İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

18 

 

həyatında bəzi imamların, məsələn, İmam Sadiqin (ə) Bəni-Üməyyə dövründəki, yaxud İmam Musa ibn 



Cəfərin (ə) həyatındakı kimi açıq və qətiyyətli etiraz əlaməti yoxdur. Səbəbi də bəllidir: dörd imamət 

dövrünün İmam Səccadın (ə) imamlığından başlayan üçüncü mərhələsinin əvvəllərində belə etirazçı 

hərəkətlər etsəydilər, Əhli-beytin məsuliyyətli və mühüm karvanı əsla istədikləri yerə çatmazdı. İmam 

Səccadın (ə) mahir bağbanlığı ilə suvarılıb yetişdirilən Əhli-beyt bağı hələ kifayət qədər 

möhkəmlənməmişdi, bu bağda ağır tufanlara tab gətirmək iqtidarında olmayan yeni ağaclar vardı. 

Söhbətin əvvəlində işarə vurduğum kimi, İmam Səccadın (ə) ətrafında Əhli-beyti sevənlərdən, ona etiqad 

bəsləyənlərdən və şiələrdən ibarət çox kiçik bir qrup vardı və həmin dövrdə Şiə təşkilatını idarə 

etməkdən ibarət ən mühüm vəzifəni daşıyan bu kiçik qrupu düşmənin qarşısına atıb məhv etmək 

olmazdı. 

 

                    Biz İmam Səccadın (ə) bu dövrünü Peyğəmbərin (s) Məkkədə dəvətə bağladığı dövrə, yəni 



hələ dəvətin aşkar formaya düşmədiyi bir neçə ilə bənzədə bilərik. Bəlkə də İmam Baqirin (ə) imamət 

dövrünü Məkkənin ikinci dövrünə, yəni dəvətin aşkar edildiyi dövrə, ondan sonrakı dövrləri də dəvətin 

sonrakı mərhələlərinə bənzətmək olar. Bu baxımdan açıq etiraz baş vermədi. 

 

                    İmam Səccad (ə) İmam Sadiq (ə), İmam Kazim (ə) və səkkizinci imam kimi sərt fikirlər 



səsləndirsəydi, ən qüdrətli çağında olan Əbdülməlik Mərvan asanlıqla Əhli-beyt təlimlərini qadağan 

edərdi və işə yenidən başlamalı olardılar. Bu, ağıllı və normal bir iş olmazdı, lakin bununla yanaşı, güman 

ki, İmam Səccadın (ə) həyatının və uzun imamlıq dövrünün axırlarına təsadüf edən sözləri arasında xilafət 

aparatına qarşı etiraz əlamətləri müşahidə olunur. 

 

                    Bu etiraz əlamətləri bir neçə formada idi. Bir forma adi dini təlimlər şəklində Əməvi 



xəlifələrinin mövqeyini bəyan edir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: "Həqiqətən 

Bəni-Üməyyə xalqa imanı öyrənmək üçün şərait yaratdı, şirki öyrənməyə isə mane oldu. Məqsədi bu idi 

ki, xalqı şirkə sövq edəndə onlar bunun şirk olduğunu bilməsinlər".[125] Yəni Bəni-Üməyyə xəlifələri din 

alimlərinin, o cümlədən imamların namaz, həcc, zəkat, oruc, ibadət, həmçinin tövhid və nübüvvət haqda 

danışmalarına, bu mövzularda ilahi hökmləri bəyan etmələrinə icazə verirdilər, amma cəmiyyətdə şirk 

anlayışına və onun nümunələrinə dair müzakirə aparmağa və xalqı bu cəhətdən maarifləndirməyə 

qoymurdular. Şirkə aid məsələləri xalqa öyrətsəydilər, onlar müşrik olduqlarını və Bəni-Üməyyənin onları 

şirkə sövq etdiyini bilərdilər; o saat anlayardılar ki, Əbdülməlik və digər Bəni-Üməyyə xəlifələri Allahla 

qarşı-qarşıya dayanmış tağutlardır və onlara itaət edənlər əslində şirkə bulaşmışlar. Buna görə də 

insanların şirkə aid məsələləri öyrənməsinə icazə vermirdilər. 

 

                    İslamda tövhid haqda bəhslərin mühüm bir hissəsi şirki və müşriki tanımağa aiddir; yəni büt 



nədir və bütpərəst kimdir. 


19 

 

 



                    Mərhum Əllamə Məclisi "Bihar əl-ənvar" kitabının 48-ci cildinin 96-97-səhifələrində yaxşı 

söz deyir. Buyurur ki, Quranda şirk ayələrinin zahiri, görünən bütlər haqdadır, batini və təvili isə zalım 

xəlifələrə, haqsız olaraq özlərini xəlifə adlandırıb İslam cəmiyyətinə hakim olanlara və hakimlik iddiasında 

haqq imamlarına şərik çıxanlara aiddir. Bu şərik çıxmağın özü Allaha şirkdir. Çünki haqq imamları Allahın 

nümayəndələridir, Allah tərəfindən danışırlar, zalım xəlifələr isə özlərini onların yerinə qoyaraq imamət 

iddiasında şərik çıxanlardır. Odur ki, onlar büt və tağutdurlar və onlara itaət edən hər bir kəs əslində 

müşrik olmuşdur. 

 

                    Əllamə Məclisi bunun ardınca maraqlı şərh verir. O, Quran ayələrinin yalnız həzrət 



Peyğəmbərin (s) dövrünə məxsus olmadığını, bütün dövrlərdə keçərli olduğunu vurğulayaraq buyurur ki, 

şirk sözü haqq imamlarının itaətindən çıxıb zalım rəhbərlərə itaət göstərən insanlara da şamil olur. Çünki 

onlar məsələn, Əbdülməlik kimisinin müsəlmanların hakimi və xəlifəsi ola bilmədiyinə dəlalət edən əqli 

və nəqli dəlillərdən üz çevirmiş olurlar.[126] Onlar aşkar dəlil və rəvayətlərdən üz çevirib öz nəfslərinə 

tabe oldular. İnsanlar görürdülər ki, hakimlərin zülmündən uzaq, başağrısız həyat onlar üçün daha 

rahatdır. Buna görə də həmin vəziyyətdə yaşayıb zalım rəhbərlərə tabe oldular və nəticədə şirkə 

yuvarlandılar. 

 

                    Bu baxımdan, imamların şirk məsələsini bəyan etmələri xilafət kürsüsündə oturanlara 



yarımgizli bir etirazdır. Bu, İmam Səccadın (ə) həyatında və sözlərində var. 

 

                    Bu etiraz nümunələrinə dair başqa bir misalı İmam Səccadla (ə) qüdrətli Əməvi xəlifəsi 



Əbdülməlik arasında gedən bəzi məktublaşmalarda müşahidə edirik. Mən buna dair iki nümunəni qeyd 

edəcəyəm: 

 

                    1. Bir dəfə Əbdülməlik İmam Səccada (ə) məktub yazıb azad etdiyi kənizi ilə ailə qurduğuna 



görə onu qınadı. Həzrət bir kənizini azad edib sonra onunla evlənmişdi. Əbdülməlik məktub yazıb imamı 

məzəmmət etdi. Təbii ki, imamın işi çox insani və dini bir iş idi. O, bir kənizi köləlikdən qurtarmış və sonra 

şərəfləndirərək öz həyat yoldaşı etmişdi. Bu çox insani və böyük bir işdir. Bu məktubu yazmaqda 

Əbdülməlikin məqsədi İmam Səccada (ə) etiraz əsnasında onun ailədaxili məsələlərindən də xəbərdar 

olduğuna eyham vurmaq və beləliklə onu üstüörtülü şəkildə təhdid etmək idi. İmam Səccad (ə) cavab 

məktubunun əvvəlində bildirdi ki, bu işin heç bir eybi yoxdur. Böyük insanlar və Allahın rəsulu da belə 

etmişdir. Bu baxımdan, qınaq yersizdir. Sonra bildirdi ki, müsəlman üçün heç bir rəzalət yoxdur, rəzalət 

cahiliyyətdir.[127] İmam ironiya ilə və çox ustalıqla ata-babalarının cahil keçmişini ona xatırlatdı. Demək 

istədi ki, cahil, müşrik və Allahın düşməni olan ailədən olanlar sizsiniz və rəzalət sizdə var. İnsan buna 

görə başıaşağı olmalıdır, müsəlman bir qadınla ailə qurduğuna görə yox. 




Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə