Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi


MÜHAZİRƏ №3 DƏMIRYOLU AVTOMATIKASI QURĞULARININ KÖMƏYI ILƏ ÖLÇMƏ METODLARININ TƏSNIFATI



Yüklə 1,1 Mb.
səhifə3/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 2168

MÜHAZİRƏ №3


DƏMIRYOLU AVTOMATIKASI QURĞULARININ KÖMƏYI ILƏ ÖLÇMƏ METODLARININ TƏSNIFATI.


İnformasiya – ölçmə sistemlərinin ümumi xarakteristikası.
İnformasiya – ölçmə sistemləri bir sıra əlamətlərinə görə aşağıdakı kimi sinnifləşdirilir: quruluş strukturuna görə, təyinatına görə, nəzarət obyekti ilə qarşılıqlı təsir xarakterinə görə, rabitə kanallarının xarakteristikasına görə və.s..
Quruluş strukturundan asılı olaraq bu sistemlər bir neçə əsas qrupa bölünürlər:

  • Paralel ölçmə və ya nəzarət kanallı sistemlər –paralel təsiretmə strukturu;

  • Müxtəlif vericiləri ardıcıl qoşulmuş bir ölçmə və ya nəzarət kanallı sistemlər – paralel – ardıcıl təsiretmə strukturu;

  • Bir ölçmə kanallı və bir vericili sistemlər, burada skanerləyici qurğu vasitəsi ilə N – sayda nöqtədə ölçmə və nəzarət aparmaq mümkündür – ardıcıl təsiretmə strukturu;

  • Ölçmə prosesi və ya nəzarət ümumi kanallar vasitəsi ilə yerinə yetirilən sistemlər – multipleksirli açılışlı sistem strukturu;

Təyinatına görə informasiya – ölçmə sistemləri ölçmə və texniki diaqnostika sistemlərinə bölünürlər. Öz növbəsində texniki diaqnostika sistemləri də avtomatik nəzarət sistemlərinə və tam texniki diaqnostika sistemlərinə bölünürlər.
Avtomatik nəzarət sistemləri DAS –nın ayrı – ayrı elementlərinin funksiyasına nəzarət etmək və müvafiq informasiyanın xidmətçi personala ötürülməsini təmin etmək üçün istifadə olunur. Belə sistemlərin istifadə olunması o zaman effektiv hesab olunur ki, nəzarət olunan obyektin halı və xarakteri əvvəlcədən məlum olsun.
Tam texniki diaqnostika sistemləri hazırda geniş tətbiq oluna bilmir və əsasən funksional diaqnozlaşdırma kimi tətbiq olunur. Uzaq məsafələrdə obyektlərin ayrı – ayrı elementlərinin diskret nəzarəti və parametrlərinin ölçülməsi diskret və analoq vericiləri vasitəsi ilə yerinə yetirilir. Alınmış informasiya kodlanmış şəkildə xüsusi məntəqələrə ötürülür ki, burada işlənərək analiz olunur. Qeyd etmək lazımdır ki, müasir texniki diaqnostikanın kompüter sistemləri imkan verir ki, «arayış» recimlərində təlimatlar formalaşdırır və ya nasazlığın aradan qaldırılması üçün «məsləhətçi» işə düşür.
Nəzarət obyektləri ilə qarşılıqlı təsirinə görə informasiya – ölçü sistemləri passiv və aktiv sistemlərə
bölünürlər. Passiv sistemlərdə funksional diaqnozlaşdırma zamanı informasiya qəbul olunaraq
analiz olunur və nəticədə analiz olunmuş informasiya dövrü sorğu qurtardıqdan sonra istifadəçilərə verilir. Aktiv sistemlərdə test diaqnozlaşdırmasından istifadə olunur ki, bu zaman informasiya yalnız qəbul olunaraq analiz olunmur həm də lazım gəldikdə nəzarət olunan obyektə təsir edərək onun elementlərinin halını dəqiqləşdirir.
Rabitə kanallarının xarakteristikasına əsasən informasiya – ölçmə sistemləri naqilli və naqilsiz (radio) sistemlərə bölünürlər. Naqilsiz sistemlərdə radiorabitə kanalları istifadə olunur, buna görə də onları radioteleölçmə sistemləri adlandırırlar. Naqilli sistemlərdə rabitə kanalı kimi hava və kabel xətlərindən istifadə olunur.
Dəmiryolu avtomatik sistemlərində kəmiyyətlərin parametrlərinin alınmasından asılı olaraq bir sıra ölçmə növündən istifadə olunur. Belə ölçmə növlərinin təsnifatını aşağıdakı şəkildəki kimi təsnifləndirmək olar (şəkil 3.1.).



ŞƏKİL 3.1. Öçmələrin metodları və növlərinin strukturu.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə