I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   2   3   4   5   6   7   8   9   ...   69

10
Ona yaxınlaşmayan hər qəlb boş, Ona yaxınlaş dırma-
yan hər addım boşunadır. Boş-boşuna olan hər şey ya Ondan 
uzaq laşdırar, ya da Ondan məsafədə saxlar. Hər kəs özünə 
bağlandığı qədər Ondan aralanar, özündən ara landığı qədər 
Ona yaxınlaşar. Yaxınlaşdıqca Onu böyük dən böyük, özünü 
kiçikdən kiçik görməyə başlar. Sonda Rəbbinə o dərəcədə 
yaxın gələr ki, özü qəlbinin gözündən itər.
Kimin qəlbi qalın olur,
Sanma onun islahı var.
Zalim əliyalın olur,
Nə olsun ki, silahı var.
Demə təkdi, cüssəsizdi,
Kim Haqladı, qüssəsizdi.
Şahlar gördüm, kimsəsizdi,
Yetim gördüm, Allahı var.
İbrət
Biri Bəyazid Bistami həzrətlərinin qapısını döydü. İçəri-
dən həzrətin səsi gəldi: “Kimi arayırsan?” “Bəya zidi” cavabını 
eşitdikdə dedi: “Ey adam, yoluna davam et, burada Allahdan 
qeyrisi  yoxdur”.  O  kimsə  həzrətin  bu  sözün dən  özünü 
itirdi. Onu divanə zənn edərək sürətlə oradan uzaq laşdı.
Haqq diləsən, yüzündən qop,
Yüz nədi, yer üzündən qop.
Aləmlər səndə gizlənib,
Umsan Onu, özündən qop.
Bu yol Allah yoludur, bəndə yolu deyil. Yeganə doğru 
yoldur, haqq yoludur, “siratin müstəqim”dir.
Hədis
Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gün yerdə bir 
xətt cızaraq buyurdu: “Bu, Allah yoludur”. Sonra bu xəttin 
sağında, solunda başqa xətlər çəkərək yenə buyurdu: “Bun-


11
lar  da  yollardır.  Bu  yolların  hər  birində  insan ları  o  yola 
çağıran  bir  şeytan  vardır”.  Ardınca  da  bu  ayəni  oxudu: 
“Bu, şübhəsiz ki, Mənim yolumdur. onu tutub gedin. Sizi 
onun  yolundan  sapdıracaq  yollara  uyma yın”  (əl-Ənam, 
153). Nə Allahdan başqa ilah, nə də Allah yolun dan başqa 
bir yol vardır. Allaha tərəf deyil də, Ona qarşı gedənlərə, 
Onun  yolundan  qeyrisini  axtaranlara  şaşılır.  Haq dan  kə-
narda  haqmı  olur?  “Filankəsin  yolu”,  “mənim  yolum” 
deyi lən bir şey yox. Haqq Haqqın içində və Özüylə aranır. 
Hərənin öz yolu deyil, öz izi ola bilər. İzlər isə eyni olmur, 
sahibləri  kimi  müxtəlifdir,  yerişə  bağlıdır.  Hər  izə  etibar 
edil məz.  Şeytan  da  öncə  Allah  yolundaydı,  amma  sonra 
Ona  qarşı  gəldi,  asi  oldu  və  Adəm  övladına  ilahi  xəbər-
darlıq endi: “Şeytanın izi ilə getməyin!” (əl-Bəqərə, 168).
Könül haqq səltənətdi, yeganə bir Sultanı var.
Kim könül əhli deyil, min qönçeyi-xəndanı var.
Bizdən əvvəlkilərin Sevdiyidi Sevdiyimiz,
Kim sevər başqasını, bizdən deyil, nöqsanı var.
Götürüb dərdi bizi bu dünyada dərdsizlərin,
Kim ondan bixəbərdi, nə dərdi, nə dərmanı var.
İnsan imkanlıya, imkansıza çoxdan bölünüb,
O, imkan əhlidi ki, bölünməz bir imanı var.
Vay onun halinə ki, düşməni cüt, özü təkdi,
Xoş onun halinə ki, nə nəfsi, nə şeytanı var. 
“Ey Adəm övladı! Məgər Mən sizdən əhd alma dımmı 
ki,  şeytana  ibadət  etməyin,  o  sizin  açıq­aşkar  düşməni­
nizdir. Və Mənə ibadət edin, Siratin mustəqim (doğru yol) 
budur” (Ya sin, 60-61). “Biz insanı eşidən və görən etdik. 
Biz  ona  yolu  göstərdik.  İstər  şükür  etsin,  istər  nankor 
olsun” (əl-İnsan, 2-3).


12
Haqq birdirsə, bil, ey ərən,
Haqqa yol da yeganədir.
Bəndə görən, Haqq görünən,
Nədən insan biganədir?
İnsan ancaq bir yolçudur. Kimi asta, kimi yeyin gedər. 
Bəziləri  fərd  halında,  bəziləri  dəstə  şəklindədir.  Geriyə 
qalanlar, önə keçənlər var. “Siz üç zümrəyə ayrılacaq sı nız: 
Sağ tərəf sahibləri. kimdir o sağ tərəf sahibləri? Sol tərəf 
sahibləri. kimdir o sol tərəf sahibləri? Və öndə olanlar. 
onlar  öndədirlər.  onlar  yaxınlaşdırılmış  kimsələrdir” 
(əl-Vaqiə,  7-11).  Ən  öndə  peyğəmbərlərin  (aleyhimussalam
sonuncusu Həzrət Muhəmməddir (salləllahu aleyhi və səl ləm). 
“Hikmət  dolu  Qurana  and  olsun  ki,  sən  göndərilmiş 
peyğəmbərsən.  Siratin  mustəqim  üzrəsən”  (Ya  sin,  2-4). 
O, arxadakıların da, öndəkilərin də öndəridir. Ondan nəinki 
qabaqda, hətta onunla yanaşı bir kimsə yox. Bu yolun yol-
çuları  yalnız  onun  iziylə  gedənlərdir.  Nicat  tapanlar  da 
onlardır. “Biz səni bütün insanlara müjdə verən və qor­
xudan bir peyğəmbər göndərdik. Lakin insanların çoxu 
bilməz” (Səba, 28).
Dil verməyib, deyib-gülək,
Can verməyib, yeyib ölək.
Ağıl verib, Haqqa gələk,
Haqdan gedən divanədir.
Haqqa Haqqın Özüylə get,
Haqqa Onun sözüylə get.
Rəsulunun iziylə get,
Qeyri nə var, əfsanədir.
İbrət
Bəyazid  Bistami  həzrətləri  rəvayət  edir:  “Bizim  ruhu-
muzu səmalara götürdülər. Cənnəti, cəhənnəmi göstərdi lər. 


13
Heç bir şeyə baxmadım. Yalnız Allah-Təalanı düşünür düm. 
Neçə məqamlardan keçirdilər. Nəhayət, əbədiyyət ağacını 
gördüm.  Sonra:  “Ya  Rəbbi!  Sənə  gələ  bilmək  üçün  məni 
mənliyimdən  qurtar”,  –  deyə  yalvardım.  Mənə  buyurdu: 
“Ey  Bəyazid!  Mənliyindən  qurtulub  Mənə  yaxınlaşmaq 
sevgili  Peyğəmbərimə  uymana  bağlıdır.  Onun  ayağının 
tozunu gözünə sürmə çək. Onun bildirdiyi hökmlərə tabe 
olmaqda davam et!”
Bəşər məşəqqətdən ayrı deyildir,
Eşqdən, məhəbbətdən ayrı deyildir.
Allah sevgisindən başqa sevgi yox,
Amma Muhəmməddən ayrı deyildir.
Ey yolçu! Yol səni yormasın. Bu yol tamdır, bütündür, 
yarımçıqlığı sevməz, yarımçıqları atar. Yorulub yolda qalan-
larla, usanıb geri dönənlərlə sənin işin yox. “Muhəmməd 
ancaq  bir  peyğəmbərdir.  ondan  öncə  də  peyğəmbərlər 
gəlib  keçmişlər.  İndi  o  ölər,  ya  öldürülərsə,  siz  gerimi 
(əvvəlki  dininizə)  dönəcəksiniz?  kim  geriyə  dönərsə, 
Allaha heç bir zərər verməz. Allah şükür edənləri müka­
fat landıracaqdır” (Ali-İmran, 144). Sən səndən öndə olan-
lara yetişməyə tələs. Yol Sahibi “dur” deməyincə heç yerdə 
ayaq saxlama. Yolçu və yolda olduğunu hər zaman xati rində 
tut.  Bir  hədisdə  bildirildi  ki,  Allah  Rəsulunun  (salləllahu 
aleyhi və səlləm) səhabələri onun üçün yataq tədarük etmək 
istədilər. Həzrət (salləllahu aleyhi və səlləm) razı olmayıb bu-
yurdu: “Mənim dünya ilə nə işim var? Mən dünyada bir 
ağac altında kölgələnən, sonra da durub gedən bir yolçu 
kimiyəm”.
İbrət
İmam Şafi (rahmətullahi aleyh) həmişə əsa ilə yeriyərdi. 
Səbəbini sordular. Buyurdu ki: “Dünyada bir yolçu oldu-
ğumu daima xatırlamalıyam.”


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə