Iii. Uluslararasi



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə5/318
tarix14.12.2017
ölçüsü6,81 Mb.
#15593
1   2   3   4   5   6   7   8   9   ...   318

12

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

tarixini  əks  etdirən  abidələrdən  biri  də  qədim  Şamaxı  Cümə  Məscididir. 

Möhtərəm Prezident Cənab İlham Əliyevin göstərişi ilə İslamın ilk qədim 

məscidlərindən olan Şamaxı Cümə məscidinin bərpası ümumbəşəri hadisə 

olmuş, açlışında dünyanın tanınmış din xadimləri iştirak etmişlər.

Şamaxıda yerli türk mənşəli əhali ilə yanaşı, yəhudilər, xristianlar sülh, 

əmin-amanlıq şəraitində yaşamışlar. Tarixi mənbələrdə Şamaxının küçə və 

məhəllələrinin adında da bu yaşamaqdadır: Cuhudlar məhəlləsi, malakan-

lar küçəsi, tatarların yeri və s. qeyri millətdən olan insanlar yerli əhalinin 

dilini mənimsəmiş, adət-ənənəsini öyrənmiş özünə məxsus inanc, etiqad 

və milli mənsubluğu da qoruyub saxlaya bilmişdir. Bu, tarixən Şamaxı və 

onun  bağlı  olduğu  Şirvan  ərazisi  üçün  xüsusi  ilə  fərqləndirici  faktdır.  Bu 

mənada qədim elm, mədəniyyət mərkəzi Şamaxı Həmzə Nigari Türk Dün-

yası Mədəni İrsi Simpoziumunun keçirilməsi ələmatdar hadisə olmaqla ya-

naşı, həm də məntiqidir. Bir çox tədbirlərə ev sahibliyi etmiş Azərbaycan 

Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tarixində ilk dəfə belə bir 

beynəlxaq  simpoziumun  keçirilməsi  xüsusilə  əlamətdardır  və  gələcəkdə 

belə tədbirlərin keçirilməsi üçün uğurlu başlanğıcdır.

                    Dos. Dr. Tünzalə Yusifova

                                           ADPU Şamaxı filialının direktoru



13

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

SEYİD NİGARİNİN TƏSƏVVÜFİ GÖRÜŞLƏRİ

Seyyid Nigari’s Mystic Thoughts

Dos.Dr. Nəzakət MƏMMƏDLİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

ABSTRACT

Seyyid  Nigari  was  a  member  of  Naqshbandi  sect  as  a  great  Sufi  poet.  The 

Naqshbandi  sect  is  a  current  of  thought  playing  a  very  important  role  in  the 

history of Muslim and Turkish philosophical thinking. It traces its spiritual lineage 

to Prophet Muhammad, Abu Bakr, and Hazrat Ali. The genealogies called “Silsilah-

sharif” and “Silsilat al-Dhahab” (Golden Chain) mention the names of the great 

founders of the Naqshbandi sect in a chronological order. 

Vahdat-i Vucud philosophy has a special place in the literary activity of Nigari. 

The relations between Khalig (Creator) and makhlug (creature) are reflected with 

the words “nagsh” (ornament) and “Naggash” (Ornamenter). These words describe 

the  ties  between  Alemi-Kull  and  alemi-cuz.  A  wise  ashik  (lover)  should  pay 

attention to the Naggash, but not the nagsh. According to the poet, as all creatures 

reflect God’s power, they deserve to be loved. The poet considered human face 

as a manifestation of the Truth (God) and therefore, he saw Holy Koran in human 

face and Koran ayets (verses) in the separate traits. Furthemore, it is possible to 

notice the influences of great thinkers such as Ibn-al Arabu and Imam Gazali on 

Nigari’s thoughts. In his works, Nigari remembered B.Naqshibandi, the Founder of 

the Naqshibandi sect, and his follower I.Shirvani with deep respect. Seyyid Nigari 

also held Mevlana’s character and literary activity in high esteem.  

The  poet  call  people  not  to  prefer  the  material  world,  not  to  love  material 

richness. Nigari thought that the people should avoid love for material things and 

not obey anyone else except God. Each of his ghazals refers to one or more Koran 

ayets. His source of inspiration was mystery and philosophy of Koran. 

In his work named “Nigarnama” the poet described the stages which the salik 

passed. 

As in most of the mystical works, in “Nigarnama” the spiritual path of the Lover 

of God consists of seven stages, too. After passing through the stages of wish, love, 

decency, belief of oneness of God, amazement, satisfaction, disappearance, and 

immortality the Salik meets with God.

Mystic thoughts are also reflected in “Chaynama” allegorical work by Seyyid 

Nigari. The samovar symbolizes murshid (teacher), and the cups represent murids 

(students). The samovar which is full of water and fire embodies the ashik who is 

moved to tears and burst into flames of love. Scent, taste, and colour of tea typify 

divine mysteries; and honey, sugar, cream and others represent divine meanings 

which are interpreted by the murshid’s narrative. Comparison of tea with a rose and 

its scent are associated with Haqiqat al-Muhammadiyya. Although in Sufism the 

barrel house is described as a place where divine meanings are manifested, the tea 

set symbolizes a more decent and educated gathering.    

Seyyid  Nigari  böyük  mütəsəvvif  şair  kimi,  nəqşibəndi  təriqətinə  mənsub 



14

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

olmuşdur. Nəqşibəndilik islam və türk fəlsəfi fikir tarixində son dərəcə önəmli bir 

yer tutan bir fikir cərəyanıdır. Nəqşibəndiliyin əsası Həzrət Peyğəmbərə, Həzrəti-

Əbu  Bəkrə  və  Həzrəti  Əliyə  dayanır.  “Silsileyi-şərif”  və  ya  “altun  silsilə”  adlanan 

şəcərələr  nəqşbəndiliyin  əsasında  duran  şəxsiyyətlərin  adlarını  tarixi  ardıcıllığa 

əsasən sadalayır.

Seyid Nigari:

Nəsli İsmailsən, əsli-ərəbsən,

Ali-Məhəmmədsən, alinəsəbsən.

Müntəxəbsən, silsileyi-zəhəbsən,

Ey Seyyid Nigari, ey Qarabaği!

Bu təriqətin əsasını qoyan Bəhaüddin Nəqşbənd 1318-ci ildə Buxara ətrafında 

“Qəsri-Arifan” adlı bir yerdə dünyaya gəlmişdir. Təriqət zənciri Yusif Həmədaniyə 

yetişən  bu  vəli  Seyid  Əmir  Külalə  mürid  olmuşdur.  Çoxlu  kəramətləri  olmuşdur. 

12  il  Buxara  mədərsələrini  öz  əli  ilə  silib-süpürmüşdür.  (1388-ci  idə  dünyasını 

dəyişmişdir. Nəqşbəndilikdə xəfi zikrə üstünlük verilirdi.

Əlhəmdülillah, Əlhəmdülillah

Söylər vücudim təmamən Allah.

Görsəm bir bəla zikrim hüveyda.

Əlhökmülillah əlhökmülillah.

Əlhəmdülillah Fikrimdir Allah,

Fikrimdir Allah, əlhəmdülillah.

Könlümdə valalh diladari-dilxah.

Dildari dilxah könlümdə vallah

Zikrimdir Allah hər bir məhəldə,

Hər bir məhəldə zikrimdir Allah.

Nəqşibəndliyin 11 əsası var. 1. Huş dər dəm. 2. Nəzər bər qədəm. 3. Səfər dər 

vəətən 4. Xəlvət dər əncümən. 5. Yadkərd. və s.

Salik təmiz paltar geyinərək üzü qibləyə oturur, iyirmi dəfə istiğfar, bir Fatihə, 

3  İxlas  oxumalı,  səssiz  olaraq  Allahı  müəyyən  bir  sayda  anmalıdır.  Bundan  əlavə 

toplu şəkildə 25 istiğfar, yetmiş doqquz “İnşirah”, min bir ixlas, 7 Fatihə, 100 salavat 

oxunur ki bu da “Xətmi-Xacəgan” adlanır.

Seyid Mir Həmzə Nigarinin mənsub olduğu nəqşbəndi təriqətinin nümayəndələri 

Mövlana  Cəlaləddin  Rumi  yaradıcılığına  böyük  rəğbət  bəsləmişlər.  Bəhaüddin 

Nəqşbəndin xəlifələri olan Məhəmməd Parsa, Yəqubi Çərxi Mövlananı çox sevər, 

məclislərində  onun  şeirlərini  oxuyardılar.  Daha  sonra  nəqşbəndi  şeyxi  Murad 

Molla hətta bir “ Darül-Məsnəvi”(Məsnəvi evi) tikdirmiş və orada Məsnəvi əsərinin 

oxunması, tədrisi və şərhi ilə məşğul olmuşdur. Əyyub Nişançı Nəqşi dərgahının 

şeyxi  Kəşmirli  Şeyx  Murad  da  dərgahın  kənarında  tikilən  “Darül-Məsnəvi”də 

“Məsnəvi” oxutdurardı. Mövləvi silsiləsinin eyni zamanda Yusif Həmədaniyə yetişdiyi 

haqqında rəvayət, mövləvilərin də nəqşbəndilər kimi on bir əsasa söykənməsi bu 

iki təriqət arasında yaxınlığln yaranmasına səbəb olmuş, bir çox nəqşbəndi şeyxləri 

həm də Mövləvi olmuşlar. Hətta nəqşbəndilər arasında belə bir qənaət mövcud 

olmuşdur ki, Mövlananın “Divani-Kəbir”ində Xacə Bəhaəddin Nəqşbəndin dünyaya 

gələcəyi  müjdələnmişdir.  Zənnimizcə,  bu  fikir  Mövlana  Cəlaləddin  Ruminin 

divanında dəfələrlə “nəqş”, “Nəqqaş”, “nəqşgir”, “nəqşbənd” sözlərindən təsəvvüfi 

məcaz  kimi  istifadə  etməsindən  qaynaqlanmışdır.  Hətta  divandakı  bir  qəzəlində 

“nəqşbəndan”(nəqşbəndilər)  sözünü  də  işlətmişdir:  “To  nəqşe-nəqşbəndanra  çe 

dani”? (Sən nəqşbəndilərin nəqşini nə biləsən)!



Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə