Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi


İdentifikasiyanın tapşırığı



Yüklə 1,1 Mb.
səhifə6/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 2168

İdentifikasiyanın tapşırığı. İdentifikasiyanın tapşırığı aşağıdakı kimi formalaşır: obyektin giriş və çıxış dəyişənlərinə aparılan müşahidələr əsasında obyektin optimal modeli qurulur. Bu zaman obyekt normal funksiya rejimində olmalıdır ( daha doğrusu obyekt təsadüfi maneələr və təsirlər fonunda olmalıdır). Digər sözlə desək əgər obyekt hər hansı  - operatoru ilə xarakterizə olunarsa onda giriş və çıxış parametrlərinin ölçülmüş qiymətlərindən istifadə edərək F – funksiyasının qiymətini hesablamaq olar. Mühitin obyektə eyniylə də obyektin mühitə təsiri verilmiş  - operatoru vasitəsi ilə təyin olunur ( şək.1).



Şəkil 1. İdentifikasiya olunan obyektin mühitlə qarşılıqlı təsirinin qrafiki təsviri.
MÜHAZİRƏ №5


REQRESSİV İDENTİFİKASİYANIN ANALİZİ.
Bir qayda olaraq müasir mürəkkəb obyektlərdə obyektin çıxış siqnalı yalnız bir giriş siqnalından deyil çoxlu sayda giriş siqnalları toplusundan asılı olur. Daha doğrusu idarəetmə obyekti mürəkkəb şəkildə şaxələnmiş giriş və çıxış siqnalları əlaqələrinə malik olur (şəkil 1).


Şəkil 1. Obyektin mürəkkəb giriş və çıxış parametrləri arasındakı əlaqənin sxematik təsviri
Belə mürəkkəb obyektlərin identifikasiyası üçün reqressiv analiz metodundan istifadə olunur. Reqressiv analiz metodunun özü isə eksperimentlərin riyazi planlaşdırılması nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyənin təyinatı eksperimental təcrübələrin sayının azaldılmasından, giriş və çıxış siqnalları arasındakı əlaqə tənliyi (reqressiya tənliyi) vasitəsilə aparılan hesabatın sadələşdirilməsindən ibarətdir.
Eksperimentlərin riyazi planlaşdırılması nəzəriyyəsində lazım olan eksperimentlərin sayının azaldılması bütün giriş siqnallarının (faktorlarının) birölçülü olaraq eyni zamanda dəyişdirilməsi hesabına, hesabatların sadələşdirilməsi isə giriş siqnallarının dəyişməsinin normallaşdırılması hesabına təmin olunur. Məsələn, iki giriş siqnalından asılılığın təyin olunması. - burada bir çıxış siqnalı iki giriş siqnalından asılı olaraq dəyişir.

Şəkil 2.İki giriş siqnalı üçün obyektin reqressiv analiz metodu ilə tədqiqi.
O – nöqtəsi obyektin normal iş rejimidir. Normallaşdırma koordinat başlanğıcının - qədər O – nöqtəsinə keçirilməsi hesabına baş verir.

Şəkil 3. İki giriş siqnalı üçün tam faktor eksperimentinin mərkəzi planının sxemi.

Burada (şəkil 3) - asılılığının öyrənilməsi üçün təcrübələrin aparılmasının planı əks olunmuşdur. Təcrübələrin sayı 4=22 – yə bərabərdir buna tam faktor eksperimenti deyilir; k –giriş faktorları üçün faktor ekperimentindəki təcrübələrin sayı: N=2k.- kimi təyin olunur. k=3- olduqda N=8; k=4- olduqda N=16 və s..


Yuxarıdakı şəkil 3- də iki giriş siqnalı üçün eksperimentin tam ortoqonal faktor planı ( O – nöqtəsi mərkəzdə) göstərilmişdir.
Cədvəl 1. K=2 üçün tam faktor eksperimenti.



Təcrübənin № -si







1

+1

+1



2

-1

+1



3

-1

-1



4

+1

-1



Cədvəl 2. K=3 üçün tam faktor eksperimenti.





Təcrübənin № -si









1

+1

+1

+1



2

-1

+1

+1



3

-1

-1

+1



4

+1

-1

+1



5

+1

+1

-1



6

-1

+1

-1



7

-1

-1

-1



8

+1

-1

-1



Eksperimentlərin tam faktor planında giriş faktorlarının sayından asılı olaraq təcrübələrin sayı kəskin olaraq artır: k=4 N=16; k=5, N=32; k=6, N=64 təcrübələr.


Buna görə də informasiyanın minimal itgisi ilə təcrübələrin sayının azaldılması üçün qısaldılmış planlar tətbiq olunur ki, bu planlar kəsr – replikalar adlanırlar. Əgər plan özündə tam faktor eksperimentinin yarısını əks etdirirsə onda belə plan yarımreplika adlanır
Cədvəl 3. k=4-üçün yarımreplika nümunəsi (TFE=16)



Təcrübənin № -si









1

+1

+1

+1

+1

2

+1

-1

+1

-1

3

-1

+1

+1

-1

4

-1

-1

+1

+1

5

+1

+1

-1

-1

6

+1

-1

-1

+1

7

-1

+1

-1

+1

8

-1

-1

-1

-1

Həmçinin tam faktor eksperimentindən ¼ replika da istifadə olunur. Giriş və çıxış siqnallarının qarşılıqlı əlaqə tənliyi –Reqressiya tənliyi 1-ci və 2-ci dərəcəli cəbri polinom şəklində aşağıdakı kimi yazılır:


1-ci dərəcə üçün: xçıx. = b0 +b1x1+b2x2;
İki giriş faktorunun təsirini x1 və x2,, nəzərə almaqla yaza bilərik ki:


Xçıx. = b0 + b1x1 + b2x2 + b12x1 x2 .


İkinci dərəcəli polinom – Reqressiya tənliyi:



Qeyd etmək lazımdır ki, ikinci dərəcəli reqressiya tənliyi qarşılıqlı əlaqəni daha yaxşı əks etdirir. İdarəetmə obyektlərinin reqressiya metodu ilə identifikasiyasının əsas məsələsi riyazi modelin – reqressiya tənliyinin tərtibinin seçilməsindən və reqressiya tənliyindəki əmsalların təyin olunmasından ibarətdir. Bu əmsalların təyin olunması zamanı ən kiçik kvadratlar metodundan istifadə olunur.


MÜHAZİRƏ №6

DİNAMİK PROSESLƏRİN İDENTİFİKASİYASI


İmpuls xarakteristikasına görə dinamik idarəetmə obyektlərinin identifikasiyası

Əksər hallarda texniki şərtlərə görə obyektin girişindəki vahid impulsun sıçrayışını saxlamaq olmur. Onda obyektin girişinə, davametmə müddəti çıxış siqnalının dəyişməsinə uyğun olan siqnal vermək lazım gəlir. Praktiki olaraq vahid impulsa iki ardıcıl vahid sıçrayış kimi baxmaq olar, hansı onlardan biri (+1) ikincisi isə (-1) olurlar. Obyektdə alınmış eksperimental impuls xarakteristikası zamana görə dəyişən çıxış siqnalının qrafiki əyrisinin ekperimental həddə çatana qədər riyazi modelinin axtarışını təmin edir. Obyektin impuls xarakteristikasının ekperimental sürətlənmə əyrisinə qədər yenidən qurulması aşağıdakı kimi yerinə yetirilir:



Şəkil 6.1 Eksperimental impuls xarakteristikasının sürətlənmə əyrisinə çevrilmə sxemi.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə