İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   ...   6   7   8   9   10   11   12   13   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

18

Uzun illər pərakəndə halda respublikada Fövqəladə Hallar 

Komissiyası  və  Mülki  Müdafiə  Qərargahı  tərəfindən  idarə 

olunurdu.

2005-ci ildən respublikada vahid nazirlik sistemi – Fövqəladə 

Hallar Nazirliyi yaradıldı. Hal-hazırda bu nazirlik Azərbaycan 

xalqının fövqəladə hallardan mühafizəsinin (fəlakətin idarə 

olunmasının,  erkən  xəbərdarlığına  və  s.)  tam  təminatla 

qarantıdır.

Ekoloji  təhlükəsizliyin  sahəsində  Azərbaycan  Respublikası 

beynəlxalq  əməkdaşlıqda  iştirak  edir.  Respublikamız  bu 

sahədə 20 beynəlxalq konveksiyaya qoşulmuşdur. Bunlardan 

aşağıdakıları qeyd etmək olar:

•  Böyük  məsafələrdə  havanın  transsərhəd  çirklənməsi 

Konvensiyası (Cenevrə,1979), ratifikasiya ili – 2002;

•  Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin 

mühafizəsi  və  istifadəsi  üzrə  Konveksiya  (Helsinki, 

1992), ratifikasiya ili – 2001;

•  Sərhədlərarası  konteksdə  ətraf  mühitə  təsirin 

qiymətləndirilməsinə  dair  Konveksiya  (ESPOO,  1991), 

ratifikasiya ili – 1999.

3.2.3 Ətraf  mühitə  dair  qanunvericilik

Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlətdaxili 

qanunvericiliyin beynəlxalq sənədlərə müvafiq formalaşması 

dövlətin  qarşısında  duran  mühüm  vəzifələrdən  biridir.  Bu 

zaman    hazırlanacaq  qanunvericilik  aktları,  bir  tərəfindən 

beynəlxalq-hüquqi  tənzimetmənin  dövlətdaxili  hüquqi 

mexanizmlərini  müəyyən  edirsə,  digər  tərəfdən,  ekoloji 

qanunvericiliyin  inkişafını  təmin  etməlidir.  Bu  məsələlər 

Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminin  də 

tərkib hissəsini təşkil edir. 

Ünumilikda,  ətraf  mühit  sahəsində  Azərbaycan 

Respublikasının  dövlətdaxili  qanunvericiliyini  bir  neçə 

istiqamətdə təsnifləşdirmək olar:

  1.  Ümumi  məsələrlə  əlaqədər  qəbul  edilmiş 

qanunvericilik:

•  “Torpaq məcəlləsi” (1999-cu il);

•  “Su məcəlləsi” (1997-ci il);

•  “Meşə məcəlləsi” (1997-ci il) və s.



  2.  Ətraf  mühitin  mühafizəsi  və  yerin  təki  haqqında 

qanunvericilik:

•  “Ətraf  mühitin  mühafizəsi    haqqında”  Qanunu 

(08.06.1999 il);

•  “Ətraf  mühitə  dair  informasya  almaq  haqqında” 

Qanunu (18.04.2002 il) və s.

  3.  Meşələrin  və  suların  mühafizəsi  haqqında 

qanunvericilik:

•  “Su təchizatı və tullantı suların haqqında” Qanunu 

(28.10.1999 il);

•  “Meşə  qanunvericiliyinin  pozulması  hallarının 

qarşısının alınması tədbirləri haqqında” Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 30.09.2004-cü il 

145 saylı Qərarı və s.

  4.  Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

heyvanlar aləmi haqqında qanunvericilik:

•  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri haqqında” Qanunu (24.03.2000 il);

•  “Heyvanlar aləmi haqqında” Qanunu (04.06.1999 

il) və s.

  5.  Hidrometeorologiya  fəaliyyəti,  təbii  fəlakətlər 

və  atmosfer  havasının  mühafizəsi  haqqında 

qanunvericilik:

•  “Atmosfer havasının mühafizəsi haqqında” Qanunu 

(27.03.2001il);

•  “Hidrometeorologiya fəaliyyəti haqqında” Qanunu 

(17.04.1998il) və s.

  6.  “Ekoloji təhlükəsizlik və maarifləndirmə haqqında” 

qanunvericilik:

•  “Ekoloji 

təhlükəsizlik 

haqqında” 

Qanunu 

(08.06.1999il);



•  “Əhalinin  ekoloji  təhsili  və  maarifləndirilməsi 

haqqında” Qanunu       (10.12.2002il) və s.



  7.  Beynəlxalq  sənədlərdən  irəli  gələn  öhdəliklərin 

yerinə 

yetirilməsi 

sahəsində 

tədbirlərin 

götürülməsini nəzərdə tutan  qanunvericilik:

•  “Bioloji  müxtəliflik  haqqında  Konvensiyaya 

biotəhlükəsizliyə  dair  Kartahena  Protokolunun 

icrasının  təmin  edilməsi  haqqında  ”  Azərbaycan 

Respublikası  Prezidentinin  23.03.2005-ci  il 

sərəncamı və s.

 

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 



Qanuna  (08.06.1999il)  görə,  ekoloji  təhlükəsizlik  insanın 

və  cəmiyyətin  həyatı  vacib  maraqlarının,  ətraf  mühitin 

ona  antropogenvətəbii  təsirlər  nəticəsində    yaranan 

təhlükələrdən qorunmasının təmin edilməsidir. 

Qanunda  göstərilir  ki,  hər  bir  vətəndaş  öz  sağlamlığını 

ekoloji  təhlükələrdən    (qəzalar,  fəlakətlər  və  s.)  qorumaq 

hüququna  malikdir.    Qanunun  7-ci  maddəsində  göstərilir 

ki,  Azərbaycan  Respublikası  vətəndaşların,  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  ekoloji  təhlükəsizliyi  dövlət 

tərəfindən təmin edilir. Təhlükəli ekoloji vəziyyətin yaranması 

nəticəsində  dəyən  ziyana  görə  kompensasiya  almaqda 

bütün şəxslər eyni hüquqlara malikdir.




AZƏRBAYCAN

19

3.2.4  İqlim və riskin monitorinqi, tədqiqat 

və erkən xəbərdarlıq

Ümumdünya  Meterologiya  Təşkilatının  (ÜMT)  üzvü  olan 

Azərbaycanda  bütün  ölkələrdəki  kimi  hidrometeoroloji 

müşahidələr aparılır, proqnozlar tərtib edilir, iqlim, aqroiqlim 

və su ehtiyatları qiymətləndirilir, onların dəyişmə tendensiyası 

izlənilir.

Meteoroloji,  aqrometeoroloji,  hidroloji  və  Xəzər 

dənizində  müşahidələr  ETSN-in  Milli  Hidrometeorologiya 

Departamenti, ətraf mühitin (torpaq, su və atmosfer havası) 

çirklənməsi  haqqında  müşahidələr  isə  Milli  Monitorinq 

Departamenti  tərəfindən  aparılır.  Bundan  başqa  “Dövlət 

Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ölkə ərazisində 

böyük və kiçik su anbarlarında hidroloji müşahidələr aparılır. 

“Azərsu”  ASC  tərəfindən  içməli  su  mənbələrində  ekoloji 

monitorinqlər həyata keçirilir. 

Azərbaycan  ÜMT-nin  üzvü  olduqdan  və  bir  sıra 

Konvensiyalara  qoşulduqdan  sonra  müxtəlif  beynəlxalq 

müşahidə  sistemlərində  iştirak  etmək  imkanı  qazanmışdır. 

Belə ki, ölkənin 5 stansiyası Qlobal müşahidələr sisteminə, 

18 stansiyası isə bilavasitə iqlim üzərində qlobal müşahidələr 

sisteminə  daxil  edilmişdir.  Qlobal  yerüstü  müşahidələr 

şəbəkəsinə Azərbaycandan bir stansiya-Astara (GJOS/GSN) 

daxildir.

Azərbaycan  ərazisində  yerüstü  meteoroloji  müşahidələr 

şəbəkəsi 78 stansiyaya əsaslanır ki, bunlardan da 12 stansiya 

Ermənistan  tərəfindən  işğal  olunmuş  ərazidə  yerləşir  və 

fəaliyyət göstərmir. Hazırda fəaliyyət göstərən 58 stansiyada 

aparılan  müşahidələrin  nəticələri  əhalinin  iqlim  haqqmda 

məlumatlar  əldə  etməsinə  və  bu  məlumatların  işlənib 

hazırlanmasına xidmət edir.

Meteoroloji stansiyalarda aparılan bütün müşahidələr ÜMT-

nm «Ən yaxşı praktika» sənədlərinə əsaslanır.

Azərbaycanda  iqlim  dəyişmələri  və  riskin  monitorinqi  ilə 

bağlı  yerüstü  müşahidələrin  potensialın  gücləndirilməsi 

üçün 

Respublika 



Prezidentinin 

Sərəncamı 

ilə 

«Azərbaycan  Respublikasında  Hidrometeorologiyanın 



Milli  İnkişaf  Proqramı»  təsdiq  olunmuşdur.  Proqramda 

hidrometeorologiya  xidmətinin  perspektivləri  öz  əksini 

tapmış, eyni zamanda iqlim və iqlim dəyişmələri sahəsində 

İqlim  müşahidə  sisteminin  potensialının  artırılması,  qərar 

qəbul  edən  şəxslər  üçün,  habelə  geniş  əhali  kütləsi  üçün 

qlobal  iqlimdə  baş  verən  və  baş  verə  biləcək  dəyişikliklər, 

bununla  bağlı  problemlər  barəsində  məlumatlandırma 

sisteminin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Proqramda  müşahidə  sistemlərinin  inkişaf  etdirilməsinə 

xüsusi  yer  verilmiş,  müşahidə  şəbəkəsinin,  müşahidələrin 

keyfiyyətinin  standartlara  uyğunluğunu  təmin  etmək 

məqsədi  ilə  yeni  müasir  tələblərə  cavab  verən  cihaz  və 

avadanlıqların alınması nəzərdə tutulmuşdur.

İqlim  dəyişmələri  və  riskin  monitorinqi  ilə  bağlı  tədqiqat 

işləri Milli Elmlər Akademiyasının Coğrafiya institutunda, Milli 

Aerokosmik Agentliyin Ekologiya institutunda və s. aparılır.

Hal-hazırda  Azərbaycanda  Təhlükəli  Hidroloji  Hadisələrə 

qabaqcadan  xəbərdarlıq  üzrə  avtomatlaşdırılmış  sistem 

qurulub.

Bu sahədə məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

tərəfindən verilib [13].

3.3. REGIONAL IQLIM DƏYIŞKƏNLIYI VƏ FƏLAKƏT RISKINI AZALTMA 

TƏŞƏBBÜSLƏRI

Azərbaycan  Respublikası  regionaliqlim  dəyişkənliyi  və 

fəlakət riskini azaltma sahəsində beynəlxalq əməkdaşlıqda 

iştirak  edir.  Məsələn,  Hyoqo  Fəaliyyət  Proqramında  (HFP) 

– təbii fəlakət riskinin azaldılması üçün BMT-yə üzv ölkələr 

tərəfindən 2015-ci ilədək qəbul edilmiş əsas vəsitədir.

Bu  proqramın  başlıca  məqsədi  təbii  fəlakətlər  zamanı 

itkini azaltmaq vasitəsilə ölkələrin və xalqların dayanıqlığını 

möhkəmləndirməkdir,  ölkələrdə  və  icmalarda  tələfatın 

sayını; sosial, iqtisadi və ekoloji zərərin həcmini azaltmaqdır.

Azərbaycan  daxil  olduğu  fəlakət  riskinin  azaldılması  üzrə 

BMT Beynəlxalq Strategiyasının (UNİSDR) Mərkəzi Asiya və 

Qafqaz  subregional  qrupu  tərkibində  Hyoqo  Proqramının 

həyata  keçirilməsində  fəal  iştirak  edir.  Qrupun  2010-cu 

ilin  oktyabrında  “Riskin  azaldılması  üzrə  milli  platforma” 

mövzusunda Bakıda keçirilən seminarda HFP üzrə ölkəmizdə 




Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə