Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi



Yüklə 1,1 Mb.
səhifə5/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 2168

Əvəzetmə metodu zamanı elementin parametrinin qiymətini təyin etmək üçün onu eyniadlı ölçü ilə əvəz edirlər. Bu zaman cihazın göstərişi nə qədər böyük olarsa xətanın qiyməti bir o qədər kiçik olar.
Uyğunlaşma metodu zamanı eyniadlı ölçmələr halında parametrin qiymətləri arasındakı fərq ölçü cihazının şkalasındakı və indiqatorun rəqəmlərinin yuğunluğuna görə və həmçinin periodik siqnallara görə təyin edilir.
MÜHAZİRƏ №4


STRUKTUR VƏ PARAMETRİK İDENTİFİKASİYA SƏVİYYƏLƏRİ
F – model operatorunun strukturunun təyin olunması prosesi struktur identifikasiyasının vəzifəsidir. Əgər bu operatorun strukturu təyin olunmuş olarsa onda identifikasiya prosesi bu strukturun parametrlərinin təyin olunmasına yönəlmiş olur ki bu öz növbəsində parametrik identifikasiya məsələsini həll etmiş olur.
Beləliklə qeyd etmək olar ki, obyektin identifikasiyası ilkin olaraq modelin strukturunun seçilməsindən asılıdır. Modelin strukturu dedikdə əmsallarının dəqiqliyi ilə F – olperatorunun növü nəzərdə tutulur. Qeyd edək ki, obyektin strukturu modelin strukturu ilə üst – üstə düşməyə də bilir. Məsələn, adətən obyektin stoxostik xüsusiyyətləri modeldə (model determinlənmiş xüsusiyyətlərə malik olur) əks olunmur. Bundan başqa model obyektlərə nisbətən az giriş və çıxışlara malik olur. Müşahidələrin həcmi az olduqda bu hal daha qabarıq əks olunur.
Giriş və çıxış dəyişənləri arasındakı əlaqə tənliklərini müxtəlif formada yazmaq olar. Sadəlik üçün qeyd etmək olar ki, ixtiyari statik fasiləsiz obyektlərin giriş və çıxış parametrləri arasındakı əlaqəni funksional əlaqə ilə təyin etmək daha asandır.



Bu cür birölçülü fasiləsiz obyektlərin riyazi modelini aşağıdakı  funksiyasının  paylanma funksiyası ilə xarakterizə etmək olar:





 (1)


Burada modelin strukturu  - funksiyası və k – ədədi ilə verilir ki, paylanma əmsalları  ,  ,….,  - ilə təyin olunur. Belə obyektlərin strukturunun identifikasiyası müvafiq  - funksiyasının axtarılmasından , parametrik identifikasiyası isə verilmiş funksiya zamanı  parametrlərinin təyin olunmasından ibarətdir.


Birölçülü determinlənmiş dinamik obyktlərin xüsusiyyətlərinə təyin etmək üçün aşağıdakı operatordan geniş istifadə olunur:

 (2)


Burada  ; B ;  – differensiallama operatorudur. Burada model operatorunun strukturu operatorun xəttiliyi ilə həm də m və l ədədləri ilə təyin olunur. Fiziki baxımdan  olduqda əmsalları modelin parametrinin qeyri-struktur əmsallarına çevrilirlər.


Yuxarıda verilmiş (2) – operatoru aşağıdakı differensial tənliyə ekvivalentdir:


(3)
Hesablama başlanğıcı bərabər diskret zaman fasilələrində aparılarsa fasiləsiz (3) – modeli adi fərq tənliyinə çevrilir. Belə zaman hesablamasında dəyişənləri xarakterizə edən fasiləsiz funksiyalar qəfəs funksiyasına çevrilirlər.
Diskret zaman fasilələri üçün n – zaman anında fərq tənlikləri aşağıdakı kimi yazılır:

Burada -kimi təyin olunur.
Fasiləsiz (3) – modelindən diskret (4) – modelinə keçdikdə tənliyin m və l tərtibləri saxlanılır, lakin fasiləsiz və diskret model formaları üçün isə əmsalların qiymətləri dəyişir. Əgər model formalarından biri üçün əmsalların qiməti və diskretizasiya intervalları məlum olarsa, o biri model forması üçün əmsalların qiymətini hesablamaq olar.
Avtomatik idarəetmə sistemləri nəzəriyyəsində giriş və çıxış dəyişənləri arasındakı əlaqə tənlikləri üçün çoxölçülü və korrelyasiya funksiyalarından da geniş istifadə olunur.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə