Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi



Yüklə 1,1 Mb.
səhifə4/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 2168

Birbaşa ölçmələr - bu ölçmə zamanı parametrin axtarılan qiyməti, müəyyən zaman müddəti ərzində biləvasitə ölçü vasitəsinin göstərişinə əsasən tapılır.
Vasitəli ölçmələrbu ölçmələr zamanı parametrin axtarılan qiyməti, başqa kəmiyyətlərin birbaşa ölçmələri nəticəsində məlum analitik asılılıqlar vasitəsi ilə hesablanır.
Toplu ölçmələr bu ölçmələr zamanı dövrənin məlum elementlərinin müxtəlif variantlarında parametrin bir neçə aralıq qiyməti ölçülür. Bu dövrələrdə parametrin axtarılan qiyməti, birbaşa ölçmələr nəticəsində alınan qiymətlər prosesi təsvir edən tənliklər sistemi vasitəsi ilə təyin edilir.
Birgə ölçmələr iki və ya daha çox eyniadlı olmayan parametrlər arasındakı ölçmələr və ya onlar arasındakı asılılıqların təyin edilməsidir. Bu ölçmələr əsasən elementlərin temperatur və digər əmsallarının təyin olunması üçün istifadə olunur.
Biləvasitə qiymətləndirmə metodu zamanı parametrin qiyməti biləvasitə ölçü cihazının şkalasının bölgüsünə əsasən və ya indiqatorundakı rəqəmə əsasən qısa müddət ərzində birbaşa təyin edilir.
Müqayisə metodu zamanı parametrin ölçülən qiyməti, müxtəlif variantlarda əvvəlcədən təyin olunmuş eyniadlı parametr qiymətləri ilə müqayisə olunaraq təyin olunur. Bu metod özündə sıfırınsı və differensial metodları və həmçinin əvəzetmə və uyğunlaşma metodlarını birləşdirir.
Müqayisə metodları çox zaman sərf edərək mürəkkəb elementlərdə və qovşaqlarda ölçmələr aparan zaman tətbiq olunur. Bir qayda olaraq alınmış nəticələr isə kifayət qədər dəqiq olur.
Sıfırıncı metod zamanı parametrin qiyməti təkmilliləşdirilir və bu zaman bir qayda olaraq dövrəyə qoşulmuş cihazın göstərişi sıfır nöqtəsinə gətirilir (məsələn, sabit və dəyişən cərəyan körpüləri, digər ölçü cihazları).
Differensial metod zamanı parametrin ölçülən qiyməti eyniadlı ölçmələr arasındakı fərq kimi təyin edilir. Bu zaman fərq nə qədər kiçik olarsa ölçmənin xətası da bir o qədər kiçik olar.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə