Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə78/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   74   75   76   77   78   79   80   81   ...   232

160 

 

Arxeoloji  qazıntılar  göstərir  ki,  Yaxın  və  Orta  ġərqin  bir  sıra  baĢqa 



ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da Ģəhərlərin  bərpası  və  inkiĢafı  əsasən  XIII 

əsrin  ortalarından  baĢlanmıĢ  və  bütün  XIV-XV  əsrlər  boyu  davam  etmiĢdir.  Hər 

halda,  bu  zaman  mövcud  olmuĢ  Ģəhərlərdə  (Bakı,  Qəbələ,  Gəncə,  ġamaxı, 

Naxçıvan  və  s.)  aparılmıĢ  qazıntılar  gediĢində    əldə  edilmiĢ  materiallar,    maddi 

mədəniyyət abidələri bu fikri təsdiqləməkdədir. Öncə onu qeyd  etməliyik  ki, həmin 

Ģəhərlərin  son  orta  əsrlərə  aid  mədəni  təbəqələrində  biz  artıq  maddi  mədəniyyət 

qalıqların ın  XIII  əsrin  ikinci  yarısından  baĢlayaraq getdikcə  çoxaldığının  tikinti  və 

əĢya qalıqlarının  monqol dağıntılarından sonrakı  ilk  illərə nisbətən zənginləĢdiyinin 

Ģahidi  oluruq.  Bu  da  təsadüfi  hal  hesab  edilməməlidir.  Məlumdur  ki,  əsrin 

əvvəllərində  köçəri  həyat  tərzinə  üstünlük  vermiĢ  monqol  hökmdarları  getdikcə 

Ģəhərlərin daimi, daha etibarlı gəlir  mənbəyi olduğunu anladılar, yaratdıqları böyük 

imperiyanın  zəbt  olunmuĢ  ərazilərində  Ģəhərlərin  dirçəlib  canlan ması  üçün hər  cür 

Ģərait  yaratmağa  baĢladılar.  Bununla  bərabər,  orta  əsrlər  boyu  köçəri  tayfaların 

za man-za man   Ģəhərlərlə   tə masda  olması,  oturaq  həyata  meylin  güclən məsi 

Ģəhərlərin tərəqqisinə müsbət təsirini göstərməkdə id i. Təbiidir  ki, bu inkiĢaf heç də 

hər  yerdə Ģəhərlərin  monqol  yürüĢləri  ərəfəsindəki  səviyyəyə  çatmasını  təmin  edə 

bilməmiĢdi.  Lakin  tikinti    sahəsində,   sənətkarlıqda,    ticarətdə,  mədəni həyatda bu 

canlanma  artıq  özünü  göstərməkdə  idi.  Qazıntılar  zamanı  aĢkara  çıxarılmıĢ  maddi 

mədəniyyət abidələri də bunu sübut edir. Belə canlanma  xüsusilə paytaxt Ģəhərlərində 

özünü  daha  bariz  Ģəkildə  büruzə  verird i.  Məsələn,  hələ  XIII  əsrdə  Elxanilər  

dövlətinin  paytaxtına  çevrilmiĢ  Marağa  Ģəhərində  böyük  tikinti  iĢləri  aparılmaqla 

baĢlandı.  Burada  1359-cu  ildə  məĢhur  Marağa  rəsədxanası  təsis  edildi.  Marağada 

hazırda "Rəsədxana təpəsi" adlanan sahədə aparılmıĢ arxeoloji qazıntılar zamanı həmin 

rəsədxana  kompleksinin  qalıq ları  aĢkara  çıxarılmıĢdır.  Ümu mi  sahəsi  56,5  min 

kvadratmetrə bərabər  olan bu  rəsədxananın  mərkəzi  dairəvi günbəzinin daxili diametri 

14  metrdir.  Azərbaycanm  görkəmli  astronomu  Nəsirəddin  Tusi  tərəfindən  əsası 

qoyulmuĢ və təqribən  50  il  fəaliyyət göstərmiĢ bu  rəsədxananın qalıqları  zamanın  ən 

qiymətli  maddi  mədəniyyət  nümunələrindəndir.  Xüsusi  diqqət  mərkəzində  olan  və 

sonralar  ġirvanĢahlar  dövlətinin  paytaxtına  çevrilmiĢ  Bakı  Ģəhərində  isə  XIII-XV 

əsrlərdə bir-birinin ardınca bir sıra mədəni-məiĢət, ictimai, d ini və ticarət əhəmiyyətli 

binalar  inĢa  olunmuĢdur.  Bunların  ən  görkəmlisi  XV  əsrin  20-80-ci  illərində  baĢa 

çatdırılmıĢ ġirvanĢahlar saray kompleksidir. 

XIII-XV  əsrlərdə  Bakıda  inĢa  olunmuĢ  me marlıq  abidələrinin  xeyli  hissəsi 

zəmanəmizə  qədər  qalmıĢdırsa,  müəyyən  qis mi  vaxtilə  məhv  olmuĢ  və 

arxeoloqlarımız  tərəfindən  qazılaraq  aĢkara  çıxarılmaqdadır.  Elə  ġirvanĢahlar sarayı 

kompleksinə  daxil  olan  bəzi  abidələr də  (hamam,  ovdan, sərdabədəki  qəbirlər  və s.) 




161 

 

qazıntılar  zamanı  üzə  çıxarılmıĢdır.  Qız  qalasının  ətrafında  və  ĠçəriĢəhərin  digər 



sahələrində isə bir sıra  maddi-məiĢət, təsərrüfat və dini abidələr qazılıb öyrənilmiĢdir. 

Bunlar  içərisində  Qız  qalasının  Ģimal-qərbində  aĢkara  çıxarılmıĢ,  memarların  bazar, 

arxeoloqların  isə  dini  əhəmiyyət  daĢıyan  müqəddəs  yer  hesab  etdikləri  abidə  xüsusi 

maraq doğurur. O, üç tərəfdən səki ilə və sütunlu tağlarla əhatə olunmuĢ dördbucaqlı 

həyət  Ģəklindədir.  Həyətin  ortasında  da  tək  sütun  qalığına  təsadüf  edilmiĢdir. 

Abidənin  səkilərində  və  həyətin  döĢəməsində  qazıntılar  nəticəsində  xeyli  müsəlman 

qəbri və yazılı qəbir daĢları  tapılmıĢdır.  Abidə  XIV  əsrdə  tikilmiĢ  və  uzun  müddət 

(XVII əsrədək) ondan müqəddəs yer kimi istifadə olunmuĢdur. 

Arxeoloqlar  Bakının  XIII-XV  əsrlərə  aid  olan  bir  neçə  su  və  kanalizasiya 

xətlərinin qalıqlarını da aĢkara çıxarmıĢlar. Bu dövrdə Azərbaycan Ģəhərlərində kəhriz 

su  təchizatı  mühü m  əhəmiyyət  kəsb  etmiĢdir,  ovdanlardan  geniĢ  istifadə 

olunmuĢdur  (Bakı,  ġamaxı  və  s.).  Kəhriz  və  ovdan  qalıqları  Bakıda  (Çəmbərəkənd 

eniĢində),  ĠçəriĢəhərin  qoĢa  qala  darvazaları  qarĢısında,  Bakı-ġamaxı  yolu 

istiqamətində  (Hüsü  Hacıyev  küçəsi),  Bakı  icra  hakimiyyəti  binası  yaxınlığında 

aĢkara  çıxarılmıĢdır.  Relyefdən  asılı  olaraq  kəhrizlərin  dərinliyi  3-4,5  metr,  eni  isə 

60-80  santimetrdir.  Kəhrizlərin  tikintisində,  xüsusilə  onların  üst  örtüyündə  yonulmuĢ 

daĢ  lövhələrdən  istifadə olunmuĢdur,  ovdanlar  isə  bilavasitə daĢ təbəqədə çapılaraq 

düzəldilmiĢ  və  yaxud  yonulmuĢ  daĢlarla  kirəc  məhlulunda  hörülmüĢdür. 

Çənbərəkənd  eniĢində  aĢkar  olunmuĢ  ovdanın  divarları  və  tağbənd  örtüyü  daĢdan 

hörülmüĢdür.  Ölçüləri  3,4x2,  5x5  metrə  bərabərdir.  Bu  ovdan  dağdan  enən  və 

ĠçəriĢəhərə  doğru  gedən  kəhrizlə  birləĢmiĢdir.  Metropolitenin  "ĠçəriĢəhər" stansiyası 

yanında  saray  hamamının  20  metrliyində  aĢkar  olunan  ovdanın  (20x6x4  metr  ölçüdədir), 

ümumi su tutumu 480-500 kubmetrə bərabərdir. 

Bakıda,  ĠçəriĢəhərin  Ģərq  tərəfində  qərbdən-Ģərqə  uzanan  kanalizasiya  xətti 

aĢkara  çıxarılmıĢdır  (eni  0,6  metr,  dərinliyi  45  santimetr).  Kəhriz  xətləri  quruluĢunda 

tikilmiĢ bu obyekt XIV-XV əsrlərə aid edilir. 

Həmin  əsrlərdə  Gəncədə  də su  təchizatının  kəhriz  sistemindən  geniĢ  istifadə 

olunmuĢdur. Bu qurğuların möhkəmliyi ondan bəllidir ki,  Gəncədə onların bəzisi  indi 

də fəaliyyət göstərməkdədir. 

Qəbələdə  isə  XV  əsrin  əvvəllərində  "Səlbir"in  Ģimal  xəndəyində  tikilmiĢ 

böyük su hovuzu  (100x50x4  metr)  və ondan "Qala" ya doğru  gedən saxsı  tünglərlə 

(40x11x15,5  metr)  quraĢdırılmıĢ  su  kəməri  aĢkara  çıxarılmıĢdır.  Bu  dövrün  su 

tünglərinə  Bakı,  ġamaxı,  Naxçıvan,  Bərdə  və  ġabran  qazıntılarında  da  təsadüf 

olunmuĢdur. 

ġabranda  aĢkar  olunmuĢ  bir  su  kəmərinin  18  tüngdən  ibarət  hissəsi  qalmıĢdır. 

Tünglər gəc məhlulu ilə birləĢdirilmiĢdir. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə