Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə104/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

          302             
                                            
Əbülqasim Əlyan Nejadi
suya malik olmayan bağlar.
2. Suyu özündən olan və daim ağacları altından axar sulara malik 
bağlar. Bu bağların xüsusi yaşıllıq və təravəti vardır və ağaclar solmaq 
və qurumaq təhlükəsindən amandadır. 
 ﴽﺪَﺑَﺃﺎـﻬﻴﻓ َﻦﻳﺪِﻟﺎـﺧ
“Orada əbədi olaraq qalacaqlar”
 – İnadkarlıq və 
təəssüb üzündən haqqı  qəbul etməyən, yəhudi, məsihi və müşriklər 
cəhənnəmdə  əbədi qalacağı kimi, iman gətirib saleh əməlli və 
məsuliyyətli möminlər də cənnətdə əbədi qalacaqlar. 
 ُﻪْﻨَﻋ ﺍﻮ ُﺿَﺭَﻭ ْﻢُﻬْﻨَﻋ ُﷲﺍ َﻲ ِﺿَﺭ
“Həm Allah onlardan, həm də onlar Allahdan 
razıdırlar.”
 – Bu cümlə möminlərə veriləcək mənəvi mükafatlara 
işarədir. Allah onlara o qədər nemət bəxş edər ki, Allahdan razı 
qalarlar, digər tərəfdən, Allah da onlardan razıdır. 
Bu məqam necə  də uca məqamdır! Görəsən, bundan da üstün 
məqam varmı?! Nəzərinizə çatdırırıq ki, üçlük təşkil edən yuxarıdakı 
ayələrlə  həm “xəyrul-bəriyyə”nin xüsusiyyətləri, həm də onlara 
axirətdə veriləcək mükafatlar bəyan edilmişdir. 
Rəvayətlərdə “Xəyrul-bəriyyə”
Sual:
 Görəsən, ayə ümumilikdə hamını  nəzərdə tutur, yoxsa, 
xüsusi şəxslərə şamildir? Başqa bir ifadə ilə desək, ayədə bütün əməli-
saleh möminlər yaxud xüsusi bir qrup nəzərdə tutulumuşdurmu? 
Cavab:
 Bu sualın cavabını ayələrin nazil olması ilə bağlı 
məsumların dilindən nəql edilmiş  rəvayətlərdə axtarmaq lazımdır. 
Həmin rəvayətlərə diqqət yetirin:
Əhli-sünnə və şiə mənbələrində qeyd edilən çoxlu sayda rəvayətlərə 
əsasən, Peyğəmbər (s) həzrət Əli (ə) və onun şiələrini “xeyrul-bəriyyə” 
kimi tanıtdırmışdır. Bu rəvayət müxtəlif kitablarda qeyd edilib, o 
cümlədən:
1. Hakim Həskani
1
, “Şəvahidut-tənzil”
2. İbn Həcər Heysəmi
2
, “Əs-Səvaiqul-muhriqə”
3. Süyuti
3
, “Durrul-mənsur”
4. Məhəmməd Şiblənci
4
, “Nurul-əbsar”
5. “Təbəri təfsiri”
5
1. Hakim Həskani Nişapurda yaşamış sünni alimlıərindəndir. Həskan o zamanlar Nişapurun 
kəndlərindən biri idi. Bu alim təəssübdən uzaq və nisbətən adil bir insan olmuş və səy etmişdir 
ki, Quran ayələri barədəki bütün nazil olma səbəblərini toplasın. 
2. “Əs-Səvaiqul-muhriqə”, səh. 96 (“Peyame Quran”, c.9, səh. 261-dəki nəqlə əsasən). 
3. «Durrul-mənsur», c.6, səh. 379 (“Peyame Quran”, c.9, səh. 260-dakı nəqlə əsasən).
4. “Nurul-əbsar”, səh. 70 və 110 (“Peyame Quran”, c.9, səh. 261-dəki nəqlə əsasən).
5. “Ruhul-məani”, c.30, səh. 207.


                                                                                                  303
6. Alusi
1
, “Ruhul-məani”
7. “Mənaqibi Xarəzmi”
2
8. Əllamə Şukani, “Fəthul-Qədir”
3
Təkcə  “Şəvahidut-tənzil”  əsərində bu ayə ilə bağlı iyirmi rəvayət 
nəql edilmişdir və biz sadəcə onların üçü ilə kifayətlənirik:
a) Peyğəmbərin (s) məşhur səhabələrindən olan Cabir ibn Abdullah 
Ənsari belə nəql edir:
“Peyğəmbər (s) və müsəlmanların bir dəstəsi ilə Kəbənin kənarında 
əyləşmişdik. Birdən həzrət  Əli (ə) uzaqdan görünməyə başladı  və 
Peyğəmbərin (s) gözü ona sataşdıqda, o həzrət üzünü səhabələrinə 
tutaraq buyurdu: 
 َنوﺰِﺋﺎﻔﻟا ُﻢُﻫ ُﻪَﺘَﻌﻴِﺷَو اﺬـﻫ ﱠنِإ !ِﺔَﻴْﻨُﺒْﻟا  ِﻩِﺬـﻫ  ﱢبَرَو  َلﺎـﻘَﻓ ،ِﺔَﺒْﻌَﻜْﻟا  َﱃِإ  َﺖَﻔَﺘْﻟا ﱠﻢُﺛ ،ﻲﺧَأ ْﻢُﻛﺎـﺗَأ ْﺪَﻗ
 ِﻪﻠﻟا ﺮﻣﺄﺑ ْﻢُﻜُﻣَﻮْﻗاَو ،ِﻪﻠﻟﺎﺑ ًﺎﻧﺎـيما ْﻢُﻜُﻟﱠوَأ ُﻪّﻧِإ ِﻪﻠﻟاَو ﺎﻣَأ : َلﺎﻘَﻓ ،ِﻪِﻬْﺟَﻮِﺑ ﺎـﻨْﻴَﻠَﻋ  َﻞَﺒْﻗَأ ﱠﻢﺛ ،ِﺔَﻣﺎﻴﻘْﻟا َمْﻮَﻳ
 ﻪﻠﻟا َﺪْﻨِﻋ ْﻢُﻜُﻤَﻈْﻋَأَو ِﺔﱠﻴﻋﱠﺮﻟا ﰲ ْﻢُﻜُﻟَﺪْﻋَأَو ِﺔﱠﻳِﻮ ﱠﺴﻟﺎِﺑ ْﻢُﻜُﻤ َﺴْﻗَأَو ِﻪﻠﻟا  ِﻢْﻜُﺤِﺑ ْﻢُﻛﺎـﻀْﻗَأَو ِﻪﻠﻟا ِﺪْﻬَﻌِﺑ ﻢُﻛﺎﻓوَأَو
 :ﺪّﻤَﺤُﻣ  ُبﺎـﺤ ْﺻَأ  َلﺎـﻗ  َﻞَﺒْﻗَأ اذِإ ﱞ ِﲇَﻋ َنﺎﻜَﻓ «ِﺔﱠﻳِ َﱪﻟا ُ ْيرَﺧ...اﻮُﻨَﻣآ َﻦﻳﺬﱠﻟا ﱠنِإ» :ُﻪﻠﻟا  َلَﺰْﻧَﺄَﻓ ُﺮِﺑﺎـﺟ  َلﺎـﻗ .ًﺔﱠﻳِﺰَﻣ
ِﻪﻠﻟا لﻮُﺳَر َﺪْﻌَﺑ ِﺔﱠﻳِ َﱪْﻟا ُ ْيرَﺧ ْﻢُﻛﺎـﺗَأ ْﺪَﻗ
“Qardaşım Əli (ə) sizə tərəf gəlir. Daha sonra üzünü Kəbəyə tutaraq 
buyurdu: “Kəbənin Allahına and olsun ki, Qiyamət günü təkcə Əli (ə) ə 
onun şiələri nicat tapanlardır. Allaha and olsun, o, sizdən əvvəl Allaha 
iman gətirmiş, Allahın əmrinə sizdən öncə itaət etmiş, Allahla əhdinə 
daha artıq vəfadar, qəzavətdə  ədalətli və  bərabərlik və beytül-malın 
bölgüsündə hamıdan üstün və Allah dərgahında olan məqamı hamıdan 
yüksəkdir.” Cabir deyir: “Bu zaman Xəyrul-bəriyyə ayəsi nazil oldu və 
bu ayənin nazil olmasından sonra müsəlmanlar həzrət Əlini gördükləri 
zaman deyirdilər: “Peyğəmbərdən (s) sonra məxluqatın  ən yaxşısı 
gəldi.”” ”
Rəvayətdən belə başa düşülür ki, yuxarıdakı cümlə  İslamın 
əvvəllərində bütün müsəlmanlar arasında məşhur idi. Nəticədə, onu 
nəql edənlər təkcə İbn Abbas və Cabir ibn Abdullah Ənsari deyil.
b) Digər bir rəvayətdə Cabir deyir:
َ ْينﱢﻴ ِﺿْﺮَﻣ َين ِﺿاَر َﻚُﺘَﻌﻴِﺷ َو ﱠ َﲇَﻋ ُدِﺮَﺗ ،َﻚُﺘَﻌﻴِﺷَو  َﺖْﻧَأ ْﻢُﻫ
“Xəyrul-bəriyyədəki məqsəd sən və sənin şiələrindir. Qiyamət günü 
sən və şiələrin mənim yanıma gəldikləri zaman, həm Allah onlardan, 
1. «Mənaqibi Xarəzmi», səh. 421, Tehran çapı («İhqaqul-həqq», c.3, səh. 289-dakı  nəqlə 
əsasən).
2. «Fəthul-qədir», c.5, səh. 464, Misir çapı («İhqaqul-həqq», c.3, səh. 291-dəki nəqlə əsasən).
3. “Şəvahidut-tənzil”, c.2, səh. 362.


          304             
                                            
Əbülqasim Əlyan Nejadi
həm də onlar Allahdan razı olmuş halda olacaqlar.”
1
 
c)  Əbu Burzə  Əsləmi deyir ki, “Xəyrul-bəriyyə” ayəsi nazil olan 
zaman Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu:
ُضْﻮَﺤْﻟا َﻚﻨﻴَﺑَو ﻲﻨْﻴَﺑ ﺎـﻣ ُدﺎـﻌﻴﻣَو ،ّ ِﲇَﻋ ﺎـﻳ َﻚُﺘَﻌﻴِﺷَو  َﺖْﻧَأ
“Ey Əli (ə)! Xəyrul-bəriyyə sən və sənin şiələrindir və qiyamət günü 
səninlə mənim görüş yerim Kövsər hovuzunun kənarıdır.”
2
 
d) İbn Əsakir “Xəyrul-bəriyyə” ayəsi barədə Ayişədən maraqlı bir 
rəvayət nəql edir. Həmin rəvayətdə bir şəxs Ayişədən həzrət  Əli (ə) 
barəsində soruşduqda (onunla yaxşı münasibətinin olmamasına və 
həzrətin əleyhinə “Cəməl” döyüşünü törətməsinə baxmayaraq), belə 
deyir:
“Həzrət  Əli (ə) məxluqatın  ən yaxşısıdır və kimin ona qəlbində 
düşmənçiliyi olarsa, o, kafirdir!”
3
 
Nəql edilən rəvayətlərdən belə bir nəticə  əldə edilir ki, “Xəyrul-
bəriyyə” ayəsində nəzərdə tutulan şəxs həzrət Əlidir (ə). 
Sual:
 Alusi “Ruhul-məani” əsərində belə bir sual bəyan etmişdir:
“Əgər “Xəyrul-bəriyyə” ayəsində  məqsəd  Əli ibn Əbu Talibdirsə 
(ə), onda, onun Peyğəmbərdən (s) üstün olduğunu düşünmək olarmı? 
Çünki ayədə bu məsələ mütləq şəkildə qeyd edilmişdir və belə olduğu 
halda, onun misdaq və nümunəsi bütün insanlardan üstün şəxsdir.” 
Cavab:
  Əgər ayənin özünə diqqət edilsə, bu sualın cavabı aydın 
olacaqdır. Qeyd edildiyi kimi, “Xəyrul-bəriyyə”nin bir xüsusiyyəti 
iman məsələsi idi, yəni Allah və onun Peyğəmbərinə (s) iman gətirmək. 
Bu baxımdan, o həzrətin Peyğəmbərdən (s) üstün olduğunu söyləmək 
olarmı?!  Əhli-sünnə  mənbəsində Cabir ibn Abdullah Ənsaridən 
nəql edilən rəvayətdə  də o həzrətin Peyğəmbərdən (s) sonra bütün 
insanlardan üstün olduğu bildirilmişdir. 
Dig ər bir sual:
 Bu ayə ilə Əmirəl-mömininin (ə) vilayət, imamət və 
xilafəti arasında hansı rabitə mövcuddur? Əgər əhli-sünnənin həzrət 
Əlinin (ə) “Xəyrul-bəriyyə” olmasını qəbul etdiyini fərz etsək, onda, o 
həzrətin vilayətinə bu ayəni necə dəlil gətirmək olar?
Cavab:
 Peyğəmbərə (s) canişin təyin edilməsi üslubu və canişinlik 
məsələsində  şiə  və sünni arasında ixtilaflar vardır.  Şiənin etiqadına 
əsasən, Peyğəmbər (s) canişini Allah tərəfindən təyin
4
 edilməlidir, yəni 
1. «Şəvahidut-tənzil», c.2, səh. 360.
2. «Şəvahidut-tənzil», c.2, səh. 359.
3. «İhqaqul-həqq», c.3, səh. 388-dəki nəqlə əsasən. 
4. Peyğəmbər (s) məsum olduğu kimi, onun canişini də  məsum olmalıdır və  məsumluğu 
təşxis və müəyyən etmək Allahdan başqa, digərləri üçün qeyri-mümkündür. Deməli, Allah 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə