Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə47/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   43   44   45   46   47   48   49   50   ...   232

97 

 

QoĢun  ali  rəislərinə  əmir  adı  verilird i,  kiçik  baĢçılar  isə  qibtəul  adlanırdı. 



Hər  iki vəzifə əyanlara  mənsub idi və bu vəzifələrə köçəri tayfaların baĢçıları təyin 

olunurdu. 

QoĢun  puşandarlardan  (ağır  silahlı  süvarilərdən)  və  tirkəĢbəndlərdən 

(o xatanlardan)  ibarət  idi.  Qulluqçu  adlanan,  at və  dəvələrə  nəzarət  edən,  rəislərin 

çadırlarında,  nəqliyyat  vasitəsi  yanında  xid mətdə  olan  Ģəxslər  də  hərbi  qüvvələrin 

tərkib ində idi. 

Zeno  və  Barbaronun  məlu matıma  görə,  puĢandarlar  "dəmir  zireh",  

tirkəĢbəndlər  isə  möhkəm  dəri  paltarlar  geyinird ilər  və  bunlara  qılınc,  o x  sirayət 

edə  bilmirdi.  Uzun  Həsənin  döyüĢçülərinin  silahı  o x  və  yaydan,  qılınc  və  kiçik 

qalxandan  ibarət  idi.  Ağqoyunlu  döyüĢ çüləri  u zun  papaqlar  qoyurdular. 

Qulluqçular  və  piyadalar  kütləsi  isə  məcburi  surətdə  rəiyyətdən  (o turaq 

kəndlilərdən) səfərbərliyə alınırdı. 

Teymuri  hökmdarı  ġahru xla  müharibəyə  hazırlaĢan  Qaraqoyunlu  Qara 

Yusif  1420-c i  ildə  Təbriz  vilayəti  kəndlilə rindən  piyada  qoĢunu  toplanmasını  əmr 

etmiĢdi. Bu məlu matın  müəllifi Hafiz Əbru qeyd edird i ki, belə bir qayda bu ölkədə 

ilk  dəfə  tətbiq  olunurdu.  Təbiidir  ki,  piyadalar  qoĢ un  daxilində  ən  hüquqsuz  bir 

vəziyyətdə  idilər.  Hərb  etmək  əzmində  olmayan  və  təlim  keçməmiĢ  kənd 

camaatından əsasən xəndək qazmaq,  istehkam qurmaq və s.  kimi yard ımçı  iĢlərdə 

istifadə edilirdi. 

Əsasən  yarımköçərilərdən  ibarət  olan  döyüĢçüləri,  adətən,  onların  ailələri, 

qulları  və  xid mətçiləri  müĢayiət  edirdilər.  Buna  görə  də  qoĢun  təĢkilatı  köçəri 

ənənələrlə sıx surətdə bağlı id i. QoĢun səfərdə olduğu zaman (ilin fəsillərindən asılı 

olaraq) qıĢlaq və yaylaq yerlərində dayanırdı.  

QoĢunların  miqdarı  haqqında  dəqiq  məlu matımız  yo xdur.  Qaraqoyunlu 

qoĢununda  təxminən  50  min  nəfər,  Ağqoyunlu  qoĢununda  isə  100  min  nəfər 

döyüĢçü olduğunu ehtimal etmək olar. 

Zenonun  məlu matına  görə,  Uzun  Həsənin  qoĢunu  100  min  nəfərdən  ibarət 

olub,  bunun  40  min  nəfə rin i  döyüĢçülər,  60  min  nəfərini  isə  xid mətçilər  təĢkil 

edirdi.  Zeno  göstərir  ki,  Ağqoyunlu  qoĢunundan  baĢqa  heç  bir  qoĢunda  bu  cür 

gözəl  süvari  dəstəsi  olmamıĢdır.  Barbaro  isə  həmin  dövrdə  Uzun  Həsənin 

qoĢununun 25 min nəfər atlıdan və 3 min piyadadan ibarət olduğunu qeyd edirdi.  

Barbaronun  hesablamasına  görə,  Uzun  Həsənin  ordusunda  6  min  çad ır 

(alaçıq), 30 min dəvə, 5 min yük qatırı, 5 min yük atı, 2 min u laq, 20 min minik atı, 

2  min  min ik qatırı,  2  min qaramaldan  ibarət sürü, 20  min qoyun, 100 ov pələngi, 

200  "cins"  və  "mələz"  qızılquĢ,  3  min  tazı,  1  min  mü xtəlif  it,  50  qırğı,  15  min 

qılıncla silahlan mıĢ döyüĢçü, 2 min qılınclı qul, dəvəsürən və ox-kamanla silah lı  1 




98 

 

min qulluqçu olmuĢdur. QoĢunu 10  min əyan və nökərlərin arvad-uĢaqları,  5  min 



qul  qadın,  6  min   on  iki  və  daha  yu xarı  yaĢlı  uĢaq,  5  min  azyaĢlı  və  kö rpə  uĢaq 

müĢayiət  edirdi.  Orduda  mü xtəlif  sənətkarlar  və  peĢə  sahibləri,  o  cümlədən  də rzi, 

dəmirçi,  yəhərçi,  çəkməçi  və  b.  vardı.  Alverçilər,  "bazar  əhli"  ərzaq  tədarükçüləri 

və  hətta  əczaçılar  da  qoĢuna  xid mət  ed irdilər.  Mü xtəlif  yerlərdə  "ordu  bazarları" 

təĢkil o lunurdu və burada qoĢun üçün lazım olan hər Ģey almaq mü mkün idi.  

QoĢun nəfır (Ģeypur), nağara, kəbrəkə (böyük nağara), təbil və baĢqa musiqi 

alətlərində çalan dəstənin müĢayiəti ilə döyüĢə yollanırdı. Hücu m vaxtı gərranay - 

uzun zurna, qələbə qazan ılanda isə, adətən, nağara çalınırdı.  

Ordunun  sol  cinahı  cəvanğar  (yaxud  meysərə),  sağ  cinahı  isə  bərənğar 

(ya xud meymənə), mərkə zi qul adlanırdı. QoĢunun ön hissəsinə münqəlay deyilirdi. 

Orduda  mü xtəlif  hərbi  mənsəblər  vard ı.  Təvaçilər  müharibə  gözlən ilən  təqdirdə 

əyalətlərə  gedən,  hərbi  qüvvə toplayan  və ayrı-ayrı  qoĢun dəstələri  arasında  əlaqə 

yaradan  əmirlər  idi.  Xəbəraparan  qoĢun  xid mətçisinə  tuğacı  deyilirdi.  DöyüĢ 

zaman ı  meydana  öncə  çıxarılan  dəstə  çərxçi  adlanırdı.  Çərxçilər  Ağqoyunlu 

qoĢununda da mövcud olmuĢdur (Sultan  Yaqub 1478-ci ildə rəqib i Xəlillə döyüĢdə 

çərxçilərdən istifadə etmiĢdir).  DöyüĢ zamanı hərbi qüvvələrin bir hissəsi ehtiyatda 

durur,  vuruĢmanı  müĢahidə  edir  və  lazım  olduqda  döy üĢ  meydanına  çıxırdı.  Belə 

ehtiyat  dəstəsinə  muçi  deyilird i.  DöyüĢ  baĢlanma zdan  əvvəl  qoĢunun  bir  dəstəsi 

kəĢfiyyata  göndərilirdi  və  həmin  dəstə  qarovul  adlanırdı.  Qarovulun  vəzifəsi 

düĢmənin  vəziyyətini  öyrənmək  və  imkan  daxilində  əsir  ələ  keçirmək,  yəni  "dil" 

tutmaq idi. 

Qaraqoyunlu və Ağqoyunlu qoĢunları hərbi təĢkilat və təchizat baxımından 

nəinki o  zaman kı Avropa, hətta Osmanlı və Məmlük  (Misir) ordusundan da geridə 

qalırd ı.  Odlu  silah,  top  və  tüfəng  Azərbaycanda  ilk  dəfə  Ağqoyunlu  ordusunda 

istifadə  edilmiĢdir.  Məlu mdur  ki,  Uzun  Həsən  topu  və  digər  odlu  silahı 

venesiyalılardan cüzi  miqdarda ala b ilird i. Tərcanda (1473) Ağqoyunlu ordusunun 

osmanlılar  tərəfindən  məğlub  edilməsinin  əsas  səbəbi  orduda  odlu  silahların 

olmaması idi. 

IV FƏSĠL 

XV ƏSRDƏ AZƏRBAYCANIN 

ĠCTĠMAĠ-ĠQTĠSADĠ HƏYATI 

 

Kənd təsərrüfatı  və  aqrar  münasibətlər. XV əsrdə Azərbaycamn  iqtisadi 

həyatının mü xtəlif sahələri qeyri-bərabər n isbətlərdə inkiĢaf etmiĢdi. 

ġirvanın  iqtisadiyyatında  baĢ  vermiĢ  yüksəliĢ  Avropa  səyyahların ın 

(xüsusilə  ġiltbergerin)  d iqqətini  cəlb  etmiĢdir.  1475-ci  ildə  ġirvanda  olmuĢ 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə