İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   ...   6   7   8   9   10   11   12   13   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

20

görülən işlər və əldə edilən nəticələr, eləcə də “Şəhərlərin 

təhlükəsizliyinin  təminatı”  ümumdünya  kompaniyası 

və  “Milyon  təhlükəsiz  məktəb  və  xəstəxana”  təşəbbüsü 

sahəsində qazandığı nailiyyətlər müsbət qiymətləndirildi.

Bundan başqa Avropa İttifaqının TACİS Proqramı çərçivəsində 

“Qafqaz Respublikaları və Moldovaya qlobal iqlim dəyişmələri 

üzrə öhtəliklərin yerinə yetirilməsində texniki yardım” (2001-

2006) regional layihə həyata keçirilmişdir.

3.4  AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞ CƏMIYYƏTI VƏ AZƏRBAYCAN 

QIZIL AYPARA CƏMIYYƏTININ ROLU.

3.4.1. Azərbaycan Respublikasının 

Vətəndaş Cəmiyyəti, iqlim dəyişikliyi və 

fəlakətlər.

Azərbaycan Vətəndaş Cəmiyyəti sektoru Milli QHT Forumun 

tərkibində  birləşən  600-dən  çox  təşkilatdan  ibarətdir.

Ümumiyyətlə,  Vətəndaş  Cəmiyyəti  respublikanın  ictimai 

həyatının  müxtəlif  sahələrindəfəaliyyət  göstərir.  Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, “...müasir 

dövrdə Vətəndaş Cəmiyyəti institutlarının lokal, regional və 

beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir imkanları 

xeyli artmışdır. Onlar sülhün və təhlükəsizliyin qorunmasında, 

xalqlar arasında əlaqələrin güclənməsində, habelə irimiqyaslı 

layihələrin həyata keçirilməsində özünəməxsus rol oynayırlar”. 

2007-ci ildən ölkədə Azərbaycan Respublikasının Prezidenti 

yanında  Qeyri-Hökümət  Təşkilatlarına  Dövlət  Dəstəyi 

Şurasının yaradılmasından sonra QHT-nın fəaliyyətində yeni 

mərhələ başlandı. Hal-hazırda ölkə QHT-lərinə dövlət dəstəyi 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

27 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 

Respublikasının QHT-na dövlət dəstəyi Konsepsiyasına uyğun 

şəkildə həyata keçirilir.

2013-cü il ərzində Şura yerli və xarici QHT-lərinin layihələrini 

maliyyələşdirmək məqsədi ilə üç maliyyə yardımı müsabiqəsi 

keçirmişdir.  Yerli  QHT-lərin  Şura  tərəfindən  dəstəklənmiş 

474 layihəsinin maliyyələşdirilməsinə 3414632 manat vəsait 

ayrılmışdır.

Müsabiqələrdə  insanhüquq  və  azadlıqları,  əhalinin  müxtəlif 

təbəqələrinin  sosial  problemləri,  elm,  təhsil,  mədəniyyət 

məsələləri,  ailə  institutunun  möhkəmləndirilməsi,  gənclər, 

uşaq  problemləri,  səhiyyə,  ekologiya  və  ətraf  mühitin 

mühafizəsilə bağlı vacib mövzular yüzlərlə QHT tərəfindən 

prioritet seçilmişdir.QHT tərəfindən xarici ölkələrdə 21 tədbir, 

Bakı şəhərində 3 dəyirmi masa keçirilmişdir və 10 kitab nəşr 

edilmişdir  və  s.  Onlarla  QHT-lar  respublikanın  ətraf  mühit 

qorunmasında,  o  cümlədən  iqlim  dəyişmələri  sahəsində 

fəal  iştirak  edir.  Onlardan  tanınmış  və  böyük  təcrübə  olan 

Beynəlxalq  Ekoenergetika  Akademiyasını,  Azərbaycan  Milli 

İnsan  və  Biosfer  Komitəsini,  “Fövqəl”Assosiasiyasını,  İqtisadi 

Tədqiqatlar Mərkəzini, Azərbaycan Yaşıllar Hərəkatını, “Ekoloji 

Sabitlik” İctimai Təşkilatını və başqalarının adını çəkmək olar. 

2010-cu  ildə  ATƏT-in,  “Statoil”  Şirkətinin  və  Avstriya 

hökümətinin  maliyyələşdirdiyi  Təhlükəsizlik  və  Ətraf 

Mühit  üzrə  Vətəndaş  Fəaliyyəti  Kiçik  Qrantlar  Proqramı 

çərçivəsində  “İqlim  dəyişikliyinin  yaratdığı  sosial-iqtisadi 

təhlükələr  və  risklərin  idarə  olunması”  layihə  həyata 

keçirilmişdir.İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən əsasən 

aparılan  layihənin  yekunlarına  həsr  olunmuş  konfransda 

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin, 

Ombudsman aparatının, Milli Məclisinin, Oxfam Hümanitar 

Təşkilatının, ATƏT-in, yerli QHT-larının mütəxəssisləri və KİV 

nümayəndələri iştirak ediblər.

Tədbir nəticəsində iqlimdəyişkənliyi istiqamətində fəaliyyət 

göstərən  Vətəndaş  Cəmiyyətinin  14  təşkilatını  səfərbər 

etmək  üçün  ölkədə  “İqlim  dəyişkənliyi  və  inkişaf”    QHT 

Alyansı təsis olunmuşdur.

Qeyri  hökümət  təşkilatlarından  Beynəlxalq  Ekoenergetika 

Akademiyasınınalternativ  enerji  mənbələrilə  bağlı  həyata 

keçirdiyi  layihələri  xüsusi  qeyd  etmək  olar.  Bu  layihələrdə 

Azərbaycanın müxtəlif regionlaında kiçik su, külək və günəş 

elektrik stansiyalarının qurulması həyata keçirilmişdir. 

Respublikamızda aparılan bir çox irimiqyaslı layihələrin həyata 

keçirilməsində  və  onların  yekunlarının  müzakirələrində 

QHT-lərin nümayəndələri iştirak edirlər.

“Şərq  iqlim  Forumunun”  layihəsində  ondan  çox  QHT-lar 

həyata keçirilməsində fəal iştirak edir.

3.4.2. Azərbaycan Qızıl Aypara 

Cəmiyyətininrolu

AZQAC-ti həmişə ehtiyacı olan insanlara humanitar yardım, 

müxtəlif  sosial  tibbi  xidmətlər  göstərir.  Eyni  zamanda 

müxtəlif fəlakətlərdən zərərçəkmişlərə lazımı kömək verilir.




AZƏRBAYCAN

21

Özünün  fəaliyyət  dairəsini  daha  da  genişləndirərək, 

Cəmiyyət  daha  da  təkmilləşərək  Beynəlxalq  Hərəkatın 

inkişafına öz töhfəsini vermişdir.

Müasir dövrümüzdə Cəmiyyətin daha da inkişaf etməsinə 

əsas  səbəb  Azərbaycan  Respublikasının  Prezidenti, 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  fəxri  üzvü  cənab 

İlham  Əliyevin  müvafiq  fərman,  sərəncamları  olmuşdur. 

“Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  haqqında”  Qanun  və 

Nazirlər Kabinetinin müvafiq sərəncamları qəbul edilmişdir, 

“Qızıl Aypara Günü” təsis olunmuşdur.

Son  illərdə  Cəmiyyətin  fəaliyyət  istiqaməti  çoxsahəli 

olmuşdur:

•  Azərbaycan  Respublikasında  müxtəlif  humanitar 



layihələrin həyata keçirilməsi;

 

AzQAC-nin  imkanlarını  səfərbər  etməklə,  fəlakət  və 



böhranlara  daha  hazırlıqlıolmaqla  müxtəlif  fəlakətdən 

(daşqın, sel, zəlzələ, yanğın və s.) zərər çəkən insanlara 

humanitar  və  psixoloji  yardımları  göstərmişdir.2012-

ci  il  ərzində  AzQAC  tərəfindən  müxtəlif  fəlakətlərdən 

zərər  çəkmiş  4008  nəfərdən  ibarət,  ümumilikdə  824 

ailəyə 240863,73 manat məbləğində humanitar yardım 

göstərilmişdir (şəkil 4.1) [18].

Şəkil 3.1. 2012-ci ildə Qax şəhərində zəlzələdən zərərçəkənlərə humanitar

yardım [17].

•  Sosial sahədə, insanların sağlamlığı və təhlükəsiz 



həyat sürməsi naminə maarifləndirmə işlərinin və 

səhiyyə xidmətlərinin gücləndirilməsi;

 

İl  ərzində  sağlamlıqla  bağlı  maarifləndirmə 



fəaliyyətlərinə 21243 nəfər cəlb olunmuşdur (şəkil 4.2). 

Respublika Qan Bankının verdiyi məlumata görə 5000-

dən artıq insan könüllü təmənnasız qan verilmişdir,1044 

nəfər  ilk  yardım  vərdişlərinə  yiyələnmişdir,  bu  sahədə 

görüşlər, konfranslar və tədbirlər keçirilmişdir.

Şəkil 3.2. Sağlamlıq haqqında mariflənən əhalinin sayı [17]

•  Beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində;

 

AzQAC  beynəlxalq  əməkdaşlıqlarını  genişləndirmək 



üçün və xarici tərəfdaşları ilə əlaqələri daha da inkişaf 

etməsi  üçün  il  ərzində  müxtəlif  görüşlər  və  səfərlər 

keçirilmişdir:  Şimal  Kipr  Türk  Cümhuriyyətinin  Girnə 

şəhərində  (29.02-02.03.2012),  Türkiyənin  paytaxtı 

Ankara şəhərində (28-31.03.2012), İngiltərənin London 

şəhərində  (5-7.09.2012),  Belarusun  paytaxtı  Minsk 

şəhərində (23-29.09.2012) və s. Beynəlxalq Əməkdaşlıq 

Sazişləri  imzalanmışdır:  Beynəlxalq  Miqrasiya  Təşkilatı 

ilə (22.06.2012).

•  Təşkilatı inkişaf sahəsində;

 

Cəmiyyətin regional mərkəzlərinin, yerli bölmələrinin və 



ilk təşkilatarının maddi-texniki bazasını gücləndirmişdir. 

2013-cü  ildə  cəmiyyətin  üzvlərinin  sayı  341858 

nəfərə və ilk təşkilatların sayı 12550-ə çatmışdır (şəkil 

4.3  və  4.4).İl  ərzində  bir  neçə  rayon  bölməsi  xidməti 

avtomobillərlə təmin edilmişdir, 20 rayon bölməsi yeni 

kompüterlər, faxs aparatları və internet xətləri ilə təmin 

olunmuşdur.



Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə