Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi


MÜHAZİRƏ №8 RADIOTEZLIK IDENTIFIKASIYASI HAQQINDA ÜMUMI MƏLUMAT



Yüklə 1,1 Mb.
səhifə8/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 2168

MÜHAZİRƏ №8


RADIOTEZLIK IDENTIFIKASIYASI HAQQINDA ÜMUMI MƏLUMAT.

Radiotezlik identifikasiyası (Radio Frequency Identification, qısaca RFID) müsir dövrdə proqressiv avtomatik identifikasiya texnologiyasıdır. Bu texnologiya imkan verir ki, məsafədən informasiyanın toplanması və işlənməsi mümkün olsun. Verilmiş texnologiyanın tətbiqolunma oblastları çox genişdir, daha doğrusu bu texnologiya vasitəsi ilə qeyri – məhdud sayda əşyaları, insanları, sənədləri, nəqliyyat vasitələrini, konteynerləri və. s. izləmək, seçmək, identifikasiya etmək, aşkar etmək və. s. mümkündür. İstehsal proseslərinin avtomatlaşdırılmasında, idarəetmə sistemlərinin avtomatlaşdırılmasında, nəzarət və təhlükəsizlik sistemlərinin təşkilində, iş müddətinə nəzarət və onun hesabının aparılmasında, logistik və diskont sistemlərin qurulmasında məhsulların və sənədlərin saxtalıqlardan qorunmasında radiotezlik identifikasiyasından geniş istifadə olununr. RFİD – kontaktsız texnologiyasında informasiya daşıyıcısı kimi radiodalğalardan istifadə olunur. Bu sistemin işinin təmin olunması üçün birbaşa görünüş məsafəsinə vericilərlə kontaktlara ( maqnit, smart kart və ştrix – kodlama sistemlərindən fərqli olaraq) heç bir ehtiyac yoxdur. Sərt klimatik şəraitdə və aqressiv mühitlərdə radiotezlik identifikasiyasının işi etibarlı və zəmanətli hesab olunur.


Radiotezlik identifikasiyasının əsas üstünlükləri müasir nəqliyyat sistemlərində işlənən informasiya miqdarı və onun etibarlılığına olan təlabat hər il həndəsi silsilə ilə artır, bu informasiyanın işlənməsi üçün isə böyük resurslar və zaman müddəti lazım gəlir. Buna görə də verilənlərin əldə olunması üçün ən praktik metod avtomatlaşdırılmış intellektual sistemlərdir. Radiotezlik identifikasiyasına əsaslanan metod avtomatik olaraq alınan informasiyanın əslinin yoxlanılmasını, informasiyanın sistemləşdirilməsini və lazım gəldikdə isə əvvəlcədən yazılmış alqoritmlərdən istifadə edərək informasiyanın təqdimolunma təsvirini dəyişdirməyə imkan verir. RFİD –texnologiyalarının aşağıdakı üstünlükləri vardır:

  • RFİD – üçün birbaşa görünüş və ya kontakt lazım deyil;

  • Vahid zamanda çoxlu sayda radioişarə ilə işləmək mümkündür;

  • Radioişarələrin 100% - li dəqiq və sürətlə oxunurlar;

  • Radioişarələr böyük miqdarda informasiyalar saxlaya bilər;

  • İnformasiyalar radioişarədə kodlana bilər;

  • Radioişarələri praktiki olaraq əldə düzəltmək mümkün deyil.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə