Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi


RADİOTEZLİK İDENTİFİKASİYASININ İŞ PRİNSİPİ



Yüklə 1,1 Mb.
səhifə9/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 2168

RADİOTEZLİK İDENTİFİKASİYASININ İŞ PRİNSİPİ
Radiotezlik identifikasiyasının iş prinsipini başa düşmək üçün iki kompanentdən ibarət olan sadə sxemin iş prinsipinə baxmaq kifayətdir (Şəkil 8.1). Burada 1- sayıcı qurğu (sayıcı və ya rider); 2- radioişarədir hansı ki, özündə informasiya daşıyır. Radioişarə adətən özündə radioverici, radioqəbuledici, antenna bloku və informasiyanın saxlanması üçün yaddaş blokuna malik olur.



Şəkil 8.1. Radiotezlik identifikasiyasının qurulma prinsipi
Sayıcının antenası elektromaqnit dalğaları şüalandırır, şüalanmış dalğalara görə radioişarənin qidalanması baş verir və nəticədə radioişarə aktivləşir və informasiyanı sayıcı qurğuya ötürür. Radioişarənin əsas kompanenti kimi teqa – inteqral sxem (çip) antenna vasitəsi ilə sayıcı quruğu tərəfindən idarə olunur. Çip yaddaşa malikdir və identifikasiya kodunu və ya başqa informasiyanı yaddaşda saxlamaq qabiliyyətinə malikdir. Qeyd etmək lazımdır ki, sayıcı qurğu ilə radioişarə arasında heç – bir kontaktın olmasına ehtiyac yoxdur. Çünki radiosiqnal asanlıqla materialların daxilinə nüfuz edir, buna görə də radioişarələr identifikasiya olunan obyektlərin içərisində asanlıqla yerləşdirilə bilərlər.
Radiotezlik işarələrinin növləri: müxtəlif tezlik diapazonlarında, müxtəlif standartlarda işləyən və yaddaş həcminə görə, hazırlanma materialına görə çoxlu sayda radioişarələr mövcuddur (şəkil 8.2).

Şəkil 8.2. Radioişarələrin müxtəlif növləri.

Radioişarələr həmçinin iş rejimlərinə görə aşağıdakı siniflərə bölünürlər: aktiv, passiv, yarımaktiv və yarımpassiv radioişarələr. Aktiv radioişarələr öz qida mənbələrinə malik olurlar və avtonom olaraq siqnal şüalandıra bilirlər.Böyük təsir dairəsinə malik olurlar. Passiv radioişarələr qida mənbəsinə malik olmurlar, sayıcının elektromaqnit dalğası ilə aktivləşirlər və sonra şüalandırmağa başlayırlar. Yarımaktiv və yarımpassiv radioişarələr öz avtonom qida mənbələrinə malik olurlar, lakin sayıcının elektromaqnit dalğasının təsiri ilə aktivləşirlər. Buna görə də onların təsir dairəsi daha böyük olur və xarakteristikaları daha yaxşı olur.





Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə