Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə107/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   104   105   106   107   108   109   110   111   112

                                                                                                  311
15 

HİKMƏT

 AYƏSİ
ِبﺎﺒْﻟَْﻻا اﻮُﻟوُا ّﻻِا ُﺮﱠﻛﱠﺬَﻳ ﺎﻣَو ًايرﺜَﻛ ًا ْيرَﺧ َ ِتىوُا ْﺪَﻘَﻓ َﺔَﻤْﻜِﺤْﻟا  َتْﺆُﻳ ْﻦَﻣَو ُءﺎﺸَﻳ ْﻦَﻣ َﺔَﻤْﻜِﺤْﻟا  ِتىْﺆُﻳ
“Hikməti (şəriət hökmlərini və  əqli və  əməli maarifi) istədiyi (və 
vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. 
Kimə hikmət verilsə, (ona) doğrudan da, çoxlu xeyir verilmişdir.  Əsl 
ağıl sahiblərindən başqa, heç kəs öyüd almaz.”
“Bəqərə” surəsi, ayə 269.
Bəhsə qısa bir nəzər
Şübhəsiz ki, digər dinlərə nisbətdə  İslam dininin insanları elm 
və biliyə  təşviq etməsi daha artıqdır. Bu cəhətdən,  əgər  İslam dinini 
hikmət və elm dini adlandırsaq, yanılmarıq. Bu ayə elm və hikməti 
hədsiz xeyir adlandırır. Həmin ayənin həzrət  Əlinin (ə) fəzilətləri 
ilə bağlılığı  məsələsinə  bəhsin davamında izah verəcəyik. Allah bizi 
həmin həqiqətləri dərk edən aqillər sırasında yerləşdirsin! Amin, ya 
rəbbəl aləmin!


          312             
                                            
Əbülqasim Əlyan Nejadi
Şərh və təfsir
Hikmət hədsiz xeyirdir
ُﺀﺎﺸَﻳ ْﻦَﻣ َﺔَﻤْﻜ ِﺤْﻟﺍ ﻰِﺗْﺆُﻳ
 – 
“Allah elm və hikməti istədiyi və ona layiq olan 
şəxslərə verər.”
 Hikmət sözü ilə bağlı onun “Quran həqiqətlərindən 
agah olmaq”, “yaradılış aləminin sirlərinə nisbətdə  mərifət”, “əməl 
və rəftar baxımından haqqa yetişmək”, “nəsihət”, “Allaha mərifət və 
onu tanımaq”
1
 mənalarında olduğunu bildirmişlər və bunların hamısı 
bir sözdə toplanmışdır. Bu ayədən qabaqkı ayədə (“Bəqəqrə” surəsi, 
ayə 268) Allahın infaq və  fədakarlıq müqabilində bağışlanmaq və 
bərəkət vədəsi verdiyi, şeytanın isə vəsvəsə edərək insanları fəqirliklə 
qorxutduğu bildirilmiş və ilahi vədə ilə şeytani vəsfəsə arasında fərqi 
müəyyən edən və insanın nicatına səbəb olan məsələnin hikmət olması 
bəyan edilmişdir. Həmçinin, hikmətin istənilən  şəxsə verilməsində 
məqsəd o deyil ki, hər hansı bir şəxsə veriləcək, əksinə məqsəd Allahın 
gördüyü işlərin hikmətə əsaslanmasıdır. 
Yəni, onu ləyaqəti olan şəxslərdən istədiyinə verərək həyat 
bulağından sirab edər. 
 ﴽﲑﺜَﻛ ﴽﺮْﻴَﺧ َﻰِﺗﻭُﺍ ْﺪَﻘَﻓ َﺔَﻤْﻜِﺤْﻟﺍ  َﺕْﺆُﻳ ْﻦَﻣَﻭ
– 
“Hikmət verilən kəsə hədsiz xeyir 
əta edilmişdir.”
 Hikməti bağışlayanın Allah olmasına baxmayaraq
ayədə onun adı  çəkilməmişdir. Bu ifadə ilə sanki elm və hikmətin 
zatən yaxşı olduğu və hansı nahiyə  və kim tərəfindən olmasına 
baxmayaraq, ondan istifadə edərək əldə edilən xeyir arasında heç bir 
fərqin olmadığı bildirilmişdir. Diqqət olunası  məsələ cümlənin bu 
şəkildə “kiməsə elm və hikmət verilsə ona hədsiz xeyir və  bərəkət 
əta edilmişdir” işlənməsidir, nəinki, mütləq şəkildə xeyir formasında. 
Deməli, mütləq səadət və xeyir təkcə elmdə deyil, əksinə elm onun 
mühüm amillərindən biridir. 
ِﺏﺎﺒْﻟَْﻻﺍ ﺍﻮُﻟﻭُﺍ ّﻻِﺍ ُﺮﱠﻛﱠﺬَﻳ ﺎﻣَﻭ
 – 
“Əsl ağıl sahiblərindən başqa, heç kəs 
öyüd almaz.”
“Təzəkkur” sözü “xatırlamaq”, “elm və biliyi ruhda qoruyub 
saxlamaq” mənasındadır və “əlbab” sözü isə “lob” sözünün cəmidir 
ki, “əql” mənasını ifadə edir. Bu cümlədə bildirilir ki, təkcə  əql 
1. Yuxarıdakı dörd ehtimala altı digər ehtimal da əlavə edilmiş və «Məcməul-bəyan» c.2, səh. 
382-də qeyd olunmuşdur.


                                                                                                  313
sahibləri həqiqətləri xatırlayır, onu qoruyur və ondan bəhrələnirlər. 
Divanələrdən başqa, bütün insanlarda əqlin olmasına baxmayaraq, 
onların hamısı “ulul-əlbab” adlanmır, əksinə “ulul-əlbab” ağıllarını işə 
salaraq onun nurlu çırağı sayəsində həqiqi həyat yolunu tapanlardır. 
Həzrət Əli (ə) hikmət sahibidir
“Hikmət” ayəsi hikmət verilən  şəxsə  hədsiz xeyir-bərəkət bəxş 
edildiyini bildirir və kimlərə hikmət verildiyi isə bu ayədən o qədər də 
məlum deyil. Amma əhli-sünnə və şiə rəvayətlərində belə bir hikmət 
sahibi olan şəxsin Əli ibn Əbu Talib  (ə) olduğu bildirilmişdir. Həmin 
rəvayətlərin bəzilərinə diqqət yetirin:
1.  Əhli-sünnənin məşhur alimlərindən Hakim Həskani Rəbi ibn 
Xeysəmin belə dediyini nəql edir:
“Mənim yanımda Əlinin (ə) adını çəkdilər və mən dedim:
ًايرﺜَﻛ ًا ْيرَﺧ َ ِتىوُا ْﺪَﻘَﻓ َﺔَﻤْﻜِﺤْﻟا  َتْﺆُﻳ ْﻦَﻣَو  ُلﻮُﻘَﻳ ﱃﺎﻌَﺗ ُﻪﻠﻟاَو ِﻪِﻤْﻜُﺣ ﰱ ِﻪْﻴَﻠَﻋ َنوُﺪِﺠَﻳ ْﻢُﻫَرَا ْﻢَﻟ
“Mən camaatın hansısa birinin onun hökmü barədə irad tutmasını 
gömədim (daha sonra “Hikmət” ayəsini dəlil gətirdi).””
1
 
2. İbn Abbas Peyğəmbərin (s) belə buyurduğunu deyir:
 ﱃِا ْﺮُﻈْﻨَﻴْﻠَﻓ ﻪ ِﻋماﺘْﺟِا ﰱ َﻒُﺳﻮُﻳ ﱃِاَو ِﻪِﺘَﻤْﻜِﺣ  ِﰱ حﻮُﻧ  َﱃِا َو ﻪِﻤْﻠِﺣ ﰱ َﻢﻴﻫاﺮْﺑِا ﱃِا َﺮُﻈْﻨَﻳ ْنَا َدارَا ْﻦَﻣ
ﺐِﻟﺎﻃ بىَا ِﻦْﺑ ﱢ ِﲆَﻋ
“İbrahimin (ə) helmini, Nuhun (ə) hikmətini, Yusifin (ə) camaata 
mehribanlığını görmək istəyən kəs Əli ibn Əbu Talibə (ə) nəzər salsın.”
2
 
Belə bir rəvayətin oxşarı İbn Həmradan da nəql edilmişdir:
“Biz Peyğəmbərin (s) yanında olduğumuz zaman həzrət Əli (ə) bizə 
tərəf gəldi. Peyğəmbər (s) buyurdu: 
ﺐِﻟﺎﻄﻴﺑَا ِﻦْﺑ ﱢ ِﲆَﻋ ﱃِا ْﺮُﻈْﻨَﻴْﻠَﻓ ﻪِﺘﱠﻠُﺧ ﰱ َﻢﻴﻫاﺮْﺑِاَو ﻪِﻤْﻬَﻓ ﰱ حﻮُﻧَو ﻪِﻤْﻠِﻋ ﰱ َمَدآ ﱃا َﺮُﻈْﻨَﻳ ْنَا  ُﻩﱠ َﴎ ْﻦَﻣ
“Adəmin (ə) elmini, Nuhun (ə) dərrakəsini, İbrahimin Allah dostu 
məqamını   görərək  şadlanmaq istəyən  şəxs (bütün bu sifətlər onda 
toplanmış) Əli ibn Əbu Talibə (ə) baxsın.”” 
3
3. Başqa bir rəvayətdə İbn Abbasdan belə nəql edilir:
“Allah Peyğəmbərinin yanında idim. Ondan həzrət Əli (ə) barəsində 
soruşulduqda, buyurdu: 
ًاﺪِﺣاو ًاءْﺰُﺟ  ُسﺎّﻨﻟا  َﻰِﻄْﻋُاَو َءاﺰْﺟَا َﺔَﻌ ْﺴِﺗ ﱞﲆَﻋ  َﻰِﻄْﻋُﺎَﻓ ،َءاﺰْﺟَا َةَ ْﴩَﻋ ُﺔَﻤْﻜِﺤْﻟا  ِﺖَﻤ ﱢﺴُﻗ
“Elm və hikmət on hissəyə bölünmüşdür. Onun doqquzu Əliyə (ə), 
1. «Şəvahidut-tənzil», c.1, səh. 107, hədis: 150.
2. «Şəvahidut-tənzil», c.1, səh. 106, hədis: 147.
3. “Şəvahidut-tənzil”, c.1, səh. 79, hədis: 116.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə