Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi


MÜHAZİRƏ №2 DƏMIRYOLU NƏQLIYYATININ IDARƏETMƏ SISTEMLƏRININ HƏRƏKƏT MODELI



Yüklə 1,1 Mb.
səhifə2/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 2168

MÜHAZİRƏ №2


DƏMIRYOLU NƏQLIYYATININ IDARƏETMƏ SISTEMLƏRININ HƏRƏKƏT MODELI.

Hazırda dəmiryolu nəqliyyatının idarəetmə sistemlərinin hərəkət modeli dəmiryolu avtomatikası sistemlərinə (DAS) əsasən qurulur. DAS – ın normal işləməsi isə sistemin avtomatik diaqnozlaşdırılmasından asılı olur. DAS – ın işinə xidmət edən personalın əməyinin səmərəliliyinin artırılması üçün bir sıra üsul və metodlardan istifadə olunur. Bunlardan da ən effektivi elementin parametrlərinin ölçülməsinin avtomatlaşdırılması və ölçmələrin nəticələri haqqındakı informasiyanın rabitə kanalı vasitəsi ilə məsafəyə ötürülməsidir. Qeyd etmək lazımdır ki, belə qurğuların layihələndirilməsi konstruktorların diqqətini həmişə cəlb etmişdir. İlkin mərhələdə xüsusiləşdirilmiş kompleks ölçü vasitələri yaradılmışdır ki, bu da öz növbəsində ölçmə vasitəsini biləvasitə DAS – ın ölçü panelinə qoşurlar və vizual olaraq cihazın göstərişinə əsasən sistemin elementinin parametri təyin olunur. Bu zaman xidmətedici personal biləvasitə ölçmə panelinin yanında yerləşməlidir. Belə obyektlər avtomatik bloklayıcının (AB) rele şkafları, avtomatik dəmiryolu keçidi siqnalizasiyası (ADKS), stansiyanın giriş işıqforları yaxınlığında rele şkafları olurlar. Bu, DAS – ın parametrlərinin ölçülməsinə sərf olunan zaman müddətini qısaltsa da istənilən hava şəraitində xidmətedici personalın yollarda və stansiyalarda yerdəyişməsini tələb edir. İkinci mərhələdə, DAS –ın elementlərinin parametrlərinin teleölçülməsini reallaşdırmaq üçün öz dövrünə görə kifayət qədər etibarlı ölçü nəzarət, informasiya verici və qəbuledici qurğuları yaradıldı. Elə bu dövrdə artıq qatarların hərəkətinə dispetçer nəzarəti sistemlərinin (DNS) yaradılmasına böyük təlabat yaranmışdır. Bu sistemlərin texniki realizasiyası funksional olaraq DAS – ın elementlərinin parametrlərinin teleölçmə sistemi ilə eyni vaxta təsadüf edir. Bunun nəticəsində giriş və çıxış işıqforlarının göstərişinə, yollarda blok – sahərin halına, stansiyalarda giriş çıxış yollarına, AB və ADKS sistemlərinin ayrı – ayrı elementlərinin halına məsafədən dövrü nəzarət etmək mümkün olmuşdur. Bu cür kompleks sistemlərin çatışmayan cəhətlərindən biri onun elektron yaddaşının kiçik olmasıdır ki, buna görə də informasiyanın məntiqi işlənməsi xidmətedici personal tərəfindən aparılmalı olur. Üçüncü mərhələdə, kifayət qədər böyük həcmə malik olan informasiyanın ötürülməsi və qəbulunu mümkün edən kanalyaradıcı avadanlığın yaradılması hesabına, DAS - sistemlərinin qurğularının texniki halını xarakterizə edən informasiyanın toplanması, işlənməsi və qeyd olunması üçün yeni kompleks mikroprosessorlu sistemlər layihələndirilməyə başlandı. Bu cür dispetçerli nəzarət (DN) texniki diaqnostika sistemlərinin struktur sxemi şəkil 2.1 – də göstərilmişdir.





Şəkil 2.1. Texniki diaqnostika sisteminin təsnifatı.


Bu sistemlərdə xüsusi diaqnostik vericilərin köməyi ilə ayrı – ayrı elementlərin və ya elementlərin funksional vacib aralıq parametrlərinin keyfiyyət göstəricilərinin yoxlanılması həyata keçirilir. Verilmiş halda keyfiyyət göstəricisi dedikdə nəzarət olunan parametrin minimal xətalarla ölçülmə dəqiqliyi başa düşülür. Bu sistemlər böyük həcmli yaddaşa malik olur və ixtiyari informasiyanın sürətlə işlənməsinə şərait yaradır. Bu sistemlərin köməyi ilə xidmətçi personal işçi yerlərində informasiyanı ixtiyari formada işəmə sürətinə malik olurlar.


Dioqnastik vericilərə qoyulan əsas təlabatlar aşağıdakılardan ibarətdir:

  • Sistemin elemetlərinin işələmə qabiliyyəti haqqında kifayət qədər informasiyanın təmin olunması;

  • Vericilərin giriş dövrələrinin parametrlərinin elementin işləmə qabiliyyətinə minimal xətalarla təsir etməsinin qarşısının alınmasının təmin olunması;

  • Ətraf mühitin geniş temperatur diapazonunda kəmiyyətin parametrlərinin dəqiq qeyd olunmasının və norma və normadan aşağı və yuxarı hədlərdə ölçülməsinin təmin olnması;

  • Vericilərin özünün sıradançıxması və ya nasazlığı nəzarət olunan sistemin işinə təsir etməməlidir.

Müasir diaqnostik vericilər (datçiklər) mürəkkəb strukturaya malik olurlar ki, bunun da tərkibi ardıcıl və paralel birləşdirilmiş cərəyan, faza, potensial və kombinasiyalı həsas elementlərdən, yaddaş elementli rəqəmli çeviricilərdən, idarəetmə və informasiyanın verilişi qurğularından ibarətdir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə