Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə101/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

                                                                                                  295
həddən artıq cəlbedici və üstün bir məmzmuna malikdir. Əhli-sünnə 
alimləri onu İbn Abbasdan,
1
  şiələr isə  İbn Məsuddan nəql etmişlər. 
Yəni, onların hər ikisi bu rəvayəti Peyğəmbərdən (s) eşidərək qələmə 
almışlar. Peyğəmbər (s) belə buyurmuşdur:
 ّﻻِإ  ُﺖْﻟَﺄ َﺳ ٌﺔَﺟﺎـﺣ ﻻَو  ٌﻞَﺳْﺮُﻣ  ﱡﻲِﺒَﻧ ﻻَو  ٌبﱠﺮَﻘُﻣ ٌﻚَﻠَﻣ  ّبيَر َ ْينَﺑَو ﻲِﻨْﻴَﺑ ْﻦُﻜَﻳ ْﻢَﻟ ِءﺎـﻤ ﱠﺴﻟا  َﱃِا بي َيِ ْﴎُا ﺎـّﻤَﻟ
 ِﻦَﻤَﻓ ،ُرِﺬْﻨُﻤْﻟا ﺎَﻧَأ ﻲﻬﻟِإ : ُﺖْﻠَﻘَﻓ دﺎـﻫ مْﻮَﻗ  ﱢﻞُﻜِﻟَو ٌرِﺬْﻨُﻣ  َﺖْﻧَأ ﺎـ ﱠنمِإ ﻲﻌِﻣﺎـﺴَﻣ  ِﰲ َﻊَﻗَﻮَﻓ ،ﺎـﻬْﻨِﻣ ًا ْيرَﺧ  ِنيﺎـﻄْﻋَأ
 ﻲِﺘَﻤْﺣَﺮِﺑ َﻚِﺘﱠﻣُا ْﻦِﻣ يِﺪْﻬَﻳ ْﻦَﻣَوإ ِﻦﻳِﺪَﺘْﻬُﻤْﻟا ُﺔَﻳﺎـﻏ ﺐِﻟﺎـﻃ بيَأ ُﻦْﺑ ﱡ ِﲇَﻋ َكاذ ﺪﱠﻤَﺤُﻣ ﺎـﻳ : َلﺎـﻘَﻓ ؟يدﺎـﻬْﻟا
َينِﻠﱠﺠَﺤﻤُْﻟا ﱢﺮُﻏ ُﺪِﺋﺎـﻗ ،َينِﻘﱠﺘُﻤْﻟا ُمﺎـﻣ ِﺔﱠﻨَﺠْﻟا  َﱃِإ
“Meraca aparıldığım zaman bu səfərin elə bir mərhələsinə yetişdim 
ki, orada bütün vasitələr arad an qalxmışdı – nə mələk, nə Peyğəmbər, 
nə Cəbrayıl, Mikayıl və Ruhul-əmin vardı. Bir sözlə, mən və Allahdan 
başqa, bir kimsə yox idi. Mən mətləbləri bibaşa Allahdan qəbul edirdim. 
Orada Allahdan istədiyim hər bir seyi Allah mənə daha yaxsı səkildə əta 
edirdi. Bu cür istisna və xüsusi olan qurb və Allaha yaxınlıq məqamında 
bir səs eşitdim ki, buyurdu: 
 دﺎـﻫ مْﻮَﻗ  ﱢﻞُﻜِﻟَو ٌرِﺬْﻨُﻣ  َﺖْﻧَأ ﺎـ ﱠنمِإ
Mən soruşdum ki, İlahi! Munzir mənəm, bəs, hadi kimdir? Allah 
hadinin  Əli ibn Əbu Talib (ə) olduğunu bildirdi.
2
 Daha sonra Allah 
Əlinin (ə) üç əhəmiyətli xüsusiyyətini sadalamağa başladı və buyurdu: 
“Allaha yaxınlıq məqamının son mərhələsini keçmək istəyən kəs, gərək, 
Əliyə  (ə) tərəf gedə. O, pəhrizkarların rəhbəridir. Həmçinin, insan 
cəmiyyətində üzüağ və abırlı olanların da rəhbəridir.
3
 Elə bir kəsdir ki, 
cənnətin yolu onun vilayətindən keçir.””
Bu gözəl rəvayət ayənin Peyğəmbər (s) və həzrət Əlinin (ə) mübarək 
vücudu barəsində tətbiq edildiyini aşkar şəkildə izah edir.
“Vilayət” və “İnzar” ayələrinin verdiyi 
mesajlar
Bu ayələr sadəcə etiqadi və tarixi məsələlərlə bağlı deyil, əksinə 
bizim əsrimizdəki müsəlmanlara iki mesajı verir ki, əgər insanlar ona 
1. “Şəvahidut-tənzil”, c.1, səh. 296.
2. «Təfsiru Furati-Kufi», səh. 78.
3. Bu və digər rəvayətdə qeyd edilən 
ﲔﻠ ّﺠﺤﳌﺍ ّﺮﻏ ﺪﺋﺎﻗ
 cümləsindəki
 ﺪﺋﺎﻗ 
sözünün mənası «imam» və 
«rəhbər»dir.
 ّﺮﻏ 
sözü isə 
 ّﺮﻏﺃ
sözünün cəmidir və ağ üzlü, sifəti nurani olan insanlar barəsində 
işlənir.
ﻞ ّﺠﳏ 
 (Muhəccəl) sözü “həcələ” sözündən götürülmüşdür, ağ kifə deyilir, həmçinin, 
ağ atlara da bu söz şamil olunurdu. Sonradan mənası genişlənərək cəmiyyətdə abır-həyalıl 
kimi tanınan insanlar barəsində də işlənmişdir və bu rəvayətdə “insan cəmiyyətində üzüağ 
və abırlı olanlar” mənasındadır.


          296             
                                            
Əbülqasim Əlyan Nejadi
əməl etsələr, bir sıra problemləri həll olunar. Həmin iki mesaja diqqət 
edin:
1. Təəssüb və inadkarlıq iki böyük maneədir
Ayənin  əvvəlki hissələrindən məlum olur ki, insan inadkarlıq 
və  təəssübkeşliklə heç bir yerə çatmaz və  əgər haqqı istəyirsə,  şəxsi 
düşüncə, nəfsə tabe olmaq və sairədən çəkinərək onun müqabilində 
təslim olmalıdır. Bu baxımdan, Quran və  rəvayətlərdə batil yerə 
mübahisə  və cidal edən insanların  şiddətli  şəkildə  cəzalanacağı 
bildirilmişdir. “Həcc” surəsinin 3-cü ayəsində buyurulur:
ﺪﻳِﺮَﻣ نﺎـﻄْﻴَﺷ  ﱠﻞُﻛ ُﻊِﺒﱠﺘَﻳَو ﻢْﻠِﻋ ِ ْيرَﻐِﺑ ِﻪﻠﻟا  ِﰱ  ُلِدﺎـﺠُﻳ ْﻦَﻣ  ِسﺎـّﻨﻟا َﻦِﻣَو
“İnsanlardan eləsi var ki, həmişə heç bir biliyi olmadan Allah 
barəsində (mələklər onun qızlarıdır, Quran keçmişlərin  əfsanələridir, 
axirət yalan şeydir deyə) mübahisə edir və  hər bir murdar və itaətsiz 
şeytana tabe olur.” 
Bu ayədə həmin şəxslər itaət etməyən şeytan kimi vəsf edilmişlər.
İnsanın yəqinə çatmasına mane olan digər bir məsələ  bəhanə 
axtarmaq və düşməncəsinə sözlər söyləməkdir. İslam Peyğəmbəri (s) 
buyurur:
َلاﺪِﺠْﻟا اﻮُﻘَﺛْوَأ ّﻻِإ ٌمْﻮَﻗ  ﱠﻞ َﺿ ﺎـﻣ
“Hansısa bir qövm batil yolda cidal etməkdən başa, digər bir şeylə 
azğınlığa düşməmişdir.”
1
Rəvayətə uyğun olaraq inhiraf və azğınlığın bir amili var ki, o da 
məntiqsiz və batil mübahisələrdir. 
Sual:
  Nə üçün bütün azğınlığların kökü cidal və münaqişəyə 
qayıdır?
Cavab: 
Əgər haqqın müqabilində təslim olarlarsa, hidayət edənlər 
çoxluq təşkil edər və onlar asanlıqla hidayət oluna bilərlər. İmam Sadiq 
(ə) ondan moizə etməsini istəyən Harun Ər-Rəşidə buyurur:
ٌﺔَﻈِﻋْﻮَﻣ ِﻪﻴِﻓَو ّﻻِإ َكْﺎﻨْﻴَﻋ ُهاﺮَﺗ ء َﳾ ْﻦِﻣ ﺎـﻣ
“Dünyada gördüyün bütün şeylər moizədir.”
2
Yəni, yerdə və göydə olan məxluqatlar, acı-şirin hadisələr, zaman 
və  məkanlar – hər bir şey moizədir, bu şərtlə ki, onu görən göz və 
eşidən qulaq olmuş olsun. 
Həqiqət axtarışında olanlara həiqət gizli deyil və inhirafa düçar 
1. «Biharul-ənvar», c.2, səh. 138.
2. «Mizanul-hikmət», bölmə 4120, hədis: 21711.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə