Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə105/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   101   102   103   104   105   106   107   108   ...   112

                                                                                                  305
bu məsələ təyin edilmə üsulu ilədir. 
Amma  əhli-sünnənin nəzərində  xəlifəlik məsələsi seçki üsulu 
ilədir və camaatın öhdəsinə qoyulmuşdur. Camaat kimə  səs versə, 
Peyğəmbərin (s) canişini o olacaq. Əlbəttə, bu məsələnin qeyd edilən 
ayəyə heç bir təsiri yoxdur. Xəlifəlik istər seçkili olsun, istərsə də təyin 
etmə ilə, təkcə həzrət Əlinin (ə) ona ləyaqəti vardır. Əgər məsələ təyin 
etmə ilə olsa, bu zaman bütün insanlardan üstün olan Əlini (ə) qoyub 
başqasını təyin etmək Allahın hikməti ilə uyğun deyil. Çünki bu cür 
edərsə, hikmətli bir iş görmüş olmaz. Əgər seçki ilə olmuş olsa, bu 
zaman həzrət  Əli (ə) kimi bir şəxsiyyəti qoyub digərlərinin ardınca 
getmək  əqllə düz gəlmir və camaatın tanıma qabiliyyətinin bütün 
müsəlmanlar arsında məşhur olan o həzrətə nisbətdə  zəif olduğunu 
söyləmək heç də qəbul ediləsi bir üzr deyil. 
Verdiyimiz izaha əsasən, vilayət və imamət məsələsi ilə ayə arasında 
mövcud olan rabitə aydınlaşmış oldu. 
Üçüncü sual:
 Adətən, iki-üç nəfər deyil, bir nəfər  ən yaxşı  və 
üstün olur. Belə isə, həzrət Əli (ə) və onun şiələrinin üstün olması necə 
mümkündür? 
Cavab: 
Məxluqatın ən yaxşısı olmağın silsiləvi mərtəbələri vardır. 
Mümkündür ki, bir nəfər  ən yaxşıdır və digəri ona nisbətdə  aşağı 
mərtəbədədir. Həmçinin, üçüncü dəstə ikinciyə nisbətdə  aşağıdır.  
Beləliklə, həzrət Əli (ə) onların fövqündədir. Nəticədə, bəyan edilənlərə 
və üçlük təşkil edən rəvayətlərə diqqət etməklə, “Xəyrul-bəriyyə”nin 
həzrət Əli (ə) və onun şiələri olduğu məlum olur. 

Xəyrul-bəriyyə

 ayəsinin verdiyi mesajlar
Bu ayə  və onun barəsində qeyd edilən rəvayətlərin müxtəlif 
mesajları vardır. O cümlədən:
1. İslami dəyərlər sistemi
Hər bir din, məzhəb və  məktəblər həmin məktəbə  məxsus olan 
dəyərlərin girovundadır. Daha sadə desək, hər bir məktəb və məzhəb 
öz oxu ətrafında hərəkət edir və bu ox həmin məktəbin dəyərlər 
sistemini təşkil edir. Bu zəminədə olan misallara diqqət yetirin:
a) Tağut rejimi olan Firon rejiminin dəyərləri barədə Quranın 
“Zuxruf” surəsinin 51-ci ayəsində Fironun dilindən belə  bəyan 
edilmişdir:
 ﻼَﻓَأ ﻲﺘْﺤَﺗ ْﻦِﻣ يﺮْﺠَﺗ ُرﺎـﻬْﻧَْﻻا  ِﻩِﺬـﻫَو َ ْﴫِﻣ ُﻚْﻠُﻣ  ِﱃ  َﺲْﻴَﻟَأ  ِمْﻮَﻗ ﺎـﻳ  َلﺎـﻗ ﻪِﻣْﻮَﻗ ﰲ ُنْﻮَﻋْﺮِﻓ ىدﺎـﻧَو
məsum olan şəxsi xilafət məqamı üçün tanıtdırmalıdır.


          306             
                                            
Əbülqasim Əlyan Nejadi
َنُو ِﴫْﺒُﺗ
“Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: “Ey mənim 
qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar 
mənim saraylarımın altından və mənim istəyimə tabe olaraq axmırlar? 
Məgər görmürsünüzmü?!””
Fironun iftixarı diktatorluq və istibdad hakimiyyəti sayılan Misir 
hökumətinə sahib olmaqda və onu özünə tabe etməkdədir. Firon və 
onun kimilərin nəzərində yaxşı insanlar, hətta ən zalım və cinayətkar 
olmasına baxmayaraq, hakim və  rəhbərlərdir. Həmçinin,  ən pis 
insanlar isə əxlaqi baxımdan ən yaxşı xüsusiyyətlərə sahib olsalar belə, 
hakimiyyət və qüdrətə malik olmayanlardır. 
Bu cəhətdən Firon həzrət Musanın (ə) peyğəmbərliyinə etiraz 
edərək belə deyir:
َينِﻧِ َﱰْﻘُﻣ ُﺔَﻜِﺋﻼَﻤْﻟا ُﻪَﻌَﻣ َءﺎـﺟ ْوَأ ﺐَﻫَذ ْﻦِﻣ ٌةَرِﻮْﺳَا ِﻪْﻴَﻠَﻋ  َﻰِﻘْﻟُا ﻻ ْﻮَﻠَﻓ
“Bəs, nə üçün onun üzərindən qızıl bilərziklər asılmamış, yaxud 
onunla birlikdə çiyin-çiyinə mələklər gəlməmişdir?”
1
 
Yəni, həzrət Musa (ə) Firon rejiminə uyğun olaraq qüdrət və sərvətə 
malik deyilsə, o, peyğəmbər ola bilməz. Deməli, Firon rejimindəki 
dəyərlər qüdrət, sərvət və zinətlərdir. 
b) Digər məktəb və  cəmiyyətlərdə üstünlük təşkil edən dəyərlər 
övlad çoxluğu, mal və  sərvət məsələləridir. “Səba” surəsinin 35-ci 
ayəsində belə buyurulur:
َينﺑﱠﺬَﻌُ ِبم ُﻦْﺤَﻧ ﺎـﻣَو ًادﻻْوَأَو ﻻاﻮْﻣَأ ُ َثرْﻛَأ ُﻦْﺤَﻧ اﻮُﻟﺎـﻗَو
“Dedilər: “Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) 
çoxdur və bizə heç vaxt əzab verilməyəcəkdir (çünki, bizə verilənlər 
Allahın bizə olan məhəbbətinin əlamətidir).”” 
Belə rejimlərin əhəmiyyət verdiyi dəyərlər övlad çoxluğu, iqtisadi 
baxımdan sərvət və güc baxımdan da qüdrətd əldə etməkdir. Onların 
nəzərində belə şəxlər yaxşılardır. Xüsusən, cahiliyyət dövründə çoxlu 
sayda oğlan övladlara malik olan ailəni xoşbəxt hesab edirdilər, çünki 
oğullar atalarına qarət, döyüş və s. kimi hallarda yardımçı olacaqdılar. 
Amma İslamın nəzərində yuxarıda sadalanan məsələlər müqəddəs 
dinin hədəflərinə yetişmək üçün bəyənilən olmasına baxmayaraq, 
üstünlük meyarı hesab edilmir. Quranda sonuncu qrupdan olanlarla 
bağlı buyurulur:
 ْﻢُﻬَﻟ َﻚـِﺌﻟوُﺎَﻓ ًﺎﺤِﻟﺎـﺻ  َﻞِﻤَﻋَو َﻦَﻣآ ْﻦَﻣ ّﻻِإ ﻰﻔْﻟُز ﺎـﻧَﺪْﻨِﻋ ْﻢُﻜُﺑﱢﺮَﻘُﺗ ﻲﺘﱠﻟﺎِﺑ ْﻢُﻛُدﻻْوأ ﻻَو ْﻢُﻜُﻟاﻮْﻣَأ ﺎـﻣَو
1. «Zuxruf”, surəsi, ayə 53.


                                                                                                  307
َنﻮُﻨِﻣآ  ِتﺎـﻓُﺮُﻐْﻟا ﰲ ْﻢُﻫَو اﻮُﻠِﻤَﻋ ﺎـ ِبم  ِﻒْﻌ ﱢﻀﻟا ُءاﺰَﺟ
“Sizi bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə  də 
övladlarınızdır. Lakin iman gətirən və yaxşı  iş görənlərə etdiklərinin 
müqabilində iki qat mükafat vardır və onlar cənnət otaqlarında əmin-
amanlıq içindədirlər.”
Bu ayə ilə siyasi rejimlərdə olan bir sıra dəyərlər rədd edilir və onların 
müqabilində islami dəyərlər təqdim olunur. İman və saleh əməllər 
islami cəmiyyətdəki dəyərləri formalaşdırıb təşkil edən  əməllərdən 
hesab olunur. Çünki bu dəyərlər insanı Allaha yaxınlaşdırır, nəinki, 
onlara mal və sərvət bəxş edir. 
“Hucurat” surəsinin 13-cü ayəsində islami dəyərlər mərkəzində 
dayanan təqva və pərhizkarlıqdan danışılır və Allah həmin ayədə belə 
buyurur: 
 َﺪْﻨِﻋ ْﻢُﻜَﻣَﺮْﻛَأ ﱠنِإ اﻮُﻓَرﺎـﻌَﺘِﻟ  َﻞِﺋﺎـﺒَﻗَو ًﺎﺑﻮُﻌُﺷ ْﻢُﻛﺎـﻨْﻠَﻌَﺟَو ﻰﺜْﻧُاَو ﺮَﻛَذ ْﻦِﻣ ْﻢُﻛﺎـﻨْﻘَﻠَﺧ ﺎـّﻧِإ  ُسﺎـّﻨﻟا ﺎَﻬﱡﻳَأ ﺎـﻳ
ٌيرﺒَﺧ ٌﻢﻴﻠَﻋ َﻪﻠﻟا ﱠنِإ ْﻢُﻛﺎـﻘْﺗَأ ِﻪﻠﻟا
“Ey insanlar! Şübhəsiz, biz sizin hamınızı bir kişi və qadından 
yaratdıq və sizi bir-birinizi tanıyasınız deyə, böyük və kiçik qəbilələrə 
ayırdıq. Həqiqətən, Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. 
Həqiqətən Allah çox bilən və xəbərdardır.”
1
İslam dini meydana gəldiyi zaman cəmiyyətdəki dəyərlər  əvəz 
olunmağa başladı  və cahiliyyətdə  əhəmiyyət kəsb edən məsələlərin 
yerini tutdu. Təəccüb ediləsi dərəcədə dəyişikliklər həyata keçdi və Əbu 
Cəhllər, Əbu Süfyanlar, Əbu Ləhəblər öz yerini Əbuzərlər, Salmanlar 
və s. kimi şəxslərə verdilər. “Xəyrul-bəriyyə” ayəsi cəmiyyətdə iman, 
saleh  əməl və  məsuliyyət hissi kimi dəyərlərə üstünlük verildiyini 
bəyan edir və yaradılmışların  ən yaxşısını bu meyarlara əsasən 
müəyyənləşdirir. Təəssüflər olsun ki, hazırkı dünyada külli miqdarda 
dollar və lirələrə malik olanlar iqtisadi baxımdan mühüm mövqe və 
qüdrətə malik olduqları üçün məxluqatın ən yaxşısı kimi tanıtdırılır. 
Amma İslamın nəzərində bunların heç biri müstəqil şəkildə əhəmiyyət 
və önəm kəsb etmir. 
2. Şiənin meydana gəldiyi tarix
Bəziləri qəsdən, ya da bilmədən elə  təsəvvür etmişlər ki, şiəlik 
Səfəvilər zamanında yaranmış və o, elə də qədim tarixə malik deyildir. 
Amma islami əsər və  rəvayətləri oxuduqda, bu təsəvvürün batilliyi 
məlum olur, o cümlədən, əvvəlki rəvayətlərdə bildirdik ki, ilk dəfə “şiə” 
1. «Səba» surəsi, ayə 37.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə