İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

12 

 

                    İmam Səccad (ə) qəbirdə imamət haqda soruşulacağını söyləyəndə demək istəyir ki, sənə 



düzgün imam seçib-seçmədiyin haqda sual verəcəklər: Sənə hakim olan və cəmiyyətini idarə edən şəxs 

həqiqətən imam idimi? Allah onun imamlığına razı idimi? O bu sözlə xalqın diqqətini bu məsələyə cəlb 

edir, xalqı oyadır, o zaman Bəni-Üməyyə rejiminin unutdurmağa çalışdığı imamət məsələsini moizə 

şəklində və ümumi müraciətlə insanların beynində canlandırır. Bu, İmam Səccadın (ə) çox sakit 

üsullarından biridir. Sonra sərt üsulları haqda danışacağıq. Buna əsasən, ümumi xalqa aid olan 

müraciətdə görürük ki, imamlar İslam təlimlərini, o cümlədən özləri nəzərdə tutduqları məsələləri moizə 

formasında xalqın beyninə salır və insanların bu məsələləri öyrənməsinə çalışırlar. 

 

                    Bu müraciətdə iki diqqətəlayiq məqam var: 



 

                    Biri budur ki, imamın ümumi müraciətində deyilən bu sözlər təlimat yox, xatırlatmadır. Yəni 

imam burada insanlara tövhid məsələsini incələmək, yaxud nübüvvət məsələsini izah etmək istəmir

bunu onlara xatırladır. Çünki o zaman Peyğəmbərin (s) dövründən hələ o qədər ötməmişdi ki, İslam 

etiqadları tamamilə dəyişsin və təhrif edilsin. O zaman Peyğəmbəri (s), ilk xəlifələri, böyük imamlarımız 

olan Əmirəlmöminini (ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) görmüş çoxlu şəxslər vardı. İctimai 

quruluş baxımından elə vəziyyət yaranmamışdı ki, insanlar tövhid, nübüvvət, yaxud məad və Quran 

məsələlərinə dair səhv fikirdə olsunlar və onlarda köklü təhrif yaransın. Bəli, yadlarından çıxmışdı, maddi 

həyat İslam düşüncəsinin, İslama etiqad və təmayülün tamamilə unudulmasına səbəb olmuşdu. 

 

                    Cəmiyyətdə dünyəvi və maddi amillər xalqı elə sıxırdı ki, həyatda mənəviyyatda və xeyir 



işlərdə yarışma imkanının olması ümumiyyətlə unudulmuşdu, heç kim bu barədə düşünmürdü. Bu 

sahədə öyrəndikləri yalnız zahiri və dayaz məsələlər idi. Bu cəmiyyətdə Peyğəmbərin (s) dövründə və ona 

yaxın zamanda mövcud olan təsəvvür, hiss və dərk yox idi. Bu dərkin yaranması üçün onu xatırlatmağa 

ehtiyac vardı. 

 

                    Sonrakı dövrlərdə, məsələn İmam Sadiqin (ə) dövründə isə belə deyildi. O zaman 



müsəlmanlar arasında çoxlu mütəkəllimlər, dırnaqarası filosof və mütəfəkkirlər peyda olub müxtəlif 

adlar altında böyük məscidlərdə, məsələn Mədinə məscidində, hətta Məscidül-həramda və Şam 

məscidində oturub azğın etiqad və fikirlərini tədris edirdilər. İbn Əbilövca kimi bir şəxs ateizmi tədris 

edir, buna əsaslar gətirirdi. Buna görə də İmam Sadiqin (ə) sözlərində tövhidin, nübüvvətin və bu kimi 

məsələlərin dəlillə bəyan olunmasını görürsünüz. Çünki rəqibin dəlilinə qarşı dəlil göstərməyə ehtiyac 

vardı. İmam Səccadın (ə) sözlərində isə belə bir şey yoxdur. O, İslam mövzularını əsaslı şəkildə bəyan 

etmək istəmir, yalnız xatırladır və işarə vurur: "Qəbirdə səndən tövhid və nübüvvət haqda soruşacaqlar". 

Bu, insanları oyatmaq, onlarda bu məsələyə qarşı maraq yaratmaq və unutduğunu yenidən xatırlatmaq 

üçündür. 



13 

 

 



                    Qısası budur ki, İmam Səccadın (ə) dövründə hətta hakimlər tərəfindən də İslam 

təfəkkürlərindən dönmədən xəbər verən bir şey yox idi. Düzdür, Yezidin bir şeiri bu baxımdan 

diqqətəlayiqdir. Əsirlər məclisə daxil olanda Yezid məst halda bir şeir oxudu. Şeirin məzmunu belə idi ki

Bəni-Haşim hakimiyyətlə oynayırdı, din və vəhy adlı bir şey yox idi.[118] Bu haqda demək olar ki, bir 

qələt etmişdirsə, məst halda etmişdir. Hətta Əbdülməlik kimilər də aşkar şəkildə tövhid və nübüvvət 

düşüncəsinə qarşı çıxmırdılar. Əbdülməlik Mərvan o qədər Quran oxuyurdu ki, Quran qiraətçilərindən 

biri kimi tanınırdı. Ona xəlifə seçildiyini bildirəndə Quranı öpüb dedi ki, mənim səninlə görüşüm qaldı 

qiyamətə. Həqiqətən də elə oldu, daha Qurana müraciət etmədi. Çox zalım olduğunu eşitdiyiniz və 

eşitdiklərinizdən də artıq zülmlər etmiş Həccac ibn Yusif minbər üzərində xütbə oxuyanda xalqı təqvaya 

çağırırdı. Buna əsasən, İmam Səccad (ə) İslam düşüncələrini xalqa xatırladırdı, onların fikrini maddi 

bataqlıqdan çıxarmağa, Allahı, dini və Quranı yada salmağa çalışırdı. 

 

                    İkinci məqam budur ki, qabaqca işarə vurduğum kimi, imam bu ümumi sözdə birdən-birə 



imamət məsələsi üzərində dayanır. Sanki şah rejimi dövründə bir nəfər sizinlə danışıb deyir ki, cənablar, 

Allah haqda düşünün, tövhid haqda düşünün, nübüvvət haqda düşünün, hakimiyyət haqda düşünün. 

Baxın, burada qeyd olunan imamətin mənası budur. Məlum məsələdir ki, şah rejimində hakimiyyət sözü 

təhlükəli sayılırdı. Kimsə xalqa "hakimiyyət haqda düşünün" desəydi, rejim bu söz üzərindən asanlıqla 

keçməzdi. Zahid və abid bir insan tərəfindən moizə şəklində bəyan olunanda isə çox da qıcıq yaratmır.   

                    İkinci qisim sözlər xüsusi qrupa müraciətdir. Kimə müraciət olması bilinməsə də, hakim 

rejimə qarşı çıxan bir qrupa müraciət olduğu anlaşılır. Onlar imamın davamçıları və Əhli-beyt 

hakimiyyətinin tərəfdarları idilər. 

 

                    Xoşbəxtlikdən, "Tühəf əl-üqul" kitabında İmam Səccadın (ə) belə sözlərindən bir nümunə 



qeyd olunmuşdur. Digər kitabları axtarsaq da, İmam Səccaddan (ə) bu azsaylı nümunələrdən başqa bir 

şey tapmaq mümkün deyil. Onun çoxlu belə sözlər dediyi, lakin həmin dövrdə baş verən müxtəlif 

hadisələr, repressiyalar, hücumlar və səhabələrin təqibi zamanı bu əsərlərin məhv edildiyi, az bir 

hissəsinin bizə çatdığı nəzərə çarpır. 

Burada imamın ilk sözləri onun müraciət tərəfinin möminlərdən - Əhli-beytə yaxın insanlardan ibarət 

olduğuna çox aydın dəlildir. Deyir ki, ey möminlər, tağutlar və onların dünyagir, dünyaya aldanmış 

tərəfdarları sizi aldatmasınlar. 

 

                    Möminlərə bu müraciətdə əsas məqsəd onları qorumaq və gələcək üçün lazımlı kadrlar 



hazırlamaqdır. Bəllidir ki, imamların tərəfdarları ilə tağutların tərəfdarları arasında gedən güclü 

vuruşmada imamların tərəfdarları çoxlu məhrumluqlardan əziyyət çəkirdilər. Təbii ki, mübarizə 

aparanların adi həyatda uğursuzluqları olur, digərləri isə çox yaxşı yaşayırlar. Mübarizləri təhdid edən 



Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə