahsız  insanlar  məhv  edilir.  Bu  faciəli 

hadisələrin Ģahidi  olan  ġakir,  Nadir  Ģaha  məktub  formasında  yazdığı  mü xə mməsdə 

doğma  Ģəhərinin  qismətinə  düĢmüĢ  bu  bəlalardan  danıĢır  və  hökmdarı  ədalətə 

çağıraraq zor iĢlədənlərin labüd cəza alacaqlarını vəd edird i. 

Həcminə  görə  böyük  olan  ikinci  əsər  Ağa  Məsih  Şirvaninin  yenə  də 

ġamaxıda baĢ vermiĢ hadisələrə həsr etdiyi mü xəmməsdir. O, 1749-cu ildə baĢ vermiĢ 

hadisələrin real təsvirini verir. Təbiətcə avantürist olan, öz Ģöhrətpərəst məqsədlərinə 

çatmaq  naminə  heç  bir  əməldən  çəkin məyən  Əhməd  xan  ġahsevən  bir  neçə  xanı 

aldadaraq ġamaxını zəbt etməyə və sonra da öz təsirini Azərbaycanın digər ərazilərinə 

yaymağa cəhd göstərir. 

ġamaxının  tanınmıĢ  Ģəxsləri  öz  növbəsində  yardım  üçün  bir  sıra  feodal 

hökmdarlara müraciət edirlər. Xanlar, o cümlədən qarabağlı Pənahəli xan, Ģəkili Hacı 

Çələbi  xan  və  b.  onların  köməyinə  gəlirlər.  Həlledici  döyüĢ  qəsbkarların 

məğlubiyyəti ilə nəticələnir. 

Əhməd  xan  öldürülür,  onun  və  müttəfıqlərinin  qoĢunu  darmadağın  edilərək 

pərən-pərən  salınır.  Müəllifın  rəğbəti  bütünlüklə  qalib lərin  tərəfındədir,  o,  Əh məd 

xan ı  quldur  hərəkətlərinə  görə  hiddətlə  damğalayır  və  ədalət  keĢiyində  duran 

qüvvələrin uğuruna sevinir. 

Müxəmməs ço x dinamik tərzdə yazılmıĢ, hadisələr sürətlə və maraqla cərəyan 

edir. QarĢı duran qüvvələrin düzülüĢünün, silah və manevrlərin, döyüĢün gediĢatının  

müfəssəl təsviri verilmiĢ səhnələr xüsusilə diqqəti cəlb edir. 

Ya radıcılığının bir hissəsini qulluq  etdiyi ġəki  xanlarına həsr etmiĢ Ģair Nəbi 

Ģeirlərində  Hacı  Çələbi  xanı,  onun  Nadir  Ģaha  qarĢı  cürətli  çıxıĢını  və  digər  hərbi 

Ģücaətlərini  əks  etdirən  çoxlu  faktiki  material  vermiĢdir.  Burada  ġəkinin  adlı-sanlı, 

tanınmıĢ,  müdrik  əyanları  haqqında  da  bəhs  olunur.  Müxəmməslərin  birində  Nəbi 

düĢmən hiyləsinin qurbanı olmuĢ Çələb inin oğlu AğakiĢi  xanın faciəli ölü münü nəql 

edir. 


Ġncəsənəti himayə edən görkəmli ġəki  xanı Ģair Hüseyn xan Müştağa bir neçə 

Ģair,  o  cümlədən  Nəbi  Ģeir  həsr  etmiĢdir.  Onların  sırasında  Molla  Vəli  Vidadinin 

"Müsibətnamə"si daha önəmlidir.  Vidadi Hüseyn xanı düĢmən əhatəsində təsvir edir, 

onu  taxtdan  salmaq  üçün  ən  çirkin  vasitələrə  əl  atan  namərd  əleyhdarlarını  qəzəblə 

damğalayır.  MüĢtaqın  obrazında  Vidadi  özünün  ədalətli  və  vicdanlı    hökmdar 

haqqında arzusunu əks etdirmiĢdir. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə