Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə103/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   99   100   101   102   103   104   105   106   ...   112

          300             
                                            
Əbülqasim Əlyan Nejadi
Şərh və təfsir
İnsanların ən pisi və ən yaxşısı
“Xəyrul-bəriyyə” ayəsinin mənası daha yaxşı başa düşülsün deyə, 
şərhə “Bəyyinə” surəsinin altıncı ayəsindən başlamaq lazımdır:
 ﺎَﻬﻴِﻓ َﻦﻳِﺪِﻟﺎَﺧ َﻢﱠﻨَﻬَﺟ ِﺭﺎَﻧ ﻲِﻓ َﲔِﻛِﺮ ْﺸُﻤْﻟﺍَﻭ  ِﺏﺎَﺘِﻜْﻟﺍ ِﻞْﻫَﺃ ْﻦِﻣ ﺍﻭُﺮَﻔَﻛ َﻦﻳِﺬﱠﻟﺍ ﱠﻥِﺇ
– “Şübhəsiz, 
kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri 
cəhənnəm odudur! Onlar orada əbədi qalacaqlar!” Yəni, İslamı qəbul 
etməyən yəhudi, məsihi və bütlərə  pərəstiş edən müşriklərin hamısı 
cəhənəmdə olacaq və orada həmişəlik qalacaqlar. 
ِﺔﱠﻳﺮَﺒْﻟﺍ ﱡﺮَﺷ ْﻢُﻫ  َﻚِﺌﻟﻭُﺍ
 – 
(Ulaikə hum şərrul-bəriyyə) 
Onlar yaradılmışların 
ən pisidirlər. Bu cümlələr onların cəhənnəmdə
1
  əbədi qalacağına 
dəlildir. 
Əvvəlki ayələrdən belə başa düşülür ki, onlar adi kafirlər deyillər, 
əksinə  aşkar dəlillər və onların yəqinliyə çatması üçün höccət 
olmasına baxmayaraq, belə  şəxslər yenə  də  İslamla müxalif olanlar 
və düşmənçilik edənlərdir. Nəticədə, cahillik və bilməməzlikdən küfr 
yolunda olanlara bu ayə şamil deyil. 
Yuxarıdakı ayədə məxluqatın ən pisi barədə bildirildikdən sonra, 
digər ayədə yaradılmışların ən yaxşısı tanıtdırılır:
 ِﺔﱠﻳﺮَﺒْﻟﺍ  ُﺮْﻴَﺧ  ْﻢُﻫ   َﻚِﺌﻟﻭُﺍ   ِﺕﺎـﺤِﻟﺎ ﱠﺼﻟﺍ  ﺍﻮُﻠِﻤَﻋَﻭ  ﺍﻮُﻨَﻣﺁ  َﻦﻳِﺬﱠﻟﺍ  ﱠﻥِﺇ
– “Həqiqətən, 
iman gətirən və saleh əməllər eədnlər yaradılmışların ən yaxşısıdır!” 
Məxluqatın ən yaxşısı barədə üç xüsusiyyət bəyan edilmişdir:
1. 
ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍ
 
(əlləzinə amənu)
 – Onların birinci xüsusiyyəti Allaha
Peyğəmbər (s), qiyamət günü və ölümdən sonrakı  həyata iman 
1. Ulaikə hum şərrul-bəriyyə (ِﺔﱠﻳﺮَﺒْﻟﺍ ﱡﺮ َﺷ ْﻢُﻫ  َﻚِﺌﻟﻭُﺍ) ifadəsi yaradılmış məxluqat arasında haqq 
aşkar olduqdan sonra onu qəbul etməyən və azğınlıq yolunda addım atan elə  kəslərin 
olduğunu bildirir ki, nə eşidən qulağa, nə danışan dilə nə də təfəkkürə malik deyillər və onlar 
myaradılmışların ən pisidirlər. “Ənfal” surəsinin 22-ci ayəsində belə buyurulur: 
ﻥﻮﻠﻘﻌﻳ ﻻ ﻦﻳﺬّﻟﺍ ﻢﻜﺒﻟﺍ ﻢ ّﺼﻟﺍ ﷲﺍﺪﻨﻋ ﺏﺍﻭّﺪﻟﺍ ّﺮﺷ ﻥﺍ
«Həqiqətən, Allah yanında hərəkət edən canlıların  ən pisi düşünməyən (haqqı  eşitməkdə) 
kar və (haqqı deməkdə) lal (olan) insanlardır. “Həmçinin, “Əraf” surəsinin 179-cu ayəsində 
cəhənnəm əhlinin bu sifəti xatırlandıqdan sonra Allah buyurur:
ﻥﻮﻠﻓﺎﻐﻟﺍ ﻢﻫ ﻚﺌﻟﻭﺍ ﻞﺿﺍ ﻢﻫ ﻞﺑ ﻡﺎﻌﻧﻻﺎﻛ ﻚﺌﻟﻭﺍ
«Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül 
istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.” 
Ayə onları yaradılmışların ən pisi kimi tanıtdırır (“Nümunə təfsiri”, c.27, səh. 207).


                                                                                                  301
gətirmələridir. Deməli, İslam dinindən başqa, digər bir dini qəbul edən 
yəhudi və məsihilər ayənin əhatəsindən xaricdirlər. 
2. 
ِﺕﺎـﺤِﻟﺎ ﱠﺼﻟﺍ ﺍﻮُﻠِﻤَﻋَﻭ
 
(Saleh əməllər edənlər) 
– İkinci xüsusiyət onların 
iman və etiqadlarının  əməl və  rəftarda özünü büruzə verməsidir. 
“Əməlisaleh”
1
 sözünün geniş  mənası vardır. Rəvayətlərdə qeyd 
edilənlərə uyğun olar aq onun ən sadə forması müsəlmanların yolu 
üzərindəki maneələri aradan qaldırmaqdır. Əgər kimsə müsəlmanların 
gediş-gəliş etdikləri yolda maneə görüb onu aradan qaldırsa, bu, saeh 
əməlin bir növüdür 
(ِﻖﻳﺮﱠﻄﻟﺍ ﻦَﻋ  ﻯﺫﻷْﺍ  ُﺔَﻃﺎﻣِﺍ)
  Ən üstün saleh əməl haqq dinin (İslamın) 
qəbulluğudur 
(ُﷲﺍﱠﻻِﺍ ِﻪﻟِﺍ ﻻ ْﻥَﺍ ُﺓَﺩﺎﻬَﺷ ﺎﻫﻼْﻋﺃ)
.
2
 
3. 
ُﻪﱠﺑَﺭ َﻰ ِﺸَﺧ ْﻦِﻤَﻟ  َﻚِﻟﺫ 
(Bu, Allahdan qorxan kəslər üçündür) 
– Belə 
kəslər iman və saleh əməllərə malik olmaqdan başqa, Allahdan 
qorxmaq məqamına da yetişmişlər. 
Sual: 
Qorxu saleh əməl və imana əlavə edilən bir şeydirmi? 
Cavab:
 Bəli, qorxu iman və saleh əmələ əlavə edilən bir məsələdir 
və zahirən “məsuliyyət” mənasındadır. Bəzən iman və saleh əməl olsa 
da, işin içində  məsuliyyət yoxdur və bu məsələ ailədəki tərbiyə  və 
adətlərdən qaynaqlanır. Bəzi vaxtlarda isə həmin məsələlər məsuliyyət 
hissindən yaranır. Belə bir şəxs müxtəlif insan və hadisələr müqabilində 
məsuliyyət hissinə əsaslanaraq əməl edir. 
Nəticədə, “xəyrul-bəriy yə” iman, saleh əməl və məsuliyyət hissinə 
malik olanlardır. Onların bu xüsusiyyətləri sadalandıqdan sonra 
onlara veriləcək əcr və mükafatdan bəhs edilir:
ُﺭﺎـْﻻﺍ  ﺎَﻬِﺘ ْﺤَﺗ  ْﻦِﻣ  ﻱﺮ ْﺠَﺗ  ﻥْﺪَﻋ   ُﺕﺎـّﻨَﺟ  ِﻢِﻬّﺑَﺭ  َﺪْﻨِﻋ  ْﻢُﻬُﺋﺍﺰَﺟ
 
“Onların Rəbbi 
yanındakı mükafatları (evləri və  ağaclarının) altından çaylar 
axan  Ədn cənnətləridir.”
 – İnsana axirətdə veriləcək nemətlər həm 
maddi, həm də  mənəvidir, çünki insan cisim və ruhdan ibarətdir və 
cisim maddi, ruh isə mənəvi nemətlərin müştaqıdır. Maddi nemətlər 
cənnətdə veriləcək bağlardır və oradakı ağacların altından daim
3
 sular 
axar və kəsilməz. Bağlar iki qisimdir:
1. Suyu bir neçə gündən bir xaricdən təmin edilən və daimi axar 
1. Saleh əməlin əhəmiyyəti bu sözün Quranda yetmiş dəfəyə yaxın işlənməsi ilə məlum olur. 
2. «Əvaliul-ləyali», c.1, səh. 431. Yuxarıdakı rəvayət «Səhih Müslim», «Kitabul-iman», 12-ci 
bölmə, hədis: 57 və “Müsnəde Əhməd”, c.2. səh. 379-da nəql edilmişdir.
3. «Daim» sözü ayədəki «ədn» sözündən əldə edilir. Çünki həmin söz «əbədilik» mənasındadır. 
Mədənlər də ona görə belə adlanır ki, oradan əldə olunan maddələr daim orada yerləşmiş 
və mövcuddur. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə