Iii. Uluslararasi



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə6/318
tarix14.12.2017
ölçüsü6,81 Mb.
#15593
1   2   3   4   5   6   7   8   9   ...   318

15

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

Nəqş və nəqqaş sözləri Mövlana Cəlaləddin Rumidə olduğu kimi, Seyid Nigari 

yaradıcılığında da xaliq və məxluq, Aləmi-Küll və aləmi-cüz münasibətlərini ifadə 

edir. Nəqş Allah Taalanın xəlq etdiyi gözəlliklər anlamına gəlir. Kamil aşiq nəqşə 

deyil, Nəqqaşa nəzər etməlidir. Şair bir tərcibəndində bu mənanı ifadə edərək yazır:

Ədnayə nəzər eyl əmə, əlayə nəzər qıl,

Əmvacə nəzər eyləmə, dəryayə nəzər qıl,

Tərk eyləgil əxtərləri, bir ayə nəzər qıl,

Gir aləmi-sövdayə, hüveydayə nəzər qıl,

Allahı sevər, aç gözü, Mövlayə nəzər qıl.(4,665) Şair vəhdəti-vücud fəlsəfəsinə 

uyğun olaraq hər yerdə, hər əşyada Allahın nurunu görürdü:

Pərtove ruye-to əst, hər çe boləndəsti pəst,

Yəni ke ərzo səma xali ze to nist ca (Nigari, fars Divanı, 1326:7).

(Sənin camalının nurudur uca, alçaq – nə varsa dünyada,

Yəni ki yerdə və göydə sənin olmadığın yer yoxdur.

Nigarinin  yaradıcılığında  vəhdəti-vücud  fəlsəfəsi  çox  önəmli  yer  tutur.  Şairin 

fikrincə  hər  bir  yaradılmış,  Allahın  yaratma  gücünü  əks  etdirdiyinə  görə  sevgiyə 

layiqdir.  Bütün  yaradılmışların  ən  kamili  olan  insanı  sevməmək  isə  şairə  görə 

dinsizlikdir. İnsan üzünü Allahın təcəlligahı hesab edən şair onun üzündə Qurani-

Kərimi, ayrı-qyrı cizgilərində isə Quran ayələrini görürdü:

Qaşını bəsmələ, rüxsarını Quran oxuruz,

Hikmətül-eyn gözün, ləbini təbyan oxuruz.

Və ya 

Ol müshəfi-rüxsarın şirazəsidir kakil,



Xət cədvəlidir, əbru, cədvəlkeşi-Qurandır!

Nigari  Divanı  başdan-ayağa  ilahi  eşqi,  bəşəri  duyğulardan  arınmış  həqiqi 

duyğuları ifadə edir. Bu divanın poetikası ənənəvi divanlardan çox fərqlidir. Əksər 

Şərq divanlarında şairin əsas silahı sözdür. Sözün müxtəlif çalarları, deyimlər, obrazlı 

ifadələr,  zəngin  qafiyə  və  bitkin  vəzn  kompozisiyası  mənanın  qüvvətlənməsinə, 

daha gözəl şəkildə oxucuya çatdırılmasına xidmət edir. Nigaridə isə, söz sanki ikinci 

plandadır. Şairin Haqqdan gələn təbi dilsizlik dili ilə mənanı çatdırmağa nail olur. 

Bu  divandakı  poetik  nümunələrdə  sözlərin  deyil,  səslərin,  melodiyanın  mənanı 

ifadə etməkdə üstünlük təşkil etdiyini görürük. Şairin ilhamı bitib-tükənməz qeyb 

xəzinələrində gəldiyi üçün o artıq öz ilhamını idarə edə bilmir, təbi coşqun bulaq 

kimi qaynayaraq daşır.

Eyni sözləri Nigarinin Fars Divanı haqqında da demək olar.

Bedeh ey saqi, zan mey, mişəvəd rahi çenan mədhuş,

Nomayəd fərq yeksan, minomayəd bəhr sahelha.

(Bilmirəm. haradan gəlir bu sirlər ürəklərə,

Bu necə sirlərdir ki onunla müşküllər həll olur.

Ey saqi, elə bir mey ver ki, mədhuş etsin(dəhşətlərə salsın)

Bütün fərqləri, fərqlilikləri yox etsin, sahilləri də dəniz kimi göstərsin).

Şair  saqidən  elə  bir  vəhdət  şərabı  istəyir  ki,  bütün  fərqlilikləri  eyni,  bərabər 

göstərsin, dəniz və sahil, var və yox, isti və soyuq, az və çox, mən və sən – bir sözlə, 

insanı insandan ayıran bütün fərqliliklər və ziddiyyətlər ortadan qalxsın. Şair saqidən 

insanı öz mənliyindən uzaqlaşdıran, ruhunu cisimdən ayıran bir şərab istəyir:

Badeyi dər dəh ki, mizayəd lətif,

Çon rəvani-bibədən əcsam ra.

(Mənə elə bir badə ver ki



16

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

Cisimləri də lətif ruha çevirsin)

Şair  vəhdəti-vücud  fəlsəfəsinə  uyğun  olaraq  hər  yerdə,  hər  əşyada  Allahın 

nurunu görürdü:

Pərtove ruye-to əst, hər çe boləndəsti pəst,

Yəni ke ərzo səma xali ze to nist ca.

Şair  Həzrəti-Əlini  və  Nəqşibəndi  öz  mənəvi  mürşidi  hesab  etdiyini  dəfələrlə 

vurğulayır:

Ta ke bequyəm saməd, xovf nədarəm əbəd,

Xovf nəbaşəd be an kəs ke şəvəd ba Xoda.

Saxteəm mənzili dər nəzəre-Şiri-Həqq,

Çonke əminəst in barigahe Lafəta.

Həşməte-Kavus Key, şövkəte-xaqan çenin,

Səltənəte Qeysər əst, xidməte-şahe-Bəha.

Şair, Bəhaəddin Nəqşibəndin dərvişlərindən olduğunu bildirir, bəzən də özünün 

“Nəqşibənde-Sane “ olduğunu bildirir.

Divan “Saqi” rədifli iki qəzəllə başlayır. Bundan sonra, türk Divanında olduğu 

kimi,  iki  Eşq,  iki  də  Hüsnə  aid  qəzəl  verilir:  “Ey  eşq  (ruhların)  cilası  səndən  hasil 

olur; Ona görə də qəlb də mücəlla olmuş, cilalanmışdır; Ey eşq, (qəlbimin) kamı 

səndəndir, sənsiz; Əsla əqsa, qüdsi məram hasil olmaz!..Ey eşq, müşküllərin həlli 

səndəndir; Səninlə müəmmalar açılar, həll olar; Ey eşq, səninlə Nigari kamil; Olur ki, 

tayı-bərabəri olmayan məcnun ola”.

Digər  qəzəl  də  bu  məzmundadır:  ”Eşqdəndir,  müqəddəs  kam,  ilahi  arzular; 

Eşqdəndir aləmi bəzəyən, nurlandıran vüsallar! Eşqdəndir batil olmayan xəyallar; 

Eşqdəndir Mövladan qeyri hər şeydən xilas olmaq, qurtulmaq! Eşqdəndir tilsimlərin 

açılışı;  Eşqdəndir  müəmmaları  həlli!  Eşqdəndir  gireh-gireh,  (düyün-düyün) 

açılmalar;  Eşqdəndir  xəfi-xəfi(gizli-gizli)  hüveyda!  Eşqdəndir  hasil  mütləq  fəna; 

Eşqdəndir hasil xas bəqa! Eşqdəndir dərdlilərin dərmanı; Eşqdəndir sevda əhlinin 

rəvanı! Eşqdəndir ləfzdən, sözdən qurtuluş; Eşqdəndir Nigarinin məna olması”!

Hüsn  dedikdə  Nigari  İlahinin  Mütləq  Gözəlliyini  nəzərdə  tutur.  Şair  dünyaya 

meyl etməmək, onun nemətlərinə uymamaq, könül güzgüsünü fəna tozlarından 

arındırmaq, Allahdan başqasına bağlanmamaq və s. ideyaları təbliğ edir. Nigariyə 

görə sufilik yun(suf, pəşminə) libas geyməkdə, hətta gecə-gündüz ibadət etməkdə 

deyil. Çünki insan qəlbi Haqqın təcəlla etdiyi müqəddəs bir məkandır. Allah yalnız 

bəndənin qəlbinə baxar, bu qəlbdəki ixlas və səmimiyyət hər şeydən önəmlidir:

Saf et dili, zira ki, nəzərgahi-Xudadır,

Qəlbə baxar ol, ki seyi-pəşminəyə baxmaz.

Şairin  divanlarındakı  şeirlər  yüksək  hiss-həyəcan,  dərin  təsəvvüfi  ruh,  yüksək 

poetik  xüsusiyyətləri  ilə  diqqəti  cəlb  edir.  Şeirlərin  əksəriyyətində  təkrir  poetik 

fiqurundan istifadə olunur.

 Şeirlərdəki dərin emosionallıq, güclü pafos və alliterasiya, Qurani-Kərimdəki 

ayrı-ayrı  ayə  və  surələrin  sıx-sıx  verilməsi,  Quran  qissələrinə  edilən  işarə  və 

təlmihlər, eləcə də onların şərhi və açıqlamalarınının verilməsi bu Divanın Mövlana 

Cəlaləddin  Ruminin  “Divani-Şəms”  və  ya  Divani-Kəbir”  adlandırılan  möhtəşəm 

Divanına bənzədir. 

Mövlananın “Emşəb” rədifli qəzəli ilə eyni rədifdə olan və bənzər əhval-ruhiyyəni 

ifadə edən qəzəldə şair səma məclisindən bəhs edir:

Allah, Allah, çe əcəb zobdeyi-şaməst emşəb,

Saqi dər cilve, sürahi bexuraməst emşəb.



Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə