Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə102/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   98   99   100   101   102   103   104   105   ...   112

                                                                                                  297
olanlar batil yerə mübahisə və cidal edənlərdir. Bu yerdə dini, siyasi 
və əxlaqi mübahisələr arasında heç bir fərq yoxdur. Mətbuat və siyasi 
məsələlərdə haqqı ayırd etmək o qədər də çəin deyil, amma şəxsi maraq 
və istəklərdən söhbət getdiyi üçün haqqı məxfi və pünhan edirlər ki, 
bu da məsələni çətinləşdirir. 
Əmirəl-möminindən (ə) nəql edilən digər bir hədisdə belə 
buyurulur:
َينِﻘَﻴْﻟا ُﺪ ِﺴْﻔُﻳ ِﻦﻳﱢﺪﻟا  ِﰲ  ُلَﺪَﺠْﻟَا
“Dini məsələlərdə batil (əbəs) yerə inadkarlıq və mübahisə etmək 
yəqini aradan aparar.” 
1
 
Çünki cidal əhli olanlar yavaş-yavaş öz nəfsi istəklərinə tabe olar 
və  həqiqət onlara nəfsləri istəyən libasda cilvələnməyə başlayar. Bi 
sözlə, ayə  və  rəvayətlərdə batil yerə mübahisə  və cidal pislənmiş  və 
çəkindirilmişdir. Amma həqiqətlərin axtarışı üçün iki tərəf elmi və s. 
kimi məsələlərdə mübahisə edə və bir-biri üzərində üstünlüyü nişan 
verməyə çalışmazsa, nəikni, bəyənilən deyil, əksinə Allah bu məsələyə 
əmr etmişdir. “Nəhl” surəsinin 125-ci ayəsində belə buyurulur:
ُﻦ َﺴْﺣَأ  َﻲِﻫ ﻲﺘﱠﻟﺎِﺑ ْﻢُﻬْﻟِدﺎﺟَو
“(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və 
gözəl, agahedici və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) 
ən gözəl tərzdə mübahisə elə.”
2. Hidayət olunanın hidayət edənə iqtida 
etməsi (təqlidi)
Ayənin sonundandan belə başa düşülür ki, həzrət  Əli (ə) 
hidayət edəndir və belə olduğu təqdirdə, hidayət axtarışında olan 
müsəlmanlar o həzrətə iqtida etməlidirlər. Həzrət Əlinin (ə) mehriban 
rəftarı, danısığı, ölkə daxili və xaricindəqki qövmlər və şəxsiyyətlərlə 
münasibəti, xütbələri, lakonik və hikmətlə dolu cümlələri, o həzrətin 
cazibəsi, ədəbi və insanlara doğru yolu göstərməsi bütün müsə lmanlar 
üç ün  nümunə olmalıdır. 
Həqiqətdə, o həzrətin vilayətində olduğunu iddia edən bizlərin 
yaşamı ilə onun yaşamı arasında nə  qədər fasilə vardır! Qüdrət 
və hakimiyyətin fövqündə olmasına baxmayaraq, onun yemək, 
yaşayış  və libası necə  də sadə idi. Dünyanın bər-bəzəyi həzrət  Əlini 
(ə) özünə  cəlb edə bilirdimi? Hətta o həzrətin dəfn mərasimi də çox 
sadə  şəkildə  həyata keçirilmişdi. Amma özlərini  şiə adlandıran bir 
1. «Mizanul-hikmət», bölmə 492, hədis: 2285.


          298             
                                            
Əbülqasim Əlyan Nejadi
çox insanların həyatında dünyanın cah-cəlalı yer tutmasından  əlavə, 
onların ölümlərindən sonrakı  dəfn mərasimi də  təmtəraqlı  şəkildə 
həyata keçirilir. Həmin məclislər  əzadarlıq məclislərinə  bənzəmir. 
Belə məclislərə bəzən külli miqdarda pul xərclənir. Mənə bir tərəfdən 
sevindirici və digər tərəfdən də  kədərləndirici bir xəbər verərək 
bildirdilər ki, bir şəxs vəfat etmiş və onun varisləri pul toplayaraq ona 
əzadarlıq məclisi keçirmək qərarına gəlirlər və onların topladıqları 
pul beş min manat məbləğinə çatır. Mərhumun yaxınları ona mərasim 
keçirmək  əvəzinə, ehtiyaclı olan ailələrdəki on qızın cehizini almağı 
düşünürlər. Bu məsələlər bir tərəfdən on görə insanı narahat edir 
ki, cah-cəlal bizim həyatımızda özünə yer tutaraq hətta  əzadarlıq 
məclislərinin həyata keçirilmə xərclərini ağırlaşdırır və digər tərəfdən 
isə xoşhallığa səbəb olan məsələ  mərhumun yaxınlarının toplanan 
məbləği evlənmək istəyən qızların cehizlərinə sərf etməklə bağlı qərar 
qəbul etməsidir. 
Həqiqətən də, təmtəraqlı məclislər təşkil etmək yerinə belə xeyirli 
işlərin həyata keçirilməsində  nə irad var? Əziz cavanlar! Evliliyə 
ehtiyacı olan oğul və qızları evləndirmək sadəcə ata və ananın üzərinə 
düşən vəzifə deyil, əksinə Quranın ifadəsi ilə desək, bu, hamının 
boynunda olan ümumi bir vəzifədir:
ْﻢُﻜِﺋﺎـﻣِإ َو ْﻢُﻛِدﺎﺒِﻋ ْﻦِﻣ َينِﺤِﻟﺎـ ّﺼﻟاَو ْﻢُﻜْﻨِﻣ ﻰﻣﺎـﻳَْﻻا اﻮُﺤِﻜْﻧَأَو
“(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və  ərsiz 
qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları 
evləndirin.”
1
 
Təkcə evlilik məsələlrində deyil, ev, təhsil və  işsizlik kimi fəsad 
amilləri hesab edilən digər problem və çətinliklərlə də bağlı cavanlara 
yardım etmək lazımdır. “Əmirəl-möminin (ə)” ilində insanlar dünyaya 
olan bağlılıqlarını azaltmalı çalışaraq və dövlət orqanları da bu 
məsələdə insanlara yardım etməli və bu müqəddəs mədəni fəaliyyətə 
başlamalıdır. Biz bu yolla insanların iqtisadi, dünyəvi bağlılıqdan xilas 
ola biləcəklərini və Əmirəl-mömininin (ə) bərəkəti hesabına ağ günə 
çıxacaqlarını ümid edirik. 
Allahdan bizə  də  eşidib yadda saxlayan qulaq bəxş etməsini və 
bu ayələrin verdiyi mesajlara əməl etməkdə müvəffəq olmağımızı, 
həmçinin, ondan bəhrələnməyi diləyirik! Amin, ya rəbbəl aləmin!
1. «Nur» surəsi, ayə 2.


                                                                                                  299
14 “XƏYRUL-BƏRİYYƏ” 
(YARADILMIŞLARIN ƏN YAXŞILARI) 
AYƏSİ 
 يﺮْﺠَﺗ نْﺪَﻋ  ُتﺎّﻨَﺟ ْﻢِﻬﱢﺑَر َﺪْﻨِﻋ ْﻢُﻬُﺋاﺰَﺟ ِﺔﱠﻳِ َﱪْﻟا ُ ْيرَﺧ ْﻢﻫ َﻚِﺌﻟوُا  ِتﺎـﺤﻟﺎـ ّﺼﻟا اﻮُﻠِﻤَﻋَو اﻮُﻨَﻣآ َﻦﻳﺬﱠﻟا ﱠنِإ
ُﻪﱠﺑَر َ ِﴙَﺧ ْﻦِﻤَﻟ َﻚِﻟذ ُﻪْﻨَﻋ اﻮ ُﺿَرَو ﻢُﻬْﻨَﻋ ُﻪﻠﻟا َ ِﴈَر ًاﺪَﺑَأ ﺎـﻬﻴِﻓ َﻦﻳﺪِﻟﺎـﺧ ُرﺎـﻬْﻧَﻻا ﺎَﻬِﺘْﺤَﺗ ْﻦِﻣ
“Şübhəsiz, iman gətirən və saleh iş görənlər isə yaradılmışların 
ən yaxşılarıdırlar.
1
 Onların Rəbbi yanındakı mükafatları (evləri və 
ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada 
əbədi qalacaqlar. Allah onlardan və onlar da Allahdan razıdırlar. Bu 
(mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.”
“Bəyyinə” surəsi, ayə 7-8.
Bəhsə qısa bir nəzər
Bu ayə də Əmirəl-möminin (ə) imamət və vilayəti ilə bağlı və xüsusi 
bir zərifliklə ona dəlalət edən ayələrdəndir. Əvvəlki ayələrə nisbətdə, 
bu ayə ilə bağlı o qədər də ixtilaflar nəzərə çarpmasa da, vilayət və 
imamətlə bağlı gətirilən dəlillər çox dəqiq və zərifdir. Bu barədə şərh 
verəcəyik. 
1. «Bəriyyə» sözü «bəriə» kökündəndir və mənası «yaradılış» deməkdir. Bu baxımdan Allaha 
xaliq mənasında «bari» və  məxluqata da “bəriyyə” deyilir. Bəziləri həmin sözün torpaq 
mənasında olduğunu və  məxluqat torpaqdan yaradıldığı üçün ona “bəriyyə” deyildiyi 
fikrindədirlər. Bəziləri də  həmin sözün “bəritul-qələmə”, yəni “qələmi yonmaq” mənasını 
verdiyini və Allahın  əmri ilə insanlar müxtəlif  şəkil və formalarda olduğu üçün də sanki 
yaradılış nizamında qələm kimi yonulmuş  və “bəriyyə” adlandırıldığını vurğulamışlar 
(“Təfsire peyame Quran”, c.9, səh. 259).


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə