Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə108/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   104   105   106   107   108   109   110   111   112

          314             
                                            
Əbülqasim Əlyan Nejadi
təkcə bir hissəsi isə digər insanlara verilmişdir (yəni  Əlinin (ə) elmi 
bütün insanların elminin doqquz bərabəridir).””
1
 
Bu ifadələrlə  İslam ümmətində Peyğəmbərdən (s) sonra həzrət 
Əliyə (ə) elm və hikmətdə heç kəsin çatmadığı bildirilir. İmamətin əsas 
rüknlərindən biri də elm və hikmət olduğu üçün, Peyğəmbərin (s) 
canişini olmaq ləyaqəti həzrət Əliyə (ə) məxsusdur. 
Həzrət Əlinin (ə) elminin əhatə dairəsi
Həzrət Əlinin (ə) elm və biliyi o qədər geniş və nuru parlaqdır ki, 
hətta, düşmənləri belə, onu inkar etməmiş,  əksinə üç əvvəlki xəlifə 
dövründə də o həzrətin elminə müraciət etmişlər. Bu barədə deyiləsi 
sözlər çoxdur və biz bir neçə nümunəni diqqətinizə çatdırmaqla 
kifayətlənirik:
1. İmam Əlinin mərcə (müraciət mənbəyi) 
olması
Peyğəmbərin (s) xüsusi xidmətçilərindən olan Ənəs ibn Malik o 
həzrətin Əliyə (ə) xitab olaraq belə buyurduğunu nəql edir:
ىﺪْﻌَﺑ ِﻪﻴﻓ اﻮُﻔَﻠَﺘْﺧا ﺎﻣ ﻰﺘﱠﻣُِﻻ ُينﺒَﺗ  َﺖْﻧَا
“Sən məndən sonra ümmətimin ixtilafa düşdükləri məsələləri onlar 
bəyan edərək həll edəcəksən.”
2
 
İmamət və vilayətin mühüm vəzifələrindən biri Quran və Peyğəmbər 
(s) elmini mühafizə etmək, onları düzgün şəkildə alimlərə çatdırmaq 
və ümmət arasında yaranan ixtilafları  həll etməkdən ibarətdir. 
Böyük ölkələri özünə tabe etdirən çoxlu fatehlər olmuşdur ki, onlar 
məğlub ölkə millətinin mədəniyyəti qarşısında aciz qalaraq onların 
mədəniyyətinin yayılmasına icazə vermişlər. Məsələn, monqolların 
müsəlmanlar üzərində qələbə çalmasına baxmayaraq, onlar Quran və 
İslamdan o qədər təsirlənə bilmişlər ki, sonralar İslamın yayılmasına 
çalışmışlar. 
Peyğəmbərin (s) vəfatından sonra həzrət Əli (ə) İslam mədəniyyətinin 
yayılmasına çalışmış və ilkin olaraq Quranı toplamışdır. O həzrət Quranı 
toplayana qədər namaz
3
 qılmaqdan başqa, evdən çölə çıxmayacağına 
and içmişdir. Daha sonra həzrət Əli Quranın nasix, mənsux, aşkar və 
məxfi  məsələlərini və Peyğəmbərdən öyrəndiklərini təlim verərək 
1. “Şəvahidut-tənzil”, c.1, səh. 105, hədis: 146.
2. «Mustədrəkus-səhihəyn», c.3, səh. 122; «Kənzul-ümmal», c.6, səh. 156. Mərhum Tustəri 
«İhqaqul-həqq», c.6, səh. 52-53-də yuxarıdakı iki mənbədən başqa, əhli-sünnənin digər dörd 
kitabından həmin rəvayəti nəql etmişdir.
3. «Əl-İstiab», səh. 1109 və «İhticacut-Təbərsi», səh. 239.


                                                                                                  315
imam Həsən (ə), imam Hüseyn (ə), İbn Abbas, İbn Məsud və digərləri 
kimi tələbələr yetişdirmişdir ki, onlar yenicə müsəlman olan ölkələrin 
müsəlmanlarına fiqhi, etiqadi, hüquqi və s. məsələlərdə cavab verə və 
onların ehtiyaclarını ödəyə bilsinlər. Həmçinin, digər mədəniyyətlərin 
hücumları müqabilində dayana və fəth edilmiş ölkələrdəki alimlərinin 
verdikləri sualları cavablandırsınlar. 
2. İmam Əli (ə) Peyğəmbərin (s) elm şəhərinin 
qapısıdır
“Səhih Tirmizi”də Peyğəmbərin (s) belə buyur duğu nəql edilmişdir:
ﺎﻬُﺑﺎﺑ ﱞ ِﲆَﻋَو ِﺔَﻤْﻜِﺤْﻟا ُراد ﺎَـﻧَا
“Mən elm və hikət eviyəm və Əli də o evin qapısıdır.”
1
 
Quranın “Bəqərə” surəsinin 189-cu ayəsində bildirildiyi kimi, evə 
daxil olmaq istəyən şəxs onun qapısından gəlməlidir:
ﺎﻬِﺑاﻮْﺑَا ْﻦِﻣ  َتﻮُﻴُﺒْﻟا اﻮُﺗْا َو
“Evlərə qapılarından daxil olun!” 
Deməli, Peyğəmbərin (s) elminə yiyələnmək istəyənlər, həzrət 
Əlidən (ə) başlamalı və elm xəzinələrinin açarını ondan istəməlidirlər. 
3. İmam Əli (ə) və Təfsir elmi
Təfsir elminə müraciət etdikdə, görürük ki, həzrət Əli (ə) təfsirçilərin 
rəhbəridir. Süyuti yazır: “Xəlifələr arasında hamıdan daha çox Əli ibn 
Əbu Talibdən (ə) rəvayət nəql edilmişdir.”
2
 
Çoxlu syda təfsir  əsərlərinə malik olan İbn Abbas həzrət  Əlinin 
(ə)  şagirdlərindəndir. Ondan soruşulduqda ki, sənin elmin əmin 
oğlunun (həzrət  Əli (ə)) elminə nisbətdə  nəqədərdir? Cavab verir 
ki, okean
3
 müqabilində yağan yağış damlası kimi. Həzrət  Əlinin (ə) 
şagirdlərindən hər biri Məkkə, Mədinə  və Kufədə  təfsir məktəbinin 
sahibi idi. 
4. İmam Əli (ə) Nəhv elminin əsasını 
qoyanlardandır 
İmam  Əli (ə) Quranın düzgün oxunuşu ilə bağlı  Əbuləsvəd 
1. «Səhih Tirmizi», c.5, səh. 637 («Quranın mesajı», c.9, səh. 272-dəki nəqlə  əsasən). 
Məzmunu belə, lakin sözləri fərqli olan rəvayətlər həddən artıqdır. Qeyd edilən rəvayətdə 
hikmət sözü olduğu üçün xüsusən xatırladılmışdır. Məsələn, məşhur rəvayət olan «Mən elmin 
şəhəriyəm,  Əli (ə) də onun qapısıdır» kimi qeyd edilən rəvayət bizim rəvayətlərdə çoxlu 
sayda nəql edilmişdir. Təkcə «Biharul-ənvar»ın 40-cı cildində on iki dəfə təkrar edilmişdir. 
2. «İtqan» təfsiri, 80-ci növ, “Təbəqatul-müfəssirin”.
3. İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c.1, səh. 18-19.


          316             
                                            
Əbülqasim Əlyan Nejadi
Duəlini vəzifələndirdi ki, onun nəzarəti altında nəhv elmini yaratsın. 
Əbuləsvəd Duəli sonralar həmin elmdən istifadə edərək Quranda 
hərəkələr qoymuşdur.
1
 
5. İmam Əli (ə) və Kəlam (əqaid) elmi
İbn  Əbil Hədid “Nəhcül-bəlağənin  şərhi”ndə yazır: “Elmlərin 
əşrəfi sayılan kəlam və  əqaid elmi imam Əlinin (ə) elmindən iqtibas 
olunmuşdur.”
2
  İrbili “Kəşful-ğummə”  əsərində belə deyir: “Kəlam 
elmi məktəblərinin rəhbərləri – əşairə, mötəzilə, şiə və xəvaric özlərini 
o həzrətə nisbət verirlər.”
3
 
6. İmam Əli (ə) və Fiqh elmi
Öz fiqhini imam Əlidən (ə) əldə edən imamiyyədən başqa, Əhməd 
ibn Hənbəl fiqhi Şafeidən, Şafei Məhəmməd ibn Həsən və Malikdən 
öyrənmiş, Məhəmməd ibn Həsən öz fiqhini Əbu Hənifədən, Malik və 
Əbu Hənifə də fiqhi imam Sadiqdən (ə) öyrənmişlər. İmam Sadiqin (ə) 
fiqhi isə cəddi Əli ibn Əbu Talibə istinad edir.
4
 
7. İmam Əli və həqiqət (batin) elmi
Qahirə universiteti müəllimi və  təriqət sahibi Doktor Əbulvəfa 
Qənimi Taftazani özünün “Vəsailuş-şiə” adlı kitabının müqəddiməsində 
yazır: “Rəfai, Dəsvəqi və Gilani kimi təriqət sahibləri və  əhli-sünnə 
alimləri öz təriqətlərini imamlara, onların vasitəsi ilə  həzrət  Əliyə 
və bu yolla da Peyğəmbərə (s) istinad edirlər. Çünki Peyğəmbər (s) 
buyurmuşdur:
ﺎﻬﺑﺎﺑ ّﲆﻋ و ﻢﻠﻌﻟا ﺔﻨﻳﺪﻣ ﺎﻧا
“Mən elmin şəhəriyəm, Əli (ə) isə onun qapısıdır.”
5
Bu ifadələr ariflərin nəzərində  həqiqət , batin və mükaşifə kimi 
xüsusiyyətlərə malik olmaq deməkdir və  həzrət  Əlidən (ə) başqa, 
heç kəs ona sahib deyildir.
6
  Əhli-sünnə  mənbələrində  həzrət  Əlinin 
(ə) bu xüsusiyyəti ilə  əlaqədar çoxlu rəvayətlər mövcuddur. Burada 
isə biz Ömərin Həcərul-əsvədlə bağlı dediyi bir nümunəni nəzərinizə 
çatdırırıq: “Bilirəm ki, sən daşsan və  sənin xeyir və  zərərin yoxdur. 
Əgər Peyğəmbərin (s) səni öpdüyünü görməsəydim, səni öpməzdim. 
1. «Təbəqatun-nəhviyyin», c.7, səh. 14.
2. İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c.1, səh. 17.
3. «Kəşful-ğummə», c.1, səh. 21.
4. İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c.11, səh. 17.
5. Bu rəvayətin sənədi bir neçə səhifə əvvəl xatırladıldı.
6. «Keyhane fərhəngi», 184-cü say, səh. 16.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə