Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi


DƏMİRYOLU NƏQLİYYATINDA KOMBİNASİYALI TƏNZİMLƏMƏ ZAMANI RADİOTEZLİK İDENTİFİKASİYA SİSTEMLƏRİ



Yüklə 1,1 Mb.
səhifə11/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 2168

DƏMİRYOLU NƏQLİYYATINDA KOMBİNASİYALI TƏNZİMLƏMƏ ZAMANI RADİOTEZLİK İDENTİFİKASİYA SİSTEMLƏRİ

Kombinasiyalı idarəetmə sistemləri bir neçə idarəetmə konturlarından ibarətdir və tənzimlənən parametrlərə güclü dinamik dəyişən faktorların təsiri zamanı istifadə olunur. Tənzimləmə sistemlərinin belə strukturu yalnız o zaman tətbiq olunur ki, idarəetmə sisteminin qapalı konturu sistemin dayanıqlılığını və ya tənzimləmənin tələb olunan keyfiyyətini təmin edə bilmir. Adətən güclü dinamik təsiredici faktorların sayı çox olmur, həyacanlanan rabitə kanallarını isə riyazi


təsvir etmək mümkün olur. Aıçıq konturlarda təsiredici faktorların dəyişməsini əvvəlcədən təyin edə bilən kompensatorlardan istifadə olunur? Açıq konturun çıxış təsiri adətən qapalı konturun təsiri ilə toplanırlar. Aşağıdakı şəkil 1 – də bir idarə olunan y- parametrli, bir təsiredici z- parametrli və bir idarəedici x-parametrli sadə kombinasiyalı idarəetmə sisteminin strukturu göstərilmişdir. Struktur sxemdə Wx – lə tənzimləmə kanalının ötürmə funksiyası, Wz – lə təsiretmə (həyacanlanma) kanalının ötürmə funksiyası və qalın xətlərlə isə idarəetmə obyekti göstərilmişdir.

Şəkil 1. Kombinasiyalı idarəetmə sisteminin struktur sxemi.
Əgər təsiretmə və tənzimləmə kanallarının fiziki və kimyəvi əsaslarla malik olan tənliklərlə təsvir etmək çətin olursa, onda onların təsvir olunması üçün standart manqalardan istifadə olunur. Əksər idarəetmə obyektləri giriş və çıxış parametrlərinin asılılıqlarını özü düzəldən obyektlərə aid olurlar. Bunların təsviri üçün adətən ləngimə müddətinə malik olan birinci tərtib aperiodik manqalardan istifadə olunur. Belə manqanın ötürmə funksiyası (1) üç parametrlə: güclənmə əmsalı k, zaman sabiti T və ləngimə müddəti τ ilə xarakterizə olunur.
(1)
Təsiretmə və tənzimləmə kanalları üçün bu parametrlərin dəqiq qiyməti nəzəri olaraq Sİ – tənzimləyicisinin optimal köklənməsini hesablamağa , kompensatorun növünü və köklənməsini təyin etməyə imkan verir və idarəetmə sisteminin yuksəkkeyfiyyətli işini təmin edir. Wx və Wz ötürmə funksiyaları sisteminin tapılmış k,T və τ parametrlərinin hər bir qiyməti üçün obyektin riyazi modelinə çevrilir. Bundan başqa idarəetmə obyektlərinin parametrlərinin identifikasiyasını idarəetmə sisteminin tənzimlənməsi zamanı birinci kökləmədə aparmaq lazımdır. Həmçinin istismar zamanı periodik olaraq tapılmış qiymətləri dəqiqləşdirmək lazımdır.
İdarəetmə obyektlərinin identifikasiyasının iki üsulu mövcuddur: bunlardan biri təcrübəyə, digəri isə müşahidəyə əsaslanır. Birinci üsulda hər bir kanal üçün ayrılıqda sürətlənmə əyrisi çıxarılır, ikinci üsulda isə tənzimləmə sisteminin işindən çıxarış tələb olunmur və böyük maraq kəsb edir.
Ən kiçik kvadratlar metodu klassik identifikasiya metodu olaraq böyük maraq kəsb edir. Bütün baxılan diapazonda səhvlərin kvadratları səmi məqsəd funksiyasına çevrilir. Modelin parametrləri isə optimallaşdırıcı faktorlar olur. Məsələnin həlli üçün optimallaşdırıcı faktorların qiyməti elə seçilir ki, məqsəd funksiyasının minimumu təmin olunsun. Optimallaşdırıcı faktorların bir qiymətindən o biri qiymətinə keçdikdə aşağıdakı axtarış metodlarından istifadə olunur: skanerləmə metodu, qradiyent metodu, simpleks metodu, təsadüfi əədədlər metodu və s.
İdentifikasiya zamanı ən kiçik kvadratlar metodunun qapanmasının məhdudiyyətləri, parametrlərin stasionarlığının olmaması, tədqiq olunan kanalın ətalətliliyi ilə müqayisədə diapazonun uzunluğunun kifayət qədər olması və optimallaşdırıcı faktorların sayının az olması ilə əlaqədardır.
Baxılan obyektin identifikasiyası üçün ən kiçik kvadratlar metodunu klassik formada tətbiq etmək olar, lakin, tənzimlənən parametrlərin sayı tənzimləyici və təsiredici parametrlərin sayından çox olduqda bu metod vasitəsi ilə yüksək dəqiqlik əldə etmək olmur. Məsələnin həlli üçün, giriş təsiredici faktorlara əlavə periodik toplananların daxil edilməsi və sonra çıxışda həmin toplananların ayrılması təklif olunmuşdur ( şəkil 2.).



Şəkil 2. Giriş siqnalının əlavə periodik toplananları və idarəetmə obyektinin ona reaksiyası

Beləliklə identifikasiya məsələsini daha kiçik hissələrə bölmək olar. Hər bir kanala ayrı – ayrılıqda baxmaq olar, hər məsələdə optimallaşdırıcı faktorların sayı üçə qədər azalır. Giriş siqnalına əlavə toplananların daxil edilməsi ilə həm giriş həm də çıxış siqnallarının stasionarlığından azad olmaq olar.





Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə