Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə100/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

          292             
                                            
Əbülqasim Əlyan Nejadi
“De: “Şübhəsiz,  əgər insan və cin tayfası bu Quranın (kəlmə  və 
məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta, bir-
birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər 
(çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə 
etmiş bir qüvvə yaratmışdır).””
İslam Peyğəmbəri (s) bundan əlavə möcüzələr də göstərmişdir ki, 
bəhanə axtaranların səsi kəsilsin. Allah Peyğəmbərə (s) bildirir ki, ey 
Peyğəmbər (s), sən möcüzənin göstərilməsi ilə bağlı qərar qəbul etməyə 
sahib deyilsən və hər bir ümmət üçün hidayətçilər vardır. Bu məsələdə 
qərar qəbul edən bizik. Nəticədə, Ayənin  əvvəli ilə sonu arasındakı 
tənasüb və uyğunluq aydın oldu.
“Munzir” (qorxudan) və “hadi” (hidayətçi) 
kimdir? 
Ayə üçün açar rolunu oynayan bu sözləri iki yolla təfsir etmək olar:
Birinci yol: Ayəni rəvayətləri nəzərə almadan təfsir 
etmək
Ayənin mənası Peyğəmbərin (s) həm “munzir”, həm də “hadi” 
olmasıdırmı? Yoxsa, o həzrət sadəcə “munzir”dir və “hadi” digər bir 
şəxsdir? 
Bu iki sözün təfsiri barədə üç nəzəriyyə mövcuddur:
1. Bəziləri Peyğəmbərin (s) həm “qorxudan”, həm də “hidayətçi” 
olmasına etiqadlıdırlar və bildirirlər ki, hidayətçi şəxs digər biri deyil. 
Amma həqiqət burasındadır ki, bu sözlər doğru sözlər deyil və ayənin 
zahiri ilə uyğun gəlmir. Həmçinin, ayənin fəsahət və  bəlağəti ilə  də 
uzlaşmır.  Əgər hər iki söz Peyğəmbərə (s) şamil olsaydı, ayə belə 
olmalı idi:
دﺎﻫَو ٌرِﺬْﻨُﻣ مْﻮَﻗ  ﱢﻞُﻜِﻟ  َﺖْﻧَأ
Yəni, “hadi” sözü ayrıca və müstəqil bir cümlədə  işlənməzdi. 
Nəticədə, ayənin zahirindən “hadi” 
 (ٍﺩﺎﻫ)
sözünün  İslam 
Peyğəmbərindən (s) başqa, digər  şəxsə  də  şamil olması  məlum olur. 
Başqa ayələrə istinad edərək həmin  şəxsin kim olmasını öyrənmək 
lazımdır. 
2. Bəziləri “munzir” sözünün İslam Peyğəmbərinə (s) və “hadi” 
sözünün isə Allaha şamil olduğu  əqidəsindədirlər. Yəni, Peyğəmbər 
(s) insanları qorxudan, Allah isə millət və qövmləri hidayət edəndir. 
Deməliyik ki, bu nəzəriyyə də ayənin zahiri ilə uyğun gəlmir, çünki 
“hadi” sözü burada qeyri-müəyyən bir halda işlənmişdir və Allah isə 


                                                                                                  293
müəyyən və hər kəsdən daha yaxşı tanınandır, həmçinin, bildirilmişdir 
ki, müxtəlif qövmlərin hidayətçiləri vardır, nəinki, bir hidayətçisi. Bu 
cəhətdən, həmin nəzəriyyə düzgün deyil.
3. Üçüncü nəzəriyyə hidayətçi  şəxsin Peyğəmbər (s) və Allahdan 
başqa, digər biri olmasıdır. Görəsən, ayənin nəzərdə tutduğu məqsəd 
hər bir cəmiyyət, qövm və millətin alim və ziyalıları olan kəslərdirmi? 
Xeyr! Qeyd etdik ki, “hadi” sözü qeyri-müəyyən halda işlənmişdir və 
bu vəhdətə (vahidliyə) işarədir. Belə olduğu halda, məlum olur ki, hər 
bir qövm və millətin bir hidayətçisi var. Doğrusu, İslam ümməti üçün 
həmin hidayətçi və yol göstərən kimdir? 
Keçmiş bəhslərə diqət etməklə ayəni belə tərcümə etmək olar:
“Ey Peyğəmbər (s)! Sən müqəddəs qorxudan və İslam dinini bəyan 
edən və onun əsasını qoyansan və  hər bir din üçün yolgöstərən və 
hidayətçilər vardır ki, dinin mühafizləri və onun qoruyucularıdırlar.” 
Bu məsələlər Peyğəmbər (s) Allah tərəfindən təyin olunduğu kimi, 
hidayətçilərin də Allah tərəfindən təyin olunmasını  tələb edir. 
“Hadi”nin Allah, Peyğəmbər (s) və  hər bir ümmətin alimlərindən 
başqa, digər bir şəxs olduğu və Allah tərəfindən təyin edildiyi aydın 
olur. Əgər biz desək ki, Peyğəmbərdən (s) sonra imamət və vilayətinə 
açıq-aşkar işarə edilərək təyin olunan şəxs həzrət Əlidir (ə) və o, Allahın 
əmri ilə ümmətə yol göstərəndir, yanılmış olmarıq. Həmçinin,  əhli-
sünnə alimləri də ondan başqa digər bir şəxsin bu məsələdə hidayətçi 
olmasını iddia etməmişlər. Bu cür təfsir ayə ilə uyğun və mütənasibdir. 
İkinci yol: Ayənin rəvayətlər sayəsində təfsiri
Bu ayənin  şərh və  təfsiri ilə  əlaqədar çoxlu sayda rəvayətlər 
mövcuddur və biz onlardan beşinə işarə edəcəyik. Həmin rəvayətlərin 
üçü  əhli-sünnə, ikisi şiə  və biri isə  həm  şiə, həm də  əhli-sünnə 
mənbələrində qeyd edilmişdir. 
1. Bu rəvayətlərdən birinin ravisi olan İbn Abbas belə nəql edir:
 ﲆَﻋ  ُﻩَﺪَﻳ)   ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ (ِﻪﻠﻟا  ُلﻮُﺳَر َﻊ َﺿَو «دﺎـﻫ مْﻮَﻗ  ﱢﻞُﻜِﻟَو ٌرِﺬْﻨُﻣ  َﺖْﻧَأ ﺎـ ﱠنمِإ»  ْﺖَﻟَﺰَﻧ  ّماَﻟ
 ،ّ ِﲇَﻋ ﺎـﻳ ىدﺎـﻬْﻟا  َﺖْﻧَأ : َلﺎـﻘَﻓ ،ﱟ ِﲇَﻋ  ِﺐَﻜْﻨِﻣ ﲆَﻋ  ِﻩِﺪَﻴِﺑ َﺄَﻣْوَأَو ،دﺎـﻫ مْﻮَﻗ  ﱢﻞُﻜِﻟَو ُرِﺬْﻨُﻤْﻟا ﺎَﻧَأ : َلﺎـﻘَﻓ ، ِﻩِرْﺪ َﺻ
يِﺪْﻌَﺑ ْﻦِﻣ َنوُﺪَﺘْﻬُﻤْﻟا يِﺪَﺘْﻬَﻳ َﻚِﺑ
“ ... ﹲﺭﹺﺬﹾﻨﹸﻣ  ﹶﺖﹾﻧﹶﺍ ﺎ ﱠﳕﹺﺍ ayəsi nazil olan zaman Peyğəmbər (s) əlini mübarək 
sinəsinə qoyaraq dedi ki, munzir və  İslam dininin əsasını qoyan və 
onu bəyan edən mənəm və daha sonra əlini həzrət Əlinin (ə) çiyninə 
qoyaraq buyurdu ki, hər bur qövmün öz hidayətçisi var və ayədiki 
“hadi” sözündəki məqsəd sənsən. Hidayət axtarışında olan kəslər sənin 


          294             
                                            
Əbülqasim Əlyan Nejadi
vasitənlə (sənin danışıq, rəftar, hədis və üslubun barədə düşünərək 
hidayət olarlar.” 
1
Əhli-sünnə  mənbəyindən nəql edilən yuxarıdakı  rəvayət “hadi” 
sözündəki məqsədin həzrət Əli (ə) olduğunu bildirir. 
2.  Əbu Burzə  Əsləminin “Şəvahidut-tənzil”
2
  və “Durrul-mənsur” 
kitablarında belə nəql edilmişdir:
 ،ﻪ ِﺴْﻔَﻧ ِرْﺪ َﺻ ﲆَﻋ  ُﻩَﺪَﻳ َﻊ َﺿَو «ٌرِﺬْﻨُﻣ  َﺖْﻧَأ ﺎـ ﱠنمِإ» : ُلﻮُﻘَﻳ (ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ)ِ ﻪﻠﻟا  َلﻮُﺳَر  ُﺖْﻌِﻤَﺳ
دﺎـﻫ مْﻮَﻗ  ﱢﻞُﻜِﻟ  ُلﻮُﻘَﻳَو ﱟ ِﲆَﻋ ِرْﺪ َﺻ ﲆَﻋ ﺎﻬَﻌ َﺿَو ﱠﻢُﺛ
“(Əbu Burzə deyir ki,) Peyğəmbərdən (s) ... ﹲﺭﹺﺬﹾﻨﹸﻣ  ﹶﺖﹾﻧﹶﺍ ﺎ ﱠﳕﹺﺍ ayəsi barədə 
eşitdim və o həzrət  Əlini mübarək sinəsinə qoyaraq özünün munzir 
olduğunu bildirdi. Daha sonra əlini  Əli ibn Əbu Talibin sinəsinə 
qoyaraq dedi: 
ﺩﺎـﻫ ﻡﹾﻮﹶﻗ ﱢﻞﹸﻜﹺﻟ Yəni, hadi Əli ibn Əbu Talibdir(ə).”
3
 
Əhli-sünnənin iki mötəbər kitabında qeyd edilən və İbn Abbas deyil, 
başqası  tərəfindən nəql edilmiş bu iki rəvayət də “hadi” sözündəki 
məqsədin həzrət Əli (ə) olduğunu bildirir. 
3.  Əhli-sünnə arasında məşhur və mötəbər olan “Mustədrəkus-
səhihəyn” kitabında bu ayənin təfsiri ilə bağlı həzrət Əlinin (ə) özündən 
belə nəql edilir:
 رِﺬْﻨُﻤْﻟا(ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ)ِﻪﻠﻟا  ُلﻮُﺳَر :ﱞ ِﲇَﻋ  َلﺎـﻗ «دﺎـﻫ مْﻮَﻗ  ﱢﻞُﻜِﻟَو ٌرِﺬْﻨُﻣ  َﺖْﻧَأ ﺎـ ﱠنمِإ» :ﱟ ِﲇَﻋ ْﻦَﻋ
ىدﺎـﻬْﻟا ﺎَﻧَأَو
“Həzrət  Əli (ə) ... ﹲﺭﹺﺬﹾﻨﹸﻣ   ﹶﺖﹾﻧﹶﺍ  ﺎ ﱠﳕﹺﺍ ayəsinin təfsiri barədə buyurur ki, 
Peyğəmbər (s) munzir və mən isə hadiyəm.” 
4
 
Əhli-sünnənin digər kitabından nəql etdiyimiz bu rəvayətə uyğun 
olaraq həzrət Əli (ə) hadidir.
Sual:
 Bilirik ki, əgər hansısa bir şəxs rəvayət nəql edə və özünün 
mədhi ilə bağlı nəyi isə söyləyərsə, onu qəbul etmək olmaz. Belə isə, 
necə olur ki, həzrət Əlidən (ə) nəql edilən bu rəvayət dəlil gətirilir? 
Cavab: 
Bu sözlər məsum olmayanlar barəsində keçərlidir. Amma 
günah və  xətadan amanda qalan məsumlar (ə) üçün belə sözlər 
əhəmiyyət kəsb etmir. Şiənin nəzərində  həzrət  Əli (ə) məsumdur və 
əhli-sünnənin nəzərində də söz və hədisləri əhəmiyyətli və şəri höccət 
olan səhabələrdəndir. Nəticədə, qeyd edilən iki məsələyə  əsasən
tutulan irad hər iki məzhəbdə yersizdir. 
4. Həm əhli-sünnə, həm də şiə mənbələrində qeyd edilən bu təfsir 
1. “Durrul-mənsur”, c.4, səh. 45.
2. “Şəvahidut-tənzil”, c.1, səh. 298.
3. “Durrul-mənsur”, c.4, səh. 45.
4. “Mustədrəkus-səhihəyn”, c.3, səh. 129.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə