Iii. Uluslararasi



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə8/318
tarix14.12.2017
ölçüsü6,81 Mb.
#15593
1   ...   4   5   6   7   8   9   10   11   ...   318

19

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

Ərbabi-dilə dəgmə, hədyanilə, ey vaiz!

Bimənidir əqvalın, zira ki nədir qalın,

Öz halı ilə məşğul rindan ilə, ey vaiz?

Al daməni-sövdanı, tərk eylə bu hədyanı.

Ta könlün ola məmlu iman ilə, ey vaiz!

Suzaneyi-sövdayəm, vəhm eyləməzəm, söylə.

Neylər bana, karım nə, niranilə, ey vaiz!

Şairin  fikrincə  aşiqlər  eşq  dərdi  ilə  elə  yanıb  yaxılıblar  ki,  artıq  cəhənnəmlə 

onların heç bir işi qalmamışdır. Həqiqi aşiq nə cənnət təmənnasında olar, nə də 

cəhənnəmdən qorxar. Onun qəlbi. Ruhu yalnız İlahi Sevgilinin xəyalı ilə məşğuldur.

Nigari Dərd və eşq şairidir. Təsəvvüfdə dərd insanı kamilləşdirən, onun ruhunu 

paklaşdıran ən böyük bir vasitədir. Dərd insanda Tanrı əmanətidir. Yalnız həqiqi bir 

eşqlə sevən insan əsl dərdin nə olduğunu anlayır. Nigaridə də bu baxımdan dərd və 

eşq atributları daim qoşa işlənir:

Görüm bidağ bu aləmdə adəm olmasın yarəb,

Dağılsın nöh fələk, bimehr aləm olmasın, yarəb!

Şairin könlü “lə təxəf”, “Lə təqnətu” müjdəsi ilə çırpınır, ixlas əhli olduğu üçün 

Allahın sonsuz lütf və mərhəmətinə sığınırdı.

Səvfəti-peymanədəndir könlümün safiyyəti,

Badeyi-ixlasdəndir saf iman olduğum.

Nigari dünyada ikən Haqqa qovuşan seçkin insanlardan olduğunu bildirirdi:

Müşkül degil üqbadə nəzərbazlıq əmma

Dünyada nəzər arizi-dildarə hünərdir.

Bunun üçün varlığını fənaya verməli, cananı üçün canını tərk etməlidir:

Bin taət ilə vaiz irdiyi məqamatın

Mənzillərini bir dəm biz eşq ilə teyy etdik.

Gər istər isən anıı, tərk eylə şirin canı, 

Ey Mir Nigari biz, tərk etdik, ana yetdik.

Leyli-Məcnun məsələsi...

Taqətim yox görməgə, yoxsa nəzər qılmazmıdım,

Dəmbədəm baxmazmıdım, seyri-üzar etməzmidim?

Şairin yaradıcılığında Dörd Dost- dörd xəlifəyə hörmət və məhəbbət və Əhli-

Beytə sonsuz, bitib tükənməyən sevgi vardır:

Fəridi-karzarəm, ey mübariz, mərdi-meydanəm,

Ki carubkeşi-kəmtər qulami-şahi-mərdanəm.

Mühibbi-çar yarəm, Kəbeyi-ixlasəm, ey hasid,

Zərə verməz kinin, zira, həsindir çar ərkanəm.

Əmirəm, seyyidəm, şir ibn şirəm, ali-Zəhrayəm,

Həbibi-ali-Haşim, düşməni-övladi-Süfyanəm”

Şair bu şeirində də məşhur “Siz bir tərəf, biz bir tərəf” rədifli şeirində olduğu 

kimi, təvəlla və təbərra məslələrini qabarıq ifadə edirdi.

Şair “Nigarnamə” əsəri də başdan başa təsəvvüfi yolçuluqda salikin keçirdiyi 

halları ifadə edir.

 Əsərd Məşhur “Məntiqüt-Teyr” əsərində Şeyx Sənan əhvalatını geniş şəkildə 

təsvir  edən  Əttar  bu  hekayə  ilə  insanın  mənəvi  inkişaf  yolunda  eşqin  rolunu, 

günah və tövbə anlamlarının təsəvvüfi mahiyyətini açıqlayır. Seyid Nigari də Şeyx 

Fəridəddin Əttar kimi bu hadisəni ilahi bir hikmət kimi səciyyələndirir:

Vəqti ki irişdi lütfi-Rəhman



20

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

Tərsabeçəyi edə müsəlman,

Bir zərrə təcəlli ol rüxündən,

Bir şəmmə şəmimeyi-gülündən

Tərsabeçə üzrə qıldı izhar, 

Ta Şeyxi edə ana giriftar(2,177).

Şeyxin  xristian  qızında  görüb  aşiq  olduğu  İlahi  Hüsnün  bir  təcəllisi  idi.  Şeyx 

Sənan  da  bu  təcəllinin  arxasınca  gedərək  var-yoxunu,  bütün  dünyanı  unudur, 

küfr və iman onunçün eyni olur. İlahi eşq badəsini içərək özündən xəbərsiz olur. 

Mütəsəvviflərə görə elm və ibadətlə Allah Taalanı dərk etmək mümkün deyil. İnsanı 

Allaha yaxınlaşdıran başlıca yol Eşqdir. Eşq əzablarında yanıb-yaxılan aşiq bütün 

dünyəvi  çirk-pasdan  təmizlənir,  ilahi  nura  qərq  olur.  Xaliqlə  məxluq  arasındakı 

pərdə və maneələr yalnız eşq atəşi ilə yanıb kül olur. 

Şair əsərdə aşiqin süluka qədəm qoymasını “Divaneyi-sevdanın səfəri-iştiyaqi və 

canibi-məramə mütərahi olması” başlığında təsvir edir. Mənəvi inkişaf yoluna girən 

aşiq ilk olaraq tələb vadisinə qədəm qoyur. Əksər təsəvvüfi əsərlərdə olduğu kimi, 

“Nigarnamə”də də Haqq aşiqinin mənəvi yolçuluğu yeddi mərhələdən ibarətdir. 

Şeyx Fəridəddin Əttarın “Məntiqüt-Teyr”, Seyid Yəhya Bakuvinin “Şərhe-məratibe-

qülub”, “Həft məqam və çehel-mənazil” və s. əsərlərdə, eləcə də Füzulinin “Leyli 

və  Məcnun”  əsərində  aşiq  tələb,  eşq,  mərifət,  tovhid,  heyrət,  istiğna,  fəna-bəqa 

mərhələlərini qət edərək Həqiqətə yetişir. 

“Nigarnamə”əsərində  şair  hər  mərhələyə  uyğun  qəzəllərlə  salikin  keçirdiyi 

halətləri ifadə edir. Tələb səhrasına çatan aşiqin yaşantıları “Bərayi-tərğibi qəzəli-

tələbi” adlandırılan qəzəldə öz əksini tapır:

Səbr eylə, dela, səbr et, səhrayi-tələbdir bu,

Şahrahi-məhəbbətdir, sevdayi-Çələbdir bu!(2, 297)

Şövq  və  eşq  səhrasında  isə  salikin  dilindən  “Bərayi-təşviqi  qəzəli-şövqi” 

adlandırılan qəzəl verilir:

Seyr eylə, dela, seyr et, səhrayi-məhəbbətdir,

Gər əvvəli atəşdir, əmma sonu cənnətdir(2, 308).

Şeyx Fəridəddin Əttarın “Məntiqüt-Teyr” əsərində olduğu kimi, bu əsərdə də 

eşq vadisinin əsas atributu atəşdir. Aşiq bəlalarla dolu eşq səhrasında məhəbbət 

atəşi ilə yanıb-yaxılır.

Mərifət  səhrasına  qədəm  qoyan  aşiqin  əhvalına  uyğun  olaraq  “Qəzəli-ürfi” 

verilir:

Saz eylə, dela, saz et, sazın sana meydandır,

Meydani-dilaradır, cövlangahi-irfandır.

Tərk eylə inü anı, sərf eylə şirin canı,

İrfanına vacibdir, natiq ana Qurandır(2,317).

İrfan  mərhələsini  sonunda  “Aşiqi-şeydanın  səhrayi-mərifəti-bitayə  vüsuli” 

başlığı altında bu səhranın çətinlikləri, aşiqin əzabları təsirli bir dillə təsvir edilir:

Bu nar ilə yandı canım, Allah,

Sönmədi, usandı canım, Allah!(2,318)

Aşiqin bu halında məşuq ona səbrli olmağı tövsiyə edir. Səbr ilə çətinlər asan 

olur. Insan səbr ilə kamala yetişir.

Mərifət səhrasından sonra aşiqin önünə istiğna səhrası çıxır. Bu hissədə “Qəzəli-

stiğna” adlı qəzəl aşiqin əhval-ruhiyyəsini təsvir edir:

Naz eylə, dela, naz et, səhrayi-stiğnadır,

Kəşf eylə, müəmmadır, gör kim bu nə mənadır!(2,327)



Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə