İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə83/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   79   80   81   82   83   84   85   86   87

İnfeksion  bronxit  yüksək  kon- 
tagioz  xəstəlikdir.  Proses  tənəffüs 
orqanlarından  əlavə  reproduktiv 
orqanlarda da gedir. Yumurta məh­
suldarlığı  aşağı  düşməklə  bərabər 
yumurtanın  forması  və  keyfiyyəti 
də dəyişir. Virusoloji müayinə əsa­
sında  koranoviride  ailəsinə  mən-
Ş ə k ı i   1 3 .  R e s p i r a t o r  
s u b  
olan virus aşkar edilir,
m i k o p l a z m o z l a   x ə s t ə   q u ş  
±  r ,  .
 
.
infeksion larınqotraxeyıt zama­
nı iltihab qırtlaq və traxeyada gedir. 
Burada  xüsusi  tıxacın  əmələ  gəlməsi  nəticəsində  ölüm  çox  vaxt 
boğulmadan baş verir.  Virusoloji müayinənin nəticəsi  əsasdır.
Aspergillyoz  keyfiyyətsiz  yemlərdən  istifadə  edən  zaman 
baş  verir.  Həzm  və  tənəffüs  orqanlarının  zədələnmələri  ilə  bə­
rabər  həm  də  yaşlı  quşlarda  sinir  pozğunluğu  əlamətləri  qeyd 
olunur.  Yarma  zamanı  daxili  orqanlarda,  xüsusilə  respirator  or­
qanlarda  çoxlu  miqdarda  düyünlü  törəmələr  müşahidə  edilir. 
Mikoloji  müayinənin  nəticəsi  əsas  hesab  edilir.
M ü alicə. 
Xəstəliyə  qarşı  spesifik  müalicə  vasitəsi  yoxdur. 
Yüksək  təsir  dairəsinə  mənsub  olan  antibiotiklər  (xlortetrasik- 
lin,  streptomisin,  oksitetrasiklin,  eritromisin)  işlədilir.  Son  za­
manlar xəstə  quşların  müalicəsi  üçün  farmazin,  tilozin  fradizin, 
spektam  sınaqdan  keçirilmiş  və  yaxşı  nəticə  əldə  edilmişdir. 
Müalicə  vasitələrinin  qrup  şəklində  yemlə  və  aerozol  halında 
tətbiqi  daha səmərəlidir.  Askorbat eritromisin  məhlulunun  inku- 
basiya  yumurtalarına,  burada  təzyiqi  dəyişməklə  in  ovo  tətbiqi 
mikoplazmaların  inkişafını  dayandırır.
Eritromisinin  bu  üsulla  tətbiqinin  yaxşı  müalicəvi  səmərə 
verməsi  ayrı-ayrı  tədqiqatçılar tərəfindən  qeyd  edilmişdir.
İm m unitet. 
Xəstəliyi  keçinniş quşlarda infeksion  immunitet 
qeyd  edilir  İmmunoprofilaktika  məqsədilə  diri  və  inaktivləşdi- 
rilmiş  formal  vaksinlər  hazırlanmış,  ancaq  bunlar  geniş  tə­
sərrüfat sınağında  özünü  doğrultmamışdır.
328
P rofilak tik a  və  m übarizə  təd b irləri. 
Xəstəliyin  profilakti­
kası  təsərrüfatın  yoluxmasının  qarşısının  alınması  və  quşun 
ümumi  rezistentliyinin  yüksəldilməsini  təmin  edən  tədbirlərin 
cəm idən  ibarətdir.  Təsərrüfatlarda  quşlar  yaşından  asılı  olaraq 
qruplar  üzrə  saxlanmalı,  onların  yemləmə  və  saxlama  şəraitinə 
xüsusi  fikir  vərilməlidir.  Quş  binaları  və  müxtəlif avadanlıqlar 
müntəzəm  şəkildə 2%-li  isti natrium qələvisi  məhlulu  ilə dezin­
feksiya  edilməlidir.
Təsərrüfatda  xəstəlik  baş  verdikdə  məhtutlaşmalardan  istifa­
də  edilir.  Quşların  yoluxma  dərəcəsinin müəyyən  edilməsi  üçün 
seçmə üsulu  ilə 5-10% miqdarında quşlar seroloji reaksiyalarla res­
pirator  mikoplazmoza  görə  yoxlanmalıdır.  Xüsusilə  ana  qruplar 
yoxlanmalı  və bu yolla transovarial  yoluxma aradan götürülməli­
dir.  Kliniki  xəstə quşlar öldürülür və yandırlır, şərti  sağlam quşlar 
isə nəzarət altında ayrıca saxlanmalı, yumurta məhsulu alındıqdan 
sonra  bütün  qeyri  sağlam quş qrupu  kəsilməlidir.
Quş  peyini  və  yem  qalıqları  biotermiki  üsulla  zərərsizləşdi­
rilməlidir.  Yekun  dezinfeksiya  formaldehid  buxarları  ilə  hər  1 
m3-ə  20  ml  formalin  tətbiq  etməklə  aparılır.  Təsərrüfatda  tam 
şəkildə  sağlamlaşdırma  əldə  edildikdən  sonra  müəyyən  fasilə 
verilməli  və  sonra  yeni  sağlam  quş  qrupu  gətirilərək  saxlanma­
lıdır.  Təsərrüfata  gətirilmiş  inkubasiya yumurtaları  ayrı  inkuba­
torda  inkubasiya  edilməli  və  alınmış  cücələr  6  ay  müddətində 
təcrid  edilmiş  şəkildə  xüsusi  quş  sexlərində  saxlanmalı  və 
şübhəli  hallarda seçmə üsulu  ilə  seroloji  yoxlanmalıdır.
K oliqranulom atoz
Koliqranulomatoz  (Colicranulomatosis,  xyarre  xəstəliyi)  in­
feksion  xəstəlik  olub  əsasən  qaraciyərdə  və  korbağırsaq  divar­
larında,  bəzən  isə  digər daxili  orqanlarda  və  dəri  üzərində  spe­
sifik  qranulomaların  əmələ  gəlməsi  ilə  səciyyələnir.
T arix i  m əlum at. 
Xəstəlik  ilk  dəfə  1945-ci  ildə  İsveçdə 
Xyarre və Vramli tərəfindən quşlarda qeyd edilmişdir.  Sonradan
329
/


xəstəlik  əksər  Avropa  ölkələrində  və  ABŞ-da  müşahidə  edil­
mişdir.  Keçmiş  SSRİ-də  xəstəlik  1962-ci  ildə  T.P.Kudryavsevə 
tərəifndən  aşkar edilmişdir.
X əstəliyin  törədicisi. 
Əksər tədqiqatçılar xəstəliyin  törədici­
sini  E.coli  qrupuna  mənsub  olan  mukoid  formalı  bakteriyaların 
olmasını  göstərnmişlər.  Morfoloji  xüsusiyyətlərinə  görə  muko­
id  formalar demək  olar  ki,  E.coli -n in   tipik  formalarından  fərq­
lənmir.  Bunlar Qramla mənfi boyanan, anilin boyalarını  asanlıq­
la qəbul  edən,  xırda çöp  şəkildə olub  sərbəst hərəkətli  və hərə­
kətsiz  ştamları  qeyd olunur.
ƏPA-da  yuvarlaq  orta  hissəsi  basıq  ağ  rəngdə  koloniyalar 
yaradır.  Maye  qida  mühitlərində  az miqdarda  bulanma törədir.
E p izo otolo ji  m əlu m a tla r. 
Xəstəliyə  toyuqlar  dəstəsinə 
mənsub olan quşlar həssasdır.  Ən çox toyuqlar, nisbətən az hind 
quşları,  qırqovullar,  tovuz  quşları  yoluxur.  Cücələrdə  xəstəlik 
epizootiya  halında  getməklə  yüksək  dərəcədə  tələfat  törədir, 
yaşlı  quşlarda  isə  sporadiya  halında  müşahidə  edilməklə  xroni­
ki  gedir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  quşlardır.  Amilin  or­
qanizmə  daxil  olma  yolları  tam  öyrənilməmişdir.  Bir  qrup  təd­
qiqatçılar transovarial yoluxma yoluna üstünlük verir, digər qrup 
tədqiqatçılar  isə  alimentar  yoluxma  yolunun  əsas  olmasını  gös­
tərirlər.  Amilin  bağırsaq  şöbəsində  və  çinədanda  iltihab  törət­
məsi  axırıncı  fikri  təsdiq  edir.
P atogenez. 
E.coli  qrupuna  mənsub  olan  mikroorqanizmlər 
potensial  patogenliyə  malik  olmaqla  quşların  mədə-bağırsaq  si­
steminlə həmişə müşahidə edilir.  Bunların patogenlik qabiliyyə­
tinin  meydana  çıxmasında  bir  çox  faktorlar  böyük  rol  oynayır. 
Bu cəhətdən orqanizmin  ümumi  reaktivliyini  aşağı  salan  faktor­
lar xüsusilə qeyd  edilməlidir.
Əksər  tədqiqatçıların  məlumatlarına  görə  quşların  müvafiq 
zoogigiyeniki  şəraitdə  saxlanmaması,  yemləmənin  düzgün  apa-
330
rılmaması, yem  payında vitaminlər və  mineral  birləşmələrin  az­
lığı  xəstəliyin  baş verməsi  üçün  zəmin  yaradır.
Koliqranulomatozun  xarakterinə  əsasən  belə  bir  nəticəyə 
gəlmək  olar ki,  patoloji  proses  əvvəlcə  bağırsaqların  divarında, 
sonra  isə  qaraciyərdə  inkişaf edir.  Xüsusilə  qaraciyərdə  kəskin 
iltihabın  baş  verməsi  həmin  orqanda  funksiya  pozğunluqlarına 
səbəb  olur,  nəticədə  müvafiq  kliniki  əlamətlər meydana  çıxır.
G ed işi  v ə  kliniki  əla m ə tlə ri. 
Xəstəliyin  inkubasiya  dövrü 
dəyişkən olmaqla körpələrdə ümumi  zəiflik, pipiyin və saqqalın 
anemiyası  və  sianozluğu, bəzi  hallarda tənəffüsün çətinləşməsi, 
tüklərin  pırpızlaşması,  kloaka ətrafının çirkli  olması  qeyd  edilir. 
Quşların  duruş  vəziyyəti  bəzən  pinqvini  xatırladır  və  hətta  hə­
rəkət zamanı  həmin  vəziyyət dəyişmir.
Yaşlı  quşlarda  arıqlama,  yumurta  məhsuldarlığının  aşağı 
düşməsi,  görünən selikli  qişaların  anemiyası,  iştahın zəiflənm ə­
si,  bəzən  ishal  nəzərə  çarpır.  Xəstə  quşların  daxili  orqanlarının 
əllənm əsi  zamanı  onların  böyüməsi  müşahidə  edilir.
P atoloji-an atom ik   d əy işilik lər. 
Ayrı-ayrı  orqan və toxuma­
larda qranuloma və bəzən şişvari  törəmələr aşkar edilir.  Belə tö­
rəm ələr  ən  çox  kor  bağırsaqda  və  qaraciyərdə,  nisbətən  az  isə 
dalaqda, nazik bağırsaq  şöbəsində, böyrəklərdə, vəzili və əzələ­
li  m ədədə,  ağciyərdə və dəridə də görünür.  Bəzi  hallarda bu tö­
rəm ələr həm  də yumurta borularında, çinədanda, mədəaltı  vəzi­
də,  hava  kisələrində də  qeyd  olunur.
Xarici  görkəminə  görə  koliqranulomalar  tək  və  ya  çoxlu 
m iqdarda  şişvari  törəm ələr  halında  olmaqla  m üxtəlif 
böyüklükdə  nəzərə  çarpır.  Bu  törəmələrin  səthi  hamar,  həzən 
isə  nahamar  olmaqla  rəngi  açıq-bozdan  yaşılımtıl  sarıya  qədər 
dəyişir.
Bağırsaqda  törəmələr  əsasən  seroz  qişa  altında  müşahidə 
edilir.  Ancaq, onu da qeyd etmək lazımdır ki, bəzən zədələnmə- 
lər bağırsağın  digər qişalarını  də əhatə edir,  burada nekrotiki  il­


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə