Iii. Uluslararasi



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə7/318
tarix14.12.2017
ölçüsü6,81 Mb.
#15593
1   2   3   4   5   6   7   8   9   10   ...   318

17

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

Bu  şeirdə,  və  ümumiyyətlə  Nigari  yaradıcılığında  saqi,  şərab,  sürahi,  cam, 

meyxanə kimi sözlər müstəqim mənada olmayaraq, tamamən təsəvvüfi anlamda 

işlənir.  Saqi,  ərəbcə  su  paylayan  deməkdir,  fəyyazi-Mütləq.  Ilahi  feyzlər  mənbəyi 

olan Allah Taalanın camalı, mürşid mənasında işlədilir. Saqiyi-əzəl dedikdə Haqqın 

özü nəzərdə tutulur. Saqiyi-Kövsər dedikdə, Peyğəmbərimiz Məhəmmədi-Mustafa, 

Həzrəti-Əli də nəzərdə tutulur. Meyxana, meykədə isə bu ilahi feyzlərin məkanı, 

mürşidin dərgahı, ilahi sirlərin açıqlandığı bir məqam kimi verilir. Aşiqlər burada 

vəhdət  şərabı  içir,  ilahi  nurla  Haqqın  camali  gözəlliklərinin  seyrinə  dalaraq  məst 

olurlar. Onu da qeyd edək ki, Nigarinin şeirlərinin oxunduğu məclislərin də meyxana 

adlanması bu anlamdadır. Bu meyxanədə qeybi sirlər açılır, qeyri-adi hadisələr baş 

verir:


Meyxaneyi-qeybətdən yüz nazilə bir dildar

Bipərdə zühur etdi, kəşf eylədi bir əsrar.

Maraqlıdır ki, normal halında olarkən

Mir Nigari, gedə başım əgər,

Eyləmərəm şəm tək ifşayi-raz-

Hifz eylə rümuzatı, rəhm et özünə, ey dil,



İzhari-xətadəndir, kəşf eyləməgil əsrar.

Tərk etdilər əzmarı, kəşf etdilər əsrarı,

Nahəq degil olması, Həllaclərin bər dar!

 deyən Nigari də ilahi vəcd məstlik halında olan zaman bəzən dilindən demək 

istəmədiyi sirrlər də süzülür:

Məst olmasam, əsrarı hərifanə deməzdim,

Dilbər xəbərin böylə dəliranə deməzdim.

Gər qüdrətim olsaydı, nihan etməgə bir dəm,

Dildar sözün rəqs ilə məstanə deməzdim(4,371

Bəzi  qəzəllərindəki  təkrirlər,  oynaq  ahəng  və  intonasiya  bu  qəzəllərin  səma 

məclisi üçün yazıldığını bildirir:

Şərabi, şərabi, bequyəm, bequ,

Beyavər, beyavər, kəbabəm, kəbab.

Pey apey, peyapey əta kon, əta,

Dəmadəm, dəmadəm, şəv əndər səvab. 

(Şərab ver, şərab ver, mən deyim, sən de,

Kabab ver, kabab ver, kabab ver kabab.

Durmadan, durmadan əta et, əta,

Dəmadəm, dəmadəm savab et, savab). 

Bu  elə  bir  şərab  məclisi  idi  ki,  oradakı  şərab  dilsiz-dodaqsız  içilir,  camsız, 

peymanəsiz süzülürdü:

Badəsiz, peymanəsiz hər ləhzə nuşanuşluq

Saqiyi-ruzi-əzəl, qalu bəladandır” sana.

Lövheyi-sinəndə, ey Seyyid Nigari, dəmbədəm

Biqələm nəqqaşlıq məşqi-Bəhadəndir sana.

Nigari  Haqqın  gizli  sirərindən  xəbərdar  olanlardan,  bu  sirrlə  qəlbi  dolu  qan, 

bağrı  yaralı  yaşayan  fədakar  aşiqlərdən  idi,  sevgilinin  sirlərini  gizli  tutaraq  onu 

naməhrəm gözlərdən qoruyan həqiqi dostlardan idi.

Nigarəm xəfi ba mən əsrar qoft,

Vəli, kətme-anra betəkrar qoft.




18

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

Bequyəm çe başəd əgər quyəməş,

Məqamət, məqamət səri dar-qoft.

Beqoftəm ki qoftənd anra, qoft:

Ke Həllac qoft, bəri-dar qoft.

Şair digər bir qəzəlində bu hadisəyə işarə edərək yazırdı:

Karəş besəre-dare-həqiqət beşod axer,

Həllac ke əz daireyi-kətm birun şod.

Bu “daireyi-kətm” ifadəsi ilə şair Peyğəmbərin bir hədisinə işarə edir.

Kim  eşqini  qəlbində  gizləyərək  ölürsə.  Şəhid  olur.  Peyğəmbər  (s.ə.v)  belə 

buyurmuşdur:مَنْ عَشِقَ وَعَفَ  وَمَاتَ مَاتَ ش

َ هِيدًا Bil və agah ol, nəbəvi hədisin mənasını 

anla. Peyğəmbər sözünü yaxşı oxu, qəlbinlə dərk et. Və əgər bu müamilələr olmasa, 

heç kəs fənayi-əfalın nə olduğunu bilməz. Və بااکتمان sözü və onun daşıdığı 

məna  təhqiq  əhlinin  nəzərində  örtmək,  gizləmək,  yəni,  batil  sifətləri  qəlbində, 

içində  boğub  məhv  etmək,  özündən  uzaqlaşdırmaq,  təzahür  etdirməməkdir.  O 

zaman ki, Haqqın təcəllası bəndəyə əta olunar. O təcəllilər bəndəyə görünər, zühur 

edər, batil sifətləri yox edər. Kim ki, batili özündən uzaqlaşdırar, Haqq olar”( Seyid 

Yəhya, Çorum).

Nigari də belə Haqq olan, batildən uzaqlaşan qullardan idi:

Əhli-sövda ola gər bər dar, əsla nasəvab

Söyləməz illa “Ənəlhəqq”, “Ənəlbatil” deməz!

Şair özünü də qorxmadan eşq meydanına girən Tanrı ərlərindən hesab edir, 

“Ənəlhəq” deyən Həllac Mənsurun səsinə səs verirdi:

İbn Mənsur “Ənəlhəqq” demədi tənha, tək,

“Rəbbi ərni” sözünü söyləmədi Musa tək.

İgnəsin rişteyi-Məryəmdən üzənlər çoxdur,

Girmədi aləmi-təcridə həmin İsatək.

Eşq səhrasını hər ləhzə hümayi-könlüm

Təkü tənha dolanır Ənqa tək.

Seyid Nigariyə görə, eşqi inkar edən kəsin din-imandan əsla xəbəri yoxdur:

Münkiri-sevda ze dino iman nədarəd xəbər,

Hər ke midarəd hedayət, dər deləş inkar nist (Nigari, Fars Divanı, 1329:25).

(Sevdanı inkar edən, din və imandan xəbəri yoxdur,

Hər kim ki hidayət əhlidir, onun qəlbində inkar olmaz). 

Şairin fikrincə, bir eşqə giriftar olmadan, Yaradanda ötrü yaradılmışı sevmədən, 

Allahın inayət və mərhəmətindən nəsibini almaq mümkünsüzdür:

Kəməndi-zülfün, ey büt, olmayan hər dəm giriftarı,

Ləfi-xusrin diyarında gəzər həsrətzədə nasud.

Burada, “Qurani-kərim”dəki Əsr surəsinə işarə edilir.

Ümumiyyətlə, Nigari hər bir qəzəlində bir və ya bir neçə Quran ayəsi üzərində 

qurur, onu təbi bu ayənin irfan çeşməsindən qaynaqlanaraq çağlayır, ilahi mənalar 

saçırdı.  Ona  görə  də  şair  hərzə-hədyan  sözləri  ilə  Haqq  aşiqlərini  ittiham  edən 

vaizlərə üz tuturaq, “Sözün varsa sən də mənim kimi Quran hikmətləri ilə danış, 

fikrini Quranla əsaslandır, ya da sus” – deyirdi:

Söylərsən əgər, söylə, bürhan ilə, ey vaiz,

Təyid elə göftarın Quran ilə, ey vaiz!

Vəz eyləmə, söylənməz irfanilə. əmma kim.




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə