Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə106/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   102   103   104   105   106   107   108   109   ...   112

          308             
                                            
Əbülqasim Əlyan Nejadi
sözünü Peyğəmbər (s) həzrət Əlinin (ə) ardıcılları ilə bağlı işlətmişdir 
və  şiənin yaranma tarixi İslamın meydana çıxdığı tarixə  bərabərdir 
və o, bütün məzhəblərdən qədim bir keçmişə malikdir. Bu mətləbə 
diqqət etməklə, bilərəkdən və ya bilməyərəkdən şiəyə belə töhmətlər 
vuranlar ərəb şairinin dediyi şeirdəki xüssiyyətlərə malikdir:
ٌﻢَﻈْﻋَأ ُﺔَﺒﻴﺼُﳌْﺎَﻓ يرْﺪَﺗ  َﺖْﻨُﻛ ْنِإَو          ٌﺔَﺒﻴ ِﺼُﻣ  َﻚْﻠِﺘَﻓ يرْﺪَﺗ ﻻ  َﺖْﻨُﻛ نِإَو
“Əgər alimlər bu rəvayətlərdən xəbərsizdirlərsə, onda bu, müsibətdir 
və  əgər bilir və inadkarlıq səbəbindən inkar edirlərsə, onda, əvvəlki 
müsibətdən də böyük və betərdi.” 
İlahi! Bizi yersiz təəssübkeşlikdən hifz et ki, onun mənfi nəticələri 
ilə üzləşməyək!
3. “Şiə” sözü hansı mənadadır?
Sual: 
Bu bəhsdə xatırladılan rəvayətlərdən belə  məlum olur 
ki, həzrət  Əli (ə) və onun şiələri yaradılmışların  ən yaxşısıdır. “Şiə” 
sözünün hansı şəxslərə şamil olduğunu bilmək istəyirik. Görəsən, biz 
də həqiqiətən şiəyik və ayə bizə də şamildirmi?
Cavab:
 Bu suala cavab vermək üçün “şiə” sözünü üç cəhətdən 
araşdırmaq lazımdır:
a) Lüğətdə “şiə” sözü
 – Bu söz lüğəvi mənada “qüvvət və qüdrət 
ilə müxtəlif nöqtələrə yayılmaq” mənasındadır. Deməli, “şiə” sözü 
qüvvə və qüdrətli bir qrupa şamildir.
b) Quranda “şiə” sözü
 – Bu söz Quranda dörd yerdə istifadə 
edilmişdir. Həmin ayələrdən biri həzrət İbrahim barəsindədir. “Saffat” 
surəsinin 83-84-cü ayələrində Allah buyurur:
ﻢﻴﻠ َﺳ ﺐْﻠَﻘِﺑ ُﻪﱠﺑَر َءﺎـﺟ ْذِإ * َﻢﻴﻫاﺮْﺑَِﻻ ﻪِﺘَﻌﻴﺷ ْﻦِﻣ ﱠنِإَو
“Həqiqətən,  İbrahim (dində, kitabda və  şirklə mübarizədə) onun 
(Nuhun (ə)) şiələrindən (davamçılarından) idi. O zaman o, təmiz qəlblə 
öz rəbbinə  tərəf gəldi (rəbbinə üz tutdu, onun birliyini təsdiq edərək 
özünü ona təslim etdi).”
Bu ayədə İbrahim (ə) Nuhun (ə) şiəsi kimi tanıtdırılmışdır. Yəni, o 
həzrət Nuhun (ə) yolunu davam edənlərdən idi. İkinci ayə İbrahimin (ə) 
Nuhun (ə) yolunu necə  davam etdirməklə bağlı onun Allah dərgahına 
salim qəlblə
1
 üz gətirməsini bəyan edir.
1.  Rəvayətlərdə salim qəlb (qəlbi-səlim) onda Allahdan başqasına yer olmayan qəlb kimi 
tanıtdırılır. Yəni, belə qəlbin sahibi hər bir şeyi – ailəni, uşağı, sağlamlığı, mal və məqamı 
Allaha yaxınlıq üçün istəyir. Əgər sasdalanan məsələlər müstəqil şəkildə qəlbdə özünə yer 
tutarsa, artıq o qəlbə salim qəlb deyilməz. «Qəlbi-səlim» sözü Quranın «Şüəra» surəsinin 
89 və «saffat» surəsinin 84-cü ayəsində olmaqla, iki yerdə işlədilmişdir. Bu barədə daha artıq 


                                                                                                  309
“Şiə” sözü işlənən digər surə “Qəsəs” surəsi 15-ci ayədir. Həzrət 
Musa (ə) barəsində olan bu ayədə buyurulur:
 ْﻦِﻣ اﺬـﻫَو ﻪِﺘَﻌﻴِﺷ ْﻦِﻣ اﺬـﻫ ِنﻼِﺘَﺘْﻘَﻳ ِ ْينَﻠُﺟَر ﺎـﻬﻴﻓ َﺪَﺟَﻮَﻓ ﺎـﻬِﻠْﻫَأ ْﻦِﻣ ﺔَﻠْﻔَﻏ ِينﺣ  َﲆَﻋ َﺔَﻨﻳﺪَﻤْﻟا  َﻞَﺧَدَو
... ِﻩﱢوُﺪَﻋ ْﻦِﻣ يِﺬﱠﻟا  َﲆَﻋ ﻪِﺘَﻌﻴﺷ ْﻦِﻣ يِﺬﱠﻟا ُﻪَﺛﺎـﻐَﺘْﺳﺎَﻓ  ِﻩﱢوُﺪَﻋ
“(Musa Fironun qəsrindən)  şəhərə  əhalisi xəbərsizkən (istirahət 
vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun 
şiələrindən idi, o biri düşmənlərindən. Şiələrindən olan şəxs düşməninə 
qarşı ondan kömək istədi.”
Bu ayədə  həmin söz həzrət Musanın (ə) tərəfdarları barəsində 
işlənmişdir. Bu ifadədən o həzrətin peyğəmbərliyindən öncə bir 
qrup insanı haqqa doğru yönəldə bilməsini anlamaq olar. Nəticədə, 
deyə bilərik ki, “şiə” sözü həm bəzi peyğəmbərlər, həm də onların 
tərəfdarları barədə işlənmişdir. 
c) Rəvayətlərdə “şiə” sözü
“Şiə” sözü rəvayətlərdə geniş şəkildə istifadə edilmişdir. Burada üç 
nümunəni diqqətinizə çatdırmaqla kifayətlənirik:
1. Günlərin birində həzrət Əli (ə) tərəfdarlarından Nouf Bukaliyə 
buyurur:
؟ﻲﺘَﻌﻴﺷ ْﻦَﻣ ُفْﻮَﻧ ﺎـﻳ يرْﺪَﺗَأ
“Sən mənim şiələrimin kimlər və onların hansı xüsusiyyətlərə sahib 
olduğunu bilirsənmi?”
Nouf Bukali cavab verir ki, Allaha and olsun, bilmirəm. Siz deyin. 
Sonra o həzrət şiələrinin xüsusiyyətlərini saymağa başladı və dedi:
رﺎـﻬﱠﻨﻟﺎِﺑ ٌﺪْﺳُاَو ِﻞْﻴﱠﻠﻟﺎِﺑ ٌنﺎـﺒْﻫُر
“Mənim  şiələrim gecə ibadət edər və günüzlər isə  İslamı müdafiə 
edərlər. Yəni, günüzlər  İslamı müdafiə etməkdə  şir kimi güclü və 
qüvvətlidirlər.”
1
 
2. Digər bir rəvayətdə şiələr belə vəsf edilmişdir:
ِﺐْﻠَﻘْﻟا  ِﰲ ِنﺎـﻨﻴَﻋَو  ِسْأﱠﺮﻟا  ِﰲ ِنﺎـﻨْﻴَﻋ ;ِ ُينْﻋﻷا ِﺔَﻌَﺑْرَْﻻا  ُبﺎـﺤ ْﺻَأ ﺎـﻨُﺘَﻌﻴَﺷ ﺎ ﱠنمِإ
“Bizim  şiələrimizin dörd gözü vardır.  İkisi adi insanlarda olduğu 
kimidir və digər ikisi isə onların qəlblərindədir.”
2
 
Yəni, şiələr, güclü, alim, bəsirətli və hər bir şeyi anlayan kəslərdir, 
məlumat almaq istəyənlər «Nümunə  təfsiri», c.15, səh. 273 və c.19, səh. 87-dən sonrakı 
hissələrə müraciət edə bilərlər. 
1. «Biharul-ənvar», c.75, səh. 27.
2. «Əl-Kafi», c.8, səh. 215.


          310             
                                            
Əbülqasim Əlyan Nejadi
nəinki, sadəlövh. 
3. Bir nəfər imam Baqirə  (ə) dedi ki, Allaha şükürlər olsun ki
sizin  şiələriniz çoxdur. İmam ona mənalı bir nəzər saldıqdan sonra 
buyurdu: “Bizim şiələrimiz olduğunu dediyin kəslər sadaladığım bu 
işləri görürlərmi:
 : َلﺎـﻗ ،ﻻ : ُﺖﻠُﻗ ؟َنْﻮَﺳاﻮَﺘَﻳَو ِء ِﴘُﻤْﻟا ِﻦَﻋ ُﻦ ِﺴْﺤُﻤْﻟا ُزَوﺎـﺠَﺘَﻳ َو ؟ِيرﻘَﻔْﻟا  َﲆَﻋ  ﱡﻲﻨَﻐْﻟا ُﻒِﻄْﻌَﻳ  ْﻞَﻫ 
اﺬَﻜَﻫ  ُﻞَﻌْﻔَﻳ ْﻦَﻣ ُﺔَﻌﻴ ﱢﺸﻟا ،ُﺔَﻌﻴ ﱢﺸﻟا ِءﻻُﺆـﻫ  َﺲْﻴِﻟ
“Onlardan varlı olanlar ehtiyaclı və fəqirlərə diqqıt edir və yardım 
göstərirmi, Şiələrimiz olduğunu dediyin o kəslərin böyükləri xətaya yol 
verənləri bağışlayır və onların günahlarından keçirlərmi, yoxsa, onları 
cəzalandıraraq neçə bərabər əziyyət verirlər? Öz sevinclərini digərləri 
ilə paylaşırlarmı?””
1
 
Bu cavabları  eşitdikdə, həmin  şəxs utandı  və  mənfi cavab verdi. 
İmam buyurdu ki, belə insanlar şiə deyillər,  şiələr sadaladığım 
əməlləri yerinə yetirənlərdir. Bəli, şiələr ayıq, başa düşən, ehtiyaclılara 
yardım edən, xətakarların xətasından keçən və öz sevincini digərləri 
ilə paylaşanlardır. 
1. «Biharul-ənvar», c.71, səh. 313.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə